Oliqarxların milyonlarla manatlıq mülkləri: - satan çoxalıb, alan yoxdur...
Tarix: 15-06-2017, 14:03 | Çap et
Son illərə qədər Bakıda qiyməti milyonu keçən mülklərin satışına dair elanlara daşınmaz əmlak alqı-satqısı üzrə ixtisaslaşan elan saytlarında nadir hallarda rast gəlinirdi. Lakin hazırda belə mülklərin satışına dair elanlar, onların dəbdəbəli fotoları əksər daşınmaz əmlak saytlarını bəzəyir.
Daşınmaz əmlak bazarı üzrə ekspertlər deyirlər ki, xüsusən bu ilin əvvəllərindən qiyməti 1 milyon manat və daha yuxarı olan mülklərin satışa çıxarılması ilə bağlı elanların saytı artıb. Belə mülklər daha çox paytaxtın “milyonerlər məhəlləsi” kimi tanınan Gənclik və Binəqədi rayonunda “Vorovski” kimi tanınan ərazidə, Badamdar qəsəbəsində, dənizkənarı bağ massivlərində, Novxanı ərazisində yerləşir.
6 milyona villa, Nəsimi metrostansiyasının yanında...
Məsələn, bina.az, villa.az, emlak.az, ikiel.az və daşınmaz əmlak alqı-satqısı üzrə ixtisaslaşmış digər elan saytlarına nəzər salanda qiyməti 4-5 milyon manatı keçən, xüsusi arxitektura ilə inşa edilən onlarla şəxsi mülkə rast gəlmək olar. Satışa çıxarılan ən bahalı mülk Binəqədi rayonunda, Nəsimi metro stansiyasının yaxınlığında yerləşən villadır. 20 otaqdan ibarət imarət 6 milyon manata satılır.
Bundan başqa, Montin qəsəbəsində 9 otaqlı mülk 5 milyon manata, Nəsimi rayonunda 5 otaqlı mülk 4 milyon 500 min manata, İçəri Şəhərdə 13 otaqlı mülk 3 milyon 800 min manata, Şüvəlanda 10 otaqlı villa 5 milyon 650 min manata, Qara Qarayev metrosunun yaxınlığında 11 otaqlı mülk 5 milyon manata, Nərimanov rayonunda 10 otaqlı villa 3 milyon 400 min manata və həmin rayonda 9 otaqlı villa 4 milyon 800 min manata satışa çıxarılıb. Elanların tarixindən görünür ki, onların arasında son bir-iki ay ərzində yerləşdirilənlər çoxluq təşkil edir.
Paytaxtda saray qiymətinə 3-4 otaqlı mənzillər də var. Məsələn, araşdırma zamanı rast gəldiyimiz ən bahalı mənzil Neftçilər prospektində yerləşir. 7 milyon 695 min manat qiyməti olan mənzil təmirsiz 10 otaqdan ibarətdir. Bundan başqa, Yasamal rayonu ərazisində çoxmərtəbəli binalarda yerləşən, qiyməti 2-3 milyon olan mənzillərə də rast gəldik. Paytaxtda satış qiyməti 1-2 milyonmanat arasında dəyişən mülklər isə daha çoxdur.
Satan çox, alan yox
Bakıda qiyməti milyonu keçən əmlaklarını satışa çıxaranların çoxaldığını ekspertlər də təsdiqləyirlər. Lakin elanın çoxalması heç də belə mülklərə tələbatın çox olması mənasını vermir. Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyir ki, elanların sayı artsa da, alıcı yoxdur: “Düzdür təklif payı çoxalıb, amma satışda artım yoxdur. Əksinə bahalı mülklərin satışı çətinləşib”, - deyə ekspert bildirir.
Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlının virtualaz.org-a bildirdiyinə görə, hətta ötən illərlə müqayisədə bahalı əmlakların satışında xeyli azalma var. Digər tərəfdən, qiyməti milyonu keçən villaların satışının ekspozisiya müddəti 6 aydan yuxarıdır: “Son vaxtlar bahalı əmlaklar üzrə təklifin artımı müşahidə olunur. Amma bahalı əmlaklara tələb çox aşağı səviyyədədir. Tələb və təklif arasında fərqin çox böyük olması təbii ki, bu cür əmlakların ekspozisiya müddətini uzadır. Ötən illərlə müqayisədə bahalı əmlakların alqı-satqı əməliyyatlarındakı payı da çox azalıb”.
Vergi borcu, müflislik, saxlanma xərcləri…
Ekspert bahalı əmlakların satışı ilə bağlı elanların çoxalmasını bir neçə səbəblə izah edir. Onun sözlərinə görə, satışa çıxarılan bahalı mülklərin əksəriyyəti sahibinin xərcləri ödəyə bilməməsi, kommunal tariflərin artırılması və digər səbəblərlə bağlıdır: “Azərbaycanda son illər problemli kreditlərin sayı artıb. Bahalı mülklərin bəziləri banklar tərəfindən, bəziləri sahibləri tərəfindən satışa çıxarılır. Həmin mülkü sataraq banka olan öhdəliklərinin bağlanmasında istifadə edirlər. Bundan başqa əmlak alqı-satqısına görə vergilərin və kommunal tariflərin artırılması ilə bağlı qərarlar qəbul edilib. Bu da bəzi insanlarda bahalı mülklərə olan marağı azaldıb. Çünki onların saxlanma xərcləri artır. Bəzi insanlar bu səbəblərdən öz bahalı mülklərini satışa çıxarırlar. Eyni zamanda tələb aşağı düşür. Bu da təklifi artırır. Təklif artdıqca qiymətlər azalır. Ümumiyyətlə, son dövrlər ölkədə maliyyə bazarında baş verən proseslər alqı-satqı bazarına təsir edib və alqı-satqı əməliyyatlarının həcmi azalıb”.
Ekspertlər deyirlər ki, bahalı əmlaklar əvvəllər elan saytları vasitəsilə satışa çıxarılmırdı, daha çox satıcı və alıcılar öz aralarında danışaraq sövdələşirdilər. Amma son illər qiyməti milyonu ötən əmlakların satışına dair elanların saytlarda, KİV-lərdə yerləşdirilməsi artıb. Deyəsən mülk sahiblləri başa düşürlər ki, indiki şəraitdə alıcı tapmaq üçün onun reklamına ehtiyac var.
Milyon manata və daha baha təklif edilən mülklərin qiymətinin necə formalaşmasına gəldiksə isə ekspertlər qeyd edirlər ki, burada bir sıra amillər rol oynayır: həmin mülkün harada yerləşməsi, arxitektur üslub, kommunikasiyalara çıxış imkanı, interyerin dizaynı və bu zaman istifadə olunan mebellər, digər materiallar, liftin olub-olmaması və s.
Müflis milyonçular niyə alıcı tapa bilmir?
Satış elanları çoxalsa da, iqtisadçılar belə mülklərin potensial alıcılarının az olduğunu deyirlər. İqtisadçı ekspert Qadir İbrahimlinin sözlərinə görə, Azərbaycanın daşınmaz əmlak bazarı spesifikliyi ilə fərqlənir və bu spesifiklik həm də daşınmaz əmlak bazarının təbəqələşməsində özünü göstərir.
Yəni, milyonluq mülkləri bir neçə milyonu olan iş adamları ala bilər ki, onların özlərinin də əksəriyyətinin villaları var: “Mən inanmıram ki, yaxın perspektivdə milyonluq mülklərə alıcı asanlıqla tapılsın. Sayı cəmi bir neçə min nəfər olan məhdud bir qrup var ki, onlar milyonluq əmlaka sahibdirlər. Ondan sonra gələn təbəqə isə xeyli dərəcədə orta statistik azərbaycanlılardır. Onların da arasında kəskin uçurum var. Artıq müflis olmuş, əmlakını itirmiş həmin milyonerlərin bahalı əmlaklarını satışa çıxarması o demək deyil ki, həmin əmlaka alıcı olacaq. Daşınmaz əmlak bazarında varlı təbəqə ilə orta təbəqə arasında kəskin disbalans var. O imkan vermir ki, orta təbəqə həmin varlı təbəqənin əmlakını ala bilsin. Milyonluq mülkləri bir neçə milyonu olan iş adamları ala bilər ki, onların özlərinin də əksəriyyətinin villaları var, yəni həmin mülklərə ehtiyacları yoxdur. Belə mülkləri kommersiya məqsədi ilə əldə etmək də indiki iqtisadi şərtlərdə sərfəli deyil”, - deyə Q. İbrahimli bildirir.
Korrupsiya yolu ilə varlanmaq getdikcə çətinləşir
İqtisadçının sözlərinə görə, belə elanların çoxalması milyonerlərin müflis olması, vəzifələrini itirməsi və ya korrupsiya yolu ilə əldə olunan gəlirlərin kəskin azalması kimi səbəblərlə əlaqəlidir. Çünki korrupsiya ilə mübarizə sərtləşir və bir çox yüksək vəzifəli məmurlar korrupsiya əməllərinə görə vəzifələrindən qovulur, həbs edilir.
“Belə mülklərə malik olan və indi onları satışa çıxaran şəxslər əsasən büdcədən gələn dövlət sifarişlərindən qaynaqlanan biznesmenlərdir. Dövlət sifarişlərini itirdiklərindən onların çoxu müflis olub. Bu baxımdan da hesab edirəm proses yaxın illərdə də davam edəcək”, - deyə Q. İbrahimli qeyd edir.
Virtualaz.org qeyd edir ki, həm “MTN işi”, həm “Rabitəçilərin işi” üzrə tutulan, istintaqa cəlb edilən bir sıra yüksək vəzifəli şəxslərin çoxsaylı mülklərinin bir qismini satışa çıxardığı məlumdur. Habelə Ziya Məmmədov və onun başçılıq etdiyi klanın da mülklərindən bəzilərini satışa çıxardığı haqda xəbərlər var. Doğrudur, bu haqda saytlara elan vermirlər…
Milyonlarla manatlıq mülklərin satışa çıxarılması hallarının artmasının daha bir maraqlı səbəbi var ki, bu haqda ekspertlər yaddan çıxarırlar. Bu da ondan ibarətdir ki, bir çox zənginlər, oliqarx-məmurlar sadəcə olaraq malikanələrinin bəzilərini bəyənmirlər, onların arxitektur üslubunu "dəbdən düşmüş" hesab edirlər və bəzən dəyərindən xeyli aşağı da satmağa hazırdırlar. Əvəzində yeni üslubda daha dəbdəbəli mülklər tikdirirlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|