Müəmmalı şəkildə ölmüş baş mühəndisin yaxınları izahat tələb edir... - Keçmiş rektordan
Tarix: 9-03-2016, 12:48 | Çap et
Azərbaycan Dövlət İqtisad Universitetinin baş mühəndisi olmuş mərhum Hümbətov Şahmurad Qədim oğlunun ailəsi hələ də bu ali təhsil müəssisəsinin keçmiş rəhbərliyindən açıqlama gözləyir. Mövzuya dair qəzetimizin ötən saylarında artıq bir neçə material dərc etdək də, bu günə qədər ADİU-nun keçmiş rektoru, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev hələ də irəli sürülən ittihamlara heç bir reaksiya verməyib. Artıq qeyd etdiyimiz kimi, Şahmurad Hümbətov 31 mart 2011-ci il tarixində, gecə saat 12.00 – 01.00 radələrində işə, yəni Azərbaycan İqtisad Universitinə çağırılmış və ona bildirmişdi ki, universitetdə yanğın baş vermişdir. Təxminən saat 02.00 radələrində isə, İqtisad Universitetinin başqa bir əməkdaşı Hümbətovların evinə gələrək, demişdir ki, Ş.Hümbətovun təzyiqi qalxmış və onu xəstəxanaya aparmışlar. Bundan sonra mərhumun oğlu, İlqar Hümbətov həmin şəxslə maşına oturub Respublika Xəstəxanasına getmişdir. Ora çatanda universitetin bəzi müəllimləri ilə qarşılaşmış və universitetin baş energetiki Məzahir müəllim İlqara bildirmişdir ki, atasının ürək təzyiqi qalxmış və o, vəfat etmişdir. Yalnız sonradan, təsadüfən aldıqları məlumata görə Hümbətovlar biliblər ki, universitet rəhbərliyi onları aldatmış və Şahmurad Hümbətov əslində elektrik cərəyanı vurmasından vəfat etmişdir. Bu barədə Sevil Hümbətovanın ərizəsində deyilir: “Biz dəfələrlə universitetin rəhbərliyi ilə əladə saxlmaq istəsək də, bizə heç bir məlumat verməmişlər və heç bir maddi yardım göstərməmişlər. Bu günə kimi universitet rəhbərliyi bizə müəyyən vədlər versələr də, indiyə kimi həyat yoldaşımın işdə ölümü ilə əlaqədar heç bir sənəd də verməyiblər...” Qeyd etdiyimiz kimi, bu ərizə 2013-cü ildə yazılsa da, indiyədək durumda heş bir dəyişiklik baş verməmişdir. Digər tərəfdən isə, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin eksperti Alim Hüseynov tərəfindən 04.04.2011-ci il tarixində imzalanmış və Birliyin möhürü ilə təsdiqlənmiş şəhadətnamədə də ölümün məhz elektrik cərəyanı vurması nəticəsində baş verdiyi bildirilir. Bəs görəsən universitetin o vaxtkı rəhbərliyi həqiqəti gizlətmək üçün niyə bu qədər səy göstərmişdir? Məhz bu suala aydınlıq gətirmək üçün, həmin vaxt İlqar Hümbətov atasının ölüm faktının araşdırılması üçün Səbail rayon prokurorluğuna müraciət etmişdi. Lakin bu zaman universitet rəhbərliyi işə qarışaraq, məsələnin “dinc yolla” həllinə nail ola bilmişdi. İlqar Hümbətov universitetə dəvət olunmuş, əvvəlcə prorektor (o vaxtkı) Mirənvər Mahmudov, sonra isə, ADİU-nun keçmiş rektoru Şəmsəddin Hacıyev tərəfindən qəbul edilmişdir. İlqar Hümbətovun sözlərinə görə, onun şikayətçi düşməməsini dönə-dönə xahiş edən keçmiş rektor, bunun müqabilində dəfn və sonrakı mərasim xərclərinin tam ödənilməsini, maddi yardım və 100 000 manat məbləğində təzminatın veriləcəyini vəd etmişdi. Bütün bu vədlərin müqabilində isə, mərhumun 7-ci gün mərasimindən sonra bütün sözlər unuduldu. Hətta universitet rəhbərliyi qəbir üstü üçün özünün sifariş etdiyi başdaşının hazırlanmasına görə ödənişdən belə imtina etdi. Universitetin qapıları isə, həmin gündən İlqar Hümbətovun üzünə birdəfəlik bağlandı. Digər tərəfdən də, sonradan məlum olub ki, hətta mərhumun ailəsinə yardım məqsədilə, universitetin bütün əməkdaşlarının topladıqları böyük məbləğdə vəsait, 30 min manat pul da Mirənvər Mahmudov tərəfindən mənimsənilərək, Hümbətovlara verilməmişdir.
Bu yaxınlarda isə, İlqar Şahmuradov həmin hadisənin təkrar araşdırılması xahişilə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova ərizə ilə müraciət etdiyini bildirmişdir.
Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|