Cavid Qurbanov Ziya Məmmədovun oğlunu da müflis edir - Biznesinə əl qoydu
Tarix: 10-03-2017, 11:57 | Çap et
ABŞ-ın “Kentucky Fried Chicken”, yaxud KFC fast food restoranları dünyanın bir çox ölkələrində olduğu kimi, 2010-cu ildən Bakıda da fəaliyyət göstərir. Son vaxtlaradək KFC-nin Azərbaycanda 5 restoranı fəaliyyət göstərsə də, artıq bu brend altında yeni-yeni restoranlar da açılır. Bir sözlə, KFC ölkəmizdə fəaliyyətini sürətlə genişləndirməkdədir. Bu ticarət markasının Azərbaycandakı fəaliyyəti ilə bağlı isə mətbuatda bəzi fərqli fikirlər səslənir. Belə ki, bəzi mətbu orqanlar KFC fast food restoranlarının ölkəmizə keçmiş oliqarxlar - ata-oğul Nəsib və Nizami Piriyevlər tərəfindən gətirildiyini iddia edirdi. Hətta belə fikir var idi ki, Piriyevlərin dünyanın bir çox başqa MDB ölkələrində də KFC restoranları fəaliyyət göstərir. Məsələn, bir neçə il əvvəl mətbuatda azərbaycanlı iş adamı Nəsib Priyevin Ukraynada yaratdığı “Ukrayna qida şirkəti” MMC-nin Kiyevdə ilk “Kentucky Fried Chicken” (KFC) restoranı açdığı haqda informasiya verilmişdi. Bildirilirdi ki, 2012-ci il dekabrın 20-də açılmış restoran Kiyevdə məşhur “Ocean Plaza” ticarət-əyləncə mərkəzində yerləşir. “KFC restoranı “Yum! Restaurants International Russia&CIS ” (KFC, Pizza Hut və Taco Bell brendləri) şirkətinin verdiyi françayzinq icazəsi əsasında fəaliyyətə başlayıb. Ukrayna qida şirkəti” MMC “Yum! Restaurants International Russia&CIS ” şirkətinin Ukraynadakı tərəfdaşından biridir”- deyə vurğulanırdı. Həmin vaxt qeyd olunurdu ki, “Ukrayna qida şirkəti” MMC yaxın beş il ərzində Kiyevdə ən azı 10 KFC restoranını açmağı planlaşdırır. O da bildirilirdi ki, “Ukrayna qida şirkəti” Ukraynada azərbaycanlı iş adamı Nəsib Piriyev tərəfindən KFC şəbəkəsinin inkişafı məqsədilə və atası Nizami Piriyevin yaratdığı PNN Group şirkətilə şərikli yaradılıb. Hansı ki, PNN Group-un Azərbaycanda KFC ilə əməkdaşlıq etdiyi də bildirilirdi. Bəzi mənbələr isə bu brendin Azərbaycana keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən gətirildiyini iddia edirdi. Buna əsas kimi o göstərilirdi ki, KFC-ni Azərbaycana A.Məmmədovun rəhbərlik etdiyi “Qarant Holdinq”ə məxsus AFK şirkəti gətirib. Elə KFC restoranlar şəbəkəsinin saytında da bu haqda qeyd olunur: “AFK şirkəti May ayının 18-i 2010-cu il tarixində Azərbaycanda biznesin inkişafı və dəstəyi məqsədi ilə ictimai qida sahəsində müxtəlif layihələrin həyata keçirilməsi üçün yaradılmışdır. Bizim ilk və böyük layihəmiz KFC restoran şəbəkəsidir”.
Bu günlərdə etibarlı mənbədən “Hürriyyət”ə daxil informasiya isə KFC restoranlar şəbəkəsi haqda tamamilə fərqli fikirləri ortaya qoyur. Belə ki, hazırda Azərbaycandakı KFC restoranlarının “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun oğluna məxsus olduğu bildirilir. Məlumata əsasən, bu şirkətin Bakıdakı ən böyük restoranının 28 may metrosunun yaxınlığındakı “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan binada yerləşməsi heç də təsadüf deyil. Qeyd olunur ki, PNN Group-un rəhbəri Nizami Piriyev “Beynəlxalq Bank işi” çərçivəsindən həbs olunandan və Ziya Məmmədov nəqliyyat naziri vəzifəsindən uzaqlaşdırılandan sonra KFC restoranlar şəbəkəsi Cavid Qurbanovun nəzarətinə keçib. Hazırda bu şirkətə onun oğlu Şəmşir Şəmşirlinin rəhbərlik etdiyi vurğulanır. Mənbə deyir ki, Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda vitse-konsul vəzifəsində çalışan Ş.Şəmşirli, paralel olaraq Türkiyədə böyük biznes şəbəkəsinə də rəhbərlik edir. Hansı ki, son vaxtlar mətbuatda da “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun Türkiyəyə milyonlarla dollarlıq investisiya qoyduğu haqda informasiya verilirdi. Məlumata əsasən, Ş.Şəmşirli atasının Türkiyədəki şirkətlərinə rəhbərlik etməklə yanaşı, Azərbaycanda da böyük maliyyə vəsaitlərinin idarə olunmasına nəzarət edir. Bunlardan biri kimi KFC restoranlar şəbəkəsini misal göstərmək olar… Xatırladaq ki, ABŞ-ın “Kentucky Fried Chicken” şirkətinə daxil olan restoranların menyüsü müxtəlifdir. Əsas menyünü toyuq əti təşkil edir. Bu şirkət bütün dünyada gün ərzində yüz minlərlə müştəriyə xidmət edir, hər gün on min tonlarla məhsul satır. Təkcə İngiltərədəki KFC restoranlarında hər dəqiqə ərzində təxminən 400 parça qızardılmış toyuq əti satılır. Məlumata görə, şəbəkənin özünə məxsus fermalarda yetişdirilən toyuqlar (KFC-nin təkcə İngiltərədəki fermalarının birində ildə 23 milyon baş toyuq yetişdirilir-müəl.) xüsusi fabriklərdə kəsilib emal olunur və dünyanın bütün ölkələrində olan KFC restoranlarına da vahid mərkəzdən göndərilir.
Maraqlıdır ki, əksər ölkələrdən fərqli olaraq Azərbaycanda KFC-ni quş əti ilə yerli “Qarant Holdinq”in tərkibində olan “Ucar aqro” MMC-nin tərkibində yaradılmış “Quş əti və emalı müəssisəsi” təmin edir. Görünür, məhz bu səbəbdəndir ki, bir neçə ay öncə Bakıda KFC restoranlar şəbəkəsinə məxsus kafedə 3 azyaşlı uşaq zəhərlənmişdi. Uşaqların valideynləri deyirdilər ki, onlar “28 May” metrosu yaxınlığında yerləşən KFC-də yemək yeyiblər. Axşam hər 3 uşağın vəziyyəti pisləşib və həkimlərin səyi nəticəsində onlar sağ qalıb. Həmin vaxt valideynlər İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqların Müdafiəsi Dövlət Xidmətinə müraciət etsələr də, sözügedən faktla bağlı heç bir tədbir görülməyib.
Bütün bunlardan da göründüyü kimi, dünya brendi olan KFC-nin Azərbaycanda iş prinsipi ancaq pul qazanmaqdır. Odur ki, bu restoranlar şəbəksində keyfiyyətsiz qida, müştəri məmnuniyyətinə etinasızlıq və məsuliyyətsizlik adi hala çevrilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|