Samir Şərifovun adamı Sabirabadda meydan sulayır - Maliyyə İdarəsinin müdiri ilə bağlı ilginc faktlar
Tarix: 11-09-2014, 13:59 | Çap et
Maliyyə Nazirliyinin yerlərdə fəaliyyət göstərən idarə və şöbələrində mövcud olan problemlər haqqında müxtəlif mətbuat vasitələrində tez-tez tənqidi materiallara rast gəlirik. Vətəndaşlar fəaliyyətindən narazı qaldıqları maliyyə idarələrinin vəzifəli şəxslərinin özbaşına əməlləri barədə yuxarı orqanlara şikayət edərək onların yardımına ümid bağlayırlar. Nə yalan deyək, Maliyyə Nazirliyinin rəhbərliyində təmsil olunan şəxslər xoşagəlməz işlərə şərait yaradan kadrlarla bağlı ciddi tədbirlər həyata keçirir və vətəndaşların şikayətlərinə operativ reaksiya göstərirlər.
Bildiyimiz kimi, Maliyyə Nazirliyi ölkənin maliyyə siyasətini işləyib hazırlayır, dövlət maliyyəsinin idarə olunmasını təşkil edir, dövlət və icmal büdcələrin layihələrini hazırlayır və sair. Yerli maliyyə idarələri isə mövcud qanunlardan irəli gələn tələblər əsasında aid olduqları rayonların dövlət büdcəsindən maliyyələşən idarələri təftiş edirlər. Maliyyə idarələri həmçinin büdcədən maliyyə dəstəyi alan idarə və müəssisələrin fəaliyyətini hər üç ildən bir yoxlamalıdır. Lakin bəzi bölgələrimizdə qanunun tələblərinə düzgün şəkildə əməl edilmir. Daha dəqiq desək, bir sıra yerli maliyyə idarələrinin müdirləri vəzifələrinə laqeyd münasibət göstərərək qanun pozuntularına yol verirlər. Fəaliyyətində müxtəlif nöqsanların olduğu qurumlardan biri də Sabirabad rayon Maliyyə İdarəsidir. İdarəyə rəhbərlik edən Hüseynağa Gülüşovun şəxsi mənafeyini hər şeydən üstün tutması, o cümlədən büdcə hesabına maliyyələşən idarə və təşkilatların rəhbərlərini heç bir səbəb olmadan incitməsi haqda dəfələrlə məlumat vermişik. Buna baxmayaraq, idarə müdiri qanunsuz işlərindən əl çəkmir ki, çəkmir. Xatırladaq ki, ötən ilin may ayında Hüseynağa Gülüşovun evinə silahlı basqın edilmişdi. Belə ki, evə daxil olan bir neçə silahlı şəxs ondan pul tələb edib. Hüseynağa Gülüşov isə onlara 1500 manat verib. Silahlı şəxslər pulu aldıqdan sonra ev sahibinə bir neçə zərbə vurub və evi tərk ediblər. Yayılan məlumatlarda isə evdən aparılan pulun 1 milyon manatdan çox olduğu bildirilirdi. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, həmin vaxt idarə rəhbəri bir neçə nəfərin üstünə şər ataraq guya onların evə basqın təşkil etdiklərini bildirib. Hüseynağa Gülüşovun şərləməsindən sonra bir neçə nəfər həbs edilib. Mənbənin sözlərinə görə, həbs olunanlardan bəziləri artıq azadlığa buraxılıb. Əldə etdiyimiz məlumatdakı maraqlı məqamlardan biri də H.Gülüşovun səlahiyyətinə aid olmayan işlərə qol qoyması ilə bağlıdır: "Bir müddət əvvəl rayonun maliyyə idarəsinin rəhbəri ilə təhsil şöbəsinin müdiri Elman Bünyadovun arasında böyük gərginlik yaranmışdı. Buna səbəb təhsil şöbəsinə pul ayrılmasının ləngiməsi idi. Hüseynağa Gülüşov təhsil şöbəsinə pul ayrılmasının ləngiməsinə səbəb kimi xəstə uşaqların tədrisi adı altında sağlam uşaqların qeydə alınmasını göstərmişdi. O hesab edir ki, Psixoloji Tibbi Komissiyadan keçən şagirdlərə qanunsuz olaraq epikriz açılıb. Bu isə ayrılan vəsaitin təhsil şöbəsi ilə tibbi komissiya tərəfindən mənimsənilməsinə yol açır. Bundan başqa, Hüseynağa Gülüşov kənd məktəblərinin işləmədiyini əsas gətirərək sinif komplektasiyasının standarta uyğun gəlmədiyini iddia etməklə əməkhaqlarını vermirdi. Kimlərinsə söhbətə müdaxilə etməsindən sonra gərginlik bir qədər səngidi. Bununla belə, Maliyyə İdarəsinin müdiri bu gün də qeyri-qanuni işlərini davam etdirir. Sabirabadda büdcə vəsaitlərinin xərclənməsinə nəzarət demək olar ki, yox dərəcəsindədir. İdarə müdiri büdcədən maliyyələşən yerli təşkilatların müəyyən hissəsinin fəaliyyətini yoxlamır. Bunun səbəbini onun özündən yaxşı heç kim bilmir. O dövlət məmuru olmasına baxmayaraq, biznes işləri ilə məşğul olur ki, bu da qanunların pozulması ilə nəticələnir". Verilən məlumatda həmçinin Hüseynağa Gülüşovun Sabirabadda onlarla kommersiya obyektinin olduğu və onlardan ay ərzində külli miqdarda gəlir əldə etdiyi bildirilir: "Adıçəkilən məmurun rayonun girəcəyindəki "Yaşıl bağ" restoranı öz möhtəşəmliyi ilə göz oxşayır. Rayon ərazisində ikinci belə restoran yoxdur. Restoranın bu səviyyəyə gəlib çatması üçün bəlkə də milyonlarla pul xərclənib. Dövlət məmuru olan Hüseynağa Gülüşovun "Yaşıl bağ"ı hansı vəsait hesabına tikdirməsi isə sual doğuran məsələlərdəndir. Sabirabadın ən varlı şəxslərindən sayılan idarə müdiri çox hörmətli generallardan biri ilə yaxın münasibətdədir. Məhz bu əlaqədən istifadə edən Hüseynağa Gülüşov oğlunu vəzifəyə keçirmək istəyir. Uzun müddətdir rayonun maliyyə sistemini idarə edən məmurun maddi imkanları çox yüksək səviyyədədir. Bundan istifadə edən Hüseynağa müəllim qonşu rayonlarda da biznes yaradıb. Mənim bildiyimə görə, onun Şirvanda şadlıq sarayı var. Həmin şadlıq sarayını Hüseynağa Gülüşovun yaxın münasibətdə olduğu insanın qardaşı işlədir". Bütün deyilənləri ümumiləşdirib bu nəticəyə gəlmək olar ki, sözügedən idarə rəhbəri tutduğu vəzifəyə ancaq qazanc mənbəyi kimi baxır. Bu isə yolverilməzdir. Odur ki, maliyyə naziri hörmətli Samir Şərifov işinin öhdəsindən layiqincə gəlməyi bacarmayan Hüseynağa Gülüşovu vəzifədən xaric etməlidir. Yalnız bundan sonra Sabirabadın maliyyə sistemində dirçəliş dövrü baş verə bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|