Qrant korrupsiyası: - Pullar kimlərə və necə ötürülür?
Tarix: 9-06-2017, 12:53 | Çap et
Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov bəyan edib ki, uzun illərdir özünü müxalifət adlandıran, heç bir hüquqi qeydiyyatdan keçməyən həm siyasi partiyalar, həm də əksər QHT-lər qanunvericiliyin tələblərini, xüsusən, maliyyə şəffaflığı sahəsində tələbləri pozaraq aldıqları qrantlar barədə məlumat vermirlər.
Baş prokuror deyib ki, partiyalar Mərkəzi Seçki Komissiyasına, QHT-lər Maliyyə Nazirliyinə aldıqları qrantlar, beynəlxalq təşkilatlardan aldıqları pullar barədə məlumatlar verməlidirlər:
“Bu sahədə qanun təkmilləşəndən sonra, onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda həmin pulları ala bilmirlər. Ona görə də digər ölkələrdə hesablar açmaqla bunu həyata keçirirlər. Bu qanunsuzdur. Bu halların qarşısı tam ciddiliklə alınıb. Gələcəkdə də bu halların qarşısı alınacaq. Bu insanlar on illərlə ictimai işlərlə məşğul olmadıqları, hər hansı qurumlarda işləmədikləri halda cangüdənləri necə saxlayır, xarici avtomobillər alırlar? Nə üçün onlar maliyyə hesabatı vermirlər? Məsələn, Yeni Azərbaycan Partiyası müvafiq hesabat verir.
Qeyri-qanuni fəaliyyət göstərən qurumlar isə qanunun aliliyindən danışır, ancaq bu cür qanunsuz qrant korrupsiyasına qoşulurlar. Həmin qeyri-qanuni mənbələr bizim tərəfimizdən müəyyən ediləcək. Artıq vaxt çatıb ki, bu qurumların tam maliyyə mənbələri tam ciddi şəkildə geniş miqyasda yoxlanılsın”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov AzVision.az-a açıqlamasında bildirib ki, baş prokuror düz deyir və onun narahatçılığını bölüşür:
“Azərbaycan bir çox donorlar tərəfindən 2013-cü ildən üçüncü ölkələr vasitəsilə maliyyələşən ölkələr statusuna keçirilib. Bəhanə isə Azərbaycanda xaricdən qrant alınmasına dair qanunların sərtləşdirilməsi oldu. Halbuki, hökumət rəsmi şəkildə bəyan etmişdi ki, qanunun sərtləşdirilməsinə səbəb ölkə üzərindən çirkli pulların yuyulmasıdır. Bunu şəxsi araşdırmalarım da təsdiqləyir. Məlum oldu ki, Azərbaycan üzərindən müxtəlif yollarla pulların yuyulması prosesi baş verib.
Məsələn, Azərbaycanda ayrı-ayrı şəxslərin adına plastik kartlar açılırdı. Ancaq, kartlar sahibində yox, pulu ötürən tərəfdə olurdu. Onlar da həmin kartlara Azərbaycan üzərindən pul köçürərək, Avropada nağdlaşdırırdılar. Xeyli QHT aldıqları qrantları qeydə alınmaq üçün təqdim etmirdi. Birdəfəyə bank hesablarından çıxarıb naməlum məsələlərə xərcləyirdi. Bəziləri həmin vəsiti xarici ölkələrdəki bank hesablarına köçürürdü. Ölkəyə banklar vasitəsi ilə milyonlarla vəsit daxil olurdu, ancaq bu vəsaitlərin QHT-lər tərəfindən hansı layihələrin yerinə yetirilməsi və ya hansı məqsədlər üçün xərclənməsi bəlli deyildi. Amma hökumətə də, bizlərə də məlum idi ki, bu vəsitlərin əhəmiyyətli hissəsi Azərbaycan əleyhinə təşkil olunan kampaniyalara sərf olunurdu və ya anti-Azərbaycan şəbəkələrinin maliyyələşməsinə yönəldilirdi. Belə şəbəkələrin bəziləri ermənilərin və ya bizə dost olmayan digər qüvvələrin nəzarətidə idi. Bu vəsaitlərlə bağlı məlum QHT-lər heç bir hesabat açıqlamır və maliyyə hesabatı təqdim etmirdi. 2013-cü ildən başlayaraq qanunvericiliklə qrantların alınması və qeydiyyatı xeyli mürəkkəbləşdirildi. Biz o zaman xəbərdarlıq edirdik ki, bu daha pis nəticələrə gətirəcək. İndi bu vəsaitlər əvvəlkindən daha çox, amma üçüncü ölkələr vasitəsi ilə gizli yolla daxil olur”.
S.Məmmdov hesab edir ki, problemin aradan qaldırılması üçün qanunvericiliyə dəyişiklik edilməlidir: “Biz o vaxt dedik ki, bu məhdudiyyətlərin qoyulması problemi nəinki həll etməyəcək, əksinə Azərbaycana bu statusun verilməsi ilə çirkli pulların yuyulması üçün həmin donorlara münbit hüquqi mühit yaranacaqdı. Çünki, onlar vergi orqanlarını inandırırdı ki, Azərbaycana vəsaitlərin leqal yolla köçürülməsi mükmün deyil. Ona görə də qeyri-leqal yolla bu köçürülmələr həyata keçirilir. Bəzi donorlar öz veb səhifələrində Azərbaycana yönələn qrantlar barədə məlumatları qismən açıqlayır, lakin bu vəsitlərin kimlərə verildiyini göstərmir.
Məsələn ABŞ-ın Demokratiyaya Dəstək Fondu özünün ned.org saytında Azərbaycana verilən qrantların bir hissəsini açıqlayır. Bu təxminən 1 milyon dollardan artıqdır. Ümumiyyətlə, təxmini hesablamalara görə, ölkəyə 20-30 milyon vəsait daxil olub. Bu pullar əsasən kütləvi informasiya vasitələri adı ilə fəaliyyət göstərən qurumlara, özünü QHT fəalı, hüquq-müdafiəçisi adlandıran şəxslərə, həmçinin siyasi partiyalara bağlı olan şəxslərə verilir. Bunlar isə üçüncü ölkələrdən nağd yolla daşınıb.
Daşınmanın müxtləfi yolları var. Bizə yaxın ölkə Gürcüstandır. Azərbaycanın xeyli qurumları, təkcə QHT-lər yox, ayrı-ayrı fərdlər, siyasi partiya nümayəndələri, fəalları bu ölkədə hesablar açıb, oradan pulları nağdlaşdıraraq müxtəlif yollarla ölkəyə gətiriblər. Bir çoxlarının Gürcüstanda ofisləri də fəaliyyət göstərir. Bir sözlə, Gürcüstan ərazisi bəzi antiazərbaycan qüvvələrinin poliqonudur.
Vəsaitlərin bir hissəsi Gürcüstanda və digər üçüncü ölkələrdə xərclənsə də, əhəmiyyətli hissəsi Azərbaycana daşınır. Bunu ağıllı həyata keçirənləri tutmaq mümkün deyil. Çünki, adətən pulu özləri daşımırlar. Pullar vasitəçilərlə ölkəyə gətirilir.
Bu prosesin qarşısının alınma mexanizmi yoxdur. Epizodik nəsə baş verə bilər. Ölkəyə pulların leqal gəlişinin qarşısını məhdudlaşdırmaqla bunun qarşısını almaq olmayacaq. Hesab edirəm ki, pul daxil olmaları liberallaşmalıdır, qrantların qeydiyyatı asanlaşmalıdır. Amma, onun təyinatı üzrə xərclənməməsi, hesabatların verilməməsi ilə bağlı məsuliyyət ciddiləşməlidir. Hətta indikindən də artıq ciddiləşməli və cinayət məsuliyyəti yaratmalıdır. Bu zaman bəzi donorlar bəhanə edə bilməyəcək ki, Azərbaycana leqal pul ötürmək mümkün deyil”.
Qeyri-qanuni yolla pulları ölkəyə gətirənlərin bunu inkar etməsinə gəlincə, S.Məmmədov deyib: “Bu halın baş verdiyini inkar edirlər. Amma, Azərbaycanda elə saytlar var ki, 50 nəfər işçisi var. Müxtəlif dillərdə məlumatlar ötürürlər. Maliyyə mənbələri haradandır? KİV-lər var ki, 8-10 milyon büdcələri var. Onların kimlər tərəfindən maliyyələşməsi əslində bəllidir. Lakin bunu sübut etmək çətindir”.
S.Məmmədov vurğulayıb ki, qeyri-qanuni yolla pullar Azərbaycan daxilində qurulan şəbəkələrə göndərilir: “Bu şəbəkələrin içərisində təəssüf ki, erməni şəbəkələri də var. Onlar Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşması ərəfəsində və yaxud bizi dünyaya tanıtdıracaq, müsbət imicimizi möhkəmləndirəcək tədbirlər zamanı siqnalla hərəkətə gətirilirlər. Bu şəbəkənin internet televiziyası, bir çox saytları var. Bu şəbəkələr də hər kəsə bəllidir.
Mən hesab edirəm ki, ölkə prezidentinin vətəndaş cəmiyyətinə münasibəti bəllidir. Prezident vətəndaş cəmiyyətinə münasibətini imzaladığı sənədlərlə, rəsmi tədbirlərdəki çıxışları ilə ortaya qoyub. Prezident vətəndaş cəmiyyətinə ciddi əhəmiyyət verir və onu dəstəkləyir. Məmurlar da bu siyasəti ardıcıl yerinə yetirməlidirlər. Xarici təhdilərin qarşısının alınmasında əsas şərtlərdən biri də ölkədə sağlam və dövlətçilik mövqeyində olan güclü vətəndaş cəmiyyətinin mövcud olmasıdır”.
AzVision.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|