Əliyevin təklif etdiyi format daha səmərəlidir - Erməni nazir
"Əgər fikir vermisinizsə, son vaxtlar bütün Ermənistan-Azərbaycan prosesi ikitərəfli formatda gedir. Bu istər sərhədlərin demarkasiyası ilə bağlı danışıqlar prosesi, istər prosesin özü, istərsə də xarici işlər nazirlərinin və dövlət başçılarının son görüşləri olsun, hamısı bu formatda keçirilib".
Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan deyib.
“Düşünürəm ki, ikitərəfli format öz nəticəsini verdi. Başqa hansı formatlar var? Kimsə başqa formatla gəlirsə, iştirak edirsə, istəsə də, istəməsə də, maraqlarını müdafiə edir. İkitərəfli format effektiv olduğunu sübut etdi və davam etdirilməlidir”, - Papoyan bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimindəki çıxışı zamanı Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında vasitəçiyə ehtiyac olmadığını və tərəflər arasında görüşlərin ikitərəfli formatda keçirilməsini bəyan edib. Çünki vasitəçilər bir qayda olaraq münaqişə tərəflərinin deyil, daha çox öz maraqlarının təmin olunmasına çalışırlar.