Oqtay Şirəliyevin “Pirr qələbəsi” - Rüşvət Azərbaycan səhiyyəsinin devizinə çevrilib
Tarix: 16-07-2018, 15:42 | Çap et
Son illərdə Azərbaycanda sağalmayan xəstəliyə çevrilən səhiyyə sisteminin problemləri haqqında çox danışılmasına, müzakirələr aparılmasına baxmayaraq relsdən çıxmış qatarı heç cürə xəttə qaytarmaq mümkün olmur. Sirr deyil ki, rüşvətxorluq və total korrupsiya bu sistemi çökdürüb. Dövlətin yetərincə diqqət və qayğısına rəğmən Azərbaycan səhiyyəsi qonşu dövlətlərin səhiyyəsinə nisbətdə gülünc durumdadır. Xəstəyə potensial qazanc mənbəyi kimi yanaşılan, insan talelərinin heçə sayıldığı bu sistemdə hər şey əlahəzrət pulun iradəsinə tabe edilib. Pulsuz xəstənin baxımsızlıqdan ölməsi Azərbaycanda sıradan bir hadisədir. Ümumiyyətlə səhiyyədə formalaşan korrupsioner şəbəkə nəinki bu günümüzü, eləcə də xalqın gələcək genefondunu təhlükə altında qoyur. Keyfiyyətsiz dərmanlar, bu keyfiyyətsiz dərmanların lazım oldu-olmadı xəstələrə “sırınması” insan sağlamlığı üçün təhlükədir. Lakin, daha çox qazanmaq üçün gündən-günə azğınlaşan bu “dərman çetesi” həyatımızı riskə atmaqda davam edir. Uzun illərdir ki, Səhiyyə nazirliyinə rəhbərlik edən Oqtay Şirəliyevin fəaliyyəti bu sistemi tamamilə çökdürüb. Əgər ölkənin səhiyyəsini bilavasitə çökdürmək üçün kimisə vəzifəyə təyin etsəydilər belə, yenə də O. Şirəliyev qədər bu işin öhdəsindən gələ bilməzdi. O.Şirəliyev hər şeydən öncə Azərbaycan vətəndaşının səhiyyəsinə inamını məhv etməyi bacardı- xəstələrimiz acınacaqlı durumda İranın, Gürcüstanın, Rusiyanın xəstəxanalarında dolaşırlar. Şirəliyev həkimlərin tamamilə ələbaxan, cibəgirən vəziyyətinə düşməsi prosesini rəsmən yekunlaşdırdı, rüşvət Azərbaycan səhiyyəsinin devizinə çevrildi. Yeni tikilən, tam təmir olunan xəstəxanaların göz dağına çevrilməsi prosesi baş verdi-el diliylə desək “neyniyirəm qızıl teşti, içinə qan qusum” məsəli reallaşdı. Dərman mafiyası qol qanad açdı, keyfiyyətsiz məhsullar, mənşəyi məlum olmayan kimyəvi preparatlar ömrümüzə balta çaldı. Siyahını kifayət qədər uzatmaq olar. Çünki O. Şirəliyevin “xidmətlərini” öz həyatında dadmayan Azərbaycan insanı tapmaq mümkün deyil. İmkanı olan müalicəsi üçün bu ölkədən başını götürüb qaçır. Bundan böyük dövlətə, vətənə, xalqa xəyanət düşünürsünüzmü, cənablar və xanımlar? Azərbaycan səhiyyəsinin ən yaralı yerlərindən biri də savadsız kadrların xəstəxanalarda at oynatmasıdır. Ürəyin yerinə böyrəyi, gözün əvəzinə qulağı müalicə edən, sol ayağın yerinə sağ ayağı kəsən həkimlərimizin “möcüzələri” bütün dünyaya əyandır. Bunun da kökündə yenə də təbii olaraq total rüşvət dayanır. Ağına-bozuna baxmayaraq pulunu alıb xəstəxanalara doldurulan savadsız, təcrübəsiz həkimlər insan taleləri üzərində təcrübə keçirlər. Bu da Şirəliyev səhiyyəsinin növbəti “uğurudur”-insanları təcrübə “dovşanlarına” çevirmək! Ümumiyyətlə nazirliyin Kadrlar şöbəsinin hansı işlə məşğul olduğu məlum deyil. Şöbə müdiri Kəmalə Mehdiyevanın ya proseslərə müdaxilə etmək imkanı yoxdur, ya da özü proseslərin axarına qoşularaq xəstələrin taleyin ümidinə buraxılması ilə barışıb. Çünki, xəstəxanalara vakansiyaların verilməsi, bu zaman hansı oyunların baş verdiyini hamı bilir. Rubrika.Az xəbər verir ki, paytaxtın mərkəzində yerləşən tanınmış, gəlirli xəstəxanalara vakant yerlərə həkim qəbulu prosesi daha çox “göndəriş” üsulu ilə həyata keçirilir. Yəni nazirlik prosedur qaydalarını qanuni şəkildə həyata keçirsə də son mərhələdə məhz “damara baxıb qan almaqla” işə qəbul həyata keçirdir. İmtahan verən şəxs lap təbib-loğman olsa belə mərkəzi xəstəxanalara qəbul üçün tələb olunan “kriteryalara” cavab verməlidir. Bu kriteryaların isə neçəyə olduğu barədə aidiyyatlı orqanlar araşdırma aparsalar daha məqsədəuyğun olardı. Səhiyyə sistemində “saç ağartmış”, təqaüd yaşını keçsə də “xalqa xidmətdən” yorulmayan Kəmalə xanım məgər bunları bilmirmi?, Bu barədə nazirliyin Kadrlar şöbəsində nələr baş verir? Hazırda jurnalist araşdırmalarımız davam edir, yaxınlarda Kəmalə Mehdiyevanın qanunsuz əməlləri ilə bağlı faktlara əsasən yazılar dərc edəcəyik.
İyulun əvvəlində baş verən enerji böhranından sonra prezident yanındakı müşavirədə ən sərt ittihamlar Səhiyyə nazirinin ünvanına səsləndirildi. Adicə generator tapılmayan xəstəxanalarla səhiyyənin analoqsuz inkişafından danışan O.Şirəliyevin “Pirr qələbəsi” ifşa olundu. Düşünmək olardı ki, bu boyda biabırçılıqdan sonra O. Şirəliyev dərhal istefa verəcək, xalqdan və dövlət başçısından üzr istəyəcək. Ancaq deyəsən “vəzifə xəstəliyinə” yoluxan və Azərbaycanda müalicəsi tapılmayan O. Şirəliyev hələ də öz “islahatlarını” davam etdirmək istəyir. Hansı haqla, hansı əsasla? Dövlət başçısının etimadından, humanizmindən bu qədər sui-istifadə etmək olarmı? Axı, vəzifədən çıxarılması haqqında əmrin hazırlanmasına baxmayaraq xahiş-minnətlə öz postunu qoruyan O.Şirəliyev nəyə nail olmaq istəyir? Ölkənin səhiyyə sistemini gülüş obyektinə çevirməsi bəs deyilmi? Bu tragikomediya hələ nə qədər davam etməlidir ? Müalicəsi mümkün olmayan orqanı xəstənin həyatını xilas etmək üçün kəsib atırlar. Zamanı deyilmi? Rubrika.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|