21 dekabr 2024-cü il saat, 11.00-da “Samux Şərab-3” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Samux rayonu, Alıuşağı kəndində cəmiyyətin inzibati binasında baş tutacaq.
İclasın gündəliyində aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin 2023-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı; 2. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi;
3. Cəmiyyətin Ümumi yığıncağ və İcra orqanı haqqında Əsasnamələrinin təsdiqi
4. Cəmiyyətin icra orqanının seçilməsi;
5. Cəmiyyətin balansında olan istifadəyə yararsız əsas vəsaitlərin özgəninkiləşdirilməsi məsələsinin müzakirəsi;
Növbədənkənar yığıncağın gündəliyi üzrə materiallarla cəmiyyətin yerləşdiyi Samux rayonu, Alıuşağı kəndində cəmiyyətin inzibati binasında tanış olmaq mümkündür.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.