Samir Şərifova qarşı komanda formalaşır? - İDDİA
Tarix: 19-06-2017, 12:18 | Çap et
Azərbaycan Beynəlxalq Bankının (ABB) borclarının restrukturlaşdırma müddətinin uzadılması maliyyə naziri Samir Şərifova əlavə imkanlar verib.
"Reytinq"ə daxil olan məlumatda bildirilir ki, Nyu-York məhkəməsinin ardınca London məhkəməsinin də ABB-nin borclarının restrukturlaşdırma müddətində onun kreditorlarını bankın aktivlərinə məhkəmə iddiası qaldırmaq imkanından məhrum etməsi nazir S.Şərifovun işinə yarayıb.
Bank sistemindən verilən məlumata görə, məhkəmənin bu qərarı Şərifovun nazir karyerasına yaranmış təhlükəni müəyyən müddətə önləyir: "Amma ABB ilə bağlı baş verənlər hələ arzulanan sonluqla bitməyib. Yəni bank xilas olunmayıb. Əksinə, ABB-də riskli aktivlərin həcminin böyük olması hələ də ciddi təhlükələrdən xəbər verir",- deyə qaynaq əlavə edib.
"BBC Azərbaycan"dakı geniş məqaləyə də toxunan maliyyəçinin iddiasına görə, həmin yazıdan aydın olur ki, hökumət sistemin əsasını təşkil edən bankın xilasına çalışıb:
"Bankın sağlamlaşdırılmasına iki ildə 9,9 milyard manat (5, 9 milyard dollar) xərclənib. Bu il bu məqsədlə demək olar, 5 milyard manat (2, 9 milyard dollar) xərclənəcək.
Bundan başqa, bankdakı likvidliyin saxlanması üçün burada 1, 3 milyard dollarlıq valyuta depozitləri yerləşdirilib. Lakin hazırda ABB-nin idarə olunmasında müstəsna söz sahibi olan Samir Şərifov bu qədər maliyyənin qarşılığında nəinki bankı bir addım qabağa aparıb, əksinə, elə bir durum yaranıb ki, sanki ayrılan maliyyə dərin quyunu doldurmaq üçündür".
Hazırda digər bir vacib məsələ ABB-nin 4 milyard dollara yaxın borcunu ödəyə bilməməsidir. S.Şərifovun qarşısında həm də bu borcun necə ödənməsi durur.
Məlumatlı şəxs deyib ki, hazırda ABB-nin "kölgəsinə sığınmış" Samir Şərifov mayın sonunda Londonda kreditorlarla görüşdə vəziyyətdən çıxmaq üçün onlara hədə-qorxu da gəlib:
"Londonda xarici kreditorlarla görüşən Şərifov orada ABB-nin onlara olan borclarını qiymətli kağızlar və ya bankın borc öhdəlikləri ilə əvəzlənməsini təklif edib. Üstəlik, bu zaman borcların 20 faizinin silinməsi təklifini də irəli sürüb. Bundan başqa, borc üzrə ödənişlərin 2022-ci ildən sonraya keçirilməsi istənilir. ABB-nin öhdəliklərinə görə, bu, 2017-2019-cu illərdə baş verməli idi. Təbii ki, belə dönüş investorların tamamilə mənfi reaksiyasına səbəb olub".
Qeyd edilir ki, qızğın müzakirələr zamanı S.Şərifov bütün iradları rədd edərək deyib ki, ABB-yə heç vaxt dövlət təminatı verilməyib. "Bu o deməkdir ki, hökumət, bank və onun borcları üçün məsuliyyət daşımır və borcun restrukturlaşdırılması üçün məsuliyyəti öz üzərinə götürmür. "Siz bunu başqa bir şey də adlandıra bilərsiniz, lakin bu, masa üstündə olan yeganə təklifdir",- deyib Şərifov".
Məlumata görə, Samir Şərifov Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı ilə birlikdə bəyan edib ki, restrukturlaşdırma planı qəbul edilməzsə, ABB bağlanacaq.
"Göründüyü kimi, talan olunmuş ABB-nin borclarına görə məsuliyətini etiraf edib, əməli addımlar atmaq əvəzinə, Samir Şərifov birbaşa investorları şantaj edib",- deyən mənbəmizin fikrincə, beynəlxalq reytinq təşkilatlarının da ABB-nin reytinqini ard-arda endirmələri vəziyyəti daha da gərginləşdirib:
"Sözsüz ki, ABB ilə bağlı məsələ nə vaxtsa bitəcək. Bu zaman soyuq başla Samir Şərifov və onun bankdakı müavininə qədər - hamısından hesab sorulacaq. ABB-nin Müşahidə Şurasında Samir Şərifovun müavini və Maliyyə Nazirliyinin daha bir neçə rəhbər şəxsi təmsil olunur. Onlar ABB-də əsas söz sahibi kimi Cahangir Hacıyevin dövründən təmsil olunsalar da, batırılan milyonlarla manatlıq kreditlərə görə məsuliyyətə cəlb olunmayıblar.
Diqqət edin, Cahangir Hacıyev həbs olunandan sonra ABB-nin Müşahidə Şurası yenidən təşkil edildi. Üzvlərinin sayı 5-dən 7-yə endirilsə də, yenə də Müşahidə Şurasının sədri vəzifəsinə maliyyə nazirinin müavini Azər Bayramov təyin olundu. Üstəlik, onunla yanaşı, Maliyyə Nazirliyinin Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanov və nazirliyin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrafilov yenə Şurada təmsil olundular. Cahangir Hacıyevdən sonra bankda iki dəfə rəhbər dəyişikliyi olsa da, bu adamlar sanki toxunulmazdır. Bəzi şəxslər iddia edir ki, Samir Şərifov bir neçə dəfə Azər Bayramovun bu vəzifədən kənarlaşdırılmasını istəsə də, kimlərsə buna imkan verməyib".
Sonda mənbə iddia edib ki, Maliyyə Nazirliyindəki vəzifəli şəxsləri öz komandasına cəlb etməyə çalışan Azər Bayramov nazirlik daxilində çox güclənib. "Azər Bayramov nazirlikdəki həmyerliləri və uzun illər bir yerdə işlədikləri xidmət rəislərini ətrafına toplayaraq, komandasına əlavə üstünlüklər qazanıb. Bu isə Samir Şərifovun artıq onunla bacara bilmədiyi görüntüsünü yaradır",- deyən mənbə fikrini tamamlayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|