“Mən ad çəkməyə başlasam, aləm bir-birinə dəyər” - Akif Çovdarov
Tarix: 15-05-2017, 13:20 | Çap et
Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.
İclas başlayarkən məlum oldu ki, təqsirləndirilən Səlim Məmmədovun vəkili, exinokokkoz diaqnozu ilə əməliyyat olunmuş və prosesdə iştirak edə bilmədiyindən, ard-arda bir neçə məhkəmə iclasının təxirə salınmasına səbəb olmuş Cavid Rzazadə bu gün də zalda deyil.
Təqsirləndirilənə yeni vəkil təyin edilə bilər?
Məhkəmə iclasının davam etdirilib-etdirilməməsi ilə bağlı firkini bildirmək üçün prosesə sədrlik edən hakim Həbib Həsənov sözü dövlət ittihamçısı Vüqar Quliyevə verdi.
Dövlət ittihamçısı bildirdi ki, qanunvericiliyin tələbinə görə, vəkil 10 gündən artıq müddətdə, hətta üzrlü səbəbə görə belə, prosesdə iştirak edə bilmirsə, təqsirləndirilən şəxs yeni vəkil seçməli, yaxud ona dövlət hesabına vəkil təyin edilməlidir. “Eyni zamanda, bugünkü iclasda ifadə verməsi nəzərdə tutulmuş zərərçəkmişlərin epizodları üzrə təqsirləndirilən şəxsə heç bir ittiham irəli sürülmədiyindən, hesab edirəm ki, məhkəmə öz işini davam etdirə bilər”, - prokuror bildirdi.
“Yeni vəkilin təyin edilməsi vaxt qazandırmır”
Məsələyə dair fikrini bildirən təqsirləndirilən Akif Çovdarovun vəkili Kamandar Nəsibov qeyd etdi ki, təqsirləndirilən Səlim Məmmədova baxılan cinayət işində aid olmayan heç nə yoxdur.
“Bildiyiniz kimi, ittiham aktında təqsirləndirilən dörd nəfər mütəşəkkil cinayətkar dəstə kimi qələmə verilir. Əgər belədirsə, burada baxılan epizodların həmin dəstənin hər bir üzvünə aidiyyatı var. Yox, əgər dövlət ittihamçısı hesab edirsə ki, belə deyil, o zaman ittiham aktından həmin ifadə yığışdırılsın və yalnız bu halda hər hansı epizodun təqsirləndirilənlərdən hansınasa aidiyyatı olmaya bilər.
O ki qaldı dövlət tərəfindən vəkilin təyin edilməsinə, əgər həmin vəkil öz vəzifəsinə qanunvericiliyə uyğun yanaşacaqsa, ən azı cinayət işinin materialları və indiyə qədər keçirilmiş iclasların protokolları ilə tanış olmalıdır. Buna isə minimum 2-3 həftə vaxt lazımdır ki, həmin vaxta qədər vəkil Cavid Rzazadənin əməliyyatdan sonrakı bərpa dövrü bitəcək və o, məhkəmədə iştirak etmək iqtidarında olacaq”, - vəkil qeyd etdi.
Təqsirləndirilən Akif Çovdarovun digər vəkili Sadiq Rəsulov həmkarının sözlərinə dəstək verərək bildirdi: “Dövlət ittihamçısının nəzərinə çatdırmaq istəyirəm ki, Cinayət-Prosessual Məcəllənin 312-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilənə yeni vəkil seçmək, yaxud dövlət hesabına vəkillə təmin edilmək təklifi verə bilər. Bu maddə imperativ xarakter daşımır və icra üçün məcburi deyil.
Bununla da razıyam ki, yeni vəkil təyin olunarsa, o, cinayət işinin materialları və protokollarla tanış olmalıdır, başqa sözlə, zaman baxımından heç nə qazanmırıq, hətta bəlkə uduzuruq”.
Təqsirləndirilən Akif Əliyevin vəkili Anar Qasımlı həmkarları ilə eyni fikirdə olduğunu qeyd etdi.
Təqsirləndirilən Səlim Məmmədov
Səlim Məmmədov: “Gəlin, bir-birimizə hörmətlə yanaşaq”
Təqsirləndirilən Səlim Məmmədov məhkəmə tərəflərini səbrli olmağa çağırdı: “Vəkilim cərrahiyyə əməliyyatı keçirib və yaxın günlərdə müalicə-bərpa müddəti bitməlidir. Bu hamının başına gələ bilər. Heç olmasa, gəlin bir-birimizə hörmətlə yanaşaq”.
Hakim Həbib Həsənov təqsirləndirilənə dedi: “Amma məndə məlumat var ki, Cavid Rzazadə başqa cinayət işi ilə bağlı prosesə çıxıb”.
Təqsirləndirilən Səlim Məmmədov onda belə bir məlumatın olmadığını bildirdi.
Akif Çovdarov: “Mən ad çəkməyə başlasam...”
Son olaraq söz təqsirləndirilən Akif Çovdarova verildi. Ləğv olunmuş MTN-in generalı məsələ barədə fikir bildirməyərək, dedi:
“Mənə bir şey çatmır ki, qapalı keçirilən iclaslarda baş verənlər mətbuatda necə dərc olunur. Bu necə qapalı iclasdır? Mən burada adlar çəkəcəyəm, əgər onlardan biri mətbuatda dərc olunsa, aləm bir-birinə dəyər.
Son günlər mətbuatda adlar çəkilir. İstintaq işi necə qurubsa, bütün gizli qalmalı işlər ortaya çıxıb. Elçin Behbudovdan danışırlar. Elçin Behbudovun bu dövlətə verdiyi xeyri az adam verib”.
Məhkəmə prosesinə sədrlik edən hakim Həbib Həsənov növbəti iclasın gələn həftənin çərşənbə günü, mayın 24-nə təyin edildiyini elan etdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|