"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                 

Təmtəraqlı reklam arxasındakı gizli həqiqətlər - Femina fırıldaqları
Tarix: 27-10-2016, 11:28 | Çap et
Təmtəraqlı reklam arxasındakı gizli həqiqətlər
Azərbaycanda xəz-dəri satışı ilə məşğul olan azsayda firma olsa da, onların bəzilərinin doğru-düzgün işləmədikləri də aydınlaşmaq üzrədir. Bu bazarda önəmli yerlərdən birini tutan «Femina» isə işlərinin gedişatında lap «gül» vurub. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı ortaya çıxan məlumatlarda vurğulanır ki, firmanın Bakıya gətirdiyi və müştərilərinə Yunanıstan, İtaliya, hətta Kanada malı kimi təqdim etdiyi xəz-dərilərin əslində Çindən gətirildiyi üzə çıxıb. Müştərilərin bir çoxu artıq mətbuata və rəsmi qurumlara üz tutaraq, onlara Avropa malı adı altında baha qiymətə satılmış məhsulların Çində istehsal olunduğu səbəbindən aldadıldıqlarından şikayətçi düşüblər. Tələbləri də budur ki, dəymiş zərər ödənilsin.

Qiymət fırıldağı və köçkün statusundan sui istifadə

“Femina»nın sahibi o qədər irəli gedib ki, hətta onlardan mal alan şəxsləri ələ salmaqdan da çəkinmir. Məsələn, qiyməti 4-5 min manat olan xəz-dərinin İtaliya, Yunanıstan və ya Kanada malı olduğu deyilsə də, içində Çin istehsalı olduğu yazılmış «birka»sı göz çıxarır. Qeyd edək ki, «Femina»nın firma mağazası «Sədərək» Ticarət Mərkəzində yerləşir və satışa çıxardıqları malların ən ucuzu 4500 manatdır. Lakin dükana yaxınlaşıb mal almaq istədikdə qiymətlər dəyişməyə başlayır. Məsələn, 4500 manatlıq xəz paltodan 2000 manat endirim edib, müştərini cəlb etməyə çalışırlar. Sonradan bu rəqəm daha 500 manat aşağı salınır. Əgər alıcı almadan çıxıb gedərsə, qapıdaca ona 1400 manatlıq bir təklif gəlir. İndi sual olunur: Kanada və ya Yunanıstanda istehsal olunmuş xəz-dəri palto necə olur ki, Bakıda 1400 manata satılır? Hərçənd istehsalçı ölkənin özündə qiymətlər 2000 avrodan başlayır.
«Femina» müştərilərinin bir qismini «Sədərək»də barmağına dolasa da, bir qismini də filialı olan «Monika» mağazasında ələ keçirməyə çalışır. Alıcıların bəziləri iddia edirlər ki, «Monika»da satılan xəz-dəri məhsullarının böyük əksəriyyəti geyinilmiş və ya ikinci əl mallardır. Elə qiymətləri də xeyli aşağıdır. «Femina»nın sahibi Salman Mirzalıyevdir. Onunla bağlı ilginc məlumat ondan ibarətdir ki, firmanın rəhbəri ermənilər tərəfindən işğal olunmuş rayonlarımızdan birindəndir. Mənbə bildirir: «Böyük maddi imkanlarına baxmayaraq, Mirzalıyev cənabları məcburi köçkün statusundan yararlanaraq, müavinət belə alır. «Femina»nın sahibi hətta körpələr evinin otaqlarını da zəbt edərək, orada yaşayır».
Onu da qeyd edək ki, bir müddət öncə “Youtube”də yayımlanan bir video demək olar ki, bütün dünyada səs-küyə səbəb oldu. Çində qeydə alınan görüntülərdə müxtəlif heyvanların zorla yuvalarından çıxarılaraq xüsusi müəyyən edilmiş cərəyana verildiyi əks olunub. Bir sıra beynəlxalq heyvanların hüquqlarını müdafiə təşkilatları Çində baş verən vəhşiliyin əleyhinə çıxararaq aksiya keçiriblər. Təşkilat üzvləri heyvanların ən qəddar formada öldürülməsini kəskin şəkildə qınayaraq bunun insanlığa yaraşmadığını deyiblər. Araşdırmalar zamanı müəyyən edilib ki, qəddarcasına öldürülən heyvanların dərisi ölkədə fəaliyyət göstərən ayrı-ayrı fabriklərə satılır. Həmin müəssisələrdə istehsal prosesinə daxil edilən heyvan dərilərindən müxtəlif xəz və dəri geyimləri hazırlanır. Bu gün Azərbaycanda da bir neçə böyük xəz-dəri dükanı fəaliyyət göstərir.

Saxta xəz geyimi ilə bağlı qəribə tendensiya…

Onlardan bəh-bəhlə reklam olunanlarından biri də haqqında söhbət açdığımız “Sədərək” Ticarət Mərkəzində yerləşən “Femina” xəz-dəri qalereyasıdır. İlk baxışdan cəlbedici təklif və satış qiymətləri ilə müştərilərin diqqətini çəkən “Femina”da satılan məhsullar sən demə, keyfiyyətli deyilmiş. Bildirək ki, havaların soyuq keçməsi qadınların xəz geyimlərinə olan marağını artırır. Qiyməti kasıb adamların cibi ilə uyğun gəlməyən geyimləri daha çox varlı şəxslər alır. Ancaq onlar aldıqları məhsulun saxta olub-olmadığının fərqində deyillər. Çünki imkanlı adamlar bahalı geyim geyməyə öyrəncəlidirlər. Və heç vaxt aldıqları məhsulu yoxlatdırmaq barədə fikirləşmirlər. Ümumiyyətlə, son dönəmlər saxta xəz geyimi ilə bağlı qəribə tendensiya müşahidə edilir. Bu malların çoxu Çin Xalq Respublikasından idxal olunsa da, üzərlərinə başqa ölkələrin emblemini yapışdırıb satışa çıxarırlar. Vətəndaş isə aldığı məhsulun Çin istehsalı olmasından xəbərsizdir. Saxta etiketlər sayəsində istehlakçılar təmiz malıaşkarlamaqda çətinlik çəkirlər. Təkcə Azərbaycanda yox, dünyanın demək olar ki, əksər ölkəsində Çin istehsalı olan malların satışı geniş yayılıb. Dünya bazarı Çin malları ilə dolub-daşır. Xəz-dəri məmulatlarına tələbatın böyük olduğunu görən bəzi işbazlar bundan istifadə edərək vətəndaşları aldadırlar. Necə ki, “Femina” xəz-dəri qalereyasının rəhbərliyi bunu həyata keçirir. Aldığımız məlumatlara görə, Yunanıstan istehsalı kimi alıcılara təqdim edilən “Femina” xəz-dəri geyimləri, əslində, Çində istehsal olunur. Burda satılan geyimlərin ən ucuzunun qiyməti 3-4 min manatdan başlayır. Qalereyada hətta 40-50 min manata satışa çıxarılan xəzlər də var ki, onların tərkibi keyfiyyətli deyil.

“Femina”nın idxal etdiyi məhsullara çürümə əleyhinə xüsusi kimyəvi maddələr qatılır?

Öyrəndik ki, “Femina”nın idxal etdiyi məhsullara çürümə əleyhinə xüsusi kimyəvi maddələr qatılır ki, bu da xəzi, həmçinin dərini bir il müddətində ilk vəziyyətindəki kimi şux saxlayır. Bir il tamam olandan sonra isə “şuba”ların tükü tökülməyə və daxili hissəsində fəsadlar yaranmağa başlayır. “Femina”nın fəaliyyəti ilə yaxından maraqlanan şəxsin dediyinə görə, burda satışa çıxarılan bütün məhsullar Çindən gətirilir. Reklamda deyilən məsələlərin hamısı yalandır. Buna baxmayaraq, qalereyada çalışan şəxslər müştərilərə satdığı malların yüz faiz orijinal olduğunu bildirirlər. Başqa sözlə desək, geyim dükanının rəhbərliyi müştəriləri aldadır. Məlumata əsasən, fəaliyyətə başladığı ilk gündən istehlakçıların hüquqlarını pozan “Femina” bu yolla milyonlarla manat gəlir əldə edib. “Femina”nın reklamı güclü olduğundan vətəndaşlar burda satılan məhsulların keyfiyyətsiz ola biləcəyinə inanmırlar. Acı həqiqət isə budur ki, xəz-dəri qalereyasında təmiz məhsul satılmır.

Qalereyanın reklam xarakterli çağırışlarına aldanmayın!

Vurğulamaq istəyirik ki, “Femina” rəsmi “facebook” səhifəsində “Biz xəz-dəri bazarında bir lider olaraq, 21 illik təcrübəmizlə fəaliyyətimizi yüksək səviyyədə davam etdiririk. Bütun bu illər ərzində müştərilərimizə yüksək keyfiyyətli məhsullar təklif etməklə onlar arasında böyük nüfuz qazanmışıq. “Femina” Avropanın aparıcı xəz brendləri ilə apardığı sıx əməkdaşlıq nəticəsində İtaliya və Yunanıstanda hər il təşkil edilən xəz-dəri sərgilərinə xüsusi dəvət alır. Bu sərgilərdə nümayiş olunan ən son dəbə uyğun xəz geyimləri ilə daim öz kolleksiyasını yeniləyir və sizə təqdim edir” cümlələri yazılıb. Biz vətəndaşlarımızı xəbərdar edirik ki, qalereyanın reklam xarakterli çağırışlarına aldanmasınlar. Çünki burda satılan məhsullar keyfiyyətli deyil və tərkibində zərərli maddələr olduğundan insan orqanizmi üçün təhlükə yaradır. Araşdırmalar nəticəsində o da məlum oldu ki, “Femina”nın arxasında güclü qüvvələr dayanıb. İddialara inansaq, xəz-dəri qalereyasını yüksək vəzifəli şəxslərdən biri himayə edir. Və elə buna görə də Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və digər aidiyyəti qurumların əməkdaşları burda yoxlama aparmırlar. Fəaliyyətinə heç bir dövlət orqanı tərəfindən müdaxilə olunmayan “Femina” Çin mallarını camaata İtaliya və Yunanıstan istehsalı adı ilə sırıyaraq külli miqdarda xeyir götürür. Bunun əvəzində isə dövlət büdcəsinə çox cüzi vergi keçirir. Vergilər Nazirliyindən, Dövlət Gömrük Komitəsindən və yuxarıda adını hallandırdığımız digər qurumların rəhbərlərindən xahiş edirik ki, qalereyanın ölkəyə idxal etdiyi təhlükəli məhsulların qarşısını alsınlar. İnanmaq istərdik ki, rəsmi qurumlar xahişimizi nəzərə alıb “Femina”ya qarşı hərəkətə keçəcəklər. Yazıda adı çəkilən şirkət və şəxslərin münasibətini dərc etməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Bu gün, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Bu gün, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Bu gün, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Bu gün, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Bu gün, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Bu gün, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Bu gün, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Bu gün, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Bu gün, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Bu gün, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Bu gün, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Bu gün, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Bu gün, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Bu gün, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Bu gün, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Bu gün, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Bu gün, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Bu gün, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Bu gün, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Bu gün, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Bu gün, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Bu gün, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Bu gün, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Bu gün, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Bu gün, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Bu gün, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Bu gün, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Bu gün, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru