Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                     Ölkəmizin iqlim diplomatiyasında uğuru .....                     Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? .....                     Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... .....                     "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                     Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                     Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                     Trampın Qarabağla bağlı dedikləri... .....                     Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir? .....                     Xırdalanın abadlaşdırılması 2 milyon manata .....                     “2 gün mən, 2 gün də saxta həkimlər...” .....                     NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? .....                     Rusiya ABŞ-yə cavab olaraq Asiyada .....                     Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə .....                     Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... .....                     Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı .....                     Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı .....                     Hərbi pilotların peşəkarlığı artırılır .....                 

Cəlilabadda "torpaq davası" - Vətəndaş hakim özbaşınalığından yazır
Tarix: 6-08-2020, 11:01 | Çap et
Cəlilabadda "torpaq davası"
Cəlilabad rayonu Muğan kənd sakini Ağayev Abasqulu Məşi oğlu məhkəmənin qətnaməsindən, hakimdən və köməkçisindən narazıdır.
Şikayətçi "Demokratik.Az"-a müraciətində yazır ki, Cəlilabad rayon Məhkəməsinin hakimi Elxan Əmirəliyev rüşvət alaraq başına oyunlar açıb.
"Cəlilabad rayonunun Muğan kəndində 62 sot həyətyanı torpağım, yanında da 68 sot pay torpağım var. Hər birinin də tam qaydasında sənədləri, yəni çıxarışı, texniki pasportu, torpaq sahəsinin plan və ölçüsü var. Yerim bərəkətli yerdir, 5 metrdən su çıxır, qara torpaqdır, nə əkirsən əla məhsul verir. Lakin mənim yerimə göz dikənlər var. Məhz torpağımın münbit və bərəkətli yerdə olmasına görə torpağıma bəzi kəndçilərim göz dikib və əlimdən almaq istəyirlər. Bu işdə onlara Cəlilabad rayon Məhkəməsinin bədnam və rüşvətxor hakimi Elxan Əmirəliyev kömək edir. Saxta sənədləri məhkəməyə doldururlar, Elxan Əmirəliyev də onların əsas götürərək iddianı qəbul eləyir. Neçə illərdi ki, Elxan Əmirəliyev məni girinc eləyib, çünki qarşı tərəfdən rüşvət alıb, çalışır işi həll etsin"-deyə vətəndaş şikayətində bildirir.
Abasqulu Ağayevin sözlərinə görə, ilk əvvəl Ağayev Murtuz Mirzağa oğlu adlı kəndçisi məhkəmədə ona qarşı iddia qaldırıb ki, guya onun yerində iddiaçının 12 sot torpağı var. Və O, məhkəməyə saxta kopya təqdim edib. Hakim Elxan Əmirəliyev də onun iddiasını kopya sənədlə qəbul edib. Halbuki praktikaya əsasən, sənədlərin əsli olmadan, kopya ilə işə baxılmaz.
Həmin kopya sənədlə 1 ildən çox məhkəmələrə çəkilən, mübahisələr edən şikayətçi idda edir ki, davalar düşüb, xəstələnərək sonda infarkt vəziyyətinə gəlib.

"Görün bu hakim puldan, rüşvətdən sarı mənim başıma nə oyunlar açdı! Tək mənim yox, rüşvət alaraq çox qurama iddialara baxıb, kopya, saxta sənədlərlə məhkəmələr aparıb, qeyri-qanuni qərarlar çıxarıb ki, bu barədə gələcəkdə sizlərə yazacam. Məni məhkəməyə verən Ağayev Murtuz Mirzağa oğlu sonra boynuna aldı ki, həmin kopya sənədi kompüterdə saxta yolla düzəldib hakimə vermişdi, çünki mən çox yerə yazdım, şükayətlər etdim, Elxan Əmirəliyev də məcbur qalıb iddianı təmin etmədi. 1 il məni aparıb gətirəndən, üzücü məhkəmə proseslərinə çəkəndən, dalbadal ekspertizalar göndərəndən, mənim ömrümü-günümü çürüdəndən sonra nəhayət iddianı təmin etmədi və məni rahat buraxdı.
Mən yalnız Apelyasiya Məhkəməsində bilmişəm ki, Elxan Əmirəliyev 1 il imiş saxta, kopya sənədlə mənim işimə baxırmış. 1 il imiş mən əbəs yerə gedib gəlirmişəm. Elxan Əmirəliyev sadəcə tamaşa qurub məni ələ salırmış. Bundan sonra əsəbdən infarkt keçirtdim.
Bundan bir neçə ay keçmiş Elxan Əmirəliyev həmin Ağayev Murtuzla əlbir olan Bayramova Qaraqız Tvox qızını yanına çağırdı, onu öyrətdi ki, iddia qaldır, təmin edəcəm. 4-5 aydır ki indi də Bayramova Qaraqız ilə məhkəmələşirəm ki, gedib gəlirik, hakim Elxan Əmirəliyev də bizə yox, qarşı tərəfə kömək edir. Təsəvvün edin ki, 65-66 yaşlı qoca arvad iddia qaldırıb ki, mənim 68 pay torpağıma verilmiş çıxarış, planı və ölçüsü ləğv edilsin. Onun burda nə marağı var? Cəlilabadda hamı bilir ki, Elxan Əmirəliyev kupça ləğv etmək üzrə mütəxəssisdir. O hamıya deyir ki, Kərəm Həsənovun, Əmlak Komitəsinin Cəlilabadda verdiyi kupçalar saxtadır. Neçə-neçə kupçanı ləğv elətdirir, Əmlak Komitəsini pis vəziyyətdə qoyur və işini pozur, insanlarda dövlət sənədinə şübhələr yaradır, ailələr arasında qırğınlar salır. Budur Elxanın fəaliyyətinin nəticəsi! Dövlət bu hakimin fəaliyyətinə hüquqi qiymət verməlidir"-deyə şikayətçi əlavə edir.
Vətəndaş ardınca daha sərt ifadələrlə belə yazır:
"Mənim kupçam var, amma Qaraqızın sənədinə fikir verin! Qaraqız da Murtuz kimi məhkəməyə saxta sənəd verib və Elxan da həmin sənədi əsas götürərək məni ittiham edir. Qaraqız məhkəməyə qeyri-qanuni yollarla alınmış sənəd verib ki, bu sənəddə göstərilir ki, guya Muğan kənd Bələdiyyəsi Şurası onlara pay torpağını verib, hətta alqı-satqı da edib. Bu harda görünüb? Azərbaycan qanunlarına görə Bələdiyyə pay torpağını alqı-satqı edə bilməz, sata bilməz, təkcə icarəyə verə bilər! Məgər Elxan bunu bilmir? Bilir, sadəcə rüşvət aldığına görə həmin sənədə əsasən “qaldırılmış” iddianı qəbul edib.
Məqsəd nədir? Elxan bayaq dediyim Ağayev Murtuzdan rüşvət almışdı, saxta kopya ilə onun düz 1 il məhkəmə işini apardı, amma aşıra bilmədi, pul batdı. İndi Qaraqızı Murtuzun yanına qoşub ki, onun vasitəsilə mənə qarşı olan işi həll etsin, “borcdan” çıxsın. Mənim çıxarışım ləğv olunanda avtomatik torpağım havada qalacaq, onda Murtuz 12 sot yox, daha çox torpağa sahiblənə biləcək. Məqsəd budur. Elxan borcunu qaytarsın!
Bunu da qeyd edim. Təsəvvür edin ki, Qaraqız o qədər arxayınlaşıb ki, həmin ərazidə ev tikib. Pay torpağında! Azərbaycanda harda görünüb ki, pay torpağında ev tikilsin? Bu qanunla qadağandır, çünki dövlət pay torpaqlarını vacib olan kənd təsərrüfatı məhsullarının əkilməsi üçün ayırır. Təyinatı da budur. Ev tikmək üçün isə ayrıca həyətyanı torpaq sahəsi verilir. Lakin Elxan bunlara göz yumur, çünki qarşı tərəfdən rüşvət alıb. Dövlət orqanları bilməlidir ki, hakim Elxan Əmirəliyev Cəlilabadda partapart Əmlak Komitəsinin verdiyi çıxarışları ləğv edir, pay torpaqlarına camaatı buraxıb evlər tikdirir. Puluna minnət. Cəlilabad Məhkəməsi açıb bazardır.
Tək mən deyiləm, Elxan çoxlu adamın kupçasını ləğv edib. Tanışım, Abışabad kənd sakini Həsənov Rəhimin ailəsinin kupçasını da ləğv etdi. Qadının qaynı idda qaldırdı ki, o vaxt mən miras ərizəsinə qol çəkməmişəm, imzam saxtadır. Elxan Əmirəliyev də imzanı ekspertizaya göndərmək əvəzinə çıxarışı ləğv etdi, nəticədə qaynı qadını 4 uşaqla evdən çıxardı, çölə tulladı. Niyə belə etdi? Çünki Elxan Əmirəliyev katibi və dəllalı Şahin Sultanzadə vasitəsilə həmin adamdan 500 manat rüşvət almışdı. Hal-hazırda iş Şirvan Apelyasiyadadır. Elxan Əmirəliyev 500 manata dövlətin verdiyi kupçaları ləğv edir.
Onu da deyim ki, Elxan Əmirəliyev əvvəl Şirvan Apelyasiyasında hakim işləyib, ona görə də qorxmur, arxayındır, bilir ki, Şirvan Məhkəməsindəki dost-tanışlara deyəcək, onlar da qətnamənin qüvvədə qalmasına “dəstək” verəcəklər. Odur ki, rahatlıqla pul alaraq kupçaların ləğv edilməsi ilə məşğul olur. Halbuki Əmlak Komitəsində əsassız kupça verilmir, sənədlər çoxlu instansiyada yoxlanılır və tam dəqiqləşəndən sonra kupça verilir. Elxan Əmirəliyev isə dövlətin kupçalaşma siyasətinə şübhələr yaradır.
Elxan Əmirəliyev artıq saxta işlərlə məşğul olmaqda professionallaşıb. O saxta, kopya sənədlərlə çoxlu işlərə baxıb. Təkcə mənə qarşı saxta sənədlərlə 2 iş aparıb. Həmin sənədləri hüquq mühafizə orqanlarına göndərmişəm ki, həqiqiliyi, düzgünlüyü araşdırılsın və cinayət işi qaldırılsın. Dövlət orqanlarından xahiş etmişəm, o cümlədən media orqanlarından da istəyim budur ki, mənim işimlə maraqlanasanız. Araşdırın görün hakim Elxan Əmirəliyev bu saxta, kopya, girdirmə sənədləri necə, hansı “maraqlar çərçivəsində” qəbul edib, bunların əsasında necə işə baxır?"...
imza: Ağayev Abasqulu Məşi oğlu
Cəlilabad rayonu Muğan kəndi
Demokratik.Az olaraq yazıda adıkeçən hakimlə və köməkçisi ilə telefon əlaqəsi yaratmağa çalışsa da cəhdlərimiz uğursuz alındı...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21
Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18
Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14
Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12
Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04
Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02
Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00
TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58
Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21
Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru