Rektorun işdən çıxardığı müəllimin müdafiəsinə 8 kəndin sakinləri qalxdı - FOTOLAR
Tarix: 3-04-2019, 12:54 | Çap et
Möhtərəm Prezident!
Biz Lerik şəhəri və Lerikin Vistən, Birkandul, Günəşli, Rəzəvul, Nüvədi, Soru, Noda və digər kəndlərinin sakinləri olmaqla yaşadığımız ərazinin əksər insanları adından Sizi ürəkdən salamlayır, Müstəqil Azərbaycanımızın çiçəklənməsi və onun vətəndaşlarının rifahı naminə həyata keçiridiyiniz siyasətinizi alqışlayır, bu böyük uğurların davamlı olacağına inanırıq. Haqlı olaraq bütün Azərbaycan və bütöv bir millət Sizinlə fəxr edir. Siz bu böyük və tükənməz sevgini, nadir istedadınızı ortaya qoymaqla milli-mənəvi dəyərlərə söykənərək Ulu Öndərimizin məsləhət və tövsiyələrinə ciddi əməl etməklə qazanmışsınız. Əminliklə bildiririk ki, uğurlu daxili və xarici sityasətiniz hesabına Müstəqil Azərbaycanın bütün problemləri öz müsbət həllini tapacaq, xalqımız daha zəngin, daha firəvan bir həyata qovuşacaqdır.
Möhtərəm Prezident!
Siz bütün fəaliyyətiniz boyu xalqın həmrəyliyinə, milli birliyə üstünlük vermişsiniz. Ölkənin hər bir vətəndaşının prezidenti olaraq hər hansı bir ayrıseçkilik təzahürünə qarşı amansızlıq nümayiş etdirmisiniz. Lakin ölkəmizin qüdrətini zəiflətmək, xalqın monolit birliyini parçalamaq istəyində olanlardan tamamilə qurtula bilməmişik. Hələ də regionçuluğa, etnik mənsubiyyətinə görə münasibətə köklənmiş insanlar idarə və təşkilatlarımızda fəaliyyət göstərməkdədirlər. 90-cı illərin o gərgin ictimai-siyasi vəziyyəti hər dəfə yada düşəndə Xeyirlə-Şərin qarşıdurması təsəvvür olunur. Bu tarixi mübarizədə xalqın böyük dəstəyinə güvənərək öz dahiliyini ortaya qoyan və qələbə qazanan Ulu Öndər bütün həyatı boyu regionçuluğa, buna doğru aparan hər cür neqativ hallara qarşı barışmaz mövqeyini çox kəskin şəkildə bildirmişdir, azərbaycanlı olduğunu fəxrlə səsləndirmişdir. Biz də azərbaycanlıyıq və bununla qürur duyuruq.
Çox böyük təəssüf hissi ilə Sizin nəzərinizə çatdırmaq istəyirik ki, fərqli düşünənlər, mənfi düşüncələri ilə (xalqın) millətin dəyərli övladlarına (neqativv hərəkətləri ilə) çətinlik yaradanlar rəhbər vəzifələr tutmağı bacarmışlar. Bizim narahatçılığımız ziyalı bir ailənin üzvü, bütün varlığı ilə Heydər Əliyevçi, uzun müddət Azərbaycan Dövlət Pedaqoji Universitetində nümunəvi əməkdaş kimi fəaliyyət göstərərək kollektivin sevimlisinə çevrilmiş Hüseynov Vidadi Fərzəli oğluna qarşı yönələn ədalətsiz münasibətlə bağlıdır.
Heç bir səbəb göstərilmədən, 07.02.2017-ci il tarixində başqa işə keçiriləcəyini vəd verməklə ondan ərizə alan rektor Cəfər Cəfərov iki ildən artıq bir müddət ərzində onu işsiz qoymuşdur. İki ildən çoxdur ki, işsiz qalan Vidadi müəllimin ailə vəziyyəti olduqca ağırdır, 5 nəfər ailə üzvündən iki övladı ali məktəb tələbəsidir, biri isə orta məktəbdə təhsil alır. Həyat yoldaşı səhhətində olan problemlər səbəbindən işləmir.
Vidadi müəllim dəyərli bir ziyalı olmaqla çox mənalı və məzmunlu bir həyat yolu keçmişdir. O, Azərbaycanımızın qurtuluşu naminə Heydər Əliyevin hakimiyyətə gətirilməsi üçün aparılan mübarizəyə həsr etdiyi illəri ömrünün ən məzmunlu, ən qiymətlu günləri kimi dəyərləndirir. Biz özümüz də şahidik ki, o necə böyük çoşqu və məhəbbətlə Heydər Əliyevin təbliğatında iştirak edirdi. Paytaxtımızda keçirilən bütün siyasi tədbirlərin fəalları sırasında olmaqla Heydər Əliyevçi ziyalıların silahdaşı olmuşdur. Bu gün Cəfər Cəfərovun rəhbərlik etdiyi vaxtında isə müqəddəs bir elm ocağı, bir məbəd kimi ad qazanmış ADPU-dakı ictiami fəaliyyəti də həmişə diqqət çəkmiş və üstün qiymətləndirilmişdir.
Cənab Prezident!
Biz hamılıqla müdrik bir millətin övladlarıyıq. Bir kökdən törənənlərik. Xalqımız bütün şərəfli tarixi boyu milli birliyə güvənərək yaşamış, başqa xalqlara münasibətində də çox mehriban və səmimi olmuşdur. Bü gün ölkəmiz multikulturalizmin nümunəsi kimi dünyada məşhurdur. Bütün bunlar millətimizin tolerantlıq təfəkküründən qaynaqlansa da, Siz cənabların böyük əzmini, fədakar əməyini qiymətləndirməmək ədalətsiz olardı. Biz də həmişə Sizinlə olmuşuq. Dövlətçiliyimizin möhkəmlənməsi, millətimizin nüfuzunun dünya miqyasında artması naminə bütün fikirlərinizi ürəkdən dəstəkləyənlərdənik. Siz Lerik rayonuna etdiyiniz səfərlər zamanı bunu hiss etmişsiniz. Haqqında söz açdığımız ziyalı Hüseynov Vidadi Fərzəli oğlu haqqında verdiyimiz məlumatlar tam dürüstdür. Heç bir səbəb göstərilmədən işindən uzaqlaşdırılmış bir şəxsə qarşı münasibəti başqa çür qiymətləndirmək mümkün deyil. Təhsil Nazirliyinin məlumatında vakant yer göstərilsə də, rektor Cəfər Cəfərov güzəştə getmək istəmir. İsrarla bildirir ki, getsin Lerikdə işləsin. Məhz bu səbəbdən Sizə müraciət etməyə qərar vermişik. Sizin böyüklüyünüzə, Sizin ədalətinizə güvənərək bir ziyalı vətəndaşın pozulmuş hüquqlarının müdafiəsi və Azərbaycan Dövlət Pedaqoji Universitetindəki qeyri-normal vəziyyətin obyektiv şəkildə araşdırılması ilə bağlı göstəriş verməyinizi xahiş edirik. \\gununsesi.org\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
|