"Klarneti həmin aparıcının ağzına soxacağam..." .....                     Ermənistan Konstitusiyanı dəyişdirmədən sülh sazişi imzalamaq olmaz .....                     Türkiyə-Azərbaycan ittifaqı sınaq qarşısında .....                     Tarixi qərarsızlıq və müsbət gözləntilər .....                     75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? .....                     Rusiyanı qoruyan “əl” geri çəkildi: .....                     Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? .....                     Mərkəzi Bank İKT avadanlıqları aldı .....                     Günahsız günahkar, yaxud Azərbaycan aynasında kim necə görünür? .....                     Keçmiş TSEK sədrinin iddiası instansiyasına göndərdildi .....                     1 saylı Şəhər Poliklinikasının həkimi nədən narazıdır? .....                     Milli Məclisin gələn il üçün xərclər smetası məlum olub .....                     "Baku TV RU"nun baş redaktoru Natella Osmanlı Moskvada .....                     “Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” .....                     Parisin Bakıya “cırtdanlar”la hücumu .....                     Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub .....                     Müxalifət partiyası YAP-ı .....                     Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi .....                     Saxta nikah xidməti göstərən azərbaycanlı həbs olundu .....                     “Səviyyəsiz səhnəciklərə baxanlarda günah yoxdur” .....                     Uşaqpulu bu tarixdən bərpa olunacaq? .....                     Növbədə psixoloqlardır: .....                     Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... .....                     Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir .....                     `LEO BANK` yenə də aldadır... .....                     Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb .....                     Model Razi ANA OLDU .....                     Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qallantın həbsinə order verib .....                     Günah nə SOCAR-dadır, nə Santuşda .....                     Pul gəlsin deyə mənəviyyatımızı ayaqlar altına ata-ata yox olacağıq .....                     Nəsrullahın bir konkret mesajı məhvinə səbəb oldu .....                     “400 minlik yeyintidən xəbərim olmayıb” .....                     Dənizçilər üçün UNİKAL VƏSAİT: .....                     Paşinyan Qarabağdan gedənlərə yardımı dayandırır .....                     Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? .....                     İdxal olunan hibrid avtomobillərin sayı 61%, qiyməti isə 9% artıb .....                     Məktəblərdə ciddi çatışmazlıq .....                     “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib .....                     Erməni deputat dilə gəldi: .....                     Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Fəqan Həmidovun ailəsini ziyarət edib .....                 

"İtaliya, Türkiyədən sonra ikinci yerdədir..." - deputat
Tarix: 10-09-2024, 08:59 | Çap et
"İtaliya, Türkiyədən sonra ikinci yerdədir..."
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri, Beynəlxalq Çernobbio Forumunda iştirakı, bir sıra şəxslərlə və qlobal şirkət rəhbərləri ilə görüşü dünya ictimaiyyətinin diqqətindədir. Dövlət başçısının Forumda çıxışı zamanı olduqca önəmli məqamlara təmas etməsi də dünya mediasının nəzərindən qaçmayıb. İtaliya ölkəmizin vacib tərəfdaşlarından biridir. Xüsusilə də son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində kəskin artımlar müşahidə edilməkdədir. Təsadüfi deyil ki, ölkəmizin Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi məhz İtaliyanın payına düşür. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub. Bu isə o deməkdir ki, son dörd ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 3.4 dəfə artıb. 2023-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu İtaliyanın payına düşüb. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Elə buna görədir ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. Ən vacib məqamlardan biri də odur ki, Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Prezident İlham Əliyevin 2020-ci ili ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyib. Sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunmuşdu. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirdi. Elə buna görədir ki, işğaldan azad edilən bölgələrin bərpası işində dost ölkə olaraq İtaliya şirkətləri də iştirak edir. Cənab Prezidentin səfəri zamanı istər COP29-la bağlı İtaliyanın Azərbaycana hərtərəfli dəstək verməyə hazır olması ilə bağlı mövqe, istər İtaliyanın “Eni S.P.A” şirkəti ilə SOCAR arasında yeni əməkdaşlıq sahələrinin müəyyən olunması və bu şirkətlərin üçüncü ölkələrdə birgə layihələrdə iştirakı məsələsi barədə razılşama, istərsə də Azərbaycanın və İtaliyanın üçüncü ölkələrdə birgə investisiya layihələrində iştirakı məsələsi ilə bağlı məsələlər iki ölkə arasında münasibətlərin daha da inkişf edəcəyini söyləməyə əsas verir. Prezidentin İtaliyaya səfəri və əldə olunan razılaşmalar ölkələr arasında qeyri-neft sektorunda da əməkdaşlığın güclənməsinə təkan verəcək. Şübhə yoxdur ki, bu səfər iki ölkə arasındakı əməkdaşlıqda yeni bir mərhələnin əsasını qoyacaq. Azərbaycanın İtaliya ilə əlaqələrini genişləndirməsi ikitərəfli münasibətlərə strateji qazanclar gətirir. Avropa İttifaqının və dünyadakı "böyük yeddiliy"in güclü üzvlərindən biri olan İtaliya ilə dostluq münasibətləri Azərbaycanın manevr imkanlarını genişləndirir. Azərbaycanın İtaliya vasitəsilə qazandığı mövqelər onun Avropa İttifaqının diqqət mərkəzinə düşmək imkanlarını artırır. İtaliya ilə Azərbaycan arasındakı əlaqələr Cənub Qaz Dəhlizi layihəsi ilə daha da bərkiyib (TAP qolu) və bu, qarşılıqlı anlaşma üçün böyük dərəcədə qiymətli rol oynayıb. Ancaq indi həm Azərbaycan, həm də İtaliya bu əlaqələri daha yüksək zirvələrə doğru inkişaf etdirmək üçün yenilənmiş yanaşmaları qarşılıqlı maraqlar əsasında prioritetləşdirmək planlarını müzakirə edirlər. Çernobbio Forumu dünyanın ən reytinqli beyin mərkəzi toplantılarından biridir. Prezident İlham Əliyevə bu forumda diqqətin göstərilməsi, eyni zamanda ölkə başçısının bu forumda dünyanı narahat edən bir sıra iqtisadi, siyasi və ekoloji məsələlərlə bağlı mövqe ortaya qoyması Azərbaycanın həm qlobal problemlər və tendensiyalarla bağlı baxışlarını dünyaya nümayiş etdirir, həm də onun Avropada təşkil olunan bu kimi əhəmiyyətli forumlarda əsas natiqlərdən biri kimi xüsusi hörmətə sahib olduğunu göstərir.
Millət vəkili, iqtisadçı Azər Badamov "Sherg.az"a deyib ki, Prezident İlham Əliyevin İtaliya prezidentinin dəvəti ilə səfər etməsi və Beynəlxalq Çernobbio Forumunda iştirak edərək çıxış etməsi dövlət başçımızın şəxsiyyətinə olan böyük hörmətin və Azərbaycana Avropada verilən dəyərin göstəricisidir.
Deputat vurğulayıb ki, cənab Prezident səfər çərçivəsində İtaliyanın prezidenti, baş naziri ilə görüşməklə yanaşı, bir çox dünya səviyyəli beynəlxalq şirkətlərin rəhbərləri ilə də görüşdü:

"Bu, Azərbaycanın nəinki İtaliya ilə, həm də Avropa Birliyi ölkələri ilə əməkdaşlığının genişlənməsinə töhfə verir. Azərbaycanla Avropa Birliyinə daxil 10 ölkə arasında Strateji Tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Dövlət başçımızın Avropa Birliyi ölkələrinə səfərlərin intensivləşməsi və bu qitənin enerji təhlükəsizliyində rolumuzun artması Azərbaycanı etibarlı tərəfdaş olaraq Avropaya daha da yaxınlaşdırır. Azərbaycan-İtaliya münasibətləri tarixin ən yüksək mərhələsinə qədəm qoymuşdur. İtaliya Azərbaycandan neft və qaz alır. O cümlədən siyasi və humanitar sahələrdə də əməkdaşlığımız günü-gündən dərinləşməkdədir. İtaliyanın 100-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. O cümlədən, işğaldan azad olunmuş ərazilərin yenidən bərpasında da İtaliya, Türkiyədən sonra ikinci yerdədir".
Parlamentari vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə ermənilərin yerlə yeksan etdiyi mədəni dini abidələrimizin yenidən qurulmasında İtaliya şirkətlərinin yaxından iştirakı və birgə universitetin fəaliyyətə başlanması xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır: "Dövlət başçımız ikinci dəfədir ki, Beynəlxalq Çernobbio Forumunda çıxış edir. Cənab Prezidentin forumdakı çıxışı “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” mövzusunda olmuşdur. Bu mövzu həm regionumuz, həm də Avropa üçün çox vacibdir. Bu baxımdan dövlət başçımızın çıxışı bütün Avropa tərəfindən diqqətlə dinlənilib. Çünki Avropada Azərbaycana qarşı çirkin niyyətlərini həyata keçirmək istəyən ölkələr də vardır. Dövlət başçımız öz çıxışında bir çox vacib məsələləri səsləndirdi. Belə ki, torpaqlarımız işğal altında olduğu 30 ildə ATƏT-in müvafiq qrupun fəaliyyətsizliyi, o cümlədən ərazilərimizdə suverenliyi bərpa etməyimizdən sonra bizə qarşı bəzi dövlətlərin düşməncəsinə hücuma keçməsi, Azərbaycanın Ümumavropa qaz təchizatçısı olduğu və bu gün Avropa Birliyinə daxil 7 ölkəyə qazımızı ixrac etməyimizi, həm də 3 ölkənin qazımızı almağa hazır olduğunu dövlət başçımız xüsusilə vurğuladı. Dövlət başçımızın səsləndirdiyi vacib məsələlərdən biri də beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real gücün vacib olmasıdır. Halbuki torpaqlarımız işğal altında olduğu dövrdə qərb münaqişənin güc yolu ilə həlli olmadığını və ancaq danışıqlar aparılmalı olduğunu bildirirdi. Biz isə reallığı düzgün dəyərləndirdik və beynəlxalq hüququn bərpası üçün güc faktorunun əsas amil olduğunu sübut etdik".
A.Badamov qeyd edib ki, dövlət başçısı Azərbaycanın beynəlxalq tədbirləri keçirməkdə məqsədi dünyada sülh və əməkdaşlığın inkişafına xidmət etməkdən ibarət olduğunu qeyd etdi: "O cümlədən Azərbaycan COP29 beynəlxalq konfransını keçirməklə fərqli qitələr arasında körpü yaradacağını xüsusilə vurğuladı. Bu gün dünya nizamı pozulmuşdur. Ölkələrin harada yerləşməsindən asılı olmayaraq qlobal məsələlərin həllində dialoqun qurulması vacib məsələdir. Azərbaycan bu gün qlobal dialoq mərkəzi kimi çıxış edir. Beləliklə, dövlət başçımızın İtaliyaya səfərini Azərbaycanı dünyaya daha da yaxşı tanıtmaq baxımından çox əhəmiyyətli olduğunu hesab edirəm".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Klarneti həmin aparıcının ağzına soxacağam..." - Hüseyn HƏDƏLƏDİ
Bu gün, 07:44
Ermənistan Konstitusiyanı dəyişdirmədən sülh sazişi imzalamaq olmaz - Başqa cür ola da bilməz...
Bu gün, 07:36
Türkiyə-Azərbaycan ittifaqı sınaq qarşısında - Yollar ayırdı bizi?...
Bu gün, 07:32
Tarixi qərarsızlıq və müsbət gözləntilər - Təqaüdə bir addım qaldı
Bu gün, 07:29
75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
Bu gün, 07:27
Rusiyanı qoruyan “əl” geri çəkildi: - Mövqelər sarsılıb, yeni hədəf odur
Bu gün, 07:23
Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
Dünən, 19:00
Mərkəzi Bank İKT avadanlıqları aldı
Dünən, 18:58
Günahsız günahkar, yaxud Azərbaycan aynasında kim necə görünür? - AKTUAL
Dünən, 18:00
Keçmiş TSEK sədrinin iddiası instansiyasına göndərdildi
Dünən, 17:57
1 saylı Şəhər Poliklinikasının həkimi nədən narazıdır? - TƏFƏRRÜAT
Dünən, 17:54
Milli Məclisin gələn il üçün xərclər smetası məlum olub
Dünən, 17:51
"Baku TV RU"nun baş redaktoru Natella Osmanlı Moskvada "Feyklər barədə dialoq 2.0" forumunda
Dünən, 17:45
“Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” – Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
Dünən, 17:37
Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron
Dünən, 17:33
Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub - FOTO
Dünən, 17:28
Müxalifət partiyası YAP-ı belə TƏBRİK ETDİ
Dünən, 17:25
Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ...
Dünən, 17:13
Saxta nikah xidməti göstərən azərbaycanlı həbs olundu - TƏFƏRRÜAT
Dünən, 17:02
“Səviyyəsiz səhnəciklərə baxanlarda günah yoxdur” - Əməkdar artistdən SƏRT REAKSİYA
Dünən, 17:00
Uşaqpulu bu tarixdən bərpa olunacaq? - AÇIQLAMA
Dünən, 16:57
Növbədə psixoloqlardır: - Az maaş, problemli müəllim və şagirdlər...
Dünən, 16:52
Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:44
Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir - SƏRƏNCAM
Dünən, 16:40
`LEO BANK` yenə də aldadır... - AXI NİYƏ?..
Dünən, 16:35
Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb
Dünən, 16:26
Model Razi ANA OLDU - FOTO
Dünən, 16:18
Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qallantın həbsinə order verib
Dünən, 16:15
Günah nə SOCAR-dadır, nə Santuşda - Futbolçu topu boş qapıdan keçirə bilmirsə…
Dünən, 16:10
Pul gəlsin deyə mənəviyyatımızı ayaqlar altına ata-ata yox olacağıq - Əməkdar artist
Dünən, 16:01
Nəsrullahın bir konkret mesajı məhvinə səbəb oldu – İDDİA
Dünən, 15:59
“400 minlik yeyintidən xəbərim olmayıb” - Arif Rəhimov
Dünən, 15:56
Dənizçilər üçün UNİKAL VƏSAİT: - Ülfət Quliyevin yeni kitabı ÇIXDI
Dünən, 15:52
Paşinyan Qarabağdan gedənlərə yardımı dayandırır
Dünən, 15:22
Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:19
İdxal olunan hibrid avtomobillərin sayı 61%, qiyməti isə 9% artıb
Dünən, 15:17
Məktəblərdə ciddi çatışmazlıq – 8 şagirdə 1 kompüter düşür
Dünən, 15:14
“Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
Dünən, 15:08
Erməni deputat dilə gəldi: - "Qarabağ Azərbaycan torpağıdır "
Dünən, 15:01
Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Fəqan Həmidovun ailəsini ziyarət edib - FOTO
Dünən, 14:59
Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur - DETALLAR
Dünən, 14:55
Şər-böhtan kampaniyası iflasa uğradı - deputat
Dünən, 14:00
Azərbaycanda BOKT ləğv edilir
Dünən, 13:58
Görünür, ABŞ səfiri çıxışında məhz bu təmasları nəzərdə tutub... - ŞƏRH
Dünən, 13:06
Elza Seyidcahanın iddiasına DİM-dən cavab
Dünən, 13:02
Maliki SEPAH-ın tezisləri üzrə çıxış edir - deputat
Dünən, 12:59
Türkiyədə azərbaycanlı qadın güllələnərək qətlə yetirildi - VİDEO
Dünən, 12:53
“30 il erməniləri Qarabağı sevməyə məcbur ediblər - Ovannisyan
Dünən, 12:48
Güneyli məhbus işgəncə ilə öldürüldü - Fars-molla rejimindən VƏHŞİLİK
Dünən, 12:45
ABŞ səfirinə İrəvandan cavab: - “Bakı ilə belə bir təmas olmayıb”
Dünən, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru