“Akkord” STİK ASC-nin “parçaları” da özbaşınalıqları davam etdirir - ŞİKAYƏT VAR
Tarix: 16-11-2016, 12:40 | Çap et
Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda da biz göstərmişdik ki, son bir neçə ildə ölkə mətbuatında bəzi qurum və təşkilatlar tərəfindən şübhəli maliyyə əməliyyatlarının aparıldığına dair təqdim olunan araşdırma nəticələrində “Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası” ASC-nin də adı tez-tez hallandırılır. Bir çox mənbələr isə, təkcə 2014-2015-ci illər ərzində “Akkord” şirkətində mənimsənilmiş məbləğin 20 milyon manat civarında olduğunu iddia edirdilər. İstənilən halda, Beynəlxalq Bankla yaşanan məlum problemlərdən sonra, artıq ASC-nin keçmiş rəhbəri İlqar Hacıyevin də “səhnədən getmə” vaxtı çatmış oldu. Və beləliklə, bir müddət sonra “Akkord” üzərində nəzarət “VIP Estate” MMC-yə keçdi. Təbii ki, şirkətin yeni sahibləri bu tikinti nəhənginin artıq öz simasını itirdiyini görməyə bilməzdilər. Bəlkə elə məhz bu səbəbdən də tezliklə “Akkordun” müstəqil şirkətlərə parçalanması prosesinə start verildi. Hələ 2014-cü ilin may ayında “Akkord” korporasiyası artıq bir neçə müəssisənin strukturundan çıxdığını elan etmişdi. Vergilər Nazirliyinin yaydığı məlumata görə, “Akkord” korporasiyasından asfalt zavodu və metal konstruksiya istehsalı müəssisəsi ayrılaraq, “Akkord Asfalt” MMC və “Akkord Steel Construction Company” MMC yaradılmışdı.
Lakin görünən budur ki, bütün bu tədbirlər də ASC-nin struktur bölmələrində (və ya keçmiş strukrur bölmələrində) özbaşınalıqların qarşısının alınmasına nədən olmadı. Elə dünən redaksiyamıza daxil olmuş növbəti məlumatda da ASC-nin Balaxanıda yerləşən asfalt zavodunun rəhbərliyi tərəfindən yol verilən özbaşınalıqlar nəticəsində sadə vətəndaşların, zəhmətkeş insanların hüquqlarının kobud şəkildə pozulduğu vurğulanır. Beləliklə, redaksiyamıza müraciət etmiş Xaçmaz rayon sakini Şahbalayev Cəsarət və Syəzən rayon sakini Kərimov Fuad “Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası” ASC-nin paytaxtın Balaxanı qəsəbəsində yerləşən Asfalt zavodunun rəhbərliyi ilə aralarında yaranmış problemin həlli üçün artıq birbaşa ölkə rəhbərliyinə müraciət etmək qərarına gəldiklərini bildirirlər. Hələlik isə, vətəndaşların mətbuat vasitəsilə ölkənin Baş Prokuroru cənab Zakir Qaralovun diqqətinə çatdırmaq istədikləri ərizədə yaranmış vəziyyət belə təsvir olunur: “2015-ci ilin may ayından oktyabr ayına qədər olan dövr ərzində Qubadan Balaxanıya, “Akkord” ASC-nin burada yerləşən asfalt zavoduna iki yük maşını ilə çınqıl və daş tozu daşımışıq. Daşınmalar “HOWO” və “Shacman” avtomobilləri ilə həyata keçirilib. Daşınmalara aid bütün qaimə və sənədlər mövcuddur. Həmin vaxt asfalt zavoda rəhbərlik edən Əlvan müəllim idi. Beş ay ərzində mütəmadi olaraq bu ağır işdə çalışsaq da, Əlvan müəllim bizə verməli olduğu puldan hər dəfə bir bəhanə ilə kəsirdi. Ən sonda zavodun ikimizə olan borcu 15 480 (on beş min dörd yüz səksən) manaya çatdı. Əlvan müəllim də hər dəfə bizi bir bəhanə ilə yola salırdı. Təxminən beş ay bundan əvvəl isə, onun özünü işdən çıxartdılar. İndi zavodun direktoru Şəmsəddin Məmmədovdur. Düşündük ki, bəlkə indi pullarımızı ala biləcəyik. Amma Şəmsəddin müəllim bizə nəinki pul, heç boş vədlər də vermədi. Birdəfəlik bəyan etdi ki, ASC-də bu məqsədlərə vəsait ayrılmayıb. Başa düşə bilmirik, necə olur ki, zavod bizim gətirdiyimiz xammaldan məhsul istehsal edib satır, amma həmin xammalın pulunun ödənilməsinə vəsait ayrılmır? Arada isə, bizim ailələrimiz maddi korluq çəkirlər. Səbəb isə budur ki, min-bir zəhmətlə qazandığımız halal pulumuzu hansısa məmurlar mənimsəmək qərarına gəliblər. Buna görə də, qəzetiniz vasitəsilə ölkənin Baş Prokuroru cənab Zakir Qaralovdan artıq dərəcədə xahiş edirik ki, bu məsələnin araşdırılması və bizim pulumuzun özümüzə ödənilməsi üçün müvafiq qurumlara göstəriş versin. Əvvəlcədən hörmətli Zakir müəllimə öz adımızdan və ailələrimiz adından təşəkkürümüzü bildiririk”.
Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
|