Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və diqqət “əsl” Ermənistana yönəldilməlidir. AzVision.az xəbər verir ki, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Artur Ovannisyan ölkə vətəndaşlarına belə müraciət ünvanlayıb.
“30 il ərzində bizi başqasına məxsus olanı (Qarabağı) sevməyə məcbur ediblər. Başqa ölkənin beynəlxalq səviyyədə tanınan torpaqlarından nə istəyirsiniz? Ermənistan küçələrində gəzəndə Vanda və ya İrəvanda olduğunuzu hiss edirsinizmi? Biz hamımız “əsl” Ermənistanda yaşayırıq, ona görə də gəlin diqqətimizi ölkəmizə yönəldək”, - erməni deputat vurğulayıb.
Xatırladaq ki, ötən həftə Ermənistanın baş naziri ölkə parlamentindəki çıxışı zamanı ermənilərin anti-dövlətçilik təfəkkürünə malik olduqlarını vurğulayraq, hazırda “əsl” Ermənistanın yaradıldığını iddia edib.