Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! .....                     Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU .....                     Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? .....                     Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib .....                     Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? .....                     İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini .....                     Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub .....                     Ararat Mirzoyan COP29-a dəvət alıb .....                     "MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... .....                     Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” .....                     Bakıda şirkət rəhbəri həbs edildi .....                     QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR .....                     "Qısa zamanda sülh müqaviləsi imzalana bilər” .....                     Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir .....                     Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? .....                     Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! .....                     Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir .....                     Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb .....                     Paşinyan COP29-da iştirak üçün dəvət alıb .....                     ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... .....                     DEM partiyasının baş ofisinə hücum olub .....                     Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir .....                     Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib .....                     “Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" .....                     DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? .....                     “Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? .....                     Sülh sazişini bu formada imzalamağa hazırıq .....                     "COP29 Azərbaycanın dünya əhəmiyyətli dövlətə çevrildiyini göstərir" .....                     “İdarə rəhbərinin bizi görməyə gözü yoxdur...” .....                     Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb .....                     Həm maaş, həm də pensiya alan deputatlar .....                     Qonşu ölkədə dollar kəskin bahalaşdı .....                     Xankəndidə ölən erməni qadının qızı: “Bura gətirə bilmədik” .....                     Bakıya getməyə məcburuq .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir .....                     "Hüseynoglu Residence" YAŞILLIĞA QƏNİM KƏSİLİB .....                     BRİKS Qlobal Cənub üçün "yapışdırıcı" ola bilər .....                     Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: .....                     Aİ Rusiya əleyhinə sanksiyaları gücləndirir: .....                 

Şəmkirdə Alimpaşa “oyunbazlığı”: Bir yerin iki “adaxlısı” var - NARAZILIQ...
Tarix: 30-06-2020, 11:51 | Çap et
Şəmkirdə Alimpaşa “oyunbazlığı”: Bir yerin iki “adaxlısı” var
Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədov Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə indiki vəzifəsinə təyin edilib. Bu o zaman idi ki, bir neçə ay əvvəl ölkə başçısının Sərəncamı ilə 2014-cü il “Sənaye ili” elan olunmuş və irili-xırdalı bütün məmurların öhdəsinə ölkə sənayesini inkişaf etdirmək vəzifəsi qoyulmuşdu. 12 mart 2014-cü ildə İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncama nəzər salsaq bu həqiqəti tam aydın görə bilərik.

Sərəncamda deyilir: ““Sənaye potensialının gücləndirilməsi”, “Təşkilati tədbirlər”, “Sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi”, “Normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi”, “Təbliğat və təşviqat işləri” bölmələrindən ibarət olan Tədbirlər Planında 2014-cü ildə aidiyyatı qurumlar tərəfindən görüləcək işlər müəyyən edilmişdir”.

Ölkə başçısı Alimpaşa Məmmədovu icra başçısı təyin edəndə, yəqin ki, ondan rayonda “Sənaye potensialının gücləndirilməsi”ni gözəyirdi. Bəs o, bu gözləntini necə doğruldub?

Cavaba keçməmişdən əvvəl kiçik bir haşiyə

Məlum olduğu kimi, Azərbaycanın ən keyfiyyətli üzümçülük rayonu olan Şəmkirin bu potensialı ötən hələ 19-cu əsrdən alman şərab sənayeçilərinin də diqqətini cəlb edib. Həmin əsrin ortalarında Şəmkirə köçən bir çox alman ailələri bu rayonda şərabçılığın əsasını qoyurlar. 200 ilə yaxındır davam edən bu ənənə sayəsində Şəmkir vaxtilə ölkənin ən iri şərabçılıq rayonlarından birinə çevrilib. Sovet hökuməti dövründə rayonun ən böyük şərabçılıq müəssisələrindən biri də Şəmkir Şampan Zavodu olub.

Alimpaşa Məmmədov icra başçısı təyin olunmayanadək yerli rəhbərlik Şampan zavodunun inkişafı üçün bir sıra addımlar atıb. Əldə etdiyimiz sənədlərə əsasən, zavodun xammal ehtiyaclarını ödəmək üçün 500 hektardan çox torpaq sahəsi ayrılıb. Plana görə, həmin torpaq sahələrində becərilməsi nəzərdə tutulan üzüm Şampan zavodunda emal olunmalı, məhsullar yerli bazarla yanaşı, Rusiya kimi xarici ölkələrə ixrac olunacaqdı. Nəticədə rayonda üzüm bağlarından tutmuş Şampan Zavoduna qədər müxtəlif müəssisələrdə yüzlərlə insan işləyəcək, Şəmkirin rifah halı yüksələcək, Azərbaycana xeyli xarici valyuta gələcək, dövlət büdcəsi yeni maliyyə qaynağı ortaya çıxacaq və s. və ilaxır. Bunlar 2005-2006-cı illərdə həmin torpaq sahələrini Şampan Zavoduna verən köhnə rəhbərliyin xülyası idi. Amma atalar demişkən, sən saydığını say, gör, 2014-cü ildə rayona başçı təyin olunan Alimpaşa müəllim nə sayır?

Alimpaşanın "saydıqları"

Şəmkir Şampan Zovadu ASC-nin Müşahidə Şurasının sədri Hafiz İbrahimovun Ovqat.com-a verdiyi məlumata görə, Alimpaşa Məmmədov icra başçısı təyin olunandan sonra isə ilk işə həmin sahələri başqalarına satmaqla başlayıb.

Maraqlıdır ki, ərazilər həyətyanı torpaq sahəsi kimi satılıb. Halbuki, sənədlərdə həmin sahələrin kənd təsərrüfatının inkişafı şərtilə Şampan Zavoduna verildiyi açıq şəkildə yazılıb.

İddialara inansaq, Şampan Zavoduna aid olan torpaq sahələri yerləşdikləri məkanlara görə müxtəlif qiymətə hərraca çıxarılıb. Rayon mərkəzinə yaxın ərazilərdə bir hektar ərazi 10 min manata satıldığı halda, ucqarlara getdikcə qiymətlər 30 min manata qədər enir.

Ən təəccüblü isə odur ki, satılan ərazilər rəsmi sənədlərdə indiyədək Şampan Zavodunun balansındadır. Zavod həmin yerləri 50 illiyinə arendaya götürüb və bunun haqqını ödəyib. Hazırda Azərbaycan Respublikasının Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Şəmkir Şampan zavoduna məxsus mülkiyyət kimi göstərilən torpaq sahələrinin satılarkən necə sənədləşdirildiyi isə maraq doğurur. Belə çıxır ki, eyni ərazinin iki sənədi var: biri Bakıda Əmlak Məsələri Dövlət Komitəsində, biri Şəmkirdə İcra Hakimiyyətində. (Qeyd edək ki, bir yerin iki sahibi problemi təkcə Şəmkir Şampan Zavodunun başına gətirilən “Alimpaşa oyunu” deyil. Rayonun əksər iş adamları məhz bu səbəbdən bir-birinə düşmən kəsiliblər. Bu barədə əldə etdiyimiz faktları tədricən yaylımlayacağıq).

İndisə həmin ərazilərin Şəmkir Şampan Zavoduna aid olduğunu göstərən və hazırda Azərbaycan Respublikasının Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatda olan sənədləri yayılmayırıq. Ümidvarıq ki, Şəmkir İcra Hakimiyyəti də həyətyanı torpaq sahəsi kimi satdığı, hazırda üzərində evlər, villalar tikilən ərazilərin onlarda olan sənədlərini paylaşacaq və müvafiq orqanlar “iki adaxlılı qızın” əslində kimə aid olduğuna aydınlıq gətirəcək.
Ovqat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! - AXI NİYƏ?..
Bu gün, 17:15
Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU - ÖZBAŞINALIĞA ACİL MÜDAXİLƏ...
Bu gün, 17:12
Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:06
Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib - RƏSMİ
Bu gün, 17:04
Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 17:01
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini İŞDƏN ÇIXDI
Bu gün, 17:00
Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub - BELƏ HARA GEDİRİK?
Bu gün, 16:57
Ararat Mirzoyan COP29-a dəvət alıb - KİV
Bu gün, 16:55
"MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... - Sabirabad sakini nəvələrinin qəyyumluğunun oğluna verilməsini istəyir...
Bu gün, 16:50
Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” - TƏFƏRRÜAT
Bu gün, 16:48
Bakıda şirkət rəhbəri həbs edildi - Yarım milyonluq fırıldaq
Bu gün, 16:46
QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR - Atası səlahiyyətli şəxslərdən kömək istəyir
Bu gün, 16:41
"Qısa zamanda sülh müqaviləsi imzalana bilər” - deputat
Bu gün, 16:37
Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir - BARIŞIQ İSTƏMİRLƏR...
Bu gün, 16:34
Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? - AKTUAL
Bu gün, 16:33
Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:31
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir - FOTO
Bu gün, 16:27
Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb - FOTO, VİDEO
Bu gün, 16:21
Paşinyan COP29-da iştirak üçün dəvət alıb - Ermənistan XİN
Bu gün, 16:19
ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... - FOTO
Bu gün, 16:17
DEM partiyasının baş ofisinə hücum olub
Bu gün, 15:04
Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir - Başqa yolu yoxdur...
Bu gün, 14:00
Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib
Bu gün, 13:58
“Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" - Rusiyalı politoloq
Bu gün, 13:56
DİQQƏT! Avtomobil suya düşərsə, necə xilas ola bilərik? - Ekspert AÇIQLADI
Bu gün, 13:50
“Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? - FOTOLAR
Bu gün, 13:42
Sülh sazişini bu formada imzalamağa hazırıq - Qriqoryan
Bu gün, 13:39
"COP29 Azərbaycanın dünya əhəmiyyətli dövlətə çevrildiyini göstərir" - Vüqar Oruc
Bu gün, 13:33
“İdarə rəhbərinin bizi görməyə gözü yoxdur...” - NARAZILIQ VAR...
Bu gün, 13:30
Bakıda məşhur "AVVA" mağazalar şəbəkəsinin rəhbərinə cinayət işi açılıb - SƏBƏB
Bu gün, 13:16
Həm maaş, həm də pensiya alan deputatlar - SİYAHI
Bu gün, 13:09
Qonşu ölkədə dollar kəskin bahalaşdı – Azərbaycanı nə gözləyir?
Bu gün, 13:01
Xankəndidə ölən erməni qadının qızı: “Bura gətirə bilmədik” - "Bir müddətdir anamla danışmırdım"
Bu gün, 12:59
Bakıya getməyə məcburuq - Erməni jurnalist
Bu gün, 12:57
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:55
Payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir - VİDEO
Bu gün, 12:53
"Hüseynoglu Residence" YAŞILLIĞA QƏNİM KƏSİLİB - cəzasız qalmadı...
Bu gün, 12:51
BRİKS Qlobal Cənub üçün "yapışdırıcı" ola bilər - İndoneziya xarici işlər naziri
Bu gün, 12:47
Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: - “Apple" və “NVIDIA”ya yatırımlar kəskin artıb
Bu gün, 12:42
Aİ Rusiya əleyhinə sanksiyaları gücləndirir: - ABŞ-da siyasət dəyişikliyi gözlənilir
Bu gün, 12:37
“Ermənistan və Türkiyə nümayəndələrinin görüşü olacaq” - “News.am”
Bu gün, 12:30
Saleh Məmmədovun müşavirinin oğlu da ölkədən pul çıxarıb? - “Siracoglu” MMC hakim qarşısında
Bu gün, 12:26
Tuneldə ölən Elnurun ailəsi fəryad edir: Günahkarlar cavab versin! - VİDEO
Bu gün, 12:23
Təbrizdə divarlara bu cümlələr yazıldı - FOTO
Bu gün, 12:20
Tehran-İrəvan uçuşları Təbrizdən həyata keçiriləcək
Bu gün, 12:18
Qarabağ separatçısı bəraət aldı - FOTO
Bu gün, 12:14
“Çalışırlar yuxarıdakıların xoşuna gəlsin, amma…” – Əkrəm Əylisli
Bu gün, 12:09
Nazim Quliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb - DETALLAR
Bu gün, 12:02
İki ildir pensiyasından qanunsuz olaraq PUL TUTULUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 12:00
Qərbin Bakıya yeni hücumları: bu dəfə COP29 hədəfdədir - NƏ ETMƏLİ?
Bu gün, 11:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru