"YAP həmişə monolit olub, bundan sonra da belə qalacaq” - SƏRT CAVAB
Tarix: 15-09-2014, 16:45 | Çap et
“Parçalanan, ziddiyyətlər yaşayan kimdir, haradadır? Bilirsiniz ki, bu gün müxalifətin daxilində gedən prosesləri cəmiyyətə tamamilə başqa cür təqdim etmək üçün onların başbilənləri başlayırlar Yeni Azərbaycan Partiyası haqqında qeyri-real fikirlər danışmağa”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov radikal müxalifətin ruporu olan mətbuatda YAP-da ziddiyyətlərin mövcudluğu barədə səsləndirilən iddialara münasibət bildirərkən deyib. Siyavuş Novruzov vurğulayıb ki, hazırda YAP-ın sıravisindən tutmuş rəhbər şəxslərinədək hər kəs mütəşəkkil qaydada fəaliyyətini davam etdirməkdədir: “Bu gün YAP-da təmsil olunan 630 minin 630 mini də bir yerdədir! Həm onun Siyasi Şurası, həm İdarə Heyəti, hər bir partiya üzvü və hər bir rayon, şəhər təşkilatı mütəşəkkil qaydada fəaliyyətini uğurla davam etdirməkdədir”. YAP rəsmisi qeyd etdiyinə görə, belə iddianı irəli sürənlər 20 ildən artıqdır ki, eyni fikirləri zaman-zaman ortaya atıblar, halbuki bu fikirlərin heç birinin məntiqi, mənası olmayıb: “Çünki YAP özülü təmiz və möhkəm qoyulan bir partiyadır. Təməli ümummilli liderimiz Heydər Əliyev kimi dahi bir şəxsiyyət tərəfindən qoyulan bir partiyadır. Əgər təməl möhkəmdirsə, onun üzərində qurulan təşkilat da əlbəttə ki, möhkəm olur. Lakin bizim partiyaya qarşı sözügedən iddialarda bulunanların təşkilatları çürük təməl üzərində qurulub. Ona görə də yavaş-yavaş dağlıb getməkdədir. Bunlardan fərqli olaraq, bu gün YAP-da qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq gedir, bu istiqamətdə ciddi iş aparılır”. Siyavuş Novruzov o cümlədən bildirib ki, əslində, YAP haqqında ortaya uğursuz fikirlər atanların özləri parçalanmaya məruz qaldıqları üçün həmin bu hallarını cəmiyyətdən, ictimai rəydən gizlətməyə çalışırlar: “Belə iddiaları irəli sürənlər həm də öz parçalanmalarını xalqdan gizlətməyə cəhd edirlər. Təbii ki, bu belədir. Bu gün Müsavatda qurultayöncəsi baş verənlər göz qarşısındadır. AXCP adlı qurum artıq yox səviyyəsindədir. Digərləri də həmin vəziyyətdədirlər. Onların heç birində nə partiya anlayışı, nə də ki, partiya sistemi ümumiyyətlə, yoxdur. Yəni beş-on nəfərin bu partiyaları özləri üçün maliyyə mənbəyi, siyasi divident vasitəsi kimi istifadə etmək cəhdindən başqa ortada heç nə yoxdur. Bu baxımdan, onlar istər-istəməz YAP haqqında belə fikirlər söyləməyə, iddialarla çıxış etməyə çalışacaqlar. Amma bunun heç bir mənası yoxdur. Çünki YAP həmişə monolit olub, bundan sonra da belə qalacaq”. Millət vəkili müxalifətçilərin onun açıqlamalarından narahat olmalarına da münasibət bildirib. YAP rəsmisi bununla bağlı qeyd edib ki, onun fikirləri doğru və düz olduğu üçün açıqlamaları müxalifət liderlərini narahat edir: “Mən həmişə düz olanı deyirəm, ona görə də ciddi şəkildə narahat olmağa başlayırlar”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
|