Məmurlarımız üçün yeni pul qazanma sezonu start götürür - Kimlər nə qədər qazanacaq?
Tarix: 19-06-2014, 13:32 | Çap et
Yay fəsli gələr-gəlməz hər kəs istirahət üçün məkan axtarır. Kimisi ölkə xarcinə üz tutur, kimisi də Azərbaycanın səfalı guşələrinə gedib ağır iş aylarının yorğunluğunu çıxarır.
Uzun iş həftələrindən sonra dincəlmək, necə deyərlər "dərin bir nəfəs çəkmək" kimi bir şeydir. Ən azından səhər tezdən durmaqdan, işə getməkdən, işin əsəbini keçirməkdən, 8 saat klaviatura döyəcləməkdən, kompüterə gözlərini zilləməkdən (əgər işin kompüterdən asılıdırsa) və iş saatı tamamlayıb yorğun-arğın evə gəlməkdən azad olursan. Yaddaqalan istirahət etmək üçün də gərək cibdə pul olsun. Hamı ayağını yorğanına görə uzadır. Yaxşı pulu, imkanı olan şəxslər ölkə kənarında yayın keyfini çıxarırsa, nisbətən kasıb təbəqə də bölgələrə üz tutur. Amma bölgələrimiz də nə şəraitinə, nə də qiymətlərinə görə heç də Antalyadan, Dubaydan, yaxud Avropanın hansısa ölkəsindən geri qalmır. Yerli sakinlər isti yay günlərində əsasən istirahətlərini Qəbələ,Quba, Masallı, İsmayıllı , Şəki və digər səfalı rayonlarda edirlər. Təbii ki, müəyyən pul müqabilində. Maraqlıdır, Azərbaycan istirahət etmək üçün nə qədər pul lazımdır? Azvision.az-ın məlumatına görə, məsələn, İsmayıllı rayonunda, İlisu kəndi yaxınlığında yerləşən "Green House" ailəvi istirahət mərkəzində bir nəfər üçün bir günlük qiymətlər kotec seçimindən asılı olaraq 60 AZN -lə 120 AZN arasında dəyişir. Qaxda yerləşən "Eden Park Hotel" istirahət zonasında bir nəfər bir gün üçün yalnız oteldə qalmaq pulu olmaqla 25 manat ödəməli, 3 dəfə yemək daxil olmaqla 50 manat pul verməlidir. Nabranda "Atlant" Əyləncə və İstirahət Mərkəzində bir nəfər üçün yer pulu gündəlik 40 manatdır. Xızıda "Cənnət Bağı" nda bir günlük istirahət qiymətləri 2 nəfər üçün səhər yeməyi daxil olmaql 55-80 manat, 2 otaqlı nömrə - 100 manat. Xaçmazda yerləşən "Çoban bulaq" istirahət kompleksində iki nəfər üçün bir günlük istirahətin qiyməti -60 -80azn civarındadır. Şəki rayonundakı "Küngüt" istirahət mərkəzində bir günlük yalnız oteldə qalmaq 50, 75, 100, manat arasındadır. Ekspertlər isə bu mövsüm istirahət mərkəzlərində qiymətlərin bahalaşdığını bildirib. Onların sözlərinə görə, qiymət artımı əsasən yeni tikilən otellərdə müşahidə edilir. Bura nəqliyyat və yerli xərclər də daxildir. Yaxud da ki, iki nəfər üçün digər otellərdə orta qiymət yüz manatdır. Yalnız oteldə qalmaq xərci iki nəfər üçün 100 manatdır. Praktiki olaraq, iki nəfərin bir həftəlik istirahəti 700 manata başa gəlir. Bütün rayonlar üçün istirahətin orta stabil qiyməti 1000-1500 manatdır. Şamaxı, Qubada yeni açılmış otellərdə isə həftəlik qalma xərci 2 min manatdan artıq olur. Bahalı otellərdə qiymətlər fərqlidir .Şamaxıda, Qubada yerləşən bahalı otellərdə iki nəfərin qalma xərci hətta 5 min manata qədər dəyişir. İstirahət qiymətləri rayonlara görə yox, rayonlardakı otellərə görə müəyyənləşir. Belə ki, Şamaxıda bir gecəsi 3000 manata olan otellər, 50 manata olan otellər də var. Qəbələdə 4 və 5 ulduzlu otellərdə orta qiymət 100-150 manat arasında dəyişir. Ona görə də rayonda harda qalmasından asılı olmayaraq, qiymətlər dəyişir. "Domik" adlanan yerlərdə qalmaq isə nisbətən ucuzdur. 7 gün təxminən 1000 manata başa gəlir. Ekspertlər təsdiqləyirlər ki, ölkə xaricində istirahət xüsusən də qonşu ölkələrdəki istirahət ölkədaxilindəki istirahatə nisbətən daha ucuz başa gəlir. Nəzərə alsaq ki, Gürcüstanda istirahət hər gün üçün Azərbaycan vətəndaşları üçün ölkədaxili istirahətdən təxminən 60 faiz ucuzdur. Türkiyədə istirahət Azərbaycan daxilindəki istirahət mərkəzləri ilə müqayisədə təxminən 20 faizə yaxın ucuzdur. Göründüyü kimi, ölkə daxilində də istirahət etmək üçün kifayət qədər vəsait olmalıdır. Bu isə sadə vətəndaşlar üçün əlçatmazdır. Ekspertlər yaranmış vəziyyətdən bəzi məmurların qazanclı çıxdığını düşünür. Belə ki, bir çox yüksək vəzifəli şəxslər turizm sektoruna kifayət qədər "maya" qoyublar və faktiki olaraq "qaz vurub qazan doldururlar". Onların öz ciblərini doldurmaq niyyəti isə sadə vətəndaşları çıxılmaz vəziyyətdə qoyur. Adi insanlar yay tətilini mənalı etmək üçün pul tapa bilmirlər. Məmurların turizm sektorundakı hegemonluğuna son qoyulmayacağı təqdirdə bu vəziyyət belə də davam edəcək. Onlar iri pullar qazanmağa, vətəndaşlar isə itirməyə məhkum qalacaqlar. Bu vəziyyətdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin hərəkətə keçməsi qaçılmazdır. O, turizm şirkətlərinə gizli və ya aşkar himayəçilik edərək yay mövsümündən milyonlar qazanan bəzi məmurlara yerini göstərməli, sadə vətəndaşların da yay mövsümündən faydalana bilməsinə şərait yaratmalıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|