Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                 

İcra başçısına qarşı böyük yeyinti ittihamı... - "Bu pulların hara xərclənməsi yoxlanılsın"
Tarix: 26-02-2016, 10:56 | Çap et
İcra başçısına qarşı böyük yeyinti ittihamı...
Ağcabədi rayon Avşar kənd sakini Kərimov Elqayıt Heydər oğlu müxtəlif dövlət qurumlarına ilginc faktların yer aldığı şikayət məktubu göndərib.

Surəti cumhuriyyet.az-a göndərilən həmin məktub belə başlayır: ” Bildirirəm ki, Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov 13 aprel 2015-ci il tarixində 120 sahibkarın qarşısında bildirmişdir ki, 2008-ci ildə mənə 5 diplomat pul vermişlər ki, Haramı və Ergi torpaqlarını satım, lakin mən onu etmədim. Belə görünür ki, indi artıq diplomat pul veriblər. Ona görə Ş.Məmmədov 12 min hektar torpağı satmaq istəyir. Xahiş edirəm araşdırılsın görək 5 diplomat pulu verən kimdir? Şahin Məmmədov Kür qırağında Ağcabədi rayonunun Sarcalı kəndinə məxsus olan 3 min hektar qış otlaq sahəsinin təyinatı dəyişdirərək camaatdan alıb hansısa şirkətə satmışdır. Ş.Məmmədov belə güman edir ki, o bütün Ağcabədini sata bilər. Ağcabədi rayonun Kəbirli kəndindən də 2800 hektar torpaq satmışdır”.
Məktubda həmçinin bildirilir ki, Şahin Məmmədov Azərbaycan Respublikasının Prezidenti abadlıq üçün ayırdığı pulları mənimsəmişdir. Abadlıq işlərini sahibkarlara, mağaza sahiblərinə, idarə və təşkilatlara, məktəblərə, xəstəxanalara və s. gördürərək Prezident tərəfindən milyonlarla ayrılmış pulları mənimsəmişdir.
2013-cü ildə Ağcabədi rayon İcra Hakimiyyətinin fondundan saxta tender yolu ilə külli miqdarda pullar mənimsənilmiş və ayrı-ayrı kənd icra nümayəndələrinə saxta sənədlər tərtib etdirmişdir. Bu haqda cumhuriyyet.az-a göndərilən məktubda konkret rəqəmlər də yer alıb ki, onları diqqətinizə çatdırırıq:
"1. Pərioğullar kənd icra nümayəndəliyinə 13200 manat
2. Salmanbəyli kənd icra nümayəndəliyinə 9400 manat
3. Şahsevən kənd icra nümayəndəliyinə 4200 manat
4. Yeni Qaradolaq kənd icra nümayəndəliyinə 13200 manat
5. Hacıbədəlli kənd icra nümayəndəliyinə 29200 manat
6. Hüsülü kənd icra nümayəndəliyinə 15800 manat
7. Qaradolaq kənd icra nümayəndəliyinə 13200 manat
8. Hacılar kənd icra nümayəndəliyinə 9400 manat
9. Minəxorlu kənd icra nümayəndəliyinə 9400 manat
10. Ağcabədi şəhər icra nümayəndəliyinə 85500 manat
11. Şərəfxanlı kənd icra nümayəndəliyinə 6800 manat
12. Kəbirli kənd icra nümayəndəliyinə 8400 manat
13. Boyad kənd icra nümayəndəliyinə 22500 manat
14. Ağcabədi rayon təhsil şöbəsi 25299 manat
15. Ağcabədi rayon Mədəniyyət şöbəsi 102624 manat
16. Ağcabədi rayon Təhsil şöbəsi Cavid Kİ MMC 113890 manat
17. Ağcabədi rayon Təhsil şöbəsi Əzim 3M MMC 112910 manat
18. Ağcabədi rayon Mərkəzi xəstəxanası Tünzalə V MMC 86900 manat
19. Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsi Ülkər H MMC 47950 manat
20. Rasmik MMC – 24812 manat
21. Ağcabədi şəhər icra nümayəndəliyinə 650462 manat”
Şikayətçi bildirir ki, göstərilən pullar iş görülmədən saxta sənədlərlə mənimsənilçişdir: "Biz sahibkarlar haqqımızı və hüququmuzu müdafiə etmək məqsədilə sizə və Respublika Rəhbərliyinə müraciət etdiyimiz üçün Şahin Məmmədov tərəfindən təqib olunuruq, bizə qarşı şantajlar olunur. İndi Ş.Məmmədov heç bir əsas olmadan bir qrup sahibkarı Məhkəməyə verib və deyir ki, mənim imkanlarım sizinkindən çoxdur, məhkəməyə təsir edərək sizi torpaqlarınızdan çıxardacam və sizə məxsus olan torpaqları satacam”. Sahibkar üzünü baş prokurora tutaraq yazır: "Cənab Qaralov! Sizə yazdığımız ərizələri sizə çatdırmırlar. Bütün ərizələri ayrı-ayrı təşkilatlara ya da Ağcabədi rayon İcra hakimiyyətinə göndərirlər. Şahin Məmmədov sizin işçilər tərəfindən müdafiə edilir. Korrupsiya faktı olduğu halda məktublar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Ağcabədi rayon Prokurorluğuna və Ağcabədi rayon İcra Hakimiyyətinə göndərilmişdir. Bu hansı Qanunda var ki, Şahin Məmmədovdan şikayət edilsin, ərizə və şikayət Ş.Məmmədovun özünə göndərilsin”.
Kifayət qədər ciddi ittihamların yer aldığı həmin məktubun sonunu cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: "Şahin Məmmədov vəzifəsindən istifadə edərək Ağcabədidə, Bərdədə və Gəncədə pay torpaqlarında böyük evlər tikdirmişdir. Onun eyni zamanda Daşkəsəndə Xoşbulaq yaylağında bir villası, Bakı şəhərində isə sayı məlum olmayan villa, ev və obyektləri vardır. O, Xarici ölkələrdə Batumidə, Dubayda, Almaniyada villalar almışdır. Bütün bunlar üçün külli miqdarda vəsait xərclənib ki, Şahin Məmmədovun halal qazancı buna yetməz. Elə bunun özündə korrupsiya faktları görünür.
Şahin Məmmədov Ağcabədi şəhərində yol kənarına arx çəkdirərək bildirir ki, guya kanalizasiya çəkdirib. Həmin arxlara uşaqlar düşür zədələnir, maşınlar düşür əzilir. Həmin dırnaqarası kanalizasiya da ayrı-ayrı idarə və təşkilatlara çəkdirilir. Dövlətdən ayrılan külli miqdarda vəsait isə Şahin Məmmədovun şəxsi vəsaitinə çevrilir. Şahin Məmmədov 10 ildə heç bir iş görməmiş və bütün İdarə və Müəssisələrin hesabında olan vəsaiti mənimsəmişdir.
Xahiş edirəm Ağcabədi rayonuna tikinti və abadlıq işləri üçün Möhtərəm cənab Prezidentimiz tərəfindən ayrılan vəsaitin hara və necə xərclənməsi yerində yoxlanılsın. Həmin pulların Şahin Məmmədov tərəfindən mənimsənildiyi o zaman məlum olacaq.
Ağcabədi rayonunu içməli su ilə təmin etmək üçün Qarqar çayı sahilindən 3 ədəd artezian quyusundan 16 km su kəməri çəkilmişdir. Şahin Məmmədov artezian quyularını yaxında çobanlara satmış və 16 km çuqun turba çıxartdıraraq 1 milyon manata satmışdır. Qaradolaq, Mehrablı, Yeni Qaradolaq və Aran kəndlərinə içməli su üçün külli miqdarda vəsait ayrılmış, isə görülmədi. Xahiş edirəm ayrılmış pulların hara xərcləndiyi araşdırılsın. Hüsülü Qiyamaddınlı yolun təmirinə 5 milyon manat pul ayrılmış, həmin işi Ağcabədi rayon yol tikinti idarəsi tərəfindən görüldüyü halda həmin yolun tikintisini Şahin Məmmədova məxsus olan "Fərid MMC” tərəfindən sənədləşdirərək pullar mənimsənilmişdir. Xahiş edirəm yoxlanılsın görək körpüyə ayrılmış pullar kim tərəfindən mənimsənilmişdir.
2014-cü ildə Ağcabədi rayonunda Şahin Məmmədovun rəhbərliyi altında tikilən 4 məktəbin heç birində sığınacaq tikilməmiş və pullar mənimsənilmişdir, tikilən binalar bərbad haldadır.
Bildirirəm ki, Ağcabədi rayonunun Hüsülü, Muğanlı, Təzəkənd, Minaxorlu, Arasbar, Qiyamadınlı, Mirzaxverdili, Kürdlər, Kəhrizli və Şərəfxanlı kəndlərinə 2014-cü ildə yolların əsaslə təmirinə 5 milyon manat pul ayrılmışdır. Həmin kəndlərə yol çəkilmiş və 2014-cü ildə yollar istifadəyə verilmişdir, lakin Qarqar çayının üstündən körpü salınmamış, bildirmişlər ki, verilən pullar qurtardı. Həmin pullar Şahin Məmmədov tərəfindən mənimsənilmişdir. Görülən işlər Dövlətə məxsus olan Asvalt zavodu işləri gördüyü halda Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova məxsus "Fərid MMC” şirkəti tərəfindən işlər görülməsi sənədləşdirilmiş və Prezident tərəfindən ayrılmış pullar mənimsənilmişdir. Yoxlayın görək həmin pullar "Fərid MMC” şirkətində qalıbmı. Şahin Məmmədov yenidən həmin yolların çəkilməsi üçün 2015-ci ildə 2 milyon 700 min manat pul ayırdmışdır. Xahiş edirəm gəlib yerində yoxlayın görək 2014-cü ildə istifadəyə verilmiş yola pul ayırmaq nə deməkdir, buda Şahin Məmmədovun yeni kələyidir. Rayonun Avşar, Salmanbəyli, Taynaq, Hacıbədəlli və Şənlik kəndlərinin yolları bərbad haldadır, deyəndəki bizim yolları təmir edin Şahin Məmmədov bildirir ki, vəsait yoxdur. Xahiş edirəm bu faktlar yerində yoxlanılsın və 2 milyon 700 min manat pulun verilməsi dayandırılsın və bu pullar təmir olunmamış yollara verilsin və Şahin Məmmədov haqqında ciddi tədbir görülsün.
Ağcabədi rayonunun Təhsil və Mədəniyyət işçilərinin 2015-ci ilin noyabr və dekabr aylarının əmək haqlarını vermədən pulları mənimsəmişdir. Maaşların alınması üçün müəllim kollektivi yuxarı təşkilatlara yazandan sonra yanvar ayının axırında əmək haqqları verildi. Lakin direktorların əmək haqqıları mənimsənildi. 16 yanvar 2016-cı ildə Ağcabədidə qaçqın şəhərciyində Hüsülü və Hindarx kəndlərində keçirilən nümayişə gedərək bildirmişdir ki, Avşarlara mən çox pisliklər etmişəm lakin onlar sizin kimi yolu bağlayıb nümayiş etməyirlər. Şahin Məmmədov istəyir ki, Avşarlar yolu bağlayıb nümayiş etsin. Biz dövlətimizi sevirik qanunu haqqımızı tələb edərək Şahin Məmmədovun korrupsiya faktlarını bizim iştirakımızla yerində yoxlanılmasını xahiş edirik. Maliyyə Nazirliyi , hesaplama palatası və korrupsiyaya qarşı mübarizə idarəsi Şahin Məmmədovu müdafiə edərək bildirirlər ki, iş gedir yoxlayacayıq, lakin 9 aydı heç bir iş görmədən bizi aldadaraq məhkəməyə verməklə susdurmaq istəyirlər.
25 yanvar 2016-cı il tarixdə Mia.az saytında parlamentdən ciddi tapşırıq: İcra başçıları ciddi təftiş olunacaq başlığı altında hesaplama palatasının Ağcabədidə büdcə vəsaitlərinin talan edilməsi ilə bağlı açıqladığı hesabatında açıq göstərilmişdir. Ağcabədinin gəliri 8 milyon 375 min olduğu halda icra başçısı rayona 24 milyon 855 min 832 manat guya vəsait xərclənməsi haqda sənəd təqdim etdirmişdir. Arada qalan təxmini 16 milyon isə büdcədən dotasiya almışdır. Xahiş edirəm bu pullar hara xərclənibsə yerində yoxlanılsın onda görünəcəkdir ki, Şahin Məmmədov dövlət büdcəsini dağıtmışdır.
Prezidentin ehtiyat fondundan ayrılmış pullar bu büdcəyə daxil deyildir. Prezidentin ehtiyat fondunda 10 milyondan artıq pul ayrılmışdır. Xahiş edirəm bu pulların hara xərclənməsi bizim iştirakımızla yoxlanılsın”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru