“Fabriki özəlləşdirib, 3 milyona satdı, amma...” - ŞOK FAKTLAR
Tarix: 7-12-2018, 09:40 | Çap et
Son vaxtlar ölkədə vətəndaşların şikayətləri çoxalsa da, rəsmi qurumların bütün bunları qulaq ardına vurması halları da artııb. Halbuki, prezident İ.Əliyev dəfələrlə çıxışıında məmurların xalqın xidmətçiləri olduğunu vurğulayıb və onlardan vətəndaşların problemlərinə həssas yanaşmalarını tələb edib. Amma bu sahədə vəziyyət nəinki düzəlir, əksinə günbəgün pisləşir.
Bir sözlə, ortada böyük bir fakt varsa, prokurorluq cinayət işi açmırsa və yaxud hansısa məmurun qəbuluna düşmək müşküldürsə, deməli, məmurlar xalqı özlərinə xidmətçi hesab edirlər. Ona görə ki, hansısa bir vətəndaş hanısısa məmurun qəbuluna düşmək üçün aylarla sürünürsə və döymədiyi qapı qalmırsa, burada vətəndaşa xidmətdən söhbət gedə bilməz.
Məmur laqeydliyinə, diqqətsizliyinə məruz qalanlardan biri də Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2B, mənzil 40-da yaşayan Lətifov Aydın Məmməd oğludur. O, “Hürriyyət”ə dedi ki, “Dəniz LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş meneceri olub: ““Dəniz LTD” 2003-cü ildə yaranıb. Amma 2003-cü ilə qədər də həmin firmanın Alatava Toxucluq fabriki var idi. 1997-ci ildə həmən toxuculuq fabrikində özəlləşmə başladı. Mən də özəlləşmədə iştirak etdim və özəlləşdirdik. Həmin vaxtı texniki pasportların hamısını mən qaydaya qoymuşam, şöbə müdiri olmuşam, belə işləri bildiyim üçün köməklik etmişəm. 1997-ci ildə toxuculuq fabriki özəlləşdi. Texniki pasportları alanda orada Damət müəlim var, ondan 30 min pul aldım, verdim ki, texniki pasportları alaq. Səhmdar Cəmiyyətin sədri Firudun Qədirov mənə demişdi ki, Alatava Toxucluq fabriki “Kompleks” kooperativə aiddir, özəlləşdirək. Dedi onu özəlləşdirəndə satıb, hörmətini edəcəm, bölərik. 3 milyona satdı. Mənə bir qəpik də vermədi.
Toxuculuq fabriki satılandan sonra “Kompleks” kooperativə gəldik. Mənə dedi ki, oranı da özəlləşdir, sənə də hörmət edəcəm. Mən 20 min də burada qoydum. “Kompleks” kooperativ də həmin Firdun Qədirovun kooperativi idi. Amma koopetivin fəaliyyəti-zadı yox idi, əvvəllər olumuşdu, Əhmədli şossesi 7-də, indiki Kazımağa Kərimov küçəsi 7-də, “Neftbaza”nın yanında 1 hektar torpaq sahəsi var idi, onu da özəlləşdirdim”.
“Avadanlıqlar qanunsuz satılıb”
“Ondan sonra, Firudin Qədirov dedi ki, plasmas butulkalar buraxmaq üçün avadanlıq gətirək. Çindən 44 adda avadanlıq gətirdik. Ona da 20 min dollar qoydum. “Kompleks” kooperativi özəlləşdirəndən sonra notarius vasitəsilə onun əmlakını “Dəniz LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə verdik. Çindən o avadanlıqları gətirdik. Həmin avadanlıqları 2007-ci ildə Qusarda quraşdırdıq, 2008-ci ildə də sökdük. Çünki həmin məhsulların bazarı olmadı. Bazara girmək mümkün olmadı. Qusarda müəssisə söküləndə də mən bir az xərcə düşdüm, avadanlıqları gətirdik, anbara yığdıq. Avadanlıqlar geri söküləndə o qədər əziyyət çəkmişəm. Avadanlıqlar söküləndən sonra Firudin Qədirov dedi ki, nə vaxt avadanlıqlar satılar, sənin borcunu ödəyəcəm, hörmətini də edəcəm...
Firudin Qədirov da elə-belə adam deyildi, tanınmış adam idi. 2014-cü ildə Firudin rəhmətə getdi. Həmin vaxt mən baş menecer idim. 8 il gözləmişik ki, avadanlıqlar satılsın. Sonra mənə bir nəfər zəng etdi, dedi ki, avadanlıqlar satılıb. Mən də durdum zəng etdim ki, bu, nə məsələdir? Avadanlıqlar özü də qanunsuz satılıb. Gədəbəydən bir firma gəlib alıb. F. Qədirovun da hüquqi varisi doğma qızı Qaraxanova Esmiraldadır. Həmin qızın əri də rəhmətə getmişdi, firmanın üzvü idi. Qızın kürəkəninə zəng etdim. Dedim, bu, nə məsələdir? Dedi mənim xəbərim yoxdur. “Texnika bank”da da onun haqqında müəyyən söhbətlər var. Ondan sonra Musaxana zəng etdim, hörmətli yoldaş idi, onu da işdən çıxarmışdı. O da dedi, mənim onlarla əlaqəm yoxdur, amma kürəkənlə qızı satıb. Dedim satıbsa, hesaba pul gəlməlidir, satış müqaviləsi olmalıdır. Biz məlumatlandırılmalıydıq. Özü də bu işləri görən mənəm, gərək, mən alqı-satqı müqaviləsi bağlayam. Bu avadanlıqların dəyəri var. Yola sənəd yazılmalıdır. Bu necə olar ki, 4-5 rels yüksək tutumlu maşınlar yüklənib, gedib, xəbəri yoxdur...
Nə isə məcbur qalıb Xətai Rayon Prokuroluğuna şikayət etdim, dedim gəlin baxın, avadanlıqlar yoxdur. Çindən gələn avandanlığa 1,5 mlyon satış qiyməti qoymuşduk, amma 560 min qiyməti var idi. Onun da 20 mini mənim pulum idi, 30 min də Damət müəllim vermişdi. O bilirdi ki, Firudin pul qaytaran deyil. Mənə pulu verəndə dedi sənə verirəm, xahiş edirəm, sən qaytar. Qalan pul isə Firudinin idi”,-deyə şikayətçi əlavə etdi.
“Firudin Qədirova 75 min pul vermişəm”
A.Lətifov qeyd etdi ki, məsələ ilə bağlı Xətai Rayon Prokurluğunun müstəntiqi Şahsuvar Əliyevin qəbuluna gedib: “Müstəntiqə dedim ki, malı alan firma deyir, almamışam, Firudinin qızı da deyir, satmamışam. Gəlin, anbara baxış keçirin. Oradan 44 adda avadanlıq aparılıb, oranın “uçaskovı”sı var, hamısını görüblər. Damət də müstəntiqin yanında mənə şahidlik etdi ki, mən də 30 min vermişəm. Firudun rəhmətə gedib, bu kişinin pulu qalıb. Müstəntiqə deyirəm ki, bu 1,5 milyon yarımlıq “rastomoşka”dan keçən maldır, 560 minlik avadanlıqdır, buxalteriyadan keçməliydi. Gədəbəydən olan firma deyir mən almamaşıma, bunlar da deyir satmamışıq. Deməli, nəğd satış olub. Neçəyə satıldığını bilmirəm. Heç bir sənədləşmə aparılmadan gəlib pulu verib, malı aparıblar. Mal 2017-ci ilin iyul ayının 11,12,13-də 3 günə kamazlarla daşınıb. Müstəniqə dedim avadanlıq ortada yoxdur. Heç olmasa cinayət işi qaldır. Ora-bura zəng etdi, cinayət işi açmağı rədd etdi. Mən də bunu əsas tutub Respublika Prokuroluğuna yazdım. Onların cavabından sonra Mehriban xanıma yazdım. Bakı Şəhər Polis İdarələrinə Nəzarət şöbəsinin rəisi Elçin Sultanova yazdım. Elçin Sultanov cinayət işinin rədd edilməsini əssasız sayaraq yenidən istintaq başlanmasını bildirib. Bu günə qədər də Bakı Şəhər Prokuroru məni qəbul etmir. Bakı Şəhər Prokurorluğuna teleqram da vurdum. Teleqramı da götürüb Qaradağa yollayıblar. Mən də Qaradağa getdim. Prokurorun köməçisinə dedim ki, bu, nə məsələdir? Dedim bu iş Xətai rayonuna baxır. Təzədən materialın üstün yazıb, Xətai rayonuna göndərdi. Sonra gördm bunlardan bir səs çıxmır. 5-ci dəfə Mehriban xanıma yazdım ki, bizim işə səthi, qeyri-obyektiv yanaşırlar. Mənə bildiriş gəldi ki, sizin iş nəzarətə götürülüb. Elçin Sultanov Bakı Şəhər Prokuroluğuna yazdı ki, bu adamı qəbul edin, məsələni araşdırın, yenidən istintaq aparın. Dünən də Respublika Prokurluğunda olmuşam. Dedi Aydın müəllim, sən ancaq Bakı şəhər prokurorunun qəbulunda ol. Dedim teleqram vurmuşam, məni qəbul etmir, teleqramı Qaradağa yollayır. Mən neynim, qapım döyülür, faiz verirəm. Damət müəllim dost olsa da, yaşamağa imkan vermir. Mən ümumilikdə Firudin Qədirova 75 min pul vermişəm. 30 min bir, 20 min də bir vermişəm. Həmçinin 30 min də Damət müəllim verib. Damət müəllim də bir ildir bizim qapını döyür ki, mənm pulumu qaytarın”.
A.Lətifov onu da nəzərə çatdırdı ki, özəlləşmədə naxçıvanlı bir nəfər Firudinin əlindən fabriki almışdı: “Kartoşkadan möhür düzədib, almışdı. Təzədən mən onu məhkəmədə qaytartdırmışam. “Dəniz LTD”nin özəlləşməsində də nə qədər xərclər çəkmişəm. Həmin vaxtı Xətainin icra başçısı Gündüz müəllim idi, Allah rəhmət eləsin. Bu sənədlərə qol çəkdirmək bilirsən nə deməkdir? Firudinin özü Əmlak Komitəsinə getdi, dedi Firudin müəllim milyon qoyasan dövlət aktı olmasa özəlləşməz. Getdim Gündüz müəllimin ayağına düşdüm, fövqəladədən də akt aldım. O akt verilməsə, özəlləşərdimi? Bu aktı alanda sonra “Kompleks” kooperativə şahadətnamə verdilər ki, özəldir. Bu şahdətnaməni alanda sonra isə “Komleks” kooperativin idarəçiliyini müvəqqəti olaraq notariusla “Dəniz LTD-yə verdik”.
“Mən qapı arxasında qalmışam”
Məmurlardan narazı qalan A.Lətifov həmiçinin “Hürriyyət” qəzeti vasitəsilə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyeva müraciət etdi: “Hörmətli prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva! Biz son Konstitusiya dəyişikliklərində qapı arxasında qalmamağa səs vermişik. Lakin mən qapı arxasında qalmışam. Xahiş edirəm, qapı arxasında qalanların köməyinə çatın”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|