Göydə uçan təyyarə biletləri - Fantastik bahalaşmanın pərdəarxası
Tarix: 13-09-2018, 11:18 | Çap et
Azərbaycanda hava nəqliyyatının fantastik qiymətə olması heç kəsə sirr deyil.
Hava nəqliyyatı o qədər baha başa gəlir ki, Azərbaycandan Avropaya uçmaq istəyən şəxslər, Tiflisə getməyə üstünlük verirlər.
Qiymətlərin baha olması bir yana, sərnişinlər təyyarələrin köhnə olmasından və xidmətdən da şikayətçidirlər.
Faktiki olaraq, İstanbul və Moskva ən çox səfərlərin edildiyi yerlərdir. Bu reyslerdə onsuz da müştəri olur deyə, köhnə təyyarələr uçuşa buraxılır. Qiymət uçuş kilometrinə görə, ABŞ və Avropaya uçmaqla təxminən eynidir. Təkcə AZAL deyil, “Türk Hava Yolları” da həm bahadır, həm də Avropa uçuşlarında göstərdiyi xidmətin onda birini Azərbaycan üçün etmir. Qiymətin baha olması təbii ki, turistlərin ölkəyə gəlişinə də əngəl yaradır.
Hava nəqliyyatının baha qiyməti və bunun səbəbləri barədə iqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlama verib.
Natiq Cəfərli bildirib ki, istər “Türk Hava Yolları”nın, istərsə də, digər xarici şirkətlərin sərnişindaşıma xidmətini baha qiymətə həyata keçirməsinin əsas günahkarı AZAL-dır:
“AZAL birgə reyslərin olmasında israrlıdır. Həmin reyslərdən böyük payı və gəliri var. Bundan başqa bizim hava limanında xidmət haqqı kifayət qədər bahadır. Heydər Əliyev adına hava limanı dünyanın ən baha xidmət göstərən hava limanlarından biridir. İstər təhlükəsizlik xidməti olsun, istər təmizlik xidməti, istərsə də təyyarələrin yanacaqla doldurulması kifayət qədər bahadır. Xidmət haqqının baha olması qiymətlərə də təsir göstərir. “Türk Hava Yolları”na məxsus təyyarələr Tiflis-İstanbul reysini Bakı-İstanbul reysindən 2-3 dəfə ucuz qiymətə həyata keçirir. Bu da Tiflis hava limanı xidmətlərinin Bakıya nisbətən ucuz olmasının nəticəsidir”.
AZAL-a gəldikdə isə ekspert bildirib ki, AZAL yeganə, hegemon, inhisarçı şirkətdir:
“AZAL digər şirkətlərin Azərbaycana gəlməsinə imkan vermir. AZAL inhisarçılıq mövqeyindən istifadə edərək, qiymətləri diqtə edir. Qiymətlərin baha olmasının ən böyük səbəbi rəqabətsizlik mühitidir. Nə qədər ki ölkədə, əsasən də, hava daşımacılığında rəqabət mühiti yoxdur, turistlərin Azərbaycana gəlməsinə və Azərbaycan vətəndaşlarının xaricə səfər etməsinə şərait yaranmayacaq. Gürcüstanda aparılan araşdırma onu göstərdi ki, son 5 ildə Gürcüstan hava limanlarının daha ucuz şərtlərlə işləməsi və dünyaca məşhur 12 şirkətin Gürcüstan bazarında iştirakına hökumətin icazə verməsi turistlərin sayında kəskin artıma səbəb olub. 5 il öncə ildə 3 milyon turist qəbul edən Gürcüstan hazırda artıq 7 milyon turist qəbul edir. Hətta bu il turist sayının 8 milyon olacağı gözlənilir. Gürcüstan dünyada turist qəbulunun ən çox artdığı 5 ölkədən biri olub. Bu da hava limanının işləmə qaydalarından və Gürcüstan hökumətinin rəqabətli mühitin yaradılmasında maraqlı olmasından irəli gəlir. Azərbaycanda turizmin ləng inkişaf etməsinin əsas səbəblərindən biri məhz AZAL-ın inhisarçı mövqedə olmasıdır. Ona görə də, bu aviaşirkət biletləri kifayət qədər baha qiymətlərlə satır”.
AZAL-ın bu qədər baha qiymətə bilet satmasına rəğmən hələ də ziyanla işləməsinə gəldikdə isə Natiq Cəfərli bunları deyib:
“Şəffaflığın olmaması, xidmətlərin, satınalmaların şişirdilməsi, korrupsiya faktları ehtimalının yüksək olması maya dəyərinə təsir göstərir və şişirdilmiş maya dəyəri də şirkətin ziyanla işləməsinə səbəb olur. Əslində isə AZAL dövlətdən ən çox dəstək görən şirkətlərdən biridir. Həm təyyarələrin alışı və təmiri, həm də hava limanının tikinti və təmiri dövlət büdcəsi hesabına aparılır. AZAL-ın tez-tez vergi və kommunal borcları silinir. Bütün bunlara baxmayaraq, AZAL rəsmi rəqəmlərə görə, hələ də ziyanla işləyən şirkətlərdən biridir. Bu da AZAL-da idarəetmənin kökündən pis olduğunun bariz sübutlarından biridir”.
Hazırkı durumdan çıxış yolu barədə danışan ekspert qeyd edib ki, bazara müstəqil oyunçular və sayılıb-seçilən şirkətlərin daxil olmasına, onların burada çalışmasına imkan verilməlidir:
“Azərbaycana bir neçə şirkətlər gəlib, ancaq AZAL-ın inhisarçılığına və qiymətlərə görə ölkədən getməyə məcbur olublar. Bazar tam açılmalıdır. Hava limanının xidməti AZAL-dan alınmalı və tamamilə ayrı şirkətin nəzdində olmalıdır ki, rəqabət yaransın, nəticədə keyfiyət dəyişikliyi baş versin”.
AZAL-ın özəlləşdirilməli olduğunu deyən Natiq Cəfərli bildirib ki, şirkət dövlətin belində ağır yük kimi qalıb:
“AZAL həm dövlətdən böyük həcmdə vəsait alır, həm də qeyri-effektiv fəaliyyət göstərir. AZAL-ın özəlləşdirilməsi sadaladığım digər məsələlərlə birgə paralel aparılsa, 1-2 ildən sonra Azərbaycanda rəqabətli bir mühit yarana və Azərbaycan vətəndaşlarının Gürcüstan üzərindən xaricə uçmasının qarşısı alına bilər”.
Qeyd edək ki, rəsmi rəqəmlərə görə il ərzində Gürcüstandan xaricə səfər edənlərin 15-20%-ni Azərbaycan vətəndaşları təşkil edir.
Əlavə olaraq bildirək ki, prezident İlham Əliyev də AZAL-da bilet qiymətlərinin baha olmasını vurğulayaraq, bunları deyib: “Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır”. www.yenicag.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|