Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                 

Prezidentin fərmanı Azər Süleymanovun “Çörək təknəsini dağıtdı”? - Araşdırma
Tarix: 21-02-2017, 13:24 | Çap et
Prezidentin fərmanı Azər Süleymanovun “Çörək təknəsini dağıtdı”?
Prezidentin fərmanı Azər Süleymanovun “Çörək təhnəsini dağıtdı”?“...Dəfələrlə deyilməsinə baxmayaraq, hələ də baytarlıq xidmətinə regional səviyyədən də aşağı səviyyəli adam rəhbərlik edir. Bu adamın orada oturması Azərbaycanda yaşayanların ətlə təminatı sahəsində ən böyük təhlükədir.
Əslində, Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi var, amma kənd təsərrüfatı yoxdur. Kənd təsərrüfatında hələ də ixtisaslı mütəxəssislərə ciddi ehtiyac duyulmaqdadır. Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi bütünlüklə aqrar sahədən xəbəri olmayan adamlardan ibarətdir”
Bu fikirləri İqtisadçı-ekspert Cümşüd Nuriyev Yeniçağ.az-a açıqlamasında bildirib.
Politika.Az-a kənd təsərrüfatı sistemindəki kadr siyasəti ilə bağlı bu və digər yazılan fikirləri dəstəkləyən kənd təsərrüfatı mütəxəssisinin verdiyi məlumatda qeyd olunur: “Hazırda kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov maliyyəçi olmasına baxmayaraq kənd təsərrüfatı nazirinin təqdimatı əsasında nazir müavini təyin edilərək bir neçə tabeli qurumlara, o cümlədən Dövlət Baytarlıq Nəzarəti Xidmətinə kuratorluq edir. Ola bilsin ki, Seyfəddin müəllim öz ixtisasının dəyərli alim-mütəxəssisidir. Lakin onun kənd təsərrüfatı qurumunda bügünki vəzifəni tutması “Dövlət Qulluğu haqqında” Qanunun 13-cü maddəsinə ziddir.
Həmin maddənin 13.2. bəndində qeyd edilib: “İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir”.
Seyfəddin müəllim öz əmək haqqından əlavə kurasiyasında olduğu baytarlıq sahəsində baş alıb gedən qanunsuzluqlara yaxından “dəstəyinə” görə hər ay Dövlət Baytarlıq Nəzarəti Xidmətinin müvəqqəti rəisi “Azər Süleymanov adına paket”lə mükafatlandırılır”. Hətta 2016-cı ildə Kənd Təsərrüfatı İşçiləri Günü kənd təsərrüfatı sahədə “uzun illər can qoyması” qiymətləndirilərək nazirin təqdimatı əsasında “Dövlət Qulluğunda Fərqləndi də”.
Ancaq Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günü nazirin “diqqəti” sayəsində 30-35 il kənd təsərrüfatı sahəsində çalışan, qara saçlarını ağ saçlara dəyişən, daima kəndlərdə, fermalarda, aylarla sovetlər dövrünün şəraiti olmayan mehmanxanalarda qalan peşəkar kənd təsərrüfatı mütəxəssisləri hər dəfə ailələrinin yanına “əliboş”, lakin alnıaçıq, qürurla qayıdırlar.
Kənd Təsərrüfatı sahəsi xalq təsərrüfatı üzrə maliyyəçilərin “hesablama şotkusu” ilə inkişaf edə bilməz! Bu inkişaf üçün peşəkar kənd təsərrüfatı mütəxəssisləri cəlb edilməlidir.
Dövlət Baytarlıq Nəzarəti Xidmətində isə peşəkarlar “qara əllərin köməyi” ilə vəzifələrindən uzaqlaşdırılaraq, əsas vəzifələrə Xidmətin rəisinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanovun dayısı oğlu, tələbə yoldaşları təyin edilmişlər. Onlar arı bala yığılan kimi Azər dayı-dayılarının sayəsində keyf edirlər.
Cənab Azər hər xarici ezamiyyələrə aidiyyatı oldu-olmadı Respublika Baytarlıq Laboratoriyasında direktor müavini vəzifəsini tutan dayısı oğlu Elşad Rzayevi göndərir. Onun qanunsuz göstərişlərinə baş əyməyən mütəxəssisləri işdən uzaqlaşdırıb, öz qohum-əqrabasını vəzifələrə gətirilməsi naminə zəruriyyət olmadan vaxtaşırı “Struktur dəyişikliyi” aparır.
Bu dəyişiklik əməkdaşların beynəlxalq səviyyəli laboratoriyalarda təlimlərdə öyrəndiyi ixtisasdan məcburi şəkildə kənarlaşmasına gətirib çıxarır.Və nəticədə onsuz da baytarlıq sahəsinə azalan maraqlar çərçivəsində heyvan xəstəliklərinin diaqnostikası üzrə ixtisaslaşmış laboratoriya mütəxəssisləri zaman keçdikcə “barmaqla” saylır.
Baytarlıq sistemində olan neqativ halların nəticəsidir ki, mənşəyi düşmən ölkədən olan məhsullar Azərbaycana yol açır.
Yeniçağ.az-da (15.02.2017-ci il) yer alan “Ermənistan heyvanları Azərbaycan bazarında - Gürcüstan üzərindən ölkəmizə qarşı qida terroru” başlığı altında gedən məqalədə deyilir: bu gün xaricdən gətirilən bir çox ərzaq məhsulları Azərbaycan vətəndaşının sağlamlığına ziyan vurmaqla yanaşı, həm də müxtəlif xəstəliklərin yayılmasına səbəb olur. Belə diqqət çəkən qidalardan biri də ət məhsullarıdır. Bildiyimiz kimi ölkəyə iri və xırda buynuzlu heyvanlar gətirilir. Bu heyvanların haradan gətirilməsinə isə heç kim diqqət yetirmir. Bir çox işbazlar isə bu məqamdan istifadə edərək, hətta bədnam qonşumuz Ermənistandan da iri və xırda buynuzlu heyvanlar gətirirlər”.
Bilgili oxucumuzun verdiyi məlumatda qeyd edilir ki, İranda quş qripi yayıldığı bir vaxtda hazırda sərhədyan ı- Beyləqan, Biləsuvar və Gürcüstanla sərhədi olan Qazax rayonlarında əhalinin toyuqları infeksion xəstəliklərin əlamətləri ilə kütləvi qırılır.
“Xəzər –Xəbər”in yaydığı xəbərlərə istinadən bu günlərdə Şəmkir rayonunda fermer Həbib Hüseynova məxsus davarlardan 2 həftədə 180 başı kütləvi tələf olmuşdur. Başları ət pulu yığmağa qarışan baytarlıq xidməti orqanları hələdə təlafatın səbəbini aydınlaşdırmaqda aciz qalıb. Azərin işə təyin etdiyi təsərrüfat üzü görməyən naşı “mütəxəssis-qohumları” isə dövlətin vəsaiti hesabına xarici ölkələrdə “turist” səfərlərindədir.
İqtisadçı-ekspert Cümşüd Nuriyevin dediyi kimi: “Kənd təsərrüfatında hələ də ixtisaslı mütəxəssislərə ciddi ehtiyac duyulmaqdadır" (Olanlara da müxtəlif adlarla “torba tikilərək” işdən uzaqlaşdırılıb- red).
Baytarlıq mütəxəssisləri Politika.Az-a etdikləri müraciətdə “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Fərmanını böyük ruh yüksəkliyi ilə qrşıladıqlarını və ölkə başçısına baytarlıq sisteminin özünə qayıdışının təmin etdiyinə görə minnətdarlığını qeyd edirlər.
Bundan başqa Politika.Az-a daxil olan müraciətdə deyilir: “Ölkə başçısı tərəfindən bu Fərmanın imzalanması baytarlıq sistemində böyük ölçüdə baş alıb gedən korrupsiya, ailəsinin dolanışığını heyvandarlıq məhsulları ilə təmin edən kəndlinin, ərzaq təhlükəsizliyində iştirak edən fermerlərin başlarına açılan qanunsuz əməllərin, heyvan mənşəli məhsullar və xammal ixrac-idxal edən iş adamlarından külli miqdar rüşvət alınmasının qarşısına “qırmızı işıq” yandırmaqla, baytarlığı məhv edən, islahatları rüşvətin qaldırılmasında, ona yaxın olmayan işçilərin işdən çıxarılmasında görən, bilərəkdən keyfiyyətsiz dabaq vaksininin ölkəyə gətirilməsində bir başa iştirak edən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi əvəzi Azər Süleymanovun “Çörək təhnəsini dağıdır”. İndi o, qürub dövrünü yaşayır.
Baytar həkimləri, yalnız üzərinə düşən əsas vəzifə borclarının - malqaranın müalicə-profilaktikası ilə məşğul olmağa, müalicəsi və ləğvi dövlət vəsaiti hesabına maliyyələşən yoluxucu heyvan xəstəliklərin qarşısını alınmasna cəlb edilməlidirlər. Yoxsa ki, onların başı ət satan qəssablardan, qanunsuz pul yığmağa qarışdığı üçün heyvanlarda müalicə-profilaktika işləri unudulmuşdur”.
Müraciətdə daha sonra bildirilir ki, “Nəhayət ki, bu fərmanla yaradılan Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlayandan sonra baytar həkimləri hal–hazırda ölkədə baş verən insanlarda sonsuzluq əmələ gətirən bruselyoz, xlamidioz, habelə daha təhlükəli qarayara, dabaq, yoluxucu Nodulyar dermatit və s. xəstəliklərin qarşısını almağa səfərbər edilməlidirlər.

Adıçəkilən Fərmanın icrası ilə bağlı Dövlət Baytarlıq Nəzarəti Xidməti sistemində işləyən baytarlıq mütəxəssislərinin müəyyən edilməmiş yerlərdən, küçələrdə ağaclardan asılan heyvan cəmdəklərindən, ət mağazalarından, toy evlərindən qanunsuz “xidmət pulu” adı ilə pul yığımınadan bir dəfəlik canları qurtarmalıdır.
Bununla, Azər Süleynanovun “Xidmət pulu” adı ilə qanunsuz yığılan istər büdcəyə keçirilən, istərsə də ona nəğd, əl-bəəl verilən vəsaitin istədiyi kimi “xərcləməsindən” əli çıxır.
Bundan sonra sahə baytarlıq məntəqəsinin ali təhsilli baytar həkimləri vəzifə borclarını boşa verərək, qəssabın heyvanı kəsib, dərisini soyduqdan sonra sataraq ona xidmət pulu “uzatmasını” gözləməyəcək.
Respublikanın rayon, şəhər baytarlıq idarələrinin baytar həkimləri (sahə baytarlıq məntəqəsinin baytarlıq mütəxəssisləri) heyvan xəstəliklərinin diaqnostikası, profilaktikası, müalicəsini həyata keçirmək əvəzinə, Azər Süleymanovun tapşırığı ilə ancaq küçələrdə, meydanlarda qanunsuz heyvan kəsimindən pul yığmağa məcbur edilirlər. Ona görə də baytar həkimləri malqaranın müalicə-profilaktikası ilə məşğul olmağa vaxtı və marağı olmadıqları üçün Respublikanın əksər rayonlarında əhalinin malqarası dabaq xəstəliyinə yoluxmuşdur.
Hal-hazırda mərkəzi aran rayonlarında dabaq xəstəliyindən heyvanlar tələf olmaqdadır.
Fərmanla bağlı daxil olan məlumatda bildirilir: “bu Fərmanın 3.2-ci bəndi nəzərə alınmaqla, baytarlıq, bitki mühafizəsi və karantini sahəsində (heyvan və bitki mənşəli məhsullar və xammal istisna olmaqla) dövlət nəzarətinin və xidmətlər göstərilməsinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, heyvan və bitki mənşəli məhsullar və xammal da daxil olmaqla qida məhsullarının təhlükəsizliyinə nəzarətin isə Agentlik tərəfindən həyata keçirilməsi ilə bağlı səlahiyyət bölgüsünün aparılması, habelə bu sahədə nəzarətin həyata keçirilməsi zamanı digər dövlət orqanları və qurumlarının səlahiyyətlərinin təkrarlanması hallarının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Agentliklə birlikdə mövcud normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin” 5.6.–cı bəndi öz əksini tapmışdi.
Bu bəndin icrası ilə bağlı Dövlət Baytarlıq Nəzarəti Xidmətinin tabeliyində “sürünən” AR Əmək qanunvericiliyi pozularaq “püşkatma“ yolu ilə iş yerlərinin dəyişdirilməsinə məruz qalan, akkreditatsiyadan keçməsi üçün standartların tələblərinə cavab verməyən 115 baytarlıq sanitariya-ekspertiza laboratoriyasının alınıb Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyinə verilməsi məqsədəuyğundur.
Bu tabeçilik baytarlıq sanitariya-ekspertiza laboratoriyalarında Tarif Şurasının təsdiq etdiyi Preyskurant qiymətindən artıq müayinə haqqının alınmasına son qoymağa, heyvan mənşəli məhsullar və xammalın müayinəsinin keyfiyyətinin artırılmasına müsbət təsirini göstərəcək.
Habelə Dövlət Baytarlıq Nəzarəti Xidmətində islahatların sürətlənməsində süni yaradılmış manelərin aradan qaldırılmasına və böyük qanunsuzluqların qarşısının alınmasına gətirib çıxaracaq”.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyi Regionlarda kütləvi heyvan tələfatına səbəb olan xəstəliklər barədə mediya üzərindən verilən məlumatları qulaqardına vurması, fəaliyyətsizliyi, ictimayyətə açıqlama verməməsi və bunlara görə aidiyyatı orqanlar tərəfindən Xidmətin rəhbərliyi barədə tədbir görülməməsi başa düşülən deyil. Bu qurumun pəncərələri geniş açılaraq 2015-ci ilin sentyabr ayından ora dolmuş natəmiz hava təmiz hava ilə “əvəz” edilməlidir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru