Bu gün İrana “qabaqlayıcı hücum” olacaq? .....                     “Məclisə getmişəm, deyiblər, gir, oxu, çıx...” .....                     Paşinyan onu nazir .....                     ETSN-nin rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslərinin .....                     Ermənistan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini Azərbaycana göndərib .....                     Ermənistan Azərbaycan qazına göz dikib .....                     Moldovada Rusiya agentləri Sandunun seçkilərdəki qələbəsini ləğv etməyə çalışır .....                     Biz seçim etmək məcburiyyətində qalanda... .....                     Keşiş Baqrat Kremldən hansı tapşırıqla qayıdır?... .....                     Bu rayonlara icra başçısı TƏYİN OLUNACAQ .....                     Gürcüstan müxalifəti öz planını açıqlayıb .....                     Polisə müraciət etməyə qarğış və söyüşdən də pis baxılır ... .....                     “Yelobank”dan Azərbaycan bayrağına hörmətsizlik .....                     Diplomları tanınmayan və ən çox imtina alan universitetlərin siyahısı açıqlanıb .....                     AHİK sədri bu xanımı akademiyaya rektor əvəzi təyin etdi .....                     Maştağalı narkobaron .....                     "O qədər problemlər var ki... .....                     Zaqatalada körpənin doğuşdan sonra həyatını itirməsinə .....                     Məhkəmə iki generalla bağlı DTX-da araşdırma aparılmasına qərar verdi .....                     “Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən "Birinci" tarifini təqdim edir .....                     Azərbaycanda əti bahalaşdıranların arxasında O DAYANIRMIŞ... .....                     Sülh müqaviləsində belə Ermənistanı riyakarlığa çağırırlar .....                     Əvvəlki "rəngli inqilablar" dövrü çoxdan bitib .....                     DİN hüquqşünasları işə dəvət edir .....                     Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? .....                     Qadınlara ailə həyatı quracağı adı ilə dələduzluq edən şəxslə bağlı .....                     “Expressbank”da təyinat olub .....                     Mərkəzi Bank “Bakı Fond Birjası”na rəsmi xəbərdarlıq edib .....                     Meyxanaçının ölüm xəbəri yayıldı .....                     Kəmaləddin Heydərovun oğlu barəsində protokol tərtib edildi .....                     ABŞ-dan ardıcıl açıqlamalar .....                     "Kastinqi evdə həyat yoldaşımla edirəm..." .....                     Çin Azərbaycandan keçən dəhliz üçün… .....                     Şəkidə oğurluq etməkdə şübhəli bilinən maskalı şəxslər tutulub .....                     Mərkəzi Bank “Para”, “Azinvestkedit” və “Azpul” BOKT-ni cərimələdi .....                     Xaçmazlılar onu sevirmiş... özləri də bilmədən... özlərindən xəbərsiz... .....                     "ABŞ-da hakimiyyətdə kimin olmasından asılı olmayaraq..." .....                     Bu universitetlər Qarabağa köçürülə bilər .....                     Bu provayder vətəndaşın NƏFƏSİNİ KƏSİB... .....                     Azərbaycanlı prezidentin BAKI SƏFƏRİ... .....                 

Ah, bu cərimələr! Kimi, niyə cərimələr?! - Bahəddin Həzi yazır...
Tarix: Dünən, 18:58 | Çap et
Ah, bu cərimələr! Kimi, niyə cərimələr?!
Son illər, bəli, cərimələr artır. Sözün açığı, bu cərimələrdən narazıların da sayı çoxalır. Neçəsinə özüm rastlamışam.
Deyir: "Bu boyda da cərimə olar? Avtobusun yoluna girdin, yüz manat.. Hələ təzə bir cərimə də qoyublar: küçəyə zibil atdın, filan qədər. Maaş az, pensiya az, uşaqpulu yox. Camaat bu cəriməni necə versin?!

Maraqlı və haqlı sualdır: camaat bu cərimələri necə versin?!

Mən bu sualın cavabını deyim?! Camaat bu cərimələri heç verməsin. Necə?! Çox sadə: qaydaları pozma, cərimə də vermə.

Bəli, avtobusun yoluna keçməyin yüz manat cəriməsi var. Çoxdurmu?! Çoxdur. Amma, atam-qardaşım, avtobusun yoluna keçmə, cərimə olunma, o yüz manat da cibində qalsın. Svetoforun qırmızı işığında keçmə, bir ətək pulun çıxmasın. Piyada zolağında adamlara yol ver, hərəkətə əks istiqamətdə getmə, qazandığın öz büdcəndə dursun. Sürücüsən, ya sərnişin, fərqi yoxdur, avtomobilə oturdun, kəməri bağla.

Gəlin, əyri oturaq, düz danışaq: biz total qaydasızlıq ortamında yaşamaq istəyimizdən tərk etmirik, amma deyirik, dövlət cərimələri ləğv etsin. Bir yandan hüquqi dövlət istəyirik, öz hüquqlarımızı istəyirik, o biri yandan da, hüquqi nihilizmdən əl çəkmək istəmirik. Bizim hüquqlarımız varsa, vəzifələrimiz də var. Bu necə olsun?!

Bilmirəm, bəlkə kimsə hələ də: "Babam mənə "kor" deyib, gəlib-gedəni "vur" deyib" düşüncəsindədir. Elədirsə, bilsin: nə "baba"sı ona düz deyib, nə də o düz hərəkət edir. Dövlət dədə-baba qaydaları ilə idarə oluna bilməz ki. Qanunlar, qaydalar ictimai münasibətlərdəki dəyişmələrin məhsuludur; yeni, yeniləşən reallıqları gözə alaraq, cəmiyyəti tənzimləyir. Eləcə də, təbiəti.

Elə qaydalar var, reallığa uyğun olaraq əvvəl-əvvəl bir müddət dövlət onları qəsdən "unudur", amma əvvəl-axır bir gün "xatırlayır". Baxırsan, əvvəl tətbiq etmədiyi cəriməni, axır ki, tətbiq etməyə başlayır.

Yadınızdadır, vaxt var idi, avtomobildə kəmər taxmamağa görə yol polisi heç kimi saxlayıb cərimələmirdi. Qayda yox idi?! Var idi. Amma pozulmasına görə inzibati cəza vermirdilər. Daxili İşlər Nazirliyi maarifçiliklə işi sahmana salmağa çalışırdı; elanlar verirdi, çağırışlar edirdi, videoçarxlar çəkib göstərirdi... Dövlət istəyirdi, özümüz başa düşək, qəbul edək, qaydaya tabe olaq.

Amma yox! Olmadı. Əmələ gəlmədi.

Ona görə bir gün dövlət qərara aldı ki, qüvvədə olan qərar icra olunsun. Polis əmr aldı, reydlər başladı. Kəmər taxmadan maşın sürənləri saxlayıb cərimələməyə start verildi. O zaman biz başladıq deyinməyə: "Belə də iş olar?! Cibimizdə pul qalmadı..."

Bəli, belə iş olar. Çünki belə bir cərimə onsuz da var idi. Sadəcə, tətbiq olunmurdu. "Hər bir yeni çoxdan unudulmuş köhnədir" deyiblər. Üstəlik, qəsdən unudulmuş bir köhnə! Dövlətin və hüququn nəzəriyyəsi var, fəlsəfəsi var. Qanunilik və effektivlik imperativləri var. Qanunilik imperativi hansısa bir məqamda, ya bir mərhələdə yerini bilərəkdən effektivlik imperativinə verir. Dövlət kəmər məsələsini effektivlik imperativinə buraxmışdı. Gördü, effekt vermir, keçdi qanunilik imperativinə. Yəni dövlət təkcə zorun təcəssümü deyil, həm də vaxtında və yerində xoş məramın da ifadəsidir.

Bu, təhlükəsizlik kəmərində aydın göründü: kəmərsizlik dövlətin gözlədiyindən də çox təhlükəli olmağa başlayanda polisə göstəriş gəldi.

İndi, get, aç, polisin statistikasına bax, görəcəksən ki, kəmər cərimələri qəzalarda nə qədər ölümün qarşısını alıb! Bir kəmərin cəriməsi neçə həyatları qurtarıb!

Cərimələnmək istəmirsənsə (ki, istəməzsən), onda avtomobilinə oturan kimi kəməri bağla, sonra hərəkətə başla. Nə çətin işdir?! Bir neçə saniyə çəkir. Bir neçə saniyə gec tərpənmək istəmirsənsə, qırx manatın "məhəbbət"ini ürəyindən sil. Avtobusun yoluna daxil olursansa, yüz manatından əl çək. Nə bilim, qırmızı işıqda keçirsənsə, beş yüz manatından üz çevir. Və sair və ilaxır.

Belədir bu işlər, qardaş. Bütün dünyada belədir, təkcə bizdə yox. Aç, başqa ölkələrdə eyni əməllərin cərimələrinə bax. Gör, Almaniyada, Amerikada, Yaponiyada nə cərimələr var, nə cərimələr! Sinqapurda, məsələn, çeynədiyin saqqızı küçəyə ata bilərsən? Yox! Atarsansa, cəriməsini ödəməlisən.

İtaliyada şəhər meydanlarında qumrulara çörək qırıntıları səpməyə icazən var? Təbii ki, xeyr! Xeyirxahlıq edərkən, maddi ziyan çəkəcəksən. Həm də iri məbləğdə. Amerikada, ya Kanadada avtomobili, ya mopedi istədiyin yerdə buraxıb gedərsən? Hə, gedərsən. Qayıdıb görərsən ki, əməlli-başlı cərimə gəlib. Bizdə hələ də maşını küçənin ortasında qoyub, saatlarla hardasa itib-batanlar var. Bir də görürsən, park etdiyin avtomobilinin arxasında bir "ağıllı" öz "xlam"ını atıb yoxa çıxıb. Sən də dövlət tədbirinə, yaxud iş görüşünə tələsirsən... Bu cür dənsizləri dövlət "dənləməsinmi"?! Bu "kor xəlifəliyin" bir bədəli olmasınmı?!

O adam bu hərəkəti Brüsseldə, yaxud Berlində, lap elə Varşavada edib, sonra da əlini-qolunu sallayıb gedə bilər?! Heç vaxt. Mütləq maddi zərərini görəcək, qarşılığını ödəyəcək.

Hətta Fransa kimi "sevgi dolu" bir cəmiyyətdə, Avstriya kimi tolerant məmləkətdə belə göz qabağında öpüşməyin bədəli var. Amma Bakıda polis aşiqləri "iş başında" yaxalayır, "evin kişisi" üzrxahlıq etmək əvəzinə, hələ üstəlik qanun keşikçisinin üstünə qabarır, azad məhəbbətin "məcəllə"sini "xırdalayır".

Yaxud fərz elə ki, Tailandda yaşayırsan, ürəyindən küçədə fili yemləmək keçir, elə bilirsən, bu, sənə ucuz oturacaq?! Əsla!

Qısacası, qayda hər yerdə qaydadır, cəriməsi də hər yerdə cərimədir. Bir ölkədə az, bir ölkədə çox. Ayağını cızıqdan qırağa qoymusansa, sənə "xatırladacaqlar". O məşhur Azərbaycan filmində deyildiyi kimi: "A bəy, araq içmisən, pulunu ver də!"

Pulun yoxdur, ya azdır? Qaydalara əməl elə. Sonra qayıdıb: "Deyəsən, cərimələrlə büdcəni doldururlar" deməyəsən.

Bu, ümumiyyətlə, ən azı mübahisəli fikirdir. Həmin məntiqlə yanaşsaq, belə çıxır ki, Cinayət Məcəlləsi türməni doldurmaq üçündür?! Absurddur axı! Dövlət niyə öz vətəndaşlarını nahaqdan tutub həbsxanaya yığsın, yeməyinə-içməyinə, mühafizəsinə, hətta "içəri"də müalicəsinə xərc çəksin?! Cəza varsa, deməli, bunun bir mənası da var axı.

Xüsusi amansızlıqla qətl törədilibsə, dövlət deyə bilməz axı, adamdır da, öldürüb, neynək, 20 il yox, 2 il verək, əlüstü bir balaca "yatıb" çıxsın. Cəza adama görə yox, əmələ görədir. Yaxşı, inzibati xətalara görə adamlar "büdcəni doldurmaq üçün" cərimələnirsə, qatillərin, oğruların, quldurların, qaçaqmalçıların, təcavüzçülərin... həbsi nə üçündür?! Büdcəni boşaltmaq üçün?! Həmin düşüncəyə görə, büdcəni talayanları, sadəcə, ona görə tuturlar ki, büdcə hesabına "içəri"də bəsləsinlər! Nonsens!

Bir də, lap elə tutaq ki (bəzilərinin dediyi kimi), dövlət cərimələrlə büdcəni doldurmaq istəyir, o bəziləri özü buna niyə imkan verir?! İmkan verməsin. Yəni əsas verməsin. Bu qədər sadə!

Cərimə varsa, cəza varsa, bu cəmiyyəti nizamı, salamatlığı üçündür. Hətta səni belə sənin özündən qorumağa ehtiyac olur. Heç bir qanun boş yerdən yaranmayıb. Cinayət qanunu, məsələn, bütün dünyada... qanla yazılıb. Bir adekvat cəza tapılana kimi nə qədər qan tökülüb!

Vətəndaş qanunları pozmasa, qaydaları heçə saymasa, dövlət durduğu yerdə onu cəzalandırmaz ki.

Ayrı vaxt Vətənə sevgidən dəm vuran adamlar (hamı yox) Vətənin küçələrini zibilləyir, üstəlik də istəyir ki, bunun cəzası olmasın. Belə sevgi olar?! Bu sevgidirsə, olmaz olsun. Sən sevdiyin kişinin, ya qadının üzünə çirkab atacaqsan, sonra da hər ikiniz heç nə olmamış kimi, "sevdiyiniz yer"dən davam edəcəksiniz, eləmi?! Yox elə bir dünya!

Bahəddin Həzi, Bizimyol.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün İrana “qabaqlayıcı hücum” olacaq? - “Flightradar24”
Bu gün, 11:46
“Məclisə getmişəm, deyiblər, gir, oxu, çıx...”
Bu gün, 11:44
Paşinyan onu nazir TƏYİN ETDİ
Bu gün, 11:37
ETSN-nin rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslərinin CƏZALARI AZALDILDI
Bu gün, 11:34
Ermənistan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini Azərbaycana göndərib - Bakıdan CAVAB GÖZLƏYİRLƏR...
Bu gün, 11:33
Ermənistan Azərbaycan qazına göz dikib - “Bakı razı olsa...”
Bu gün, 11:31
Moldovada Rusiya agentləri Sandunun seçkilərdəki qələbəsini ləğv etməyə çalışır - İSW
Bu gün, 11:28
Biz seçim etmək məcburiyyətində qalanda... Trampa üstünlük verməliyik
Bu gün, 11:24
Keşiş Baqrat Kremldən hansı tapşırıqla qayıdır?... - FOTO
Bu gün, 11:17
Bu rayonlara icra başçısı TƏYİN OLUNACAQ - SİYAHI
Bu gün, 11:10
Gürcüstan müxalifəti öz planını açıqlayıb - VİDEO
Bu gün, 11:09
Polisə müraciət etməyə qarğış və söyüşdən də pis baxılır ... - REPLİKA
Bu gün, 11:03
“Yelobank”dan Azərbaycan bayrağına hörmətsizlik - BU NƏDİ BELƏ?..
Bu gün, 11:00
Diplomları tanınmayan və ən çox imtina alan universitetlərin siyahısı açıqlanıb - DİQQƏT
Bu gün, 10:51
AHİK sədri bu xanımı akademiyaya rektor əvəzi təyin etdi - FOTO
Bu gün, 10:44
Maştağalı narkobaron HƏBSDƏ ÖLDÜ
Bu gün, 10:37
"O qədər problemlər var ki... bunları üst-üstə toplayanda bu günkü mənzərə ortaya çıxır"
Bu gün, 10:35
Zaqatalada körpənin doğuşdan sonra həyatını itirməsinə həkim səhvi səbəb olub?
Bu gün, 10:28
Məhkəmə iki generalla bağlı DTX-da araşdırma aparılmasına qərar verdi - MİLYONLARLA YEYİNTİDƏ İTTİHAM OLUNURLAR
Bu gün, 10:26
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən "Birinci" tarifini təqdim edir - DİQQƏT
Bu gün, 10:21
Azərbaycanda əti bahalaşdıranların arxasında O DAYANIRMIŞ... - YENİ FAKTLAR...
Bu gün, 10:20
Sülh müqaviləsində belə Ermənistanı riyakarlığa çağırırlar - FAKT BUDUR!
Bu gün, 10:06
Əvvəlki "rəngli inqilablar" dövrü çoxdan bitib -ŞƏRH
Bu gün, 10:05
DİN hüquqşünasları işə dəvət edir - DİQQƏT
Bu gün, 10:00
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? - Dollarla bağlı vəziyyət belə olacaq
Bu gün, 09:58
Qadınlara ailə həyatı quracağı adı ilə dələduzluq edən şəxslə bağlı QƏRAR
Bu gün, 09:51
“Expressbank”da təyinat olub - FOTO
Bu gün, 09:50
Mərkəzi Bank “Bakı Fond Birjası”na rəsmi xəbərdarlıq edib
Bu gün, 09:48
Meyxanaçının ölüm xəbəri yayıldı
Bu gün, 09:47
Kəmaləddin Heydərovun oğlu barəsində protokol tərtib edildi - SƏBƏB
Bu gün, 09:43
ABŞ-dan ardıcıl açıqlamalar – Vaşqintqon 2021 “sürpriz”inə hazırlaşır
Bu gün, 09:34
"Kastinqi evdə həyat yoldaşımla edirəm..." - "Vətəndaş A"nın rejissoru
Bu gün, 09:30
Çin Azərbaycandan keçən dəhliz üçün… - Rus ekspert
Bu gün, 09:28
Şəkidə oğurluq etməkdə şübhəli bilinən maskalı şəxslər tutulub - FOTO
Bu gün, 09:26
Mərkəzi Bank “Para”, “Azinvestkedit” və “Azpul” BOKT-ni cərimələdi – MƏBLƏĞ
Bu gün, 09:24
Xaçmazlılar onu sevirmiş... özləri də bilmədən... özlərindən xəbərsiz... - Xaçmazda "TAXT-TAC OYUNLARI"...
Bu gün, 09:19
"ABŞ-da hakimiyyətdə kimin olmasından asılı olmayaraq..." - RƏY
Bu gün, 09:08
Bu universitetlər Qarabağa köçürülə bilər - TƏKLİF VAR...
Bu gün, 08:59
Bu provayder vətəndaşın NƏFƏSİNİ KƏSİB... - "Artıq yorulmuşuq..."
Bu gün, 08:52
Azərbaycanlı prezidentin BAKI SƏFƏRİ... - SEPAH bacarmadı...
Bu gün, 08:46
Ermənilərlə İŞİMİZ YARIMÇIQ QALIB... - QAŞINIRLAR...
Bu gün, 08:35
Azərbaycan tarixinin ən böyük uğurlarından biri - MƏQALƏ
Bu gün, 08:30
İmişlidə ŞÜBHƏLİ tender oyunbazlığı... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:29
Xankəndidəki hərbi parad: Zərəfimizin tarixi və unudulmaz günü - İsrafil Kərimovun yazısı
Bu gün, 08:23
Universitet müəllimləri də sertifikasiyaya cəlb ediləcək? - AKTUAL
Bu gün, 08:22
Rusiyadan qopmaq istəyən Ermənistan Qərblə eyni cəbhədə olsa da... - bir neçə masada əyləşməyə çalışır
Bu gün, 07:20
Kəbirə Məmmədovanın işini məhkəmə araşdırır - TƏFƏRRÜAT
Bu gün, 07:13
"MisterChoc Şokoladlı Peçenyelər" marketlərdən geri yığılır: - "Ağız və dildə yanma, yaralar yaradır..."
Bu gün, 07:10
Elşən Salahovun yaxınları COP29-dan necə istifadə edir? - ÖZBAŞINALIQ!
Bu gün, 07:06
"Hərə bir işi görsəydi, bəxtəvər olardım..."
Bu gün, 07:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru