"ABŞ-də oturub belə bir bəyanat vermək bir az suallar doğurur" .....                     “Rufo Gəncinski” Rusiyaya qayıtdı .....                     Texnologiya Universitetinin rektoru kollektivə təqdim edilib .....                     İranın keçmiş nazirinin BAŞI QAÇIB .....                     Paşinyan indi "Tehranın dili" ilə danışır .....                     Qarabağdan köçən ermənilərə sürətli şəkildə vətəndaşlıq veriləcək .....                     ABŞ və Səudiyyə Ərəbistanı İsraili “offsayd”a salırlar .....                     London-Ankara münasibətlərində nələr yaşanır? .....                     Bu məhsulu xaricə 36 dollara satıb, 76 dollara geri alırıq .....                     Mesaj Ermənistandan gəldi .....                     İran təkzib etdi: .....                     SOCAR-da yeni təyinat .....                     "Azərbaycana qarşı böhtan kampaniyası aparanlar unutmasınlar ki..." .....                     Rusiya Ermənistan və Azərbaycanı tələsik sülh sazişinə sövq etmir .....                     Əliyevin təklif etdiyi format daha səmərəlidir .....                     İsrafil Məmmədov yeni vəzifəyə seçildi .....                     Polis paytaxtda 30 min manat dəyərində qapı və kondisionerləri oğurlayan şəxsi saxlayıb .....                     Flora Kərimovanın .....                     Onlar Ermənistanın COP29-da iştirakına qarşı çıxdılar .....                     "Ermənistan hakimiyyətinin nümayəndələri Vardanyanın həbsinə görə .....                     "Veysəloğlu" Qarabağ müharibəsində iştirak edən əməkdaşlarına qayğı göstərməyə davam edir .....                     Deputata məxsus olduğu deyilən şirkət 5,6 milyon manatlıq tender uddu .....                     Vüqarı 125 min manat ziyana salan evin aqibəti necə oldu? .....                     “Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib .....                     Dövlətə məxsus torpaqlarda tikinti aparılmasına görə "icazə verən" FHN-in sabiq şöbə rəisinə .....                     Azərbaycan müdafiə naziri Slovakiyada hərbi institutu ziyarət edib .....                     "Təəssüf ki, mənim qohumlarımın çoxu..." .....                     Salyanda FACİƏ: Körpə bala özünü yelləncəyin ipindən asdı... .....                     Ermənistan "konyak"ı "erməni brendisi" ilə əvəz edir .....                     Sabiq MTN generallarının Fransada çiçəklənən biznesində “akula izi” .....                     Unun qiyməti kəskin bahalaşdı .....                     Dadaş Şükürov barəsində səslənən ittihamları təkzib edir .....                     ATU Cərrahiyyə klinikası acınacaqlı vəziyyətdə .....                     “Müəlliməyə bildirdi ki, oğlun şəhid deyil, veterandır, gedib işləsin” .....                     “Sandu Moldovanın prezidenti seçilməyib” .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib .....                     Gəncədə yolların təmirinə 10 milyon ayrıldı .....                     Azərbaycanda bəzi uşaq evlərində nöqsanlar aşkarlanıb, .....                     Etibarnamə ilə bağlı yeni qayda: .....                     “Tramp həm ABŞ üçün, həm də bütün dünya üçün ciddi təhdiddir” .....                 

ATU Cərrahiyyə klinikası acınacaqlı vəziyyətdə - Səbəblər, qara əl, xəstə azlığı...
Tarix: Bu gün, 16:06 | Çap et
ATU Cərrahiyyə klinikası acınacaqlı vəziyyətdə
Azərbaycan Tibb Universitetinin 2013-cü ildə açılışı olduğu Tədris Cərrahiyyə Klinikası son vaxtlar demək olar ki, acınacaqlı vəziyyətdədir. Halbuki pandemiyadan öncə və pandemiya dövründə bu klinika səhiyyətinin sütunlarından biri idi.

Psixoloq, jurnalist Ramil Nəcəfli Tədris Cərrahiyyə klinikası ətrafında baş verən proseslərdən yazıb.

“Elə bil hansısa sehirli əl bu klinikanı boş qalmasında maraqlıdır. ATU-nun tədris üçün tikilən klinikaları səmərəli işlədilmir. İstər Tədris Terapevtik, istərsə də Tədris Cərrahiyyə klinikalarında mənzərə heç xoş deyil. Zəngin elmi kadr potensialını kimlərsə başqa yerlərə səpələməkdə maraqlıdır.

Tələbələrdə soruşuram ki, xəstələrin müayinələrinə, cərrahi əməliyyatlara aparırlarmı sizi? Cavab verirlər ki, xəstə yoxdur. Quru nəzəriyyə öyrənirik. Praktika yoxdur. Praktika üçün yer, xəstə lazımdır.

Bəs Tədris Klinikası nə üçündür? Tədris Cərrahiyyə Klinikasında kadr yetişdirmək üçün bütün imkanlar var. Belə klinikalara adətən kütləvi xəstə axını olmalıdır. Kafedralar da öz növbəsində tələbələrə konkret xəstələr üzərində praktiki biliklər öyrətməlidir. Klinika fəaliyyətə başladığı ilk illərdə müəyyən qədər xəstə axını var idi.

Bu tibb ocağı özünün peşəkar kadr potensialı və maddi-texniki imkanları ilə rəqabətdə irəli gedirdi. Vətəndaşlar yaxşı həkim sorağı ilə bu klinikaya çox üz tuturdular.

Ancaq İcbari Tibbi Sığorta tətbiqindən sonra klinika xəstə azlığı ilə üzləşib. Bu xəstələrin seçimi deyil. Müəyyən qurumnların fəaliyyəti ilə əlaqədardır.

Bu xəstəxananın imkanlarından istifadə etməmək gələcəyin həkimlərini praktiki biliklərdən məhrum etmək, peşəkar həkimləri, eyni zamanda elm adamlarını işsiz gücsüz, çarəsiz qoymaq Azərbaycan səhiyyəsinə qarşı düşünülmüş təxribat deyilmi?

Yoxsa bu müxtəlif qurumların arasında anlaşmazlıq və ya intriqaların nəticəsidir?

ATU Tədris Cərrahiyyə Klinikası nəyə görə İcbari Tibbi Sığortadan kənarda saxlanılır?

Bu klinikanın icbari tibbi sığortadan uzaq düşməsi kimlərin günahıdır?

ATU-nun Tədris klinikasına qarşı belə münasibət nədən xəbər verir?

2013-cü il Sentyabr ayında ölkə prezidenti səhiyyə ictimaiyyəti ilə birgə ATU-un bu möhtəşəm klinikasının açılışında geniş çıxış etdi və bura ilə bağlı gözləntilərini, arzu istəklərini, tapşırıqlarını ifadə etdi.

Prezident İlham Əliyev klinikanın açılışında belə demişdi: “Xatırlayıram ki, üç il bundan əvvəl bu klinikanın təməl daşını qoyduq. O vaxt - üç il bundan əvvəl Tədris-Terapevtik Klinikanın açılışını da qeyd etdik. O vaxt rektor və professor-müəllim heyətinin nümayəndələri müraciət etmişdilər ki, Cərrahiyyə Klinikasının tikintisinə də ehtiyac vardır. İlkin olaraq Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır. Ondan sonra dövlət büdcəsi hesabına bir neçə il ərzində bu gözəl tibb mərkəzi yaradılmışdır.

Deyə bilərəm ki, Azərbaycanda son illər ərzində yaradılmış tibbi mərkəzlər arasında bu gün bu mərkəzin xüsusi yeri vardır. Öz gözəlliyi, memarlığı və funksional cəhətləri ilə seçilən bir klinikadır.

O vaxt belə bir klinikanın yaradılması iki məqsədi güdürdü. İlk növbədə, qarşıda Azərbaycan Tibb Universitetində tədris prosesini daha da yüksək səviyyəyə qaldırmaq məsələsi dayanmışdı. Eyni zamanda, bütün cərrahiyyə yönümlü kafedraları bir yerə yığmaq məsələsi qarşıya qoyulmuşdu. Biz buna nail olduq. Eyni zamanda, Azərbaycanda yeni, müasir tibb mərkəzinin yaradılması da təmin edilmişdir. Yəni, burada həm təhsil, həm səhiyyə - ölkəmiz üçün vacib olan iki sahə birləşir. Burada bütün işlər ən yüksək səviyyədə təşkil edilmişdir. Ən müasir avadanlıq quraşdırılıb, çox gözəl şərait vardır, çox gözəl binadır. Həkimlər, tələbələr üçün burada ən gözəl şərait yaradılmışdır. Belə də olmalıdır….”

Ölkə başçısının da, səhiyyə ictimaiyyətinin və medianın da bu xəstəxana ilə bağlı böyük gözləntiləri var idi. Təəsüf ki, bu gözləntilərin əksinə olaraq bu klinika hansısa intriqaların qurbanına çevrilir. Görünən odur ki, İcbari Tibbi Sığorta ətrafında müəyyən oyunlar gedir və bunun acısını da Azərbaycan elmi və Tibb Universitetində təhsil alan minlərlə tələbə və müəllimlər çəkir.

Bizim haqqımız var suallar verməyə və izahat istəməyə. İcbari Tibbi Sığortadan istifadə yaxşıladıqca xəstələri başqa klinikalara yönəldirlər.

Əvvəlki dövlət xəstəxanaları təmir edilir, yeni-yeni klinikalar açılır. Bir sıra özəl klinikalarla anlaşma imzalanır.

Sanki deyirlər başqa klinika açaq, təki icbari tibbi sığorta sistemi ATU klinikalarından uzaq olsun.

Digər tərəfdən başqa özəl klinikalar da var ki, TƏBİB-lə anlaşması olsa da bağlanan müqavilələr kağız üzərində qalıb. Ümumiyyətlə, bu və ya digər klinikanın İcbari tibbi sığorta üzrə müqaviləsinin olmasından çox anlaşmanın işlək olması önəmlidir.

Anlaşmanın icra olunması üçün görəsən hansı meyarlar mövcuddur?

Klinikalar xəstələrin cəlb olunması üçün kimlərdən “Xeyir dua” almalıdırlar?

ATU Tədris Cərrahiyyə Klinikası ümumiyyətlə, heç kimin yadına düşmür.

Bu klinika hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin balansındadır. Səhiyyə Nazirliyinin balansında olan bir sıra dövlət xəstəxanalarında İcbari Tibbi Sığorta işləyir.

Dövlətin resurslarından biri də İcbari Tibbi Sığortadır. Bu sistem səmərəli şəkildə Azərbaycan Tibb Universiteti klinikasında da effektiv şəkildə istifadə olunmalıdır.

Böyük bir tədris klinikasını qurbana çevirmək olmaz.

Medicina.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"ABŞ-də oturub belə bir bəyanat vermək bir az suallar doğurur" - deputatdan REAKSİYA
Bu gün, 18:14
“Rufo Gəncinski” Rusiyaya qayıtdı – Azərbaycanlı “qanuni oğru”lar arasında YENİ MÜHARİBƏ
Bu gün, 18:12
Texnologiya Universitetinin rektoru kollektivə təqdim edilib - FOTO
Bu gün, 18:10
İranın keçmiş nazirinin BAŞI QAÇIB -“Azərbaycanın qaz kəmərini raketlə vuraq”
Bu gün, 18:08
Paşinyan indi "Tehranın dili" ilə danışır - İNCƏLƏMƏ
Bu gün, 18:07
Qarabağdan köçən ermənilərə sürətli şəkildə vətəndaşlıq veriləcək - Ermənistan DİN
Bu gün, 17:51
ABŞ və Səudiyyə Ərəbistanı İsraili “offsayd”a salırlar - “Axios”
Bu gün, 17:49
London-Ankara münasibətlərində nələr yaşanır? - GƏLİŞMƏ
Bu gün, 17:48
Bu məhsulu xaricə 36 dollara satıb, 76 dollara geri alırıq – İqtisadçıdan maraqlı açıqlama
Bu gün, 17:42
Mesaj Ermənistandan gəldi - Növbədə Zəngəzurdur
Bu gün, 17:41
İran təkzib etdi: - Şahmərd edam edilməyib!
Bu gün, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
Bu gün, 17:37
"Azərbaycana qarşı böhtan kampaniyası aparanlar unutmasınlar ki..." - deputat
Bu gün, 17:34
Rusiya Ermənistan və Azərbaycanı tələsik sülh sazişinə sövq etmir - Lavrov
Bu gün, 17:26
Əliyevin təklif etdiyi format daha səmərəlidir - Erməni nazir
Bu gün, 17:23
İsrafil Məmmədov yeni vəzifəyə seçildi - FOTO
Bu gün, 17:21
Polis paytaxtda 30 min manat dəyərində qapı və kondisionerləri oğurlayan şəxsi saxlayıb - VİDEO
Bu gün, 17:18
Flora Kərimovanın səhhəti pisləşdi
Bu gün, 17:14
Onlar Ermənistanın COP29-da iştirakına qarşı çıxdılar
Bu gün, 17:12
"Ermənistan hakimiyyətinin nümayəndələri Vardanyanın həbsinə görə Azərbaycana təşəkkür etməlidir"
Bu gün, 17:09
"Veysəloğlu" Qarabağ müharibəsində iştirak edən əməkdaşlarına qayğı göstərməyə davam edir - FOTO
Bu gün, 17:01
Deputata məxsus olduğu deyilən şirkət 5,6 milyon manatlıq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 16:58
Vüqarı 125 min manat ziyana salan evin aqibəti necə oldu?
Bu gün, 16:45
“Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib
Bu gün, 16:40
Dövlətə məxsus torpaqlarda tikinti aparılmasına görə "icazə verən" FHN-in sabiq şöbə rəisinə HÖKM OXUNUB
Bu gün, 16:36
Azərbaycan müdafiə naziri Slovakiyada hərbi institutu ziyarət edib
Bu gün, 16:30
"Təəssüf ki, mənim qohumlarımın çoxu..." - Məleykə Abbaszadədən "xalası oğlu" ilə bağlı AÇIQLAMA
Bu gün, 16:26
Salyanda FACİƏ: Körpə bala özünü yelləncəyin ipindən asdı... - AXI NİYƏ?..
Bu gün, 16:23
Ermənistan "konyak"ı "erməni brendisi" ilə əvəz edir - KİV
Bu gün, 16:22
Sabiq MTN generallarının Fransada çiçəklənən biznesində “akula izi” - “MTN çətəsi”nin “yeriyən pulqabısı”ndan yeni xəbər
Bu gün, 16:19
Unun qiyməti kəskin bahalaşdı - QİYMƏTLƏR
Bu gün, 16:14
Dadaş Şükürov barəsində səslənən ittihamları təkzib edir - AÇIQLAMA
Bu gün, 16:11
ATU Cərrahiyyə klinikası acınacaqlı vəziyyətdə - Səbəblər, qara əl, xəstə azlığı...
Bu gün, 16:06
“Müəlliməyə bildirdi ki, oğlun şəhid deyil, veterandır, gedib işləsin” – İNCƏSƏNƏT MƏKTƏBİNİN KOLLEKTİVİ MÜDİRDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 16:03
“Sandu Moldovanın prezidenti seçilməyib” - Kreml
Bu gün, 15:57
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib - QƏRAR
Bu gün, 15:55
Gəncədə yolların təmirinə 10 milyon ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 15:52
Azərbaycanda bəzi uşaq evlərində nöqsanlar aşkarlanıb, 41 nəfər cəzalandırılıb
Bu gün, 15:49
Etibarnamə ilə bağlı yeni qayda: - Bu məsələ çoxdan gündəmdə idi
Bu gün, 15:47
“Tramp həm ABŞ üçün, həm də bütün dünya üçün ciddi təhdiddir” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 15:45
Səhiyyə nazirinin 8 milyonluq tenderi əlindən çıxdı - DETALLAR
Bu gün, 15:42
Son 10 ildə BP-də işləyən azərbaycanlıların sayı 464 nəfər azalıb - SİYAHI
Bu gün, 15:38
Məktəblərdə payız tətilindən sonra ilk dərs gününün vaxtı açıqlanıb
Bu gün, 15:36
Gürcüstanda müxalifət liderləri prokurorluğa çağırılır
Bu gün, 15:13
Kələntərov həbsdə qaldı - GƏLİŞMƏ
Bu gün, 15:11
“Padişah xalı” görün müştəriləri necə aldadır - AXI NİYƏ?..
Bu gün, 15:05
Bakı və Ankaranın dostu təhlükədə: - Hədəfdə odur, çevriliş planlanır
Bu gün, 15:01
“Ərim sağdır, mənə zəng etmişdi” - İki il öncə öldürülən Anarın xanımı
Bu gün, 15:00
Bakıda yerüstü və yeraltı gərginlik – Noyabrdan sonra görün nələr olacaq
Bu gün, 14:59
Qayınata gəlini sevgilisi ilə tutdu: “Dedi ki, pəncərədən evə gəlib-gedib...” - TƏFƏRRÜAT
Bu gün, 14:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru