Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? .....                     Mərkəzi Bank İKT avadanlıqları aldı .....                     Günahsız günahkar, yaxud Azərbaycan aynasında kim necə görünür? .....                     Keçmiş TSEK sədrinin iddiası instansiyasına göndərdildi .....                     1 saylı Şəhər Poliklinikasının həkimi nədən narazıdır? .....                     Milli Məclisin gələn il üçün xərclər smetası məlum olub .....                     "Baku TV RU"nun baş redaktoru Natella Osmanlı Moskvada .....                     “Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” .....                     Parisin Bakıya “cırtdanlar”la hücumu .....                     Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub .....                     Müxalifət partiyası YAP-ı .....                     Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi .....                     Saxta nikah xidməti göstərən azərbaycanlı həbs olundu .....                     “Səviyyəsiz səhnəciklərə baxanlarda günah yoxdur” .....                     Uşaqpulu bu tarixdən bərpa olunacaq? .....                     Növbədə psixoloqlardır: .....                     Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... .....                     Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir .....                     `LEO BANK` yenə də aldadır... .....                     Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb .....                     Model Razi ANA OLDU .....                     Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qallantın həbsinə order verib .....                     Günah nə SOCAR-dadır, nə Santuşda .....                     Pul gəlsin deyə mənəviyyatımızı ayaqlar altına ata-ata yox olacağıq .....                     Nəsrullahın bir konkret mesajı məhvinə səbəb oldu .....                     “400 minlik yeyintidən xəbərim olmayıb” .....                     Dənizçilər üçün UNİKAL VƏSAİT: .....                     Paşinyan Qarabağdan gedənlərə yardımı dayandırır .....                     Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? .....                     İdxal olunan hibrid avtomobillərin sayı 61%, qiyməti isə 9% artıb .....                     Məktəblərdə ciddi çatışmazlıq .....                     “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib .....                     Erməni deputat dilə gəldi: .....                     Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Fəqan Həmidovun ailəsini ziyarət edib .....                     Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur .....                     Şər-böhtan kampaniyası iflasa uğradı .....                     Azərbaycanda BOKT ləğv edilir .....                     Görünür, ABŞ səfiri çıxışında məhz bu təmasları nəzərdə tutub... .....                     Elza Seyidcahanın iddiasına .....                     Maliki SEPAH-ın tezisləri üzrə çıxış edir .....                 

“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Tarix: 19-11-2024, 10:34 | Çap et
“Freedom House”dən görünməmiş həyasızlıq
COP29 başlayandan Azərbaycan əleyhinə qarayaxma, şər-böhtan kampaniyası ikiqat güclənib. Təbii ki, söhbət xüsusən də Qərbdəki erməni lobbisinə, antitürk, anti-Azərbaycan çevrələrinə bağlı qüvvələrdən, bir də 5 qəpiyə görə öz vətənini, xalqını satmış milli satqınlardan gedir.

Onlardan biri də özünün saxta “hesabatları” ilə Azərbaycana vaxtaşırı hücum edən, ünvanımıza ağlasığmaz böhtanlar və hədyanlar səsləndirən, erməni ağzı ilə danışan “Freedom House” (FH) yalançı “insan haqları” təşkilatıdır. Bu həmin FH-dır ki, 44 günlük müharibə zamanı və ondan sonra Azərbaycanı “artsaxı işğal etmək”də və Ermənistan ərazisinə girməkdə ittiham etmişdi.

Erməni lobbisinin əlində çoxdan oyuncağa və alətə çevrilən “Freedom House” o vaxtdan ölkəmizə qarşı şər kampaniyasını davam etdirir. Hətta getdikcə daha heyrətamiz ittihamlar və absurd tələblər irəli sürməkdədir. Belə ki, təzəlikcə qurum Azərbaycanı yenə “Dağlıq Qarabağ ermənilərinə qarşı qəsdən etnik təmizləmə kampaniyası aparmaq”da ittiham edib və “demokratik ölkələri Bakıya qarşı sanksiyalar tətbiq etməyə” çağırıb. Hesabatda həmçinin deyilir ki, “Azərbaycanı hərbi cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün ölkələr Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət etməlidir”.

Sırtıqlığın bu qədəri yəni. Ancaq bu da hələ hamısı deyil. “Freedom House” beynəlxalq ictimaiyyəti Azərbaycanın “artsax sakinlərinin təhlükəsizlik zəmanəti altında Dağlıq Qarabağa qayıtması üçün şərait yaratmasını təmin etməyə” çağırıb. Ardınca yenə həyasızcasına bəyan edilir: “Dağlıq Qarabağda erməni əhalisinin hüquqlarının pozulması hətta onların məcburi köçkündən sonra da davam edir və onların əmlakının dağıdılması, eləcə də erməni tarix və mədəniyyət abidələrinin dağıdılması şəklində özünü göstərir. Ölkələrin səyləri həmçinin YUNESKO və digər təşkilatların müstəqil monitorinq missiyaları həyata keçirmək üçün "artsax"a girişinin təmin edilməsinə yönəldilməlidir".

İşə bax, “soyqırımı”, “etnik təmizləmə”, “tarixi-mədəni irs” anlayışları, YUNESKO erməni işğalı bitəndən və terrorçu xunta rejimi ləğv ediləndən, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra yadlarına düşüb...

Hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, “Freedom House” Azərbaycana qarşı münasibətdə “Human Rights Watch”, “Amnesty International” təşkilatlarından da qərəzli mövqedədir. Hüquqçunun sözlərinə görə, təşkilat ABŞ Dövlət Departamentindən subsidiya alır və onun tapşırıqları əsasında fəaliyyət göstərir: “Bu təşkilat bir növ departamentin strukturudur, formal olaraq QHT kimi göstərilir. Departament birbaşa, heç bir müsabiqə keçirmədən təşkilata pul ayırır. Departamentin sifarişi ilə işləyən GONGO (Government-Organized Non-Governmental Organization) təşkilatıdır.

“Freedom House” Azərbaycanla bağlı saxta reytinqlər təşkil edir və dünyanın ən axrıncı, interneti olmayan, rəsmi bir dövlət qəzeti və televiziyası olan dövlətlərlə yanaşı qoyur. Ən pisi də odur ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərir. Onlar “Dağlıq Qarabağı” xəritədə ayrıca bir subyekt kimi göstərirlər. Belə təşkilatın yazdıqlarına heç fikir vermək də lazım deyil. ABŞ-ın tapşırığını yerinə yetirən bir qurumdan nə gözləmək olar. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edən istənilən qurum, təşkilat ciddiyə alınmamalıdır. Bəllidir ki, qərəzlidirlər.

Sonuncu dəfə Varşavada ATƏT-in tədbirində təşkilatın rəhbəri David Kamerlə mübahisə etdim. Təəssüf ki, o mənim izahatıma heç fikir də vermədi. Dediyim ki, departamentin bir şöbəsidir. Heç vaxt ABŞ-ı tənqid edə bilməz. Onun müttəfiqləri barədə artıq bir söz yazmır. Belə bədnam təşkilatın hesabatı əlbəttə ki, saxta məlumatları əks etdirəcək".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirir ki, bu cür təşkilatlar Qərbin Azərbaycana qarşı qısqanc münasibətinin üzdə görünən tərəfidir: “30 il bundan əvvəl nəinki Qarabağda, hətta Ermənistanda bir azərbaycanlı qoymadılar. Azərbaycanlılar bir əsrdə neçə dəfə deportasiya olundular. "Freedom House" niyə bu məsələləri dilə gətirmir. Söhbət belə faktlardan düşəndə təşkilat gözlərini yumur. 30 il bu təşkilata ermənilərin əməllərindən yazdıq, amma qulağını tutdu, gözlərini bağladı. Qərbin Milli Demokratiya İnstitutu var idi. Onların nümayəndələri ilə birgə biz rayonlara gedirdik, qaçqın-köçkünlərlə görüşürdük. Onlar insanlarımızın vəziyyətini görürdülər. Bəs insan haqları məsələlərində niyə Azərbaycana qarşı cıxırlar?!

Bu ancaq Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə qısqanc yanaşmanın nəticəsidir. Dünyada nə qədər konflikt var. Azərbaycan yeganə dövlətdir ki, konfliktli müharibəni uddu. Prezidentin açıq şəkildə çıxışları, cəsarətlə bizə qarşı edilən qərəzli münasibəti ifşa etməsi onlarda qısqanclıq, qıcıq yaradır. COP 29 öncəsi Qərbin etmədiyi hərəkət qalmadı. Qərəzlərindən etmədikləri əməl qalmadı.

Azərbaycanın əlində əsaslar, konkret faktlar var. Bütün platformalarda bu haqda deyilməli və yazılmalıdır. Azərbaycan diasporu və lobbisi fəaliyyətə keçməlidirlər. Qoy dünya gözünü açıb ermənilərin vəhşiliyini də görsün. Əks halda, erməni diasporu bu cür təşkilatları maliyyələşdirib əleyhimizə iş görəcəklər".

Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
Bu gün, 19:00
Mərkəzi Bank İKT avadanlıqları aldı
Bu gün, 18:58
Günahsız günahkar, yaxud Azərbaycan aynasında kim necə görünür? - AKTUAL
Bu gün, 18:00
Keçmiş TSEK sədrinin iddiası instansiyasına göndərdildi
Bu gün, 17:57
1 saylı Şəhər Poliklinikasının həkimi nədən narazıdır? - TƏFƏRRÜAT
Bu gün, 17:54
Milli Məclisin gələn il üçün xərclər smetası məlum olub
Bu gün, 17:51
"Baku TV RU"nun baş redaktoru Natella Osmanlı Moskvada "Feyklər barədə dialoq 2.0" forumunda
Bu gün, 17:45
“Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” – Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
Bu gün, 17:37
Parisin Bakıya “cırtdanlar”la hücumu - "saman çöpündən yapışan" Makron
Bu gün, 17:33
Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü qeyd olunub - FOTO
Bu gün, 17:28
Müxalifət partiyası YAP-ı belə TƏBRİK ETDİ
Bu gün, 17:25
Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ...
Bu gün, 17:13
Saxta nikah xidməti göstərən azərbaycanlı həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 17:02
“Səviyyəsiz səhnəciklərə baxanlarda günah yoxdur” - Əməkdar artistdən SƏRT REAKSİYA
Bu gün, 17:00
Uşaqpulu bu tarixdən bərpa olunacaq? - AÇIQLAMA
Bu gün, 16:57
Növbədə psixoloqlardır: - Az maaş, problemli müəllim və şagirdlər...
Bu gün, 16:52
Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 16:44
Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir - SƏRƏNCAM
Bu gün, 16:40
`LEO BANK` yenə də aldadır... - AXI NİYƏ?..
Bu gün, 16:35
Milli Məclisin 25, 26 və 27 noyabr tarixli iclaslarının gündəliyi açıqlanıb
Bu gün, 16:26
Model Razi ANA OLDU - FOTO
Bu gün, 16:18
Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və Qallantın həbsinə order verib
Bu gün, 16:15
Günah nə SOCAR-dadır, nə Santuşda - Futbolçu topu boş qapıdan keçirə bilmirsə…
Bu gün, 16:10
Pul gəlsin deyə mənəviyyatımızı ayaqlar altına ata-ata yox olacağıq - Əməkdar artist
Bu gün, 16:01
Nəsrullahın bir konkret mesajı məhvinə səbəb oldu – İDDİA
Bu gün, 15:59
“400 minlik yeyintidən xəbərim olmayıb” - Arif Rəhimov
Bu gün, 15:56
Dənizçilər üçün UNİKAL VƏSAİT: - Ülfət Quliyevin yeni kitabı ÇIXDI
Bu gün, 15:52
Paşinyan Qarabağdan gedənlərə yardımı dayandırır
Bu gün, 15:22
Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:19
İdxal olunan hibrid avtomobillərin sayı 61%, qiyməti isə 9% artıb
Bu gün, 15:17
Məktəblərdə ciddi çatışmazlıq – 8 şagirdə 1 kompüter düşür
Bu gün, 15:14
“Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
Bu gün, 15:08
Erməni deputat dilə gəldi: - "Qarabağ Azərbaycan torpağıdır "
Bu gün, 15:01
Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Fəqan Həmidovun ailəsini ziyarət edib - FOTO
Bu gün, 14:59
Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur - DETALLAR
Bu gün, 14:55
Şər-böhtan kampaniyası iflasa uğradı - deputat
Bu gün, 14:00
Azərbaycanda BOKT ləğv edilir
Bu gün, 13:58
Görünür, ABŞ səfiri çıxışında məhz bu təmasları nəzərdə tutub... - ŞƏRH
Bu gün, 13:06
Elza Seyidcahanın iddiasına DİM-dən cavab
Bu gün, 13:02
Maliki SEPAH-ın tezisləri üzrə çıxış edir - deputat
Bu gün, 12:59
Türkiyədə azərbaycanlı qadın güllələnərək qətlə yetirildi - VİDEO
Bu gün, 12:53
“30 il erməniləri Qarabağı sevməyə məcbur ediblər - Ovannisyan
Bu gün, 12:48
Güneyli məhbus işgəncə ilə öldürüldü - Fars-molla rejimindən VƏHŞİLİK
Bu gün, 12:45
ABŞ səfirinə İrəvandan cavab: - “Bakı ilə belə bir təmas olmayıb”
Bu gün, 12:42
Bakı və İrəvan sülh sazişində razılaşdırılmayan “iki bənd” nədir? - “Hraparak”
Bu gün, 12:40
"Salyan Kəndnəqliyyat" ASC-nin səhmdarları toplanır
Bu gün, 12:36
“Onunla uşağlıqdan dostuq, amma” - Paşinyan istefaya göndərdiyi nazirdən danışdı
Bu gün, 12:32
“Ehtiras sevginin “abloşka”sıdır” - “Alatava”nın “Emka”sı
Bu gün, 12:25
Gecə bəzi yerlərdə arabir az çiskin olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:22
Qanunsuz mərc və şans oyunlarında adı hallanan məşhurlardan AÇIQLAMA
Bu gün, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru