İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                     Əməkdar artist özünə BAHALI MAŞIN aldı .....                     Bakıda genişmiqyaslı iməcilik keçirilib .....                     Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq .....                     Qiyamətə qədər sürəcək SAVAŞ... .....                     Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar .....                     Gülənin dəfnindəki sirli adamlar .....                     “Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” .....                     Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var .....                     Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir .....                     Türkiyə Ermənistanla sərhədlərini açmayacaq .....                 

İcra başçıları üçün sınaq dövrü BAŞLANDI - Kütləvi dəyişiklik gözlənilir
Tarix: 22-03-2019, 10:31 | Çap et
İcra başçıları üçün sınaq dövrü BAŞLANDI
Xeyli müddətdir ki, əhalinin sosial-iqtisadi problemlərini yerindəcə öyrənmək üçün nazirlərin vətəndaşlarla görüşü keçirilir.

Hər nazir üçün qrafik müəyyənləşdirilib və görüşlər davamlı hal alıb.Amma görünən odur ki, nazirlərin yerlərdə keçirdiyi görüşlər istənilən effekti vermir.Regionlarda şikayətlərin həddindən artıq çox olması, problemlərin artan templə davam etməsi ölkə başçısı İlham Əliyevin sakinlərlə birbaşa təması zamanı da özünü göstərir.Dövlət başçısı yerlərə səfərlər zamanı məktubları birbaşa özü alır, onların hər birinin həllinə diqqətlə yanaşılacağını bildirir.İlkin nəticələr də özünü çox gözlətmir.

Bundan başqa ölkə başçısının tapşırığına əsasən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq görüşlər keçirməyə başlayıb. Artıq martın 14-də Bakının Yasamal rayonunda, Mingəçevir şəhərində, Ağdam, Ağdaş, Biləsuvar, Cəbrayıl, Biləsuvar, Hacıqabul, Kürdəmir, Qazax, Qəbələ və Quba rayonlarında vətəndaşlarla görüşlər keçirilib. Martın 15-də isə Prezident Administrasiyasının məsul işçiləri Bakının Binəqədi rayonunda, həmçinin, Yevlax, Ağstafa, Bərdə, Cəlilabad, Göyçay, Xaçmaz, Xocavənd (Beyləqan), Neftçala, Oğuz və Ucar rayonlarında vətəndaşları qəbul edib.

Bütün bunlar onu göstərir ki, nazirlərin mütəmadi olaraq regionlarda keçirdiyi görüşlər istənilən nəticəni verməyib.Bir çoxları yalnız statistika xatirinə keçirilib.Sakinləri narahat edən problemlərin həllinə yönəlmiş tədbirlər həyata keçirilməyib və ya qaneedici olmayıb.Ona görə də ölkə başçısının tapşırığına əsasən yerlərdəki problemlərin daha ətraflı öyrənilməsi və həlli üçün administrasiyasının məsul əməkdaşlarının görüşləri başlayıb.Bu görüşlər isə nazirlərin qrafikə uyğun görüşlərindən kəskin fərqlənir.Nazirlərin görüşünə gələn vətəndaşlar, əsasən “təşəkkür”ə görə qəbula yazılanlar olurdu.Bu haqda dəfələrlə müxtəlif fikirlər səslənib, işin məsuliyyəti isə yerli icra hakimiyyətlərinin üzərinə qoyulub.Qeyd olunub ki, məhz regionlarda problemləri olan vətəndaşlar “balaca padşah”ların tapşırığı ilə nazirlərin qəbuluna buraxılmayıb.Bu səbəbdən də problemlər həlledilməz qalıb.

Araşdırmaçı jurnalist Azər Həsrət də hesab edir ki, vətəndaşların şikayətlərinin ünvana çatmamasının səbəbi icra başçılarının “xidmətidir”. A.Həsrət “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu addım yaxın vaxtlarda icra başçılarının kütləvi şəkildə dəyişdiriləcəyinin anonsudur:

“Nazirlərin əslində regionlara gedib vətəndaşlarla görüşüb problemləri həll etmək cəhdləri var. Onlar vətəndaşları dinləyir, problemlərini həll etməyə çalışırdılar. Amma yerlərdəki icra başçılarının səhlənkarlığı ucbatından bu təmas arzuolunan səviyyədə alınmırdı. Özüm də şəxsən müşahidə etmişəm, müxtəlif rayonlardan mənə də müraciətlər olub ki, hansısa nazir rayona vətəndaşların problemini dinləməyə gəlir, yerli icra başçısı isə rayon haqqında mənfi imic yaradılmasın deyə, görüşə öyədilmiş şəxsləri göndərir. Amma həqiqətən problemi, dərdi olan insanlar nazirin görüşünə buraxılmır.Belə hallar bir çox rayonlarda olub.Hətta bir dəfə müşahidə etmişdim ki, nazir guya kənd adamları ilə görüşürdü, amma salonda oturan şəxslərin hamısının boynunda qalstuk var idi.İndi hansı kənddə insanlar qalstukla gəzir?Hansı kəndli, suçu, bağban qalstuk taxır?Mən özüm də kənd adamıyam, elə adamların evində heç qalstuk olmur.Amma nazirin qəbuluna gələnlərə baxırsan ki, “kəndlilər” qalstukda, bərli-bəzəkli geyimdə oturublar.Təbii ki, bu yalandır və bununla ölkə başçısını aldatmağa cəhd edirlər. O cəhdlərin başında duranlar isə artıq zamanı keçmiş, köhnəlmiş icra başçılarıdır. Düşünürəm ki, prezident real vəziyyəti öyrənmək üçün məhz ən yaxın adamlarını, Prezident Administrasiyasının əməkdaşlarını regionlara göndərir, onlar da əhali ilə təmas qururlar. Hesab edirəm ki, artıq həmin icra başçılarından da yaxa qurtarmağın vaxtı çatıb.Baxırsan ki, yaşı 80-ə çatır, amma ortada bir normal işi yoxdur.Yalnız və yalnız vətəndaşları narazı salmaqla məşğuldur.Kimisi torpaq satır, kimisi vətəndaşın torpağını əlindən alır, kimisi elə işlərlə məşğul olur ki, aparılan siyasəti yerlərdə kölgə altına qoyur.Düşünürəm ki, o adamlardan yaxa qurtarmağın zamanı çatıb. Ümid edirəm ki, ölkə başçısı vətəndaşlarla görüşə Prezident Administrasiyasının əməkdaşlarını göndərməklə, həmin prosesin anonsunu vermiş olur. Yaxın vaxtlarda icra başçılarının kütləvi şəkildə dəyişdirilməsinin şahidi olacağıq”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Bu gün, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Bu gün, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Bu gün, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Bu gün, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Bu gün, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Bu gün, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Bu gün, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Bu gün, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Bu gün, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Bu gün, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Bu gün, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Bu gün, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Bu gün, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Bu gün, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Bu gün, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Bu gün, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Bu gün, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Bu gün, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Bu gün, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Bu gün, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Bu gün, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Bu gün, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Bu gün, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Bu gün, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Bu gün, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Bu gün, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Bu gün, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Bu gün, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Bu gün, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Bu gün, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Bu gün, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Bu gün, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Bu gün, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Bu gün, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Bu gün, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Bu gün, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Bu gün, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Bu gün, 12:00
“Avropa İttifaqı mini-Çindir” - Tramp
Bu gün, 11:58
“İrana hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib” – JPost
Bu gün, 11:56
Keçirilən aksiyalar paytaxtın ekoloji durumunu daha da yaxşılaşdıracaq - FOTO
Bu gün, 11:47
"Real Ermənistan Bakı, artsax və Naxçıvandan başlayır...” -Paşinyan getsə, belələri gələcək...
Bu gün, 11:36
Yeni HƏBS DALĞASI - Qanun sərtləşdirilsə də...
Bu gün, 11:32
Seymur Verdizadə baş redaktorluqdan getdi
Bu gün, 11:21
"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar"
Bu gün, 11:11
İran səhvə yol versə yenidən vuracağıq! - Haqari
Bu gün, 11:09
Arağın qiyməti qalxacaq? - "Bazarda litri 1 manata olan araqlar var"
Bu gün, 11:05
Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub - ƏMR
Bu gün, 10:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru