“Nar” komandası “Breyn Rinq” intellektual yarışının qalibi oldu
Tarix: 5-07-2019, 17:30 |
Çap et
DİA.AZ: - Gənclərin intelletual inkişafına xüsusi diqqət ayıran “Nar” mobil operatoronun dəstəyilə baş tutan “Breyn Rinq” intellektual bilik yarışının on üçüncü mövsümü başa çatıb. Final mərhələsində “Lerik” və “Gəncə” komandaları da yarışsa da, qalib adı uğrunda mübarizədə “Kapital Bank” və “Nar” komandaları qarşılaşıblar. Yüksək xal fərqi ilə qalib gələn “Nar” komandası “Breyn Rinq” intellektual bilik yarışının on üçüncü mövsümünün çempionu adına layiq görülüb. Qeyd edək ki, “Azerfon” şirkətinin Baş İcraçı Direktoru Gunnar Pahnke qalib komandanı qəbul edərək onları təbrik edib və bundan sonrakı fəaliyyətlərində uğurlar diləyib.
DİA.AZ xəbər verir ki, yarışma dövrü boyu komanda şəklində yarışda iştirak edə bilməyən şəxslər üçün hər həftəsonu “Nar”-ın “Facebook” səhifəsində xüsusi müsabiqə keçirilib. İyun ayında “Breyn Rinq”-in efirdə yayımlandığı saatda səhifədə paylaşılan suala ən tez cavab verən istifadəçilərin adları isə artıq məlumdur: Mehralı Üzeyir, Şirinzadə Vüqar, Mahmudov Ramin, Həsənov Emin və Ağazadə Anar.
Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq, “Nar” öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində ilboyu müxtəlif layihələrə dəstək verir ki, “Breyn Rinq” bilk müsabiqəsi də bunlardan biridir. Ətraflı məlumatı https://www.facebook.com/Narofficial hesabından və https://nar.az/ saytından əldə etmək mümkündür.