1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? .....                     QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi .....                     İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                 

Azərbaycanın efir məkanında qazanılan şübhəli milyonlar... - İlginc araşdırma
Tarix: 8-07-2015, 10:56 | Çap et
Azərbaycanın efir məkanında qazanılan şübhəli milyonlar...
Azərbaycan telekanallarının efir siyasəti ilə bağlı narazılıqlar özünün pik həddinə çatıb. Telekanallarımızdakı nəzarətsizlik elə bir dözülməz vəziyyət yaradıb ki, artıq uşaqdan böyüyə hər kəs bu rüsvayçılığın bir qədər əvvəl durdurulmasının vacibliyini vurğulayır. “Space” və ATV-nin efirində mütəmadi olaraq təkrarlanan “ÇP”lər isə artıq bu problemin vaxt itirmədən həll olunması məsələsini gündəmə daşımaqdadır.

Plagiat layihələr,
küçə söyüşləri...

Qeyd edək ki, televiziyaların yayım siyasəti zaman-zaman tənqidlərin hədəfinə çevrilib, bununla bağlı hətta yüksək mənsəbli dövlət təmsilçiləri də narazılıqlarını ifadə ediblər. Amma, telekanallar tənqidlərdən nəticə çıxartmaq əvəzinə daha böyük rüsvayçılıqlara imza atır. Elə bunun nəticəsidir ki, Azərbaycan cəmiyyətinin ziyalı təbəqəsi bəzi kanallar istisna olunmaqla yerli telekanallara baxmaqdan faktiki olaraq imtina edib. Sıravi vətəndaşların əksəriyyəti isə çıxış yolunu ya türk, ya da rus kanallarına baxmaqda görür. Bu isə hər şeydən öncə ölkəmizin informasiya təhlükəsizliyi baxımından qəbul olunası hal deyil. Təbii ki, burada tamaşaçını qınamaq fikrində deyilik, hər halda Azərbaycan telekanalları rəqabətə davamlı tele layihələr reallaşdıra bilsəydi, düşündürücü və intellektual verilişlərə üstünlük versəydi tamamilə başqa mənzərənin şahidi olardıq. Fakt isə ondan ibarətdir ki, yerli telekanallarımız əsasən plagiat layihələrə üz tutur, dedi-qodu səviyyəsində hazırlanan şou verilişləri ilə efiri doldurmağa çalışırlar. Bütün bunların acı nəticəsi isə göz önündədir.

Əyləncəli veriliş yoxsa, tərbiyyəsizlik...

Yerli televiziyaların proqram siyasətində ciddi boşluqlar var. Müharibə şəraitində olan ölkənin televiziya kanalları buna adekvat proqramlar yayımlamırlar. Əsasən Qarabağla, şəhidlərlə, qazilərlə bağlı verilişlərə üstünlük verilməlidir. Bəs bizim telekanallar nə edir? Bozbaş iyi verən mətbəx verilişləri, vulqar ifadələrin yer aldığı, adına “əyləncəli proqram” deyilən verilişlər və s. Əslində isə dünyanın ən nüfuzlu telekanallarında da əyləncəli verilişlər var və bu olmalıdır. Amma bizim telekanalların bizə təqdim etdikləri adətən əyləncə yox, sırf tərbiyyəsizlikdir.
Bir məsələni də qeyd etmək olduqca vacibdir ki, televiziyalar dil baxımından örnək olmalıdırlar. Ancaq çox təəssüf ki, aparıcıların əksəriyyəti ya ləhcə ilə danışır, ya da dil normalarını ciddi şəkildə pozurlar.Bəzən elə fikirlər səsləndirirlər ki, cəmiyyətdə qıcıq yaradır. Bunlar isə Azərbaycan telekanallarında peşəkarlığın hansı səviyyədə olduğunu əyani şəkildə göstərir. Elə bunun nəticəsidir ki, televiziyalarda aparıcıların və yaxud verilişə dəvət olunan şəxslərin əndazədən çıxan davranış və hərəkətlər nümayiş etdirmələri, cəmiyyət və onun dəyələrini təhqir etməsi bir növ dəb halını alıb. Bu günlərdə “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində baş verənləri isə əsl biabırçılıq adlnadırmaq olar.
“Space”nin efirində “fahişə” söhbəti – Bu artıq ciddi siqnaldır!!!

Xatırladaq ki, “Space”də Vüsalə Kərimovanın aparıcılıq etdiyi verilişdə müğənni yazar Əziz Musaoğlu Mətanət Əsədovanın ünvanına işlətdiyi “fahişə” ifadəsi isə artıq telekanallardakı durumun nə qədər dramatik olduğunu təsdiqlədi. Onların bu hərəkətinə mətbuatda, sosial şəbəklərdə tənqidi reaksiyalar gəlib. Mütəxəsislər isə bildirirlər ki, verilişdə başqasının şərəf və ləyaqətinin təhqir olunması məqamı var. Bu isə proqrama verilən tələblərin pozulması deməkdir.Veriliş zamanı açıq aydın görünürdü ki,bu cür qeyri-etik dialoqlar gedir, amma aparıcı nədənsə məsələyə müdaxilə etmək istəmir. Sanki burda çox dəyərli dialoq gedir və bu dialoqu pozmaq istəmir. Söhbətin getdikcə dramatikləşdiyini görən rejissor məsələyə müdaxilə etməli idi. Lakin görünür ki, rejissor da hadisələrin axınına tabe olub.
Amma unutmaq olmaz ki, bu kimi olaylarda televiziya rəhbərliyinin günahı daha çoxdur. “Space” telekanalının prezidenti, rejissor, ssenarist Vaqif Mustafayevin baş verənlərlə bağlı susqunluğu və reaksiyasızlığı isə başadüşülən deyil. Hər halda bu kimi hallar Vaqif Mustafayevin ictimai nüfuzunu zədələməklə yanaşı, ona olan etimadı da sıfıra endirməkdədir. Bununla belə efir rüsvayçılığının yalnız “Space”də müşahidə olunduğu fikrini də təlqin etmək niyyətində deyilik.
Ümumiyyətlə əksər telekanallarda durum oxşardır. Hətta ictimai rəydə ciddi obraza sahib olan AzTV-də belə müəyyən boşluqlar var. İstər rəsmi xəbərlərin təqdimatında, istər dövlət başçısının səfər və görüşlərinin təqdimatındakı operativlikdə peşəkarlıq nümayiş etdirən AzTV digər sahələrdə nəzərə çarpacaq dərəcədə “axsayır”. Sosial problemlərin işıqlandırılmamasından tutmuş, məmur özbaşınalıqları ilə bağlı AzTV-nin nümayiş etdirdiyi susqunluq cəmiyyətdə haqlı narazılıqlar yaradır.
ANS-lə bağlı vəziyyət də ürəkaçan deyil. Vaxtilə ətrafına ciddi tamaşaçı auditoriyası toplamağa nail olmuş ANS son zamanlar efirində elə bağışlanmaz yanlışlıqlara yol verir ki, bu da peşəkarlıq səviyyəsinin əvvəlki ölçüdə olmadığını təsdiqləyir. Azərbaycan efirində ən ciddi problemlər isə məhz ATV kanalındadır. Adıçəkilən kanalın rəhbərliyi bütün məsələlərə biznes maraqları prizmasından yanaşdığından buradakı çatlar daha dərindir.
ATV reklamlardan
ildə 24 milyon manat əldə edir,
bəs keyfiyyət hanı?

Öncə qeyd edək ki, ATV kanalı yarandığı gündən şou proqramlara üstünlük verib və bu, kanalın demək olar ki, prioritet istiqamətidir. Yarandığı gündən bu vaxta qədər çoxsaylı layihələrə müəlliflik etmiş ATV bir vaxtların ən baxımlı kanallarından idi. Elə bu səbəbdən də ATV ölkə televiziyaları içərisində ən çox reklam əldə edən kanallardandır. Əldə etdiyimiz məlumatlara görə, ATV reklamlardan ay ərzində təxminən 2 milyon manat həcmində gəlir götürür. Bu məbləğin illik toplamı isə 24 milyon manat deməkdir ki, bunun da yalnız çox cüzi bir hissəsi yaradıcı kollektivin əmək haqqına və texniki xərclərə sərf olunur. Belə olan halda, ATV prezidenti Vüqar Qaradağlının cavablandırması gərəkən bir sual ortaya çıxır: Bəs, yerdə qalan milyonlarla manatın aqibəti necə olur? Axı, fakt ondan ibarətdir ki, ATV özəl layihələrə pul ayırmır, işçilərinin maaşı digər telekanallardakı əmək haqlarından heç nə ilə fərqlənmir və s. Hesab edirik ki, evimizə vulqar ifadələr və küçə söyüşləri daşıyan ATV-nin maliyyə durumu ilə bağlı da ciddi araşdırmalara ehtiyac var.
Bununla belə həlli vacib olan bir nömrəli məsələ isə Azərbaycan tele efirində baş alıb gedən rüsvayçılığa “dur” deməkdir. Artıq Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, eləcə də digər rəsmilər telekanallardakı dözülməz vəziyyətlə bağlı ciddi araşdırmalara başlandığını bəyan edib.

“Telekanallar iki
nəfəri atır ortaya,
onları dalaşdırırlar”...

“Son zamanlar şou proqramlarda belə bir dəb düşüb. İki nəfər qonağı qladiator kimi atırlar ortaya. Onları döyüşdürürlər, vuruşdururlar. Özləri də kənardan baxıb gülürlər ki, alındı. Bu cür yaramaz”. Bu sözləri ötən gün mətbuata verdiyi açıqlamada Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev deyib. Sədr müavini bildirib ki, haqqında ciddi tədbir görüləcək verilişlərin sayı günbəgün artmaqdadır: “Həmin verilişlərin sayı kifayət qədər çoxdur. Daha bir səhv, daha bir pozuntu artıq həmin verilişlə bağlı ciddi tədbir görülməsinə gətirib çıxaracaq. Biz indiyə kimi telekanallara şifahi şəkildə xəbərdarlıq etməklə kifayətləndik. Artıq bundan sonra belə olmayacaq”.
Q. Cəbiyev qeyd edib ki, şou proqramlara cavabdeh olan şəxslər lazımi səviyyədə verilişlərə nəzarət etmir: “Görünür son vaxtlar telekanallarda efirə gedən şou verilişlərə montaj zamanı redaktorlar, məsləhətçilər, veriliş üçün cavabdeh olan insanlar lazımınca nəzarət etmirlər. Efirdə aparıcı və ya qonaq səhv edə bilər. Bəs verilişi hazırlayıb efirə buraxanlar? Əsas məsuliyyət onların üstündədir. Montaj, redaktə nədən ötrüdür? Elə “Space”dəki məlum hadisəni götürək. Axı həmin veriliş canlı deyildi. Həmin hissəni kəsə, redaktə edə bilərdilər ki, həmin hissə heç efirə getməzdi”.

Son əvəzi...

Mövzunun əhəmiyyəti həm də ondadır ki, telekanallar yetişən gəncliyin psixologiyasına əhəmiyyətli dərəcədə təsir göstərirlər. Bu baxımdan efir siyasətinin düzgün qurulmaması, təsadüfi şəxslərin efirdə nalayiq ifadələr işlətməsi bütövlükdə cəmiyyət olaraq mənəvi aşınmaya gətirib çıxardır. Belə bir acınacaqlı aqibətlə qarşılaşmamağımız üçünsə indidən tədbirlər görülməlidir: Evimizə söyüş daşıyan telekanallara “dur” deyilməli, efir siyasətində ciddi dəyişikliklərə imza atılmalı və Azərbaycan tamaşaçısının etimadı yenidən qazanılmalıdır. Ümid etmək istərdik ki, belə də olacaq....
\\unikal.org\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru