`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... .....                     Burda müştərini rəsmən QARƏT EDİRLƏR .....                     Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... .....                     Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... .....                     Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... .....                     Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? .....                     Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb .....                     Aqrar sektor niyə sürətlə geriləyir? .....                     Bayden Trampa qədər nüvə savaşı başladacaq .....                     Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram .....                     Gəlirlərin artması üçün yeni yol tapılıb .....                     “Ədəbi əks-səda”nın sədası sonra çıxacaq .....                     Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... .....                     COP29-un tarixi uğuru nə oldu? .....                     Köçəryan sirləri açdı: .....                     Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                 

““Gilan Orchard” şirkəti məzuniyyət pulumuzu ödəmir” - GİLEY
Tarix: 22-05-2021, 10:00 | Çap et
““Gilan Orchard” şirkəti məzuniyyət pulumuzu ödəmir”
İki Göyçay sakini “Gilan Holding”in “Gilan Orchard” şirkətindən məzuniyyət pulunu ala bilmədiklərindən şikayətçidir.

Rayonun Qarabaqqal kənd sakini Namiq Eyvazov deyir ki, onu həm işdən çıxarıblar, həm də son aylarının əmək haqqını və təzminatını ödəməyiblər. Üstəlik, şirkətlə bağladıqları sonuncu müqavilənin sürətini də ala bilməyib:

“Mən tək atayam, yoldaşım rəhmətə gedib, körpə, 5 yaşlı övladım mənim öhdəmdədir. İndi bir tərəfdən də işsiz qalmışam və təzminatımı ala bilmirəm. Mənim ildə 42 gün məzuniyyətim var idi. Toplanmış məzuniyyətlərimin pulunu ödəsəydilər, azı 2500 manat olacaqdı. Bununla xeyli problemimi həll edə bilərdim, ancaq vermirlər”.

Namiq Eyvazov 2012-ci ildən şirkətdə aqronom olaraq çalışıb. Deyir, daha çox meyvəçiliklə məşğul olub, nar yetişdirib:

“Az idi, çox idi, bir əmək haqqı alır, dolanırdıq. 2017-ci ildə yığdılar bizi ofisə və boş kağıza qol çəkdirdilər. Bununla bir şirkətdən işdən çıxdıq, ancaq işimizi görməyə, əmək haqqı almağa davam etdik. Bir neçə ildən sonra başqa bir şirkətə işə qəbul etdilər. Bundan da 3 il sonra ixtisara düşdük. Yenə eyni üsulla. Boş kağıza qol çəkdik, amma bu dəfə birdəfəlik işimizə son verildi. Ancaq bu zaman da yığılıb qalan əmək haqqımızı, məzuniyyət pulumuzu vermədilər. Keçmiş illərin hesabatını 2-3 nəfər tələb etdi, qalanları susdu”.

Namiq Eyvazov deyir ki, pandemiya dövrü işdən çıxarılmağı da qanunsuzdur:

“Halbuki prezidentin bu dövrdə kimsəni işdən çıxarmamaqla bağlı tapşırığı var idi, heç nəyə baxmadılar. Sonradan da hara müraciət etdik, cavab ala bilmədik”.

Fuad Seyidov isə “Gilan Holding”də təchizatçı işləyib. O da işdən çıxarılıb və toplanan məzuniyyətlərinin haqqını ala bilməyib. Deyir, şirkətin ona 3200 manata yaxın verəcəyi var. Fuad Seyidov lap başdan, şirkətin necə yaranmasından və işlədikləri müddətdə qarşılaşdıqları çətinliklərdən danışıb:

“2007-ci ildə Şirvan Meyvəçilik Mərkəzi yarandı. Mayın 1-dən orda işə qəbul oldum. O vaxt heç kimlə müqavilə bağlanmırdı. 2012-ci ilə qədər qeyri-rəsmi işlədik. Ondan sonra şirkətin adını dəyişib MNK etdilər. 23-24 nəfərlə müqavilə bağladılar. Bizimlə yenə müqavilə bağlamadılar. Buna da heç nə deyə bilmədik. Çünki işsiz qalmaq təhlükəsi var idi və indiki dövrdə bilirsiz, iş tapmaq asan deyil”.

Şikayətçi deyir ki, düz 2017-ci ilədək qeyri-rəsmi şəkildə işləyiblər. Sonra bütün işçilərlə müqavilə bağlanıb:

“Sonrakı 3 ili müqavilə ilə işlədim. Ancaq pandemiya yeni yayılanda, 2020-ci il aprelin 30-da bizi işdən azad etdilər. Bizə 2017-ci ildən bu yana olan 3 ilin konpensasiyasını verdilər, qalanını hesablamadılar. Bir sözlə, 10 ilimiz batdı. 13 il mən müqaviləsiz də olsa, işləmişəm və heç vaxt məzuniyyətə çıxmamışam. Məzuniyyətə çıxmamaq da öz seçimim olmayıb, işdən izin verməyiblər. Kənd təsərrüfatı sahəsində daim işdə olmaq lazım olur və “məzuniyyətə çıxma, pulunu alarsan”, - deyirlər. Sənin də başqa çarən qalmır”.

Şikayətçilər məzuniyyətə çıxmadıqları müddətin haqq-hesabını istəyirlər, şirkət rəhbərliyinin isə onların bu istəyinə əməl etmədiyini söyləyirlər. Zənglərini açmır, onlarla görüşmürlər:

“Nə zaman müqavilə tələb etdik “işdən çıxararıq” – hədəsi ilə üzləşdik. Məcbur qalıb səsimizi çıxarmadıq. Elə buna görə də 10 ilimizin məzuniyyət haqqımızı kəsdilər. Azmış kimi ən pis zamanda bizi işsiz qoydular, haqqımızı yedilər, pulumuzu tam vermədilər. Mən orda işləyəndə günün altında qalmaqdan 2 dəfə insult keçirmişəm, bir də gözümün görməsinin 60 faizini itirmişəm. Bunları da nəzərə almırlar. Adamı sonda boş kağız kimi çölə atmazlar ki...”, - Fuad Seyidov əlavə edir.

Şikayətçilər Ombudsman Aparatına, Prezident Administrasiyasına, Vitse Prezident Mehriban Əliyevaya məktublar göndəriblər. Hələlik, bir cavab almayıblar.

Bir neçə ildir ki, Göyçayda “Gilan Holding”in “Gilan Orchard” şirkətindən işdən çıxarılanlar narazılıq edir. Onlar işdən çıxarılarkən məzuniyyət pullarının verilmədiyini söyləyirlər.

Daha öncə də Meydan TV-yə bu şirkətdə çalışmış, işdən çıxarılmış, maaşını ala bilməyən şəxslər müraciət etmişdi. Onlardan kimi pandemiya dövrü işdən çıxarılmadan (https://www.meydan.tv/az/article/goycay-sakini-gilan-orchards-pandemiya-dovrunde-meni-isden-cixardi/?ref=search), kimi də yığılıb qalmış maaşını ala bilməməkdən gileylənib (https://www.meydan.tv/az/article/9-aydir-gilan-orchard-sirketinden-maasimi-ala-bilmirem/?ref=search).

“Gilan Orchards” MMC-dən Meydan TV-yə daha öncə də kimsəni işdən azad etmədiklərini, işçilərin öz ərizələri ilə işdən ayrıldıqlarını bildirmişdilər. Maaşların gecikməsinə gəlincə, belə bir problemin olmadığını, hamının vaxtlı-vaxtında pulunu aldığını bildirmişdilər. Bu dəfə də şirkətin hüquq şöbəsindən oxşar açıqlama verilib:

“Kimsəni işdən çıxarmamışıq, ancaq öz ərizəsi ilə işdən ayrılanlar olub. Hamısının da son maaşları ödənib, problem yoxdur”.

Şikayətçilər isə bildirir ki, onlar öz xoşları ilə ərizə yazmayıblar. İşçilərin hamısının işdən ayrılma ilə bağlı ərizəsinin eyni cümlələrlə başlayıb-bitməsindən də görünür ki, bütün ərizələr bir nəfər tərəfindən hazırlanıb və işçilərdən qol çəkmələri istənilib:

“Biz hardan bilək? Düşündük ki, yəqin həmişəki kimi yenidən işə bərpa edilərik. Nə dedilər etdik. Amma bu dəfə belə olmadı. İşimizi birdəfəlik itirdik və haqqımızı ala bilmədik”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
`Bazarstore`da konfet alana `vitamin` hədiyyə... - FOTOFAKT
Bu gün, 08:36
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
Bu gün, 08:30
Ucarda Qarabağ Qazisi NARAZILIQ EDİR... - MÜRACİƏT
Bu gün, 08:22
Mürsəl İbrahimovun “X5” sevdalı işçisi... - O GÖRÜNMƏZDİRMİ?
Bu gün, 08:17
Nəcəflinin XALQLA... XALQA QAPALI GÖRÜŞÜ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:11
Tramp Ərdoğanı Putinlə yaxınlaşdıracaqmı? - NƏ BAŞ VERİR?
Bu gün, 08:08
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
Bu gün, 08:05
Aqrar sektor niyə sürətlə geriləyir? - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:11
Bayden Trampa qədər nüvə savaşı başladacaq - Skott Ritter
Bu gün, 07:07
Bu boyda işi tək adamın törədə biləcəyinə inanmıram - MƏHKƏMƏ
Bu gün, 07:03
Gəlirlərin artması üçün yeni yol tapılıb - "...nədənsə indi yada düşüb"
Bu gün, 06:48
“Ədəbi əks-səda”nın sədası sonra çıxacaq - MÜSAHİBƏ
Bu gün, 06:46
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar... - AKTUAL
Bu gün, 06:42
COP29-un tarixi uğuru nə oldu? - İNCƏLƏMƏ
Bu gün, 06:36
Köçəryan sirləri açdı: - Qarakənddə vurulan helikopterdə o da olub
Bu gün, 06:29
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru