Gürcüstan prezidenti Salome Zurabişvili Lorinin Gürcüstanın tarixi regionu adlandırıldığı fotonu paylaşıb.
Globalinfo.az xəbər verir ki, bu paylaşımı turizm şirkətlərindən biri edib.
Belə ki, şirkət noyabrın 10-da turistləri Gürcüstanın tarixi regionu Loriyə səfərə dəvət edib.
Bu, mistik Böyük Gürcüstanı xatırlamağa və ona hörmət etməyə imkan verəcək”, – şirkətin paylaşımında vurğulanıb.
“Bu cür tədbirləri təşkil edənlərin hamısının Ermənistana girişi qadağan edilməlidir”, – deyə “Gürcüstanın Erməni İcması” adlı QHT-nin rəhbəri Artur Mirzoyan bildirib.
Qeyd edək ki, səyahət şirkəti sonradan bu paylaşımı silib.