“Azəristiliktəchizat”da ŞÜBHƏLİ TENDER OYUNBAZLIĞI... - İTTİHAM
Tarix: 21-02-2020, 11:46 | Çap et
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sifarişçi olduğu satınalmaların qalibi olan şirkətlərin qanuni təmsilçilərinin müxalif mövqeli partiyalara yaxın şəxslər olmasının bir təsadüfürmü?..
Azərbaycanda dövlət maliyyəli qurumların sifarişçi olduqları satınalmalarda korrupsiya hallarının olması barədə dəfələrlə yazılıb.
Bir müddət öncə “Neuron Technologies” şirkətinin sahibi İsmayıl Ələkbərov dövlət qurumları tərəfindən elan edilən tenderlərin bir hissəsi yalnız nağdlaşdırma məqsədilə keçirildiyini bildirmişdi.
İş adamının sözlərinə görə Aərbaycanda elə dövlət qurumları var ki, sifarişçi olduqları tenderlərin 50%, bəzən isə hətta 70-80% «otkat» formasında geri alırlar. Qeyri-rəsmi olaraq “otkat” adlanan bu proses müxtəlif yollarla həyata keçirilir: ya sifarişi alan pulun müəyyən hissəsini əvvəlcədən ödəyir, ya pul hesabına oturduqdan sonra. “Otkat”ın əvəzində isə sifarişi alan tərəf qiymətləri istədiyi kimi müəyyənləşdirir, aşağı keyfiyyətli məhsuldan istifadə edib, baha qiymətə rəsmiləşdirir. Yeri gəlmişkən, tender qanunvericiliyinin posulması zəncirvari prosesə çevrilərək, digər sahələrdə də qanunsuzluqlara yol açır və görülən işlərin keyfiyyətinə çox ciddi təsir göstərir.
Maraqlı olan isə budur ki, çoxsaylı dövlət satınalmaları həyata keçirən dövlət maliyyəli qurumların bəzilərinin fəaliyyətləri çox zaman heç də qənaətbəxş olmur.
PİA.az-ın araşdırması zamanı məlum oldu ki, il ərzində çoxsaylı dövlət satınalmaları həyata keçirən qurumlardan biri də “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətidir (ASC). Ancaq bununla belə ölkə mediasında qurumun fəaliyyəti ilə bağlı şikayətlər bitib tükənmək bilmir.
Qeyd edək ki, hələ ötən ilin iyul ayında mətbuatda “Azəristiliktəchizat” ASC-nin sifarişçisi olduğu tenderlərdə maxinasiya hallarının olması barədə araşdırma yazı dərc edilmişdi.
““Azəristiliktəchizat” siyasi partiyanı maliyyələşdirir? (TENDER QALMAQALI)” başlıqlı sözügedən məqalədə “Azəristiliktəchizat” ASC-nin yüz minlərlə ölçülən tenderlərini “Alonya” və “Antalya” MMC-lərin udduğu bildirilirdi. Həmin yazıda hər iki MMC-nin qanuni təmsilçisi Xocavənd rayonunun Tuğ qəsəbəsi olan şirkətin qanuni təmsilçisi Əhədli Çingiz Yusif oğlunun Milli Dirçəliş Hərəkatı Partiyasının maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olduğu bildirilirdi.
Yazıda ən ilginc məqam isə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə “Azəristiliktəchizat” ASC-nin sədri “Əməkdar Mühəndis” Yaşar Həsənovun eyni rayondan - Ordubad rayondan olması yazılırdı...
831 min manatlıq tenderin qalibi kimdir?
PİA.az-ın araşdırma qrupu “Azəristiliktəchizat” ASC-nin sifarişçi olduğu bir sıra tenderlər üzərində araşdırma aparıb.
Qeyd edək ki, “Azəristiliktəchizat” ASC 2019-cu ilin sentyabr ayının 30-da 3 (üç) lot üzrə ümumi dəyəri 566532 (beş yüz altmış altı min beş yüz otuz iki) manat olub.
Eyni gündə yekun vurulan hər üç tenderin qalibi eyni şirkət – “Elektrogas” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
“Elektrogas” MMC bu ilin - 2020-ci ilin yanvar ayında “Azəristiliktəchizat” ASC-nin sifarişçi olduğu "Məsafədən nəzarət ölçü sistemləri və elektrotexniki avadanlıqlarının satınalınması" lotu üzrə dəyəri 264.707 manat olan daha bir tenderinin qalibi olub.
Beləliklə də “Elektrogas” MMC-nin “Azəristiliktəchizat” ASC-nin qalib olduğu tenderlərinin ümumi məbləği 831.239 manat təşkil edib.
Nizamnamə kapitalı 20 manat olan “Elektrogas” MMC 2018-ci ilin avqust ayının 13-də dövlət qeydiyyatına alınıb.
Şirkətin hüquqi ünvanı Yasamal rayonu, general Akim Abbasov keçəsi ev 1C, mənzil 22 ünvanıdır.
Şirkətin qanuni təmsilçisi isə Cəmilli Elnur Muxtar oğludur.
Bəs 258.850 manatlıq satınalmanın qalibi kimdir?
2020-ci ilin yeni başlamasına baxmayaraq, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti artıq bir neçə satınalmaya yekun vura bilib.
Belə ki, “Azəristiliktəchizat” ASC-nin 2020-ci ilin yanvar ayının 10-da "Modul tipli qazanxanaların daşınması və quraşdırılmasının satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 21.600 manat, satınalmanın qalibi isə “EL-Rado” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
“Azəristiliktəchizat” ASC eyni gündə, yəni 2020-ci ilin yanvar ayının 10-da daha bir satınalmaya yekun vurub. “Xüsusi texnika, maşın və mexanizmilərin icarəsinin satınalınması” lotu üzrə sifariş olunan tenderin məbləği 237.250 manat, satınalmanın qalibi isə yenə də “EL-Rado” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
“EL-Rado" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin aprel ayının 9-da dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Abşeron rayonu, Məmmədli kəndi, qanuni təmsilçisi isə “Azəristiliktəchizat” ASC-nin digər tenderlərinin qalibi olan “Elektrogas” MMC-nin qanuni təmsilçisi Cəmilli Elnur Muxtar oğludur.
PİA.az-ın araşdırması zamanı məlum oldu ki, “Azəristiliktəchizat” ASC-nin sifarişçi olduğu tender və kotirovkaların qalibi olan “Elektrogas” və “EL-Rado” MMC-lərin qanuni təmsilçisi 1979-cu il təvəllüdlü Elnur Cəmillinin atası Muxtar Cəmilli Musavat partiyasının fəallarından, daha doğrusu Musavat partiyasının Bərdə rayon təşkilatının sədr müavinidir. Məlumata görə bir zamanlar Musavat Partiyasının başqanının müşaviri kimi fəaliyyət göstərən Muxtar Cəmilli hakimiyyətə qarşı barışmaz mövqe sərgiləyən şəxslərdən sayılır.
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sifarişçi olduğu satınalmaların qalibi olan şirkətlərin qanuni təmsilçilərinin müxalif mövqeli partiyalara yaxın şəxslər olmasının bir təsadüf olub olmaması doğrudan da maraq doğuran məqamlardandır.
Qeyd edək ki, məsələ ilə bağlı PİA.az “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə sorğu yollayıb. Sorğunun yollanılmasından uzun müddət keçməsinə baxmayaraq heç bir cavab ala bilməmişik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|