“Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... .....                     Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının .....                     Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... .....                     Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... .....                     Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ .....                     Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə .....                     Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... .....                     Üçüncü Dünya müharibəsi başladı? .....                     Kommunal xidmətlər bahalaşacaq? .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir .....                     "Kabinetdə oturanda belə yırtıq yaranır” .....                     Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... .....                     Araqçı və Mirzoyanın intensiv telefon danışığının .....                     “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü .....                     Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə .....                     Ermənistan labirintdədir: Əllər yuxarı... .....                     "Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir ölkə elan etdi: .....                     Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb .....                     “Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir .....                     “Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” .....                     Məhkəmə -Hüquq Şurası bu rayonun məhkəməsini yoxlayır .....                     Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi .....                     Ermənistan: ümüdsiz olsa da, silahlanır... .....                     “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı .....                     “İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? .....                     "Golf Group" da ölkədən valyuta vəsaiti çıxarıb .....                     “Ferrum Kapital”ın problemləri .....                     Paşinyanın rədd edilən istəyi: .....                     NATO Baş katibi Ukrayna məsələsini müzakirə etmək üçün ABŞ-a səfər edəcək .....                     Naxçıvan Dəmir Yolları İdarəsində HƏR ŞEY SATILIB... .....                     Güneyli fəal həbs edildi .....                     "Siz kimdən çəkinirsiniz? Fuad Nəcəflidən?" .....                     Dövlət fondu ofis icarəyə götürdü .....                     Taksi şirkətlərinin PUL OYUNU... .....                     Emin Ağalarov qonorarını açıqladı .....                     Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... .....                     "İşlə təmin olunmağıma sevinsəm də, bu sevincim uzun çəkmədi..." .....                     Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub .....                     “Nar”dan “Sərfəli cümə” təklifi .....                 

"Elmi adlara əsaslanan mövcud sistemin ciddi problemləri var" - FAKT BUDUR!
Tarix: Bu gün, 10:09 | Çap et
"Elmi adlara əsaslanan mövcud sistemin ciddi problemləri var"
“Biz ali təhsil müəssisələrində bir fakültə yanaşmasından qaçmağa çalışırıq”. Bunu Milli Məclisin komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, büdcədən ayrılan elmi xərclərin əsas hissəsi əməkhaqlarının ödənişidir: “Biz ödənişi elmi nəticələrə bağlamalıyıq. Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik. Elm mütləq layihə əsaslı maliyyələşmə sisteminə keçməlidir. Biz 100-ə qədər elmi nəticəsi olan alimə əlavə ödənişlər etməyə başlamışıq. Burada elmi adlara yox, ölçülə bilən elmi fəaliyyətə görə ödəniş olunsun. İslahatların əsası budur ki, pul adlara görə verilməyəcək, elmi fəaliyyət əsas götürüləcək”.

Qeyd edək ki, Azərbaycanda son illərdə akademiklərin və müxbir üzvlərin sayında azalma baş verir. Rəsmi məlumatlara görə, 2015-ci ildə ölkəmizdə 65 akademik, 113 müxbir üzv olub. Akademiklərin sayı 2020-ci ildə 63-ə, 2021-ci ildə 59-a, 2022-ci ildə 57-yə düşüb. Eyni qaydada müxbir üzvlərin də sayı azalıb. Müxbir üzrlərin sayı 2020-ci ildə 95-ə, 2022-ci ildə isə 87-yə enib. Akademiklər Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvləridir. Həqiqi üzv seçilən şəxslər sonradan akademik elmi adını alır, müxbir üzvlərə isə bu ad verilmir. Həqiqi üzv müxbir üzvdən bir pillə daha yuxarı elmi addır.

Qaydalara görə, akademik öncə müxbir üzv seçilməlidir. Akademiklərin seçilməsinə yalnız akademiklər, müxbir üzvlərin seçilməsinə isə həm akademiklər, həm də müxbir üzvlər səs verir.

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “90-cı illərdə Azərbaycan çətin iqtisadi və maliyyə durumunda idi. Ümumi büdcəmiz 90-cı illərin əvvəlindəki 350 milyon ABŞ dollarından həmin illərin sonlarında bir milyard dollara çata bilmişdi. Ona görə həmin illərdə elmə istəsək də, lazımi vəsait ayırmaq mümkün deyildi. İndi isə dövlətin büdcəsi o illərlə müqayisədə 10 dəfələrlə böyüyüb. Belə olan halda, elmlə bağlı xərclərə əsaslı şəkildə yenidən baxılmalı və paralel olaraq elmə ayrılan vəsaitlərin meyarları müəyyən olunmalıdır. Yalnız əmək haqqı alan alimdən elmi məhsul gözləmək mümkün deyil. Alim elmlə fundamental şəkildə məşğul olmalıdır. Bunun üçün isə vəsait lazımdır. Baxın, bizdə elmi müəssisələrdə nə qədər elmi adı olan alimlər var? Bu, nəticəsiz kəmiyyət göstəriciləridir. Biz elmdə o vaxt inqilab etmiş olarıq ki, elmin kəmiyyət göstəricilərindən konkret nəticələri ortaya qoya bilən keyfiyyət göstəricilərinə keçə bilək. Elmlər Akademiyası sistemində fəaliyyət göstərən elmi institutlar fundamental elmlə məşğul olmalıdırlar. Bu gün bu sualı bizim elm müəssisələrinin rəhbərlərinə verdikdə onlar elmə ayrılan vəsaitlərin azlığından şikayətlənir və bu qədər vəsaitlə fundamental elmi araşdırmaların aparılmasının qeyri-mümkünlüyünü deyirlər. Bu həqiqətdir. Çox təəssüf ki, bu gün Azərbaycanda elmə ayrılan xərclər real aparılan müqayisələrlə Sovet dönəmində Azərbaycanda elmə ayrılan vəsaitdən azdır. Dünyanın inkişaf etmiş ölkələrində elmə həmin ölkələrin ümumi daxili məhsulundan əhəmiyyətli pay ayrılır. Elm və texnikanın sürətlə inkişaf etdiyi indiki dönəmdə biz də üzümüzü əsaslı şəkildə elmə tutmalıyıq. Unutmayaq ki, biz 44 günlük savaşda da elmin nailiyyətləri ilə ərsəyə gəlmiş silahlarla qələbə çaldıq...”

Təhsil eksperti Kamran Əsədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib. O deyib ki, Azərbaycan elmi sistemində ənənəvi olaraq elmi adlar alimlərin fəaliyyətinin əsas qiymətləndirmə meyarı kimi qəbul edilir: “Professor, dosent və akademik kimi titulların alınması elmi nailiyyətlərin tanınması baxımından əhəmiyyətli olsa da, bu sistemin müasir tələblərə cavab verməkdə çətinlik çəkdiyi görünür. Elm və təhsil naziri Emin Əmrullayevin "elmi adlara görə ömürlük maaş təminatı əvəzinə elmi fəaliyyətin nəticələrinə əsaslanan maliyyələşməyə keçidin zəruriliyi" barədə açıqlamaları, Azərbaycanın elmi sistemində genişmiqyaslı islahatların vacibliyini ortaya qoyur. Bu yanaşma həm maliyyə resurslarının daha səmərəli istifadəsini təmin etmək, həm də elmi fəaliyyətin innovativliyini artırmaq məqsədi daşıyır.

Elmi adlara əsaslanan mövcud sistemin bir sıra ciddi problemləri var. Birincisi, elmi adların ömürlük maddi üstünlüklər təmin etməsi çox vaxt alimlərdə gələcək tədqiqatlara motivasiyanın azalmasına səbəb olur. Bu, elmi fəaliyyətin dinamikliyini aşağı salır və elmi yeniliklərin inkişafını çətinləşdirir. İkincisi, elmi adlar çox vaxt araşdırmaların keyfiyyətindən daha çox onların kəmiyyətinə əsaslanaraq verilir. Bu isə beynəlxalq standartlarla müqayisədə Azərbaycanın elmi nəticələrinin rəqabət qabiliyyətini azaldır. Üçüncüsü, dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük hissəsinin əməkhaqlarına yönəldilməsi, yeni elmi layihələrin maliyyələşdirilməsinə mane olur. Bu, xüsusilə gənc alimlər üçün tədqiqat imkanlarını məhdudlaşdırır və onların elmi fəaliyyətə cəlb edilməsini çətinləşdirir. Nazirin təklif etdiyi dəyişikliklər elmi nəticələrin maliyyələşmədə əsas rol oynamasını nəzərdə tutur. Bu yanaşma elm sahəsində layihə əsaslı maliyyələşmə sisteminə keçidi tələb edir. Layihə əsaslı maliyyələşmə alimlərin təqdim etdiyi konkret elmi nəticələrə, o cümlədən beynəlxalq nəşrlərə, patentlərə, tətbiqi tədqiqatlara və digər ölçülə bilən nailiyyətlərə görə həyata keçirilir. Belə bir sistem alimləri elmi fəaliyyətin keyfiyyətini yüksəltməyə təşviq edir və maliyyə resurslarının daha məqsədyönlü istifadəsini təmin edir. Bundan əlavə, yeni yanaşma gənc alimlər üçün daha geniş imkanlar yaradaraq onların tədqiqat fəaliyyətinə cəlb edilməsini stimullaşdırır".

Ekspert hesab edir ki, elmi adların ləğvi mümkün olsa da, bu, çox ciddi dəyişikliklər tələb edən radikal addımdır: “Mövcud sistemdə elmi adlar uzun illər boyunca elmi fəaliyyətin əsas qiymətləndirmə vasitəsi olub. Buna görə də bu adların birdən-birə ləğv edilməsi alimlər arasında narazılıq yarada bilər. Bunun əvəzinə, elmi adların simvolik əhəmiyyətinin saxlanılması, lakin maliyyələşmə və motivasiya sistemində nəticəyönlü yanaşmanın tətbiqi daha məqsədəuyğun ola bilər. Bu məqsədlə elmi fəaliyyətin qiymətləndirilməsi üçün obyektiv meyarlar hazırlanmalıdır”.

Kamran Əsədov hesab edir ki, Azərbaycanda bu islahatların tətbiqi mərhələli şəkildə həyata keçirilməlidir: “İlk mərhələdə elmi adlara əsaslanan maaş sistemi ilə layihə əsaslı maliyyələşmə paralel şəkildə tətbiq oluna bilər. Bu yanaşma alimlərə yeni sistemə uyğunlaşmaq üçün vaxt tanıyar və onların gəlir mənbələrinin birdən-birə azalmasının qarşısını alar. Eyni zamanda elmi fəaliyyətin ölçülməsi üçün obyektiv və şəffaf mexanizmlər yaradılmalıdır. Bu mexanizmlər beynəlxalq standartlara uyğun olmalı və elmi nəticələrin keyfiyyətini dəqiq şəkildə qiymətləndirməlidir. Gənc alimlərin elmi fəaliyyətə cəlb edilməsi üçün xüsusi qrant proqramları hazırlanmalı və onların peşəkar inkişafı dəstəklənməlidir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
Bu gün, 16:38
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Milli Məclis tərəfindən təqdim olunan üzvləri müəyyənləşib
Bu gün, 16:32
Məhkəmə dəhlizlərində azıb qalan “Unibank”... - Sanki bu bank fəaliyyətini ədalət binalarında həyata keçirir...
Bu gün, 16:30
Berbok Bakıdadır: Əvvəlki incikliklər isə geridə... - Berlindən bizə düşmən çıxmaz...
Bu gün, 16:26
Prezident ədliyyə naziri ilə bağlı SƏRƏNCAM VERDİ - BUNDAN SONRA...
Bu gün, 16:19
Bu il azərbaycanlılar Türkiyədə 7,2 milyon dollar sərmayə ilə 166 şirkət açıblar
Bu gün, 16:18
Heydərov əvvəl necə idi... indi də elə: ELƏCƏ YEYİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
Üçüncü Dünya müharibəsi başladı? – “Barmağı pultun düyməsindədir, qərar verilir”
Bu gün, 16:05
Kommunal xidmətlər bahalaşacaq? – Tarif Şurası yaxın günlərdə...
Bu gün, 16:01
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sıraları genişlənir - AÇIQLAMA
Bu gün, 15:51
"Kabinetdə oturanda belə yırtıq yaranır” - Rasim Balayev
Bu gün, 15:45
Qızıl bazarında xaos: "Sertifikatlı" sex malı, baha qiymət... - NƏ ETMƏLİ?
Bu gün, 15:32
Araqçı və Mirzoyanın intensiv telefon danışığının PƏRDƏARXASI
Bu gün, 15:29
“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
Bu gün, 15:22
Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə niyə “Biz qəzəblənirik!”- demir?!
Bu gün, 15:19
Ermənistan labirintdədir: Əllər yuxarı... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
"Cəlilabad Məişət" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 13:58
Daha bir ölkə elan etdi: - “Putinin ordusuna cavab verəcəyik”
Bu gün, 13:26
Türkiyə həbslərinin "dalğası": Bakıda bu məşhurlar polisə çağırılıb - GƏLİŞMƏ
Bu gün, 13:13
“Hyatt Regency Baku” yeni şəxsin idarəetməsinə keçir - DETALLAR
Bu gün, 13:10
“Boynunda haqqım olan boyunu yerə soxduqlarım yanıma gəlmir” – Meyxanaçı Xəyyam
Bu gün, 13:06
Məhkəmə -Hüquq Şurası bu rayonun məhkəməsini yoxlayır - İLGİNC SƏBƏB
Bu gün, 13:03
Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi - FOTO
Bu gün, 12:54
Ermənistan: ümüdsiz olsa da, silahlanır... - AXI NİYƏ?..
Bu gün, 12:51
“İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
Bu gün, 12:42
“İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
Bu gün, 12:38
"Golf Group" da ölkədən valyuta vəsaiti çıxarıb - DETALLAR
Bu gün, 12:36
“Ferrum Kapital”ın problemləri - Bir gündə eyni məhkəmədə səkkiz iddia qaldırılıb...
Bu gün, 12:28
Paşinyanın rədd edilən istəyi: - Bakıya buna görə gəlmədilər
Bu gün, 12:24
NATO Baş katibi Ukrayna məsələsini müzakirə etmək üçün ABŞ-a səfər edəcək
Bu gün, 12:20
Naxçıvan Dəmir Yolları İdarəsində HƏR ŞEY SATILIB... - İLGİNC FAKTLAR...
Bu gün, 12:18
Güneyli fəal həbs edildi
Bu gün, 12:09
"Siz kimdən çəkinirsiniz? Fuad Nəcəflidən?" - BU NƏDİ BELƏ?..
Bu gün, 12:07
Dövlət fondu ofis icarəyə götürdü - MƏBLƏĞ
Bu gün, 12:01
Taksi şirkətlərinin PUL OYUNU... - necə qorunaq?
Bu gün, 11:58
Emin Ağalarov qonorarını açıqladı - 100 000 avro...
Bu gün, 11:55
Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
Bu gün, 11:52
"İşlə təmin olunmağıma sevinsəm də, bu sevincim uzun çəkmədi..." - NARAZILIQ VAR...
Bu gün, 11:45
Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub - FOTO
Bu gün, 11:40
“Nar”dan “Sərfəli cümə” təklifi – 50% endirimlə smartfon əldə et!
Bu gün, 11:34
Moskva Ukraynaya qarşı yeni silahlar işə salır - VİDEO
Bu gün, 11:27
Polkovnikin oğlu ev dustaqlığına buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 11:24
Sərkisyan Bakının hədəfində: - İrəvandan həbs mesajı gəldi
Bu gün, 11:23
“Şeirlərim dərsliklərə düşür, kitablarım hamısı alınıb” - Elza Seyidcahan
Bu gün, 11:07
“Lotu Quli”yə “pul atan” “Rafiq Masallinski”nin qulağı kəsildi - həkimlər zorla xilas edir…
Bu gün, 11:00
"BMT-nin qətnamələrini görməzdən gələn müstəmləkəçilər... ada dövlətlərinin sərvətlərini istismar edir"
Bu gün, 10:58
Azərbaycan büdcəsinə neft gəlirləri azalacaq: - bunun iqtisadiyyata təsiri necə olacaq?
Bu gün, 10:57
“Alim olan da, olmayan da eyni maaş alır” – Deputatdan nazirin fikirlərinə REAKSİYA
Bu gün, 10:54
Ermənistan Qarabağdan gedən erməniləri qoynuna alır - Bitdi bu iş...
Bu gün, 10:52
Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında hər hansı ekstremizm faktı aşkar etməyib
Bu gün, 10:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru