Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                 

Almaniyada sığınacaq axtaranlar: indi saxtakarların heç bir hoqqası keçmir - ARAŞDIRMA
Tarix: 3-09-2019, 10:47 | Çap et
Almaniyada sığınacaq axtaranlar: indi saxtakarların heç bir hoqqası keçmir
Almaniyaya 2015-ci ildən başlayan qaçqın axını hələ də davam edir.

“Report” xəbər verir ki, bu barədə son dörd ildə ölkəyə gələrək sığınacaq istəyənlərin statistikasını aparan Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsindən (BAMF) bildirilib.

BAMF-nin internet saytında hər ay yenilənən məlumata görə, bu ölkəyə sığınanlar arasında Suriya, İraq, Əfqanıstan, İran, hətta Türkiyə vətəndaşları çoxluq təşkil edir.

Azərbaycandan da Almaniyaya gedərək qaçqın statusu üçün müraciət edənlərin sayı kifayyət qədərdir. Ancaq sığınacaq axtaran Azərbaycan vətəndaşları ilə bağlı statistik məlumat BAMF-ın hazırladığı ilk onluqdakı ölkələrin vətəndaşlarının sayından az oldu]u üçün o siyahıya daxil edilmir. Buna baxmayaraq sığınacaq istəyən həmvətənlərimizlə bağlı sözügedən idarəyə sorğu verib, məlumat əldə etmək mümkündür. Məsələn, 2018-ci ildə Almaniyaya sığınacaq üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı 2900 nəfər olub. 2017-ci ildə 3030 nəfər, 2016-ci ildə 4750 nəfər, 2015-ci ildə 1497 nəfər, 2014-cü ildə isə 1295 nəfər qaçqın statusu almaq üçün bu ölkənin müvafiq qurumlarına müraciət edib.

2019-cü ilin ilk 6 ayı ərzində 999 nəfər Azərbaycan vətəndaşı qaçqın statusu almaq üçün federal idarəyə üz tutub. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faizdən çox azalma deməkdir. Belə ki, ötən ilin eyni dövründə müraciət edənlərin sayı 1500 nəfərə yaxın olub.

Bəzi ekspertlər Azərbaycan vətəndaşlarının sığınacaqla bağlı müraciətlərinin azalmasını Almaniyanın "Miqrasiya haqqında" qanunu sərtləşdirilməsi ilə əlaqələndirirlər.

Azərbaycanlılar niyə pasportlarını cırırlar?

Müxtəlif sosial şəbəkələrdə bu məsələ ilə bağlı olan paylaşımlar və şərhlərdən belə qənaətə gəlmək olar ki, sığınacaq almaq prosuduru zamanı həmvətənlərimizin qorxduqları əsas hal “Dublin anlaşması”nın tələblərinə uyğun olaraq viza aldıqları ölkəyə qaytarılmalarıdır. Avropa İttifaqına (Aİ) daxil olan ölkələrin birlikdə imzaladıqları bu anlaşma qanunsuz miqrasiyanın qarşısını almaqda olduqca effektlidir.

Sazişin başlıca məqsədi Aİ ölkələrinin hər hansı birində qaçqın statusu üçün müraciət etmiş şəxsin ərizəsinə vahid qaydada baxılması, ölkələr arasında məlumat mübadiləsinin daha effektli aparılması, sığınacaq axtaran şəxslərin hüquq və azadlıqlarının qorunması, eyni zamanda qanunsuz miqrasiyaya qarşı daha effektli mübarizəni təmin etməyə nail olmaqdan ibarətdir.

Qaçqın statusu üçün müraciət edən Azərbaycan vətəndaşlarının çoxu “Dublin”dən yayınmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Məsələn, Azərbaycanda guya təqib olunduğunu, ölkəyə qayıdacağı təqdirdə həbs olunacağı görüntüsünü yaradan biri “Dublin”ə düşməmək üçün pasportunu cırır və yandırır. Başqa bir misal, sığınacaq almaq istəyənlər miqrasiya idarəsində dindirilmə zamanı, əsasən də “yol intervyu”sunda Azərbaycandan gizli yollarla Almaniyaya gəldiklərini və borclu qaldıqları üçün pasportlarının qaçaqçıda girov qaldığını deyirlər. Təbii ki, alman məmurlar üçün onların hansı marşrutla ölkəyə gəldiyini müəyyən etmək elə də çətin olmur. Azərbaycanda Şengen ölkələrinin səfirlikərinə göndərilən sorğu nəticəsində onların hansı ölkə vizası ilə Almaniyaya ayaq basdıqları müəyyən olunduqdan sonra həmin şəxsin qaçqın statusu üçün müraciətinə baxış dayandırılır. Ölkədən çıxarılan şəxslər vizalarının olduğu Aİ ölkələrinə göndərilir və onların qaçqın statusu üçün müraciətlərinə həmin ölkələrdə yenidən baxılır.

Bu zaman bizim mühacirlərin Hindistan filmlərini kölgədə qoyacaq ssenariləri işə düşür. Dərman həbləri qəbul edib, damarlarını kəsib, başını divara vurub dəli olduğunu sübut etməyə çalışanlar hesab edirlər ki, bu yolla deportasiyadan canlarını qurtaracaqlar.

Məsələn, bu ilin iyul ayında Almaniyanın Bavariya əyalətinin Deggendorf şəhərindəki bir qaçqın kampında qalan 40 yaşlı Humay Məmmədova adlı Azərbaycan vətəndaşı “Dublin proseduru” ilə vizasının olduğu İtaliyaya göndərilməmək üçün dərman qəbul edərək həyatına son qoyub.

Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyaların məqsədi

Almaniya qaçqın axınına məruz qalan ABŞ və Kanadadan fərqli olaraq sosial dövlətdir. Qaçqını qəbul edib, ona qalmağa yer verib, gündə üç dəfə yeməklə təmin edib, cibinə xərclik qoyanda təbii ki, bu ölkəyə gələnlər çox olacaq. Səbəbi olan da, olmayan da. Elə Azərbaycan vətəndaşları da bu kimi səbəblərə görə mühacirət üçün Almaniyanı seçirlər. Miqrasiya idarələrində sorğu zamanı yaşamaq icazəsi üçün yetərli sübut təqdim etməyənlər onlara göstərilən dözümlü münasibətdən istifadə edərək “sübut” toplamağa başlayırlar. “Sübut” siyahısı da uzundur. Polisə saxta çağırış vərəqəsi, məhkəmə qərarları, əmək kitabçaları, jurnalist vəsiqələri, müxalifət partiyalarından dəstək məktubları, mitinqlərdə çəkilmiş şəkillər, polis əməkdaşları ilə bilərəkdən edilən qarşıdurmalardan video görüntülər və s.

Təbii ki, Almaniyanın Miqrasiya İdarəsində çalışan məmurlar Azərbaycandakı vəziyyəti çox gözəl bilirlər. Hüquq-mühafizə orqanları adından verilən sənədlərin həqiqiliyinin yoxlanılması məqsədi ilə verilən sorğuların nəticəsi bizim “mühacir”lərin kefinə soğan doğrayır.

Bu zaman “B planı” işə düşür. İki gündən bir Berlində yerləşən Azərbaycan səfirliyi önünə yığışıb, aksiya keçirib, bolluca şəkil çəkdirib dağılışırlar. Sonra həmin şəkillərə bir məktub da əlavə edilib, Miqrasiya İdarələrinə göndərilir. Aksiya zamanı səfirlik əməkdaşları tərəfindən şəkillərinin çəkilib Azərbaycanın hüquq-mühfizə orqanlarına ötürüldüyünü deyərək deportasiya ediləcəkləri təqdirdə onları həbs, işgəncə və s. kimi halların gözlədiyini yalanına inandırmağa çalışırlar.

Və yaxud bu tip aksiyalar hazırda Almaniyada hansısa yolla yaşamaq icazəsi alan birinin qohum-əqrabasını öz yanına gətimək üçün bir şans olur. Pul müqabilində bir neçə xəbər saytında xüsusi yazı hazırlatdırlar ki, guya mühacirin Almaniyadakı siyasi fəaliyyətinə görə Azərbaycanda olan əmisi, dayısı, bibisi, xalası və s. təzyiqlərə məruz qalır, polis idarələrinə çağırılaraq həbslə hədələnirlər.

Son aylar Azərbaycan dilli xəbər saytlarında bu tipli məlumatların həqiqliyi alman məmurlara şübhəli gəldiyindən həmin mühacirlər yeni varianta əl atıblar. Almaniyanın tanınmış media orqanlarının binası önündə aksiya keçirib barələrində kiçik də olsa bir xəbərin yazılmasına çalışırlar.

Yenə də eyni məqsəd (lər) üçün: “Bizi bu fəaliyyətimizə görə geri göndərsəniz, həbs edəcəklər” nağılı…

Almaniya isə, daha əvvəlki kimi qaçqınların nazı ilə oynamaq həvəsində deyil. Miqrasiya qanununa edilən dəyişikliklər bir daha göstərdi ki, rəsmi Berlin müxtəlif bəhanələrlə yaxşı yaşayış üçün bu ölkəyə üz tutanların yolunu bağlamaq niyyətindədir. Yaşlı işçi qüvvəsinin yerinə işə götürüləcək əcnəbilərə qapılarını açan Almaniya bu yolla həm də 2015-ci ildən bəri məruz qaldığı qaçqın axınını azaltmağa çalışır.

Vergilərlə yaşayan bir dövlətə isə işçi lazımdır: İşləyib, dil öyənərək alman cəmiyyətinə yaxşı inteqrasiya olanan işçi...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru