GDU-da maliyyə maxinasiyaları... - İDDİA
Tarix: 5-10-2016, 11:07 | Çap et
Son vaxtlar redaksiyamıza daxil olan məlumatlarda Gəncə Dövlət Universitetinin (GDU) fəaliyyətində müşahidə olunan neqativ hallardan bəhs edən açıqlamalara tez-tez rast gəlinir. Bir çox mənbələrin rəyinə görə, bu gün GDU-da gedən neqativ proseslər heç də digər ali məktəblərdə müşahidə olunan problemlərə bənzəmir. Belə ki, redaksiyamıza bu universitetin daxilində olan mənbələr tərəfindən təqdim olunan açıqlamalarda da vurğulanır ki, Gəncə Dövlət Universitetinin rektoru Yusf Yusibovun öz işində yol verdiyi çox ciddi nöqsanlar hal-hazırda bu ali təhsil müəssisəsinin fəaliyyətini son dərəcə arzuolunmaz bir duruma gətirmişdir. Qeyd olunur ki, məhz rektorun yaratdığı şərait universitetdə əksər vəzifə sahiblərinin sui-istifadə və mənimsəmə hallarına yol vermələrinə zəmin yaradır. Bu xüsusda aldığımız son məlumatlardan birində də Gəncə Dövlət Universitetinin İnzibati təsərrüfat işləri üzrə prorektoru Fəxrəddin Həsənovun özbaşınalıqlarından bəhs olunur. Mənbə bildirir ki, Fəxrəddin Şərif oğlu Həsənov 02.10.2006-cı ildən GDU-nun İnzibati təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışır və hal-hazırda da bu vəzifədədir. İddiaya görə, hələ bir necə il bundan öncə, Elman Məmmədov bu universitetin rektoru işləyərkən, daxil olmuş şikayətlər əsasında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlamalar aparılmış və onun fəaliyyətində külli miqdarda korrupsiya faktları aşkarlanmışdı. Belə ki, yoxlamalar zamanı 6 milyon 742 min 337 manat mənimsəmə olduğu aşkar olunmuşdur. Araşdırmalar zamanı məlum olmuşdur ki,bu məbləgin 982 min manatını həmin dövrdə və indi də bu vəzifədə çalışan təsərrüfat işləri üzrə prorektor Fəxrəddin Həsənov, o zaman GDU-nun baş mühasibi işləyən (hal-hazırda Gəncə şəhər Mərkəzi poçtun müdiri) Nizami Mustafayevlə əlbir olaraq, saxta sənədlərə imza atmaqla mənimsəmişlər. Həmçinin araşdırma əsasında müəyyən edilmişdir ki, universitetin təsərrüfat bölməsində 74 nəfər işçinin işləməyinə baxmayaraq, həmin işçilərdən yalnız 53 nəfəri lazımi işlərdə, yəni təsərrüfatda çalışır. Qalan 21 nəfərin adları ştat cədvəlində olsa da, faktiki olaraq işə gəlmirlər, bu adamları universitetdə görən belə olmamışdır. Həmin şəxslərin maaş kartları da məhz prorektor Fəxrəddin Həsənovdadır və bu şəxslər Azərbaycanda, hətta xarici ölkələrdə ticarətlə məşğul olurlar. Maliyyə Nazirliyinin komissiyası həmin kartları alıb sahiblərinə qaytarmağına baxmayaraq (???), hal-hazırda yenə də Fəxrəddin Həsənov həmin kartları mənimsəyərək öz talançı əməllərindən əl çəkmir.
Daha sonra mənbə bildirir ki, Fəxrəddin Həsənov Çəncə şəhərində yüksək vəzifəli məmurların adından yalandan istifadə edərək, hər yerdə onlarla qohum olduğunu bildirir və bununla da özünü sığortalamış olur. Təsərrüfat bölməsinin işçiləri vasitəsilə universitetin binalarında xəfiyyə şəbəkəsi quraraq, onun üçün “maraqlı” olan adamların hara gedib-gəldiklərini izlədir. Həmçinin açıqlamada prorektorun törətdiyi mənimsəmələrdən bəhs edilir: “Fəxrəddin Həsənov “Samsung” firmasının Gəncə şəhərindəki rəsmi nümayəndəliyi ilə iş birliyi quraraq oradakı dostlarının vasitəçiliyi ilə GDU-nun bütün tədris binalarına külli miqdarda proyektor, kompyuter, noutbuklar almış və bunların hamısı sənədlərdə təzə adı ilə göstərilməsinə baxmayaraq köhnə, işlənmiş, demək olar ki, istifadəyə yararsız mallardan ibarət olmuşdur. İndi də binalarda quraşdırılmış bu avadanlıqların əksəriyyəti işləmir. Universitetin əsas binasında quraşdırılmaq üçün 2500 manatlıq kamera və digər aparatlar alınmış və onlar maliyyə sənədlərində 12500 manat göstərilmişdir. Fəxrəddin Həsənov bu yolla külli miqdarda dövlət əmlakını talamışdır.
Bayraq meydanının yaxınlığında yerləşən tədris korpusunun yalnız bir mərtəbəsinə təmir üçün 54000 azn pul ayrılmağına baxmayaraq, onun bir manatı belə üzə çıxmamışdır və Fəxrəddin Həsənov tərəfindən mənimsənilmişdir. Maliyyə sənədlərinə baxdıqda aydın görünür ki, 18 manatlıq qurğunun biri 92 manata, 3 manat 60 qəpiklik qurğunun biri isə, 39 manat 70 qəpiyə sənədləşdirilmişdir. Hal-hazırda tələbə yataqxanası üçün nəzərdə tutulmuş yataq dəstləri “Alüminiumçular qəsəbəsi” deyilən yerdə, yaşayış binasının altındakı mağazada Fəxrəddin Həsənov tərəfindən dədə malı kimi satılır. Maraqlıdır ki, universitetin yataqxanasında bir nəfər belə tələbə yaşamır. Universitet üçün alınmış inventarları Fəxrəddin müəllim öz işçilərinə dədə malı kimi paylayır. Ən agrılı hal odur ki, ayaq üstə 10 dəqiqə belə çıxış edə bilməyən bu adam fakültə dekanlarına təsir edərək öz iyrənc əməllərini həyata keçirir. Universitet binalarının təmiri onun qudası Yunis müəllimin təmir işlərinə baxan şirkəti tərəfindən həyata keçirilir. Bu zaman isə, rəqəmlər şişirdilərək dövlət vəsaitləri talan olunur...”
Çox istərdik ki, Gəncə Dövlət Universitetinin rəhbərliyi irəli sürülən bu ittihamlara öz münasibətini bildirsin.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
|