Laçınlı məmur haqda ilginc iddialar - İTTİHAM VAR
Tarix: 16-01-2017, 10:28 | Çap et
Laçın rayonunun təhsil ocaqlarında çalışan müəllimlərdən bir neçəsi “Gündəm Xəbər”in redaksiyasına zəng edərək, rayonun təhsil şöbəsində yaşanan acı həqiqətlərin ictimailəşməsini istədilər. Məhz, onlar bildirdilər ki, “xeyli müddət bundan əvvəldən rayonun təhsilinə rəhbərlik edən Malik Vəliyev, bu gün nəinki rayonun, hətta ümumilikdə təhsilimizin “bel sütunu”nu məhv etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 19 may 2015-ci il tarixdə Binəqədi rayonu ərazisində yanan bina ilə bağlı korrupsiya əleyhinə olan çıxışından başlayaraq, indiyə qədərki çıxışlarında irəli sürdüyü "Qoy hamı bilsin ki, heç kəs məsuliyyətdən kənarda qala bilməz" kimi, antikorrupsiya çağırışlarını KİV-də təkrar-təkrar ictimailəşdirildiyinə görə, korrupsiya məngənəsində əzablara məruz qalan əhali, xüsusilə də, Laçın rayon sakinləri böyük ümid və sevinclə qarşıladı. Bəs, zirehləndirilmiş bəzi məmurlar müxtəlif ünvanlarda bu humanist çağırışa necə münasibət bəslədilər? “Təhsil millətin gələcəyidir”. Əsrlərin sınağından çıxmış bu kəlam bu gün də bəşəriyyətin tərəqqipərvər qisminin intellektual sferasında öz aktuallığını saxlamaqdadır. Bu kəlamı və möhtərəm Prezidentimizin məlum antikorrupsiya çağrışlarını, yəqin ki, Laçın rayon Təhsil Şöbəsinin zirehləndirilmiş sabiq müdiri, rayonda heç kəsi, hətta qanunları belə vecinə almayaraq təhsili iflic edən Malik Vəliyev və onun başçlığı altında rahatlıqla fəaliyyət göstərən mütəşəkkil korrupsioner banda (yalnız Vəliyev Malikin meyarları əsasında seçilmiş əksər məktəb direktorları və təhsil şöbəsinin bəzi məmurları) da eşitməmiş olmazdı. Bəs, bu müqəddəs yola başqa cür baxanlar necə? Onları kimə bənzətmək olar? Yüksək mövqeli hamisinin himayəsi sayəsində təşkil edilmiş “cəzasızlıq şəraitində“ Laçın rayonunda təhsili darmadağın edən Vəliyev Malik və onun başçılığı altında rahatlıqla fəaliyyət göstərən mütəşəkkil korrupsioner dəstənin əməllərini saymaqla qurtarmaq olmaz. Belə ki, Malik Vəliyev və seçilmiş məmurlar sindromu sayəsində məlum ünvanda mütəmadi olaraq tədris ilinin əvvəlində şagird şəbəkəsini təsdiq etdirmək, az qala hər ay “yuxarıdan gələn” yoxlamaları yola salmaq, məktəbə yanacq, peç, truba və digər avadanlıqlar almaq, məktəbi təmir etdirmək, müxtəlif tədbirlərə vəsait, müxtəlif ünvanlara sovqat göndərmək və s. adı ilə, məktəblərdəki işini itirmək istəməyən hər bir işçidən xüsusi peşəkarlıqla müəyyən məbləğdə pul yığılır. Bu seçilmiş mütəşəkkil dəstənin fəal üzvləri respublikanın hansı rayonunun sakini olmasına baxmayaraq, biliyi öz şagirdinin bilik səviyyəsindən çox aşağı olanları, diplomu saxta olanları, işləməyə icazəsi və yaşı çoxdan bitənləri axtarıb taparaq işə düzəldib adlarına külli miqdarda əməkhaqqı yazıb, onun az bir hissəsini onlara verir, qalanını isə özləri götürürlər. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq yalnız əmək stajına razı olan hər kəsi axtarıb taparaq, onların adlarına fantastik miqdarda əməkhaqqı yazıb özlərinə götürülər. Nə orta, nə də ali məktəbdə bir gün də olsun dərsə getməsə də, “diplom”u olanlardan, Vətənimizin müharibə vəziyyətində olduğu hazırki zamanda hərbi xidmətdən dolayı yollarla yayınan “dezertir”lərdən hər biri Malik Vəliyevin könlünə yatan məbləği verərsə, istənilən məktəbdə, hətta, təhsil şöbəsinin aparatnda belə istədiyi vəzifəni ala bilər. Bir sözlə, Laçın rayon təhsil şöbəsində Malik Vəliyev və seçilmiş direktor labirinti sayəsində, dövlət büdcəsini və müəllimləri amansızlıqla çapıb-talamaq peşəkarlıq göstəricisi hesab olunur. Laçın rayon Təhsil Şöbəsinin anoloqu olmayan zirehləndirilmiş müdiri Malik Vəliyevin dünya təhsil sisteminə və pedaqogika elminə gətirdiyi analoqu olmayan yeniliklərdən biri də, bundan ibarətdir ki, seçdiyi pedoqoji təhsili olmayan, diplomu saxta olan, hətta iki eşşəyin arpasını bölməyi belə bacarmayan direktorlardan bəzilərinin əlinə bir neçə gerbli möhür verərək, həmin məktəblərin direktorluğunu onlara həvalə etməklə, yenə də, pedaqoji kollektivə və əhaliyə anoloqu olmayan cəhənnəm əzabını yaşadır. Hələ, Malik Vəliyevin təhsil şöbəsinin aparatına yerləşdirdiyi tamamən təhsili olmasa da, “diplom”ları olan “dezertir”lər dəstəsinin nələrlə məşğul olduğunu bilsək, ən qatı düşmənlərimizə belə şükür edərik. Hər ay hər müəllimin əməkhaqqından21% həcmində vergi pulu tutulur. Bundan əlavə, maaş cədvəlində müəllimlərin bir hissəsinin maaşlarından kəsib başqa müəllimlərin adına yazırlar, həmin pulu isə sonralar direktorlar “artıqdan yazılmış saat” kimi həmin müəllimlərdən alırlar. Fəal məktəb direktorları az qala ayda bir dəfə məktəbdə işləyən məcburi köçkünlərin hamısından nə yolla olursa-olsun, şəxsiyyət vəsiqələrinin surətlərini alır. Eşitdiyimizə görə, həmin surətlər əsasında onların adlarına əlavə yardım pulu yazıb özləri mənimsəyirlər. Hər tədris ilinin sonunda hər müəllimdən “sığorta pulu” adı ilə 8-10 manata qədər pul saxlanılır. İldə bir neçə dəfə sinif rəhbərliyi pullarının və texniki işçilərin maaşlarının hamısı zorla da olsa əllərindən alınır. 2014/2015- ci tədris-buraxılış ilində isə, rayon üzrə bütün müəllimlərin 25 avqust—15 sentyabr dövründəki maaşlarından əməkhaqqı cədvəlində 3 günün əməkhaqqısı kəsilmişdir. Hər il hər müəllimin maaşından “qəzet pulu” adı ilə 15 manat saxlanılsa da, heç kəsə heç bir qəzet verilmir. Testdən keçib iş yerinə gələn müəllimləri aldadaraq qorxudub iş yerindən qaçırır, həmin dərsləri isə, “artıq saatlar” kimi onun-bunun adına yazaraq sonra da özlərindən alırlar. İşdən hali olan müəllimləri əvvəlcə aldatmaq istəyirlər, aldanmayanları isə “ağıllı” olmağa dəvət edirlər. “Ağıllı” olmaq istəməyən məzlumların ərizələrindəki məlumatları isə, yerli hökumətin rəsmi səlahiyyətlərinin zoru hesabına yalana çıxardaraq, onlara böhtançı damğası vururlar. Sonra isə işə cəlb edilmiş rayon məhkəməsinin sifarişli qərarı ilə, məzlumların yalana çıxarılmış məlumatları vəzifəli şəxslərin şərəf və ləyaqətini alçaldan yalan məlumatlar hesab edlir. Bunun ardınca isə, daha bir sifarişli “məhkəmə qərarı” ilə bu yurdsuz-yuvasızlardan külli miqdarda pul alınaraq, həmin məmurlara ödətdirməklə, həmin məmurların alçaldılmış şərəf və ləyaqətlərini guya bərpa etməyə çalışacaqlar. Hər kəs isə, bu acınacaqlı sonluqdan özü üçün ibrət dərsi alacaqdır. Yoxsa, bütün bunlara görədirmi ki, Vəliyev Malk harada gəldi nümayişkaranə tərzdə bəyan edirmiş ki, pulum var, nə qədər hesab istəsələr verib ya bu rayona icra hakimiyyətinin başçısı, ya da regional təhsil idarələrindən birinə müdir keçəcəyəm. Vay o xalqın halına ki, bu günü də görə. “Niyyətin hara, mənzilin ora?”... Həm də bu yolla?... Bu yolun isə bizi Laçına aparmayacağını, ən qatı düşmənlərimiz belə, nə qədər vicdansız olsalar da, danmazlar! Kimsələr nə danışsalar belə! ... Allah sən bu xalqı qoru! O xalqı ki, həm cəbhədə yağı düşmənlə mərdliklə döyüşür, həm də məişətində zirehləndirilmiş Malikkimilərin rəsmi səlahiyyətləri çərçivəsində təşkil edilmiş mütəşəkkil korrupsional fırıldaqlarına çarəsiz qaldığından dözməyə davam edir. Yüksək mövqeli hamisinin himayəsi sayəsində təşkil edilmiş “cəzasızlıq şəraitində“ Laçın rayonunda təhsili tamamilə darmadağın edən dəstənin “qlavar”ı olan Vəliyev Malikin belə yüksək mövqelərdən birini zəbt etməsinin onsuz da başı kifayət qədər dərddə olan xalqımıza gətirəcəyi fəlakətlərin miqyasını və miqdarını hesablayıb qarşısını ala bilmək üçün, təkcə mahir riyaziyyatçı olmaq kifayət etməz. Bunun üçün bir balaca milli qürur hissinə sahib olmaqla bərabər, həm də milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşa bilmək cəsarəti tələb olunur. Azğın korrupsioner məmurlar tərəfindən xalqın əzilən qismi olaraq, biz möhtərəm Prezidentimizin davamlı antikorrupsiya çağrışlarında ictimai nəzarətin nə qədər vacib olduğu tezisini dəstəkləyərək rayonumuzda zirehləndirilmiş bəzi məmurların rəsmi səlahiyyətləri çərçivəsində təşkil edilən mütəşəkkil korrupsiya əməliyyatları haqqında məlumat verməklə, öz vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışırıq. Hörmətli xəbər portalı! Sizdən artıq dərəcədə xahiş edirik ki, cəmiyyətimizin bir strateji sahəsindəki cəzasızlıq şəraitində yüksələn templə tüğyan edərək bizi daha fəlakətli uçrumlara yuvarlayan bu mütəşəkkil korrupsiya şəbəkəsinin aradan qaldırılması üçün, nüfuzunuzun və vəzifə səlahiyyətlərinizin imkanlarından, beynəlxalq və milli qanunlarımız çərçivəsində maksimum dərəcədə istifadə edərək, daha effektli tədbirlərin görülməsində öz köməkliyinizi əsirgəməyəsiniz. Bunu etməklə Siz həm vətəndaşlıq, həm də vəzifə borcunuzu yerinə yetirmiş hesab olunacaqsınız. Respublikamızın əyalətlərində yaşayan əhalisinin “burada mənəm, Bağdadda kor xəlifə” əhvali-ruhiyyəli məmurların özbaşınalıqlarından ümidlərini itirdiklərinə görə gözləri yoldan, qulaqları səsdən yığışmış qisminin deyil, ümidlərini itirmədiklərinə görə hələ də gözləri yolda, qulaqları səsdə qalan qisminin ümidlərinə güvənərək Sizə müraciət edirik ki, bizim haqq səsimizi eşitməzlikdən gələn ünvanlara çatdırasınız... Nə qədər çətin olsa da... Yazırıq ki, bu uzun naməni hər yan oxusun, Amma, əvvəlcə bizim Molla Süleyman oxusun! Oxusun! Qoy oxusun ki, rayon təhsil şöbəsi kimi mühüm milli-strateji bir sahəni yağı düşmənsayağı darmadağın edən Malik Vəliyev kimi fərdlərin vəzifə ierarxiyasında daha yüksək pillələrə can atması iddiasının haradan qaynaqlandığına təəccüblənməsin. Sən demə, bir xalqı məhv etmək üçün onun nə müəllimini, nə də həkimini savadsız etməyə ehtiyac yoxmuş, əgər onun yaşadığı cəmiyyətin idarə edilməsi proseslərində Malikkimlər istədikləri vaxt istədikləri yüksək mövqeləri zəbt edə bilirlərsə, ....
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|