Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                 

“İdeal-İ-İnşaat”ın daha bir mənzil fırıldağı üzə çıxdı - ŞİKAYƏT VAR
Tarix: 11-03-2016, 12:35 | Çap et
“İdeal-İ-İnşaat”ın daha bir mənzil fırıldağı üzə çıxdı
Dünən «Təzadlar»a “İdeal-İnşaat” MMC-nin dələduzluğuna məruz qalmış on çox Bakı şəhər sakinləri şikayətə gəlmişdilər… Onlardan Fuad Nəzərov və digərlərinin söhbət-müsahibəsindən məlum oldu ki, adı çəkilən MMC-nin rəhbəri İsa Məmmədov onların külli miqdarda pul vəsaitlərini mənimsəyib. Belə ki, onlar mənzil almaq üçün əllərində olan son güman yeri olan pullarını verərək (müqavilə bağlanır, pullar qəbzlərlə kassaya ödənilir və s.)İsa Məmmədovun yağlı dilinə inanıblar və paytaxtın mərkəzində (keçmiş “Bakı» mehmanxanasının arxası, Səməd Vurğun bağının tini) tikilən yeni binada mənzil almaq istəyiblər… Lakin İsa Məmmədov onların arzularını 5 ildən çoxdur gözlərində qoyub. Nəinki bu illərdə mənzillər tikilib istifadəyə verilib, əksinə, indi məlum olub ki, ümumiyyətlə, onlar külli miqdarda pul verdikləri, müqavilə bağlayıb öhdəlik götürdükləri mənzilləri başqa adamlara satılıb…

İsa Məmmədovun yeni MMC yaratmaq fırıldağı…
«Təzadlar»a təqdim edilən sənədlərdən məlum olur ki, İsa Məmmədov metronun «Xətai» stansiyasının yanında, keçmiş Şüşə zavodunun yerində inşaa etdiyi yaşayış kompleksini tikmək üçün «İdeal-İ-İnşaat» MMC, keçmiş «Bakı» Mehmanxanasının arxasında tikiləcək bina üçün isə «İdeal-V» MMC adlı, başqa ərazilərdə aparılan tikintilər üçün isə başqa adlı MMC yaradaraq tikinti işlərinə başlayıb. Dəbdəbəli adlar, əvvəli qaynar iş şəraiti ilə başlayan tikinti meydançaları, yaraşıqlı texnikalar, tikintinin sürətlə aparılacağına dair inşaat lövhələri… Bunlar, sən demə, İsa Məmmədovun alıcıları tora salmaq üçün istifadə edilən eyni senarilər, zahiri görüntülərdir. Amma atalar demiş, su çanağı suda sınar. Fəlsəfi mənası budur ki, tikinti fırıldaqçılarının da yolu hüquq mühafizə orqanlarının istintaqından, məhkəmə zallarından, həbsxanalardan…keçməlidir! Axı niyə halal yolla pul qazanmaq istəmir İsa Məmmədov və onun insanların başına çorab hörən, tora salan MMC-lərinin direktoru olan əmisi oğlu Çingiz Məmmədov??? Təsəvvür edirsinizmi, şikayətçilərin eləsi var ki, 2006-2007-ci illərdən (10 ildir) İsa Məmmədova 150-200 min manat pul veriblər. Onların sayı yüzlərlədir. Manatın 2006-2007-ci illərə aid dollara uyğun kursunu nəzərə alsaq, indiki məzənnə ilə bu məbləğin nə qədər olduğunu hesablamağı İsa Məmmədovun vicdanına buraxırıq… Bundan əlavə, əgər vətəndaş, məsələn, 200 min manatı 10 il müddətində banka qoyub divident alsaydı (illik 10-12 faizlə götürülsə, bu bir ilə təxminən 24 min manat, 10 ilə isə 240-250 min manat edir), indi vətəndaş təkcə həmin pulun faizinə əlavə bir mənzil də alardı. 10 il əvvəlki dolların kursunu nəzərə alsaq (1 dollar 78 qəpik), təbii ki, 10 il əvvəlki 200 min manat 256 min dollar edirdi. İndiyə qədərki faizi, necə deyərlər, İsa Məmmədovla Çingiz Məmmədovun kəilinə qurban, həmin məbləğ indiki kursla hesablansa, bu təxminən 500 min manatdan çox pul vəsaiti deməkdir! İndi görün bəzi dələduzlar vətəndaşların hüquqsuzluğundan necə sui-istifadə edib onları dövlətdən narazı salır, əmlaklarını əllərindən alıb quru yurdda qoymaqla son anda intihara sürükləyirlər! Redaksiyamızda olan şikayətçilərin 5-i danışırdı ki, mənzil almaq üçün İsa Məmmədova verdikləri pulların çox hissəsini borca, kreditə götürüblər, hələ də faiz ödəyirlər. Siz deyin, cənablar, belə də Allahsızlıq olarmı???

Zakir Qaralovun prokurorları mənzili ələ keçirilmiş vətəndaşların İsa Məmmədov tərəfindən hələ bir məhkəməyə də verilməsinə haqq qazandırıblar!

Şikayətçilərdən Fuad Nəzərovun bizə təqdim etdiyi sənədlərdə diqqətimizi bir məqam çəkdi: aldadılmış, dələduzluq yolu ilə pulları mənimsənilmiş, etibarlarından sui-istifadə olunmuş vətəndaşlar Baş Prokurorluğa şikayət edirlər ki, onları saxta müqavilə sənədləri tərtib edib avam, hüquqlarını bilməyən vətəndaşlara sırıyıb pullarını mənimsəmiş bu dələduzların əlindən alsınlar, onları cəzalandırsınlar… Baş Prokurorluqdan isə onların şikayətləri Bakı şəhər Prokurorluğuna göndərilir…

Niyə 200 manat rüşvət alan müəllim həbs edilir, 200 milyon pul atmış-mənimsəmiş İsa Məmmədov isə müdafiə edilir???

Halbuki Baş Prokurorluq fakt üzrə dərhal cinayət işi başlayıb işi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərə bilərdi və İsa Məmmədov qanun qarşısında cavab verməli olardı… Amma hiss olunur ki, İsa Məmmədov artıq bu əməlinə vərdiş edib, bu əməlləri ilə peşəkarlaşıb… Söhbət vətəndaşların aldadılmasından gedir. Diqqətli oxucu sərt ifadələrimizə görə bizə irad tuta bilər ki, məhkəmə hökmü olmadan vətəndaşa dələduz, fırıldaqçı demək olarmı? Məsələ ondadır ki, artıq bəzi məhkəmələr də İsa Məmmədovun bu peşəkar fırıldaqlarına şərik edilməkdədir… buyurun, sual: niyə İsa Məmmədovun həi «İdeal-İ-İnşaat», həm də «İdeal-V» və digər MMC-lərində vətəndaşların bir mənzili bir neçə adama satılır? «Təzadlar»ın redaksiyasında indiyədək İsa Məmmədovun əməllərindən (aldatma senarisi eynidir) ziyan çəkmiş onlarla vətəndaşın ərizə və şikayətləri var. Bir deyil, iki deyil… İlin-günün bu vaxtında bun ə oyunbazlıqdır axı?
Qayıdaq Baş Prokurorluqdan Bakı şəhər Prokurorluğuna göndərilmiş şikayət ərizələrinə: Baş Prokurorluğun Müraciətlərə Baxılması İdarəsinin rəis müavini Aynur xanım Osmanova 14 dekabr 2015-ci il tarixli cavab-bildiriş məktubu ilə zərərçəkmiş-şikayətçi Fuad Yusif oğlu Nəzərova və digərlərinə (çoxsaylı şikayətçilərdir) cavab yazır ki, Sizin şikayət araşdırılması üçün Bakı şəhər Prokurorluğuna göndərildi… Eyni məktub Bakı şəhər Prokurorluğuna göndərilir, prokurora tapşırılır ki, filankəslərin şikayətləri baxılması üçün Sizə göndərildi. Yəni araşdırıb tədbir görün!

Bakı şəhər Prokurorluğu İsa Məmmədovu toy-bayramla qarşılayır və…

…Şikayətçiləri ürək ağrısı ilə dinləyirik… Qadınlardan biri danışır ki, «…Bizə Baş Prokurorluqdan gələn bu bildirişi oxuyanda inanırdıq ki, artıq İsa Məmmədova sondur, haqlı tələbimiz təmin olunacaq. Axı illərdir kirayədə qalırıq. Müqafilədə bizə pulu tam ödətdirməyi öhdəlik qoyan, pullarımızı qısa zamanda ödətdirən İsa Məmmədov müqaviləsində binanı nə vaxt təhvil verəcək, bunu yazmayıb. Biz sonsuzluğa kimi gözləməliyikmi? Dövlət aktı ilə istismara qəbul edilməyən binaların bünövrə tökülən kimi satışı başlayır və müddət uzandıqca uzanır. Dövlət orqanları isə buna susur… Və sevincək az qala hər gün Bakı şəhər Prokurorluğuna gedirik ki, görək şikayətimiz necə araşdırılır. Günlərin birində İsa Məmmədovu təsadüfən Bakı şəhər Prokurorluğuna kədərli girib sevinc içində çıxdığını görürük…

Baş Prokurorluğun 14 dekabr tarixli məktubunu Bakı şəhər Prokurorluğu 14 dekabr tarixində necə cavablandıra bilərdi???

Hələ də başa düşə bilmirik ki, Baş Prokurorluq 14 dekabr 2015-ci ildə bizə və Bakı şəhər Prokurorluğuna məktub yazır, Bakı şəhər Prokurorluğunun Müraciətlərə baxılması şöbəsitnin rəisi Ceyhun Qurbanov ildırım surəti ilə, Baş Prokurorluğun həmin məktubunun mürəkkəbi qurumamış bizə eyni tarixdə-14 dekabr 2015-ci il tarixdə cavab yazır… Biz Baş Prokuror Zakir Qaralova çox inanırıq, amma bu işə hələ də mat-məəttəl qalmışıq. Düzdür, indii elektron əsridir, amma daha bu qədər də yox. Çünki həmin məktublar bizə də, Bakı şəhər Prokurorluğuna da zərf ilə göndərilib…».
-Bəs Bakı şəhər Prokurorluğunda İsa Məmmədovu kim qarşılayıb, kim yola saldı?
-Nədən Bakı şəhər Prokurorluğunda mülki mübahisə ilə CM-nin dələduzluq maddəsinə tövsif olunan əməl qarışıq salınıb?
-İsa Məmmədovu Bakı şəhər Prokurorluğunda himayə edən yüksək çinli məmur kimdir?
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu

“İdeal-İ-İnşaat”ın daha bir mənzil fırıldağı üzə çıxdı
“İdeal-İ-İnşaat”ın daha bir mənzil fırıldağı üzə çıxdı









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru