Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                     Ölkəmizin iqlim diplomatiyasında uğuru .....                     Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? .....                     Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... .....                     "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                     Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                     Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                     Trampın Qarabağla bağlı dedikləri... .....                     Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir? .....                     Xırdalanın abadlaşdırılması 2 milyon manata .....                     “2 gün mən, 2 gün də saxta həkimlər...” .....                     NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? .....                     Rusiya ABŞ-yə cavab olaraq Asiyada .....                 

“Qaçqınkom” ləğv ediləcək, yoxsa... - GƏLİŞMƏ
Tarix: 3-11-2020, 08:51 | Çap et
“Qaçqınkom” ləğv ediləcək, yoxsa...
Azərbaycan Ordusunun bir aydan artıq müddətdə apardığı Vətən müharibəsi və əldə olunan misilsiz zəfərləri böyük qələbənin çox da uzaqda olmadığından xəbər verir.

30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın qaytarılması həm də ölkədə böyük bir qayıdış prosesinin başlanması ilə nəticələnəcək. Azad edilən torpaqlarımızın təmizlənməsindən və orada təhlükəsizliyin bərpa edilməsindən sonra 1 milyondan artıq məcburi köçkünün ata yurduna qayıtması prosesi gözlənilir. Həmçinin həmin təbəqənin məcburi köçkün statusunun ləğvi də gözlənilir. Artıq azad edilən ərazilərdə yenidənqurma və infrastrukturun bərpası işlərinə başlanılıb, yolların, elektrin enerjisinin bərpası istiqamətində iş aparılır.

Bəs görəsən, bütün bu məsələlərin həlli ilə yanaşı, artıq əvvəlki funksiyaları gündəmdən düşən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də ləğv olunacaqmı? Yoxsa böyük qayıdış dövründə də bu qurumun fəaliyyətinə ehtiyac olacaq? Ümumilikdə, bu prosesdə hansı qurumlar iştirak edəcək və məcburi köçkünlərlə bağlı hansı qərarlar ola bilər?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirdi ki, torpağı işğaldan azad olunan vətəndaşların köçürülməs ilə bağlı ayrıca qanun qəbul olunmalıdır: “Bu proses qaçqınlara aid deyil, çünki qaçqın deyəndə Ermənistandan gəlmiş vətəndaşlarımız nəzərdə tutulur. Ona görə də onların torpaqları hələ azad edilməyib. Biz gərək Ermənistanda onlar üçün ya muxtariyyət, ya da torpaq məsələsini həll edək ki, onların da məsələsi çözülsün. Ancaq məcburi köçkünlər Qarabağ və onun ətrafında olan rayonlardan köçməyə məcbur edilən vətəndaşlarımızdır. Onların azad olunan torpaqlara qaytarılması istiqamətində ciddi addımlar atılmalıdır. Bununla bağlı ayrıca qanun da qəbul olunmalıdır. Çünki bu böyük bir prosesdir. Bu qanunda həm onların hüquqları, həm də burada olan müəyyən problemlərin həlli ilə bağlı məsələlər öz həllini tapmalıdır. Çünki məcburi köçkünlərin illərdir yerləşdiyi yaşayış evləri, obyektlər var. Müxtəlif vətəndaşlar illərdir gözləyirlər ki, evləri boşaldılsın. Bütün bunlar da qanunvericiliklə tənzimlənməlidir. Bunun hansı formada olacağı ilə bağlı indidən ictimai müzakirələr aparılmalıdır və həmin icmaların təmsilçilərinin iştirakı ilə optimal variant tapılmalıdır. Çünki onların əksəriyyətinə dövlət ev verib və yeni azad olunan torpaqlarda da dövlət ev tikib onları köçürəcəksə, o zaman dövlətin burada çəkdiyi məsrətflər və başqa məsələlər fərqli istiqamətə yönəldilməlidir. Burada məcburi köçkünlərin şəxsi mülkiyyətindən söhbət getmir, o toxunulmazdır, dövlət təmin etdiyi əmlak üzərində optimal bir qərar qəbul olunmalıdır. Bu məsələ ictimai müzakirədən keçməlidir, konsensusla ümumi maraqların təmin olunması ilə qərar qəbul olunmalıdır. Oraya təkcə məcburi köçkünlər getməyəcək, həmçinin könüllülərin köçməsi də nəzərdə tutulur. Başqa yerlərdən də insanlar da həmin torpaqlara köçüb yaşaya bilərlər. Onlar üçün də ayrıca şəraitin yaradılması düşünülməlidir. Bu məsələlər ictimai müzakirə olunmalıdır ki, kimsə incidilməsin və daha rahat şəraitdə məskunlaşmanı həyata keçirək”.

F.Mustafa vurğuladı ki, bu prosesin həyata keçirilməsi təkcə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin deyil, digər bir çox qurumların, o cümlədən azad olunmuş rayonların yerli icra hakimiyyəti orqanlarının üzərinə düşür: “Müvafiq icra hakimiyyəti orqanlarının görəcəyi işlər də böyükdür. Onlar köçüb həmin ərazilərdə fəaliyyət göstərəcəklər. Hansı rayon işğaldan azad edilibsə, həmin rayonun icra başçısı öz aparatı ilə birgə o əraziyə köçməlidir. Onların da birgə iştirakı ilə plan hazırlanmalıdır, konkret hansı vaxta və müddətə bu ərazilər bərpa olunacaqsa, işlər bitən kimi dərhal həmin insanların oraya köçürülməsi təmin olunmalıdır. Burada iş adamlarının və çevrəsinin də rolu vacibdir, onlar hansı sürətlə bu prosesi həyata keçirəcəklər, övlət bu prosesi hansı sürətlə həyata keçirəcək- bütün bunların həllini tapması vacibdir”.

Deputat onu da vurğuladı ki, məcburi köçkünlərin bu statusunun ləğvi ilə bağlı danışmaq hələ tezdir: “Bu vətəndaşlarımız öz torpaqlarına köçürülən andan o status itirilir. Ancaq hələ ki köçürmə prosesi baş tutmayıbsa, onların bu statusunun ləğvi mümkün deyil. Lakin konkret olaraq kimsə köçməkdən imtina edəcəksə, hansısa neqativ situasiya ortaya çıxacaqsa, o zaman bu status avtomatik olaraq onlardan alınmalıdır”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev də mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən bildirdi ki, bu proses böyük bir dövlət proqramı çərçivəsində həyata keçirilə bilər: “Repartasiya ilə bağlı heç nə deyə bilmərəm, çünki bu barədə bizdə bir məlumat yoxdur. Ola bilər ki, bu böyük bir dövlət proqramı olsun”.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ləğv edilməsi və ya böyük qayıdış prosesində iştirak edəcəyi ilə bağlı məsələyə gəlincə, İ.Mirzəyev bildirdi ki, bu, Nazirlər Kabinetinin qərarı əsasında müəyyən oluna bilər: “Biz Nazirlər Kabinetinin tabeliyində olan icraedici qurum olaraq özümüzlə bağlı qərar verə bilmərik. Bununla bağlı qərar ya Nazirlər Kabineti, ya da Prezident Administrasiyasi tərəfindən verilə bilər”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev də mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən bildirdi ki, bu proses böyük bir dövlət proqramı çərçivəsində həyata keçirilə bilər: “Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2005-ci il 187 nömrəli fərmanı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə” nın vəzifə və funksiyalarında Dövlət Komitəsinin məcburi köçkünlərin qayıdışı ilə məşğul olması haqqında bənd qeyd edilib. Vəzifələrin 2.6-cı bəndinə əsasən qaçqınların və məcburi köçkünlərin məcburi tərk etdikləri yaşayış yerlərinə qayıtmasına şərait yaratmaq məqsədilə müvafiq dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatlan ilə məqsədyönlü iş aparmaq tapşırılır, funksiyalarının 3.20-ci bəndinə əsasən isə qaçqınların və məcburi köçkünlərin əvvəlki daimi yaşayış yerlərinə qayıtması problemləri ilə məşğul olur, işğaldan azad edilmiş yaşayış məntəqələrinin, qəsəbə və kəndlərin bərpası, kommunikasiya xətlərinin, avtomobil yollarının, elektrik xətlərinin, su və qaz kəmərlərinin, istehsal sahələrinin, sosial obyektlərin normal vəziyyətə salınması sahəsində işləri müvafiq icra hakimiyyəti orqanları, beynəlxalq, yerli qeyri-hökumət təşkilatlan və maliyyə qurumları ilə qarşılıqlı əlaqədə həyata keçirir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21
Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18
Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14
Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru