Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? .....                     Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər .....                     "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər .....                     "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." .....                     1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? .....                     QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi .....                     İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                 

Ramiz Yediyarov nədən xalqın rəğbətini qazana bilmir... - Gədəbəydə narın-narın sürməyən bir başçı idarəçiliyi...
Tarix: 27-07-2015, 10:57 | Çap et
Ramiz Yediyarov nədən xalqın rəğbətini qazana bilmir...
Gədəbəyin icra başçısı Ramiz Yediyarov məhkəmədə sahibkar Oqtay Əliyevə uduzmaqla yenidən gündəmə gəlib. 3 il əvvəl hazırda tutduğu posta təyinat alan Ramiz Yediyarov bu müddətdə mətbuatın diqqətindən çox az kənarda qalıb. Səbəb də başçının neqativ fəaliyyətidir.

İşlədiyi dövr ərzində Yediyarovun bir dənə də olsun yaxşı işinə rast gəlmək mümkün deyil. Bu adamın indiyədək gördüyü iş yalnız rayonun əsas küçəsini yarıya qədər yüngülvari təmir etdirməsidir. Təəssüf ki, başçının bu işi də sahibkarlara, iş adamlarına problemlər yaratmaqla başa gəlib. Həmin küçədə fəaliyyət göstərən sahibkarlara zorla öz obyektlərini təmir etdirməsi başçı ilə sadə insanların münasibətlərini kəskinləşdirib.

Həmin küçədə yerləşən 2-3 inzibati binanı penoplast üzlüklə üzlətdirməsi və məlum hadisələrdən sonra üzlüklərin sökülməsi də başçının rayonda elə-belə də yerlə sürünən nüfuzuna zərbə vurub. Hazırda həmin binalar çox bərbad vəziyyətdədir. Bununla belə, icra başçısı törətdiyi çoxlu sayda qanunsuz əməlləri ilə yadda qalıb.

Əvvəla, onu qeyd edək ki, R.Yediyarov rayonda sahibkarlara divan tutmaqla onların əmlakını dağıtmaqla, obyektlərə giriş-çıxışı məhdudlaşdırmaqla, sahibkarlardan hər ay müxtəlif adlarla aylıq almaqla rayonda sahibkarlıq mühitini tamamilə məhv edib. Hazırda rayondan kənarda yaşayan heç bir iş adamı rayonda hansısa fəaliyyətlə məşğul olmaq üçün sərmayə qoymağa risk etmir.

R.Yediyarov Gədəbəyi azad sahibkarlıq fəaliyyəti üçün əlverişsiz duruma gətirib. Sahibkarlar qoyulan sərmayənin istənilən vaxt başçının tamahına qurban gedə biləcəyindən ehtiyat edib öz doğma torpaqlarında iş qurmaqdan çəkinirlər. Sahibkar Oqtay Əliyevin obyektinin sökülməsi ilə bağlı Ali Məhkəmənin qərarı Gədəbəydəki hazırkı biznes mühitinin durumun ağırlığının haradan qaynaqlanmasının əyani sübutudur. Bu qərar rəsmi şəkildə təsdiq etdi ki, R.Yediyarov sahibkarlığa nəinki mane olur, hətta onu məhv edir. Onun bu hərəkətləri, prezidentin məlum müşavirədə söylədiyi kimi, vətənə xəyanət etməkdir....

Rayon sakinlərindən aldığımız məlumata görə, başçının gördüyü çox az sayda olan yaxşı işlərdən biri də Şəhidlər Xiyabanının ərazisinin abadlaşdırılması olub. Lakin bu xoşniyyətli addım az sonra atılan addımın kölgəsində qalıb. Belə ki, bir qədər əvvəl rayon mərkəzində olan Böyük Vətən Müharibəsi iştirakçılarının xatirə abidəsi və “Ana heykəli” sökülüb və I Qarabağ müharibəsi zamanı həlak olmuş şəhid gədəbəylilərin dəfn edildiyi Şəhidlər Xiyabanının üst tərəfinə köçürülüb. Redaksiyamıza təqdim olunan fotolardan görünür ki, yeni köçürülən abidə şəhidlər xiyabanının daha hündür hissəsinə qoyulub və kənardan baxanlar üçün elə təəssürat yaranır ki, sanki bura yeni tikilmiş abidəyə məxsus ərazidir.

Sakinlər deyir ki, Böyük Vətən müharibəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə qarşı deyillər. Amma Azərbaycan xalqı və dövləti üçün canından keçmiş şəhidlərin xatirəsindən əziz heç bir dəyər yoxdur. Respublikanın heç bir yerində Şəhidlər Xiyabanının ərazisinə hər hansı başqa abidənin yerləşdirilməsi halı yoxdur.

Sakinlər rayon ərazisində Böyük Vətən müharibəsi iştirakçılarının xatirə abidəsi və “Ana heykəli” üçün uyğun yerlər olduğu halda məhz həmin abidələrin xiyabanın ən hündür nöqtəsinə qoyulmasını şəhidlərə, şəhid ailələrinə hörmətsizlik kimi qəbul etdiklərini də gizlətmirlər. Deyirlər ki, həmin abidələr neçə illər idi ki, inşa olunduğu yerdə çox normal şəkildə qorunurdu. Sual edirlər ki, yerdəyişməyə ehtiyac var idisə, bunu bu cür mənfur qaydada etmək lazım idimi? Rayon ərazisində bu abidə üçün yer yox idimi?

Sakinlər abidələrin bu şəkildə tikilməsində başçının tamahının müstəsna rol oynadığını bildirirlər. Deyirlər ki, başçı hər qarış torpağı qənimət bilir, satışa çıxarıla bilən ərazi kimi baxır. Ona görə də abidələrə bu cür hörmətsiz münasibət göstərir.

Baş verənlərlə bağlı dövlət orqanlarına şikayətlər də nəticəsiz qalıb. Vətəndaşın qüruruna toxunan belə bır hərəkətə heç bir aidiyyəti dövlət qurumu reaksiya verməyib. “Sanki bu rayonda baş verən hadisələr Azərbaycan ərazisində yox, vergilər naziri Fazil Məmmədova məxsus feodal torpaqlarında baş verir. Görünür, həmin şəxslər hər hansı müdaxilənin F.Məmmədov tərəfdən qəzəblə qarşılanacağından və öz şəxsi bizneslərinin təhlükəyə düşəcəyindən ehtiyatlanırlar. Amma bu şəxslər unudurlar ki, hər biri dövlət başçısı qarşısında məsuliyyət daşıyırlar. Ümid edirik ki, bu yazıdan sonra respublikanın hüquq-mühafizə orqanlarının rəhbərləri, Mədəniyyət və Turizm Nazirliyi, digər qurumlar bu biabırçılığı aradan qaldıracaqlar. Vəzifəsindən asılı olmayaraq hər birimiz anlamalıyıq ki, sağ-salamat bu torpaqda yaşadığımıza görə şəhidlərimizə borcluyuq” - deyə sakinlərdən biri bildirib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru