Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                 

Elçin Babayev nəylə məşğuldur? - 1 ilin HESABATI...
Tarix: 1-05-2020, 10:39 | Çap et
Elçin Babayev nəylə məşğuldur?
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin rektorluq fəaliyyətinin bir ili tamam oldu. Belə ki, ötən il martın 11-də dövlət başçısı Elçin Babayevi Bakı Dövlət Universitetinə rektor təyin etdi. Millətin tarixində xüsusi yeri olan, xalqın maariflənməsində, ziyalı təbəqəsinin formalaşmasında, siyasi hadisələrin məcrasının məyyənləşməsində rolu olan bir universitetə rəhbərlik etmək çox mürəkkəb məsələdir. 2019-cu ilin martında nisbətən gənc, müasir düşüncəli və xarizmatik təəssürat yaradan bu adamın rektor təyin edilməsi çoxlarını sevindirdi və böyük ümidlər yaratdı. İndi bir ilin tamamında cumhuriyyet.az olaraq araşdırdıq ki, görəsən bu bir ildə nələr baş verdi?
“Alayarımçıq” yubley
Nələr oldu ki, sosial şəbəkələrdə “trollar”, iclaslarda isə yaltaqlar onu tərifləyib “tələbələrin atası”, “bizim xilaskarımız” deyə Şimali Koreyanın lideri səviyyəsinə qaldırıblar? Gördük ki, yox! Məhşur filmdə deyildiyi kimi, bu daş, bu da tərəzi. Bununla bağlı cumhuriyyet.az bildirir ki, Universitetin o qədər pulunu israf edib Konqres mərkəzdə keçirdiyi və tez-tez lovğalandığı “alayarımçıq” 100 illik yubiley tədbirini saymasaq, bu bir ildə “dişə dəyən” bir şey yoxdur. “Alayarımçıq” ona görə ki, həmin yubileydə bunu tərifləyən, əvvəlki rəhbərliyi tənqid edən, unversitetin ümumi işinə isə “bir qəpiklik” faydası olmayanlar qabaq sıralarda əyləşdirilmişdi, Türkiyə Cümhuriyyətinin Yüksek Öğretim Kurulunun (YÖK) sədri, Professor Dr. Yekta Saraç başqa olmaqla neçə-neçə dəvət edilmiş hörmətli qonaq, deputat, nazir isə oturmağa yer tapmayıb zalı tərk etməli oldu. “Alayarımçıq” ona görə ki, “Tələbənin yolu” adlı təqdimat kimi “bəh-bəhlə” nümayiş etdirilən qrafik film indi orta səviyyəli şadlıq evlərində göstərilən və kompyuterdə montaj edilən primitiv qrafikadan başqa heç nə deyildi. “Alayarımçıq” ona görə ki, cəmi 60 nəfər( niyə 100 yox, 50 yox???) məzunun müxtəlif formatlı(biri böyük, biri balaca) şəkilləri nümayiş etdirildi, orda da çox məhşur məzunlardan bəziləri (məsələn, professor Mİr Cəlal Paşayev) yox idi. “Alayarımçıq” ona görə ki, anlaşılmaz bir musiqi “Univesitetin himni” kimi təqdim edildi, bu qədər zəngin musiqi xəzinəsi olan bir ölkənin baş universitetinin yubileyində bədii hissə əvəzinə nə BDU-nun tələbəsi, nə də məzunu olan tanınmamışın birisi heç kəsin anlamadığı bir musiqi nömrəsini yarı nəfəs aləti, yarı fortapianoda “birtəhər” ifa etdi.
“Gate 25” restoranınından Universitetə gedən yol və “bəxtiqara” yatazqxana
Adamın allahı var, yubileyi belə “yüksək səviyyədə” təşkil etməkdən başqa Elçin Babayev bu bir il ərzində bir iş də görüb: Tələbə şəhərciyinin ərazisində olan yataqxananın üstündəki “Tələbə yataqxanası” sözünü sökdürüb, yerinə “Tələbə evi” yazdırıb və onun fasadını rənglətdirib. Hələ 2019-cu ilin sentyabrında Böyük Elmi Şuranın iclasında söz versə də ki, bir aya həmin yataqxana istifadəyə veriləcək, səkkiz ay keçib, hələ bir xəbər yoxdur. Olan xəbər odur ki, Təhsil nazirinə də yanlış məlumat verdiyi üçün cənab Ceyhun Bayramov bir-iki dəfə rəsmi elan edib ki, bu günlərdə BDU-da yataqxananın açılışı olacaq… Adamın allahı var, “Tələbə evi” yazdırmaqan başqa bir iş də görüb. Bu haqda da cumhuriyyet.az olaraq bildirək ki, Universitetin yeməkxanasını Bakının ən bahalı məkanlarından biri olan Demirchi Towerdəki “Gate 25” restoranının sahibi Eldar Daşdıyevə icarəyə verib. “Yaxını”, indi ümumi şöbənin müdiri olan Ləman Hüseynbəyli ilə tez-tez getdiyi həmin restoranın sahibi də universitetdə şəxsi hesabından etdiyi təmir işlərinin pulunu tələbələrdən yavaş-yavaş (çox da yavaş demək olmaz, hər şeyin qiyməti 2 dəfə qalxıb) almaqdadır və yığılan pulların bir qismi də təyinatı üzrə filankəsə verilir.
Rektor, yoxsa aktyor?
Adamın allahı var, yeməkxanadan, həyətdə qoydurduğu antisanitar “Çarxüstü” dönərxanasından başqa bir iş də görüb: uzun illər sakitlik hökm sürən fakültələrdə- Tarix, Filologiya, Hüquq, Biologiya, Sosial elmlər və Psixologiya fakültələri “qan çanağına” çevrilib, düşmənçilik, intriqalar, qruplaşmalar, şəxsi qərəzçiliklər baş alıb gedir, bütün dəyərlər itib. “Müdaxilə etmirəm”deyərək keçirdiyi kafedra müdiri, dekan “seçkilərində” altdan-altdan gördüyü işlər, həm də çox naşılıqla oynadığı “oyunlar” insanlar arasında dərin konfliktlər, inamsızlıq yaradıb. Bunu təbii də saymaq olar: 20 akademikin, 300 elmlər doktoru, professorun çalışdığı bir müəssisəyə yarımçıq elmlər namizədi başçılıq edəndə belə də olmalıydı. 100 il bundan əvvəl Universitet yarananda ona rektorluq etməyə Rusiyadan professor Razumovskini gətirmişdilər ki, belə müəssisənin rəhbəri sanballı adam olmalıdır. Tariximizin ən çətin məqamlarında, alimlərin barmaqla sayıldığı illərdə Yusif Məmmədəliyev, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Cəfər Xəndan kimi akademiklərin, professorların rektorluq etdiyi bir məbədgaha XXI əsrdə elmlər namizədi rəhbərlik etməlidir? Elmlər namizədi akademikləri, professorları qabağına yığıb onlara elmdən, təhsildən dərs deməlidir, onları öyrətməlidir? Səviyyənin fərqli olması özünü hər yerdə göstərir: bir də görürsən, rəsmi tədbirdə deyir ki, “söhbət sosiskada deyil, söhbət vinimatelni olmaqdadır”, “Məşdibad demişkən, mən tarixi-Nadiri yarısına qədər(?!) oxumuşam”, yaxud Yaponiyanın ölkəmizdəki səfirinə 500 nəfərlik zaldakı rəsmi görüşdə müraciət etdi ki, ”daha nə var, nə yox?”, tərcümə eləyin görüm, səfir nə cavab verə bilir? və s.(rəsmi tədbirlə qeyri-rəsmi görüşləri fərqləndirə bilməyən bu adam güya “zarafatcıl oğlandır”). Yazıq akademiklər, professorlar da çaş-baş qalıb: bu adam böyük bir təşkilatın rəhbəri olan dövlət məmurudur, yoxsa parodiya ustası?
Polis serjantı olan yeznə Universitetdə necə at oynaır?
Adamın allahı var, ”daha nə var, nə yox?”dan başqa bu bir ildə daha bir iş görüb: Bacısının həyat yoldaşı, indiyədək Naxçıvan aeroportunda polis nəfəri kimi çalışan, davranışları heç bir əxlaq normasına sığmayan Fikrət Heydərov kimi adamı özünə müşavir gətirib. Ömründə təhsil müəssisində heç tələbə kimi də olmayan bu adam elə bilir ki, tələbə qızlar buna görə belə səliqəli geyinirlər, qəşəng görsənirlər, onlara müxtəlif təkliflər edir, atmacalar atır, otağında çirkin məqsədlə divan yerləşdirib (ondan başqa heç bir rəhbər işçinin kabinetində divan yoxdur). Daha neyləsin, qaynı iki dəfə həyat yoldaşını boşayıb, indi də cavan qızla oturub-durur, bu da rektordan nümunə götürməlidir də…
BDU kimlərə tapşırılıb?
Adamın allahı var, Fikrət Heydərov tək deyil ki, adam “lənət şeytana” deyib sakitcə gözləsin. Bu bir il ərzində Elçin Babayevin BDU rəhbərliyinə gətirdiyi kadrların heç birinin elmi dərəcəsi, elmi adı, təhsillə əlaqəsi yoxdur. Bu akademiklərin, professorların “can qoyduğu” elm-təhsil məbədgahının günahı nədir ki, ona “alayarımçıq” ali təhsil diplomu olan, ya olmayan Fikrət Heydərov(polis işçisi), Əliş Ağamirzəyev (özəl nəşriyyat əməkdaşı), Mirzə Mirzəyev(Qaradağ rayon Maliyyə İdarəsinin rəisi) , Elçin Məmmədov (Metropoliten əməkdaşı), Rəşad Cabbarov(Azərseldə telefon meneceri), Ləman Hüseynbəyli (Elm fondunda mütəxəssis) kimi adamlar rəhbərlik etsinlər? Demə, günah Universitet ziyalılarında deyilmiş, hörmətli rekrtorun özü “kandidat nauk” olduğu üçün ətrafına özündən əskikləri toplayır ki, “hündür” görsənsin…
Epidemiya dönəmində Virusologiya və Mikrobiologiya kafedrasını bağlanır
Adamın allahı var, bu bir ildə bu qədər “qurdu” gətirib quzuların içinə buraxmaqdan başqa daha bir maraqlı xobbisi var: bir zamanlar işlədiyi Elm fondunda BDU-dan kim buna “gözün üstə qaşın var” deyibsə, indi onlardan intiqam alır. Görəsən koronavirusun tüğyan etdiyi, dünya ölkələrində virusla yeni mübarizə üsullarının düşünüldüyü bir vaxtda-2020-ci il fevralın sonlarında əmr imzalayıb BDU-da Virusologiya və Mikrobiologiya kafedrasını bağladıb, təcrübəli mütəxəssislərin “çölə atılması” nəyə görədir? Indiki qədər vacib olmasa da, 70 il uğurla fəaliyyət göstərən, yüksək mütəxəssislər yetişdirən bir kafedra, demə, ən çox lazım olduğu dövrdə rektorun kafedra müdiri ilə şəxsi münasibətlərinin, köhnə ədavətinin qurbanı olub!!!
Məmmədəliyev və Firudin Səməndərov kimi alimlərin dünyalarını dəyişməsinə baiskar
Adamın allahı var, bir ildə gördüyü işlər bununla bitmir: BDU-nun 100 illik yubileyi münasibətilə “Tərəqqi” medalı ilə təltif edilən Hüquq fakültəsinin dosenti İsfəndiyar Bəhlul oğlu Ağayev və Tarix fakültəsinin professoru Nisbət Canməmməd qızı Mehdiyeva nizam-intizam qaydalarını kobud şəkildə pozduqlarına görə bir az əvvəl universitetdən maddə ilə qovulmuş, heç bir nüfuzu və xidməti olmayan Məmmədova Sevinc İbrahimxəlil qızı isə Biologiya fakültəsində xüsusi “ad çıxarmış” adamlardır, bunları Elçin Babayev Dövlət səviyyəli mükafata təqdim edərkən görəsən niyə nəzərə almayıb? Yəni doğrudanmı fikirləşib ki, ali rəhbərliyə imzalanmağa təqdim edənlər bu faktları tapıb üzə çıxarmalıydılar?! Və yaxud dəfələrlə neqativ hallara yol verən Bərk cisimlər kafedrasının dosenti Eldar Rəsul oğlu Həsənov 10 il bundan əvvəl pedaqoji fəaliyyətdən kənarlaşdırılıb Elmi-tədqiqat sahəsinə göndərilmişdi. Görəsən nə oldu ki, 82 yaşında bu adam yenidən kafedraya dosent gətizdirildi? Demə, oğlu Elşad Həsənov Yasamal rayon Icra Hakimiyyətinin başçısı təyin olunub, ona yarınmaq üçün isə Elçin Babayev bütün yazılan və yazılmayan qaydaları poza bilib! Və yaxud, kafedra müdiri seçkilərində Universitetin 100 illik ənənələrini pozaraq Vasim Məmmədəliyev, Firudin Səməndərov, Tapdıq Həsənov, Şövqi Göyçaylı, Əyyub Əzizov, Musa Bayramov, Oqtay Əkbərov və başqa neçə-neçə tanınmış, öz sahələrinin ən görkəmli alimlərini kənarda qoyub təsadüfi adamları kafedra müdiri “seçdirən”, bu mənəvi zərbəyə dözməyən Vasim Məmmədəliyev və Firudin Səməndərov kimi alimlərin dünyalarını dəyişməsinə baiskar olan, digərlərini böyük əzab içində yaşamağa vadar edən Elçin Babayev düşünmədimi ki, bu universitet yazıqdır, hayıfdır, 100 ilə damla-damla yığılmış bu qızıl suyu kanalizasiyaya boşaltmaq olmaz?!
BDU-ya rektorluq konfetlə baş aldatmaq deyil…
30 il Akademiya sistemində işləyən və hələ də doktorluq dissertasiyası müdafiə edə bilməyən, cəmi 7 nəfərlə fəaliyyət göstərən (onlardan da biri məşuqəsi olmuşdur) Elm fondunu (o Elm fondunu ki, özünə lazım olan və işi keçdiyi adamları “stimullaşdırmaqdan” başqa bir vəzifəsi olmayıb, mövcud olduğu 10 il ərzində Dövlət büdcəsinin 70 milyon manat pulunu “xərcləyib”, ancaq nə həyata keçirilən bir elmi layihə var, nə istehsalatda tətbiq edilən bir təklif var, nə də qeyri bir “gözəgəlimli” hadisə) nəzərə almasaq indiyədək heç bir quruma rəhbərlik etməyən bir adamın 100 yaşlı, 25 minlik bir kollektivə rəhbərliyi elə belə də olmalıydı. Bir il olmur, 5 il olsun…
Ənənələri ilə xalqın tarixinə yazılan Bakı Dövlət Universitetinə rəhbərlik etmək isə yalnız şöhrət, şərəf və bahalı konfet verib tələbə qızları “maç” etmək deyil, lovğalıq vasitəsi də deyil, belə cılız hisslərdən qat-qat yüksək, çətin və məsuliyyətlidir…
cumhuriyyet.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru