58 yaşında müdafiə edib, 4 ilə professor olan rektor - Ondan ayın tarixini də soruşan yoxdur...
Tarix: 23-07-2018, 12:35 | Çap et
Müğənni Nazpəri Dostəliyevaya fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi iddiası bir neçə gün ölkədə ən çox müzakirə edilən mövzuya çevrildi
Məsələ o qədər böyüdü ki, Ali Attestasiya Komissiyasının aparat rəhbəri Arif Quliyev açıqlama verərək, Nazpəri Dostəliyevanın elmi dərəcə alması ilə bağlı yayılan xəbərləri təkzib etdi, “başdan-ayağa saxta bir şeydir” – deyə bəyan etdi.
Ancaq bu da müzakirələrə son qoymadı, sadəcə istiqamətini dəyişdi. Belə ki, Nazpəri Dostəliyevanın elmi dərəcə alması HƏLƏLİK saxta çıxsa da (müğənni müdafiəyə hazırlaşdığını bəyan edib-red.), ölkədə elmi adları heç də həqiqi alimlərin daşımadığına dair çoxsaylı faktlar mövcuddur. Heç bir elmi fəaliyyəti olmadığı halda, nəinki fəlsəfə doktoru elmi dərəcəsini (elmlər namizədi-red.) daşıyan, hətta professor titullu onlarla, bəlkə də bir neçə yüz şəxsin adını çəkmək olar.
Məsələn, bu günlərdə məlum oldu ki, 40 yaşında Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki İdarəçilik Akademiyasını) bitirən Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev 2 ildən sonra namizədlik dissertasiyası müdafiə edib. Bununla da kifayətlənməyib, elmlər doktoru, professor adını da almağa nail olub.
Belə faktlar kifayət qədərdir. Azərbaycanda yüksək vəzifəli məmurların, nazirlərin, komitə sədrlərinin, eləcə də deputatların, icra başçılarının, imkanlı iş adamları və müğənnilərin adlarının qarşısına bir elmi dərəcə də əlavə etməsi dəb halını alıb. Səbəbi ayrı mövzudur, qalsın başqa bir yazıya.
Ancaq bu məsələ, əlbəttə yeni deyil, uzun illərdir mövcuddur. Hələ illər öncə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ciddi rezonans doğurmuş “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” sərlövhəli məqaləsində bunu açıq və sərt şəkildə tənqid etmişdi. Sitat: “ELM bir BİZNESƏ ÇEVRİLİB və istənilən şəxs – dövlət məmuru, yaxud iş adamı müxtəlif yollarla elmi ad almağa nail olur. Təəssüf ki, bütün bu proseslərdə elm və təhsil müəssisələrinin bir sıra əməkdaşları hazır dissertasiyaları iddiaçılara təklif edirlər. Paradoksal haldır ki, elmin paklığını qorumaq əvəzinə elm xadimlərinin özləri təsadüfi adamların elmi adlar almasına rəvac verir, belə işləri elmi şuralarda yekdilliklə dəstəkləyirlər. Söz yox ki, bu cızma-qaralar Azərbaycanın elmi potensialının artırılmasına heç bir xidmət göstərə bilməz!…
…Müdafiə şuraları səviyyəsiz araşdırmalara, dissertasiyaların müxtəlif yollarla yazılmasına, müdafiəsinə və elmi adların verilməsinə ciddi və tələbkarlıqla yanaşmır, nöqsanlara göz yumur. Müdafiə olunan dissertasiyaların böyük bir qismində sanballı elmi tutum və yeni elmi qənaətlər yoxdur. Belə faktların sayı isə nəinki azalmır, əksinə, artır”.
Belə faktlar təəssüf ki, Ramiz Mehdiyevin məqaləsindən sonra da azalmadı. Administrasiya rəhbərinin Azərbaycan elmində, elmi adların verilməsində yaranmış vəziyyəti çox dəqiq şəkildə ifadə edən sözügedən məqaləsi ölkədə ciddi rezonans doğursa da, elm və təhsil müəssələrində bir müddət geniş müzakirə edilsə də, konkret nəticəyə səbəb olmadı. İclaslarda “elmdə bazarı yığışdırmaq lazımdır” deyib gurultulu bəyanatlar verənlər, qısa müddətdən sonra “ənənəvi” üsulla elmi adları “bazara” çıxardılar.
Bu da müxtəlif səbəblərdən “titul acı” olanların “alim” adı almasına şərait yaradır. “Pulum var, imkanım var, niyə bir elmi adım da olmasın?” deyib baş vururlar Elmlər Akademiyasına və ya Dissertasiya Şurasının fəaliyyət göstərdiyi ali məktəblərdən, elmi mərkəzlərdən birinə. Orada adını dissertant və ya doktorant kimi qeydiyyata salaraq, formal bir mövzu götürürlər. Yüksək vəzifəlilər tapşırıqla ( “halallıq” üçün şirinlik verənləri də olur-red.), qalanları “bazarlıq” nəticəsində razılaşdırılan məbləği verməklə, heç bir elmi əhəmiyyəti olmayan dissertasiya işi yazdırırlar. Nə seminarlara çıxırlar, nə də müzakirələrə. Adlarından bir-iki məqalədə çap etdirib, alimlik dərəcəsini alırlar.
Bütün bu prosesi də qısa müddətdə yekunlaşdırırlar. Həqiqi elm adamları 2-3 ilə mövzusunun adını belə təsdiqlədə bilmədiyi halda, saxta və ya “imkanlı” alimlər 3-4 ilə hətta professor titulunu əldə edə bilirlər.
“AzPolitika.info”ya daxil olan məlumata görə, belə fantastik sürətlə professor adını alanların arasında hətta universitet rektoru olan da var. Söhbət Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevdən gedir.
Əlbəttə biz, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı – “Azərittifaq”ın sədri, Milli Məclisinin deputatı olan hörmətli Eldar müəllimin nə savadı, nə də elmi potensialı barədə hər hansı fikir söyləməkdən uzağıq. Sadəcə saytımıza daxil olan məlumatı və faktları təqdim etmək niyyətindəyik.
Belə ki, “AzPolitika.info”ya verilən məlumata görə, 1951-ci il təvəllüdlü Eldar Quliyev 58 yaşında, yəni 2009-cu ildə elmlər namizədi alimlik dərəcəsini alıb. Bundan 4 il sonra isə, yəni 2013-cü ildə elmlər doktoru, professor elmi dərəcəsini almağa nail olub. Necə deyərlər, gec başlayıb, amma çətin və məşəqqətli elm yolunu sürətli keçib. Ola bilsin ki, Eldar Quliyevin elmdə belə sürətlə irəliləməsinə səbəb 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru postunu tutması olub. Bəlkə də, Eldar Quliyev 30 ildən artıqdır “Azərittifaq”a rəhbərlik etdiyindən, elmi potensialını ortaya çıxarmağa vaxt tapmayıb. Yalnız “Azərittifaq” böyük ölçüdə dağılandan sonra fikrini elmə yönəldə bilib. Bilmirik…
Ancaq maraqlıdır ki, bu xəbəri dəqiqləşdirmək üçün müraciət etdiyimiz (Kooperasiya Universitetinə zənglərimizə cavab verən olmadı-müəl.) Açıq Ensiklopediya olan “Vikipediya”da Eldar Quliyev özü haqda verdiyi informasiyalarda nə zaman müdafiə etdiyi, nə zaman proffessor adı aldığı haqda məlumatları daxil etməyib.
“Vikipediya”da Eldar Quliyevin “Elmi və Siyasi Fəaliyyəti” bölməsində yazılıb: “1973-1974-cü illərdə Elmi-Tədqiqat İnstitutunda işləmişdir. 1974-1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1975-1987-ci illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışmış, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirant kimi elmi tədqiqat işi ilə məşğul olmuşdur. 1987-1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hal-hazıra kimi ictimai əsaslarına rəhbərlik edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur. İkinci, Üçünçü, Dördüncü və Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavinidir”.
Göründüyü kimi, nə vaxt alimlik adı aldığına dair bir cümlə belə yoxdur. Ancaq maraqlıdır, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirant olan Eldar müəllim niyə məhz o dövrdə deyil, təxminən 25 il sonra müdafiə edib? O zaman Eldar Quliyevin öz elmi potensialını ortaya çıxarmasının qarşısını kimlər alıb? Niyə uzu illər ərzində dünya elmi Eldar Quliyevin elmi təfəkküründən məhrum edilib?
Bu sualları Eldar müəllimin cavablandıracağına ümid edərək, qayıdırıq “Vikipediya”dakı məlumatlara. Bundan sonrakı hissədə yazılanlar Eldar Quliyevin qısa müddətdə elmə verdiyi “töhfələrin” (Vikipediyada belə yazılıb) dünyada necə böyük REZONANS doğurduğunu nümayiş etdirir. Qısa müddətdə dünyanın az qala bütün “nüfuzlu” akademiyaları Eldar müəllimi özlərinə üzv etmək üçün növbəyə düzülüblər. Diqqət edin: “Geniş elmi fəaliyyətinə və iqtisad elminə verdiyi töhfələrə görə (?!-red.) Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin Fəxri doktoru seçilmişdir. Roma şəhərinin “Fəxri alimi”dir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Qızıl Ulduz” medalı və “Atatürk Beynəlxalq” mükafatı, Birləşmiş Millətlər Təşkilatının Təltif Komitəsi tərəfindən “Taclı Xidmət” ordeni və İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi (UNCOPA) tərəfindən “Avropa Xidmət Ordeni”, Avropa Təbiət Elmləri Akademiyası tərəfindən “Senator Ulduzu” və “Qızıl Qartal” ordenləri ilə təltif olunmuş, Almaniyanın Berlin şəhərində Leybnits adına medalla mükafatlandırılmaqla “Avropanın əməkdar elm xadimi” adına layiq görülmüşdür.”.
Yəqin razılaşarsız ki, ömrü boyu elmlə məşğul olanlar belə bu titulların yarısını əldə edə bilmir. Düzdür, Azərbaycanda yuxarıda adları çəkilən “nüfuzlu” akademiyalara müəyyən pul müqabilində (elə də böyük məbləğ tələb olunmur -red) üzv olmağın mümkünlüyü çoxlarına məlumdur. Ancaq Eldar Quliyevin də bu yoldan istifadə etdiyinə inanmırıq…
Sonrakı hissədə isə 60 yaşından sonra özündəki elmi potensalı kəşf edən Eldar müəllimin əsərlərinin dünyanı necə heyran qoyduğundan yazılıb. Onun “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabının İtaliyada, İsveçrədə təqdimatının keçirildiyindən, Birləşmiş Millətlər Təşkilatının İsveçrədə yerləşən mərkəzi kitabxanasının fonduna qəbul edildiyindən bəhs olunur. “Professor Eldar Quliyevə müəllifi olduğu həmin kitabın dünyəvi əhəmiyyət daşıdığına (?!-red.) görə BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” beynəlxalq mükafatı təqdim edilib” deyə qeyd edilir. Hətta əsərlərinə görə, E.Quliyevə Vatikan Bonifasiana Akademiyasının həqiqi üzvü (akademik) diplomu da təqdim olunduğu deyilir.
İlk baxışda qibtə etməmək mümkün deyil. Əllbəttə, bəziləri pul hesabına hətta Harvard Universitetinin konfrans zalını icarəyə götürüb, 5-10 nəfəri yığıb nağıl kitabını belə samballı elmi əsər kimi nümayiş etdirməyin mümkün olduğunu iddia edəcəklər. Amma Eldar müəllimin əsərləri ilə bağlı bunu söyləmək üçün əlimizdə əsas yoxdur.
Qeyd edək ki, əsərlərindən Eldar müəllimin elmi fəaliyətinin çoxşaxəli olduğu görünür. Belə ki, ona aid olduğu bildirilən elmi əsərlərinin hərəsi bir sahəyə aiddir. Diqqət edin: “1. Müasir dövrdə xarici-iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin xüsusiyyətləri. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Kooperasiya”, 2011. 2. Gömrük işinin təşkili. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Kooperasiya”, 2012. 3. Etibarlı ərzaq təminatı sistemi: Kooperasiya və İnteqrasiya problemləri. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Elm” nəşriyyatı, 2013. 4. Aqrar iqtisadiyyat. Ali məktəblər üçün dərs vəsaiti. Bakı,“Kooperasiya”, 2015. 5. “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” – monoqrafiya, Almaniya, Cologne, 2017″.
Belə görünür ki, Eldar müəllim həm aqrar sektoru, həm gömrük işinin təşkilini, həm xarici-iqtisadi fəaliyyətin tənzimlənməsini, həm də ərzaq təhlükəsizliyinin təşkili məsələlərini çox dərindən bilir. Əks halda bu sahələrlə bağlı ali məktəb tələbələri, mütəxəssislər üçün dərslik yaza bilməzdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|