ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harris rəqibi respublikaçı Donald Trampa zəng edərək onu prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
"DİA-AZ" xəbər verir ki, bu barədə “The Washington Post” ABŞ-nin hazırkı vitse-prezidentinin köməkçisinə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbətinin sözlərinə görə, Harris Trampla hakimiyyətin dinc yolla ötürülməsinin vacibliyini də müzakirə edib.
Qeyd edilib ki, yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 01:00) demokrat prezidentlik yarışında məğlubiyyətini etiraf edən çıxış etməyi planlaşdırır.