Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                     Azərbaycanlı müğənnnilərin .....                     Ölkəmizin iqlim diplomatiyasında uğuru .....                     Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? .....                     Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... .....                     "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: .....                     Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir .....                     Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi .....                     Rusiya son sutkada 8 ballistik raket vurub .....                     Güzəştli kreditlərə hamının "əli çatırmı"? .....                     Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? .....                     Trampın Qarabağla bağlı dedikləri... .....                     Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir? .....                     Xırdalanın abadlaşdırılması 2 milyon manata .....                     “2 gün mən, 2 gün də saxta həkimlər...” .....                     NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? .....                     Rusiya ABŞ-yə cavab olaraq Asiyada .....                     Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə .....                     Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... .....                     Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı .....                     Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı .....                     Hərbi pilotların peşəkarlığı artırılır .....                 

"Bunu Emin Əmrullayevdən ciddi-cəhdlə gizlədirlər…" - Müraciət...
Tarix: 23-01-2021, 10:45 | Çap et
"Bunu Emin Əmrullayevdən ciddi-cəhdlə gizlədirlər…"
Universitetin Hərbi Səfərbərlik Şöbəsinin müdiri Mərziyyə Hüseynova rektor Akif Süleymanovdan Prezidentə şikayət etdi

“Akif Süleymanovun səhhətində ciddi problemlər yaranıb. Hətta ayaq üstə dura bilmir. Bunun üçün də universiteti idarə etmə qabiliyyətinə malik deyil. Bunu şəxsən Sizdən və Təhsil naziri cənab Emin Əmrullayevdən ciddi-cəhdlə gizlədirlər…”

Azərbaycan Texnologiya Universitetinin (ATU) Hərbi Səfərbərlik Şöbəsinin müdiri vəzifəsində işləyən, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsi, 1-ci döngə, bina 3, mənzil 6- da yaşayan Hüseynova Mərziyyə Abbas qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Əminliklə deyə bilərik ki, 44 günlük müharibə ilə son 200 ilin ən şanlı zəfər tarixini yazdınız. Siz təkcə torpaqlarımızı işğaldan azad etmədiniz, həm də Azərbaycan xalqının tapdanmış qürurunu, mənəviyyatını özünə qaytardınız. Siz uzaqgörən siyasətinizlə düşmənlərimizə və dünyaya diplomatiya dərsi verdiniz. Siz böyük Sərkərdə olaraq dünya hərb tarixinə yeni səhifə yazdınız.

Hörmətli Prezident!

Mən Azərbaycan Texnologiya Universitetinin Hərbi Səfərbərlik Şöbəsinin müdiri vəzifəsində işləyən, 26 mart 1953 cü il təvəllüdlü Hüseynova Mərziyyə Abbas qızı məcburiyyət qarşısında qalıb, Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayevə və Azərbaycan Texnologiya Universitetinin rektoru cənab Akif Süleymanova 11 dekabr 2020-ci il tarixdə yazmış olduğum ərizəmə cavab verilməməsinə (baxılmamasına) görə, şikayət ərizəsi ilə Sizə müraciət edirəm.

Cənab prezident!

Siz dəfələrlə məmurlara özbaşınalıq etməmələri haqda xəbərdarlıq edirsiniz. Buna baxmayaraq Texnologiya Universitetinin rektoru Akif Süleymanov və ətrafında olan məmurların işçilərə qərəzli münasibəti sonsuzdur. Bunu bütün dövlət qurumları və Təhsil Nazirliyi bilir. İndiki rəhbəri Akif Süleymanovun çirkin idarəçiliyi nəticəsində Azərbaycan Texnologiya Universiteti təhsil ocaqları sırasında ən son sıralardadır.

Bildirirəm ki, mən, Hüseynova Mərziyyə Abbas qızı, 1980-ci ildən Azərbaycan Texnologiya Universitetinin Hərbi Şöbəsinə işə qəbul olunmuşam. Ailəli olmuşam. Üç övladım var. Mərhum həyat yoldaşım Hüseynov Musa Əli oğlu adi sürücü olmuş, ürəyindən xroniki işemik xəstəliyinə tutulmuş, şəkərli diabet xəstəliyindən uzun müddət müalicə olunmasına baxmayaraq, 29 oktyabr 2020-ci ildə ürək tutmasından vəfat etmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüyəm. Eyni zamanda 20 ildir ki, 39 saylı Kəpəz birinci (Gəncə )seçki dairəsinin 21 saylı məntəqə seçki komissiyasının üzvüyəm.

40 (qırx) ildir ki, bir sahədə işləməklə, əmək stajım vardır. Hazırda Azərbaycan Texnologiya Universitetinin Hərbi Səfərbərlik Şöbəsinin müdiri vəzifəsində işləyirəm. Hərbi Səfərbərlik Şöbəsinin əsas vəzifəsi çağırışçı tələbələrin uçotu, əyani şöbədə təhsil alanların bronlaşdırılması, Azərbaycan Respublikasının Çağırış üzrə Dövlət Xidmətləri ilə çağırışçılar haqqında müntəzəm yazışmalar, işləyən hərbi mükəlləfiyyətlilər və çağırışçı-tələbələr haqqında müvafiq hesabatların hazırlanması, əyani şöbədə təhsil alan çağırışçı-tələbələr haqqında qeydiyyat üzrə Azərbaycan Respublikasının çağırış üzrə dövlət xidmətlərinə “Forma 10” arayışlarının göndərilməsi, tələbələrə dövlət xidmətinin şəhər-rayon idarə və şöbələrinə, eləcə də digər qurumlara təqdim etmək üçün arayışların verilməsi və hər il çağırış üzrə dövlət xidmətinin şəhər-rayon idarə və şöbələrinə qeydiyyat üzrə tutuşdurmaq üçün hərbi uçot vərəqələrinin göndərilməsi, universitetə işə qəbul olunan vətəndaşların (kişilər) hərbi səfərbərlik şöbəsində qeydiyyat yoxlaması, “T-2” vərəqələrinin doldurulması və yaşayış yeri üzrə hərbi səfərbərlik idarələrinə göndərilməsi və hərbi səfərbərliyə aid digər işlər görülməsidir.

Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərimə, vəzifəmin layiqli icrasına və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri, Kəpəz rayon şöbəsi tərəfindən 13 fevral 2020-ci il tarixdə Fəxri Fərmanla təltif olunmuşam. Universitetin Hərbi Səfərbərlik Şöbəsində işlədiyim müddət ərzində əmək intizamına həmişə ciddi riayət etmişəm və işimlə bağlı nöqsanlarım olmamışdır. Pandemiya başladığı gündən karantin rejiminə keçirildiyindən, digər sahələrdə işlərin müvəqqəti dayandırılmasına baxmayaraq, universitetin Hərbi Səfərbərlik Şöbəsinin əməkdaşları ilə birlikdə fəaliyyətimizi davam etdirmişik. Müharibə dövründə isə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri, Kəpəz rayonu Şöbəsi və digər rayon şöbələri ilə mütəmadi olaraq əlaqə saxlamışam və karantin dövründə ictimai nəqliyyat işləmədiyi vaxtlarda işlə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri, Kəpəz rayonu Şöbəsi və digər rayon şöbələrinə gedib-gəlmək üçün taksi xidmətlərindən istifadə etmişəm və bu pulu əmək haqqımdan ödəmişəm.

Bundan başqa, universitetin və Gəncə şəhərinin ictimai həyatında fəal iştirak edirəm. Dəfələrlə öz vəzifəmi yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiyimə və Universitetin ictimai həyatında fəal iştirak etdiyimə görə fəxri fərmanla və təşəkkürnamə ilə təltif edilmişəm.

Eyni zamanda, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Gəncə şəhəri, Kəpəz rayonu şöbəsi və digər rayon şöbələri ilə əlaqə yaratmaq üçün, iş yerimdə telefonun kodunu rektor Akif Süleymanovun qərəzli göstərişi ilə bağlandığından, özümə məxsus şəxsi mobil telefonuma kontur yükləyib danışıram. Bu da ki, mənə əlavə xərcdir.

Hörmətli Prezident!

Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun 2013-cü il mart ayında rektor təyin olduğu vaxtdan indiyədək ATU-da baş verən qanunsuzluqlar son həddə çatıb(Bu barədə dəfələrlə universitetin professor-müəllim heyəti və digər işçiləri tərəfindən rəsmi orqanlara şikayətlər olmuşdur). 2017-ci ildən başlayaraq universitetdə qərəzli şəkildə mənə qarşı təzyiqlərə başlamışdır.

Belə ki, birinci olaraq 2018-ci ilin fevral ayında universitetin İnsan Kapitalının müdiri Zaur Əliyev məni iş otağına dəvət edərək bildirdi ki, 1-ci və 2-ci şöbələr birləşir, sizi də ora müdir təyin edirik. Bu barədə məndən ərizə aldılar və mənə dedi ki, bir şərtlə ki, mən onlarla müqavilə bağlayım. Universitetin İnsan Kapitalının İdarə Edilməsi Mərkəzinin müdiri Zaur Əliyev məni aldadaraq müqaviləyə imza etdirdi.

2019-cu ilin fevral ayında Zaur Əliyev məni yenidən öz otağına çağırıb dedi ki, siz işdən azadsınız, işləmək istəyirsinizsə əmək müqaviləsinə imza etməlisiniz. Həmin dövrdə mərhum həyat yoldaşım Hüseynov Musa Əli oğlu Bakı şəhərində “Semaşko” xəstəxanasında ağır vəziyyətdə müalicə olunurdu. Zaur Əliyev mənim bu kritik vəziyyətimdən istifadə edib, məni işdən çıxarmaqla hədələyib müqaviləyə imza atmağa məcbur etdi. Mən başa düşdüm ki, onlar mənə qarşı oyun hazırlayıblar. Onlar məni aldadaraq müddətli müqaviləyə imza etdirmişlər. Mən aldadıldığımı başa düşüb, universitetin rektoru Akif Süleymanovun qəbuluna düşmək istədim. Aylarla məni qəbul etmədi.

Mən necə illərin işçisi olmağıma və hazırda Azərbaycan Texnologiya Universitetinin Hərbi Səfərbərlik Şöbəsinin müdiri işləməyimə baxmayaq, 300 manat əmək haqqı yazırlar və “Kapital Bank”dan isə 260 manat əmək haqqı alıram. Universitetdə maaş bölgüsü qeyri-qanuni və gizlin aparılır. Dəfələrlə Akif Süleymanova əmək haqqımın artırılması ilə bağlı ərizə yazsam da, heç bir nəticəsi olmamışdır. Halbuki, rector öz qohum-əqrabasını işə düzəldib, onlara 1000-1500 (min, min beş yüz) manat əmək haqqı yazdırır.

Hal-hazırda Akif Süleymanovun özünün sağlığında ciddi problemlər yaranıb. Hətta ayaq üstə dura bilmədiyi üçün universiteti idarə etmə qabiliyyətinə malik deyil. Bunu şəxsən Sizdən və Təhsil naziri cənab Emin Əmrullayevdən ciddi-cəhdlə gizlədirlər.

Cənab Prezident!

Haqq-ədaləti bərpa etmək üçün Sizdən kömək istəyirəm. Sizdən xahiş edirəm ki, mənim əmək haqqımın artırılmasını, pandemiya dövründə işləməyimi və həyat yoldaşımın vəfatı ilə əlaqədar əmək haqqımın bir misli miqdarında əlavə pulun verilməsi və məcbur edilərək imzalanmış olduğum müqavilənin ləğv edilərək mənim öz işimdə daimi əmrlə işləməyimə göstəriş verəsiniz.

Texnologiya Universitetində işdən kənarlaşdırılan əməkdaşların hər birinin öhdəsində 4 -5 nəfər ailə üzvlərinin olmasını nəzərə alaraq, yüzlərlə insanın maddi durumunun dözülməz hala salınmasının qarşısının alınmasını da Sizdən bir vətəndaş kimi xahiş edirəm.

Allah Sizi qorusun, sevimli Prezidentimiz! Biz Sizinlə fəxr edirik”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
//“Hürriyyət” qəzeti//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25
Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21
Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18
Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10
“2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06
NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05
Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38
Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35
Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25
Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22
Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21
Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18
Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14
Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12
Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04
Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02
Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00
TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58
Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21
Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru