Cavid Qurbanovun yeni rəhbər təyin olunduğu idarədən şikayət var - Dəmiryol idarəsində sahibkarlardan qanunsuz pul yığılır
Tarix: 17-02-2015, 12:40 | Çap et
Analitik.az-a daxil olan məlumata görə, dəmir yolu ilə yük gətirilən zaman Yalama stansiyasında yüklərin çəkilməsi ilə əlaqədar yük sahibi olan sahibkarlardan əlavə haqq alınır. Sahibkarların bildirdiyinə görə, yüklərin Yalama stansiyasında qəbulu zamanı hər yükün tərəzidə çəkilməsinə 5 manat əlavə pul tələb olunur. Hər çəkilməyə görə 5 manat pulun hesablanması isə ünvanına yük gələn sahibkarları böyük məbləğdə əlavə xərcə salır. Mütəmadi olaraq dəmir yolu ilə yükləri daşınan sahibkarların etirazına cavab olaraq dəmryolu işçiləri bu barədə «Azərbaycan Dəmir Yolları» QSC-nin səlahiyyətli qurumları tərəfindən qərar verildiyini bildiriblər. Belə məlum olur ki, stansiyaya daxil olmuş yüklü vaqonların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin stansiyada vaqon tərəzilər quraşdırılıb və daxil olan yüklər nəzarət çəkidən keçirilməlidir. Daşınma xərcindən əlavə tələb olunan bu yığım məbləğlərinin ödənilməsi yük daşımaları üzrə xidmətlərə görə «Tarif tədiyyəsi»nə və «Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbərliyinin əmrinə əsasən həyata keçirilir. Beləliklə, məlum olur ki, ünvanına yük daxil olan sahibkar daşınma xərclərindən başqa «tərəzi nəzarətinə» görə də əlavə haqq ödəməlidir. Bu məlumatda göstərilən əlavə yığımların hansı qanuni əsasla həyata keçirilməsini araşdırdıqda məlum oldu ki, «Azərbaycan Dəmir Yolları» QSC üzrə 04.08.2014-cü il tarixli 376 nömrəli əmrdə yüklərin tərəzidə çəkilməsinə görə 5 manat məbləğində yığım tutulması bütün yük əməliyyatları aparan stansiyalara tapşırılır. Əmr «SM-1 Ə.Süleymanov» tərəfindən imzalanıb. Əmrin məzmunundan görünür ki, Yalama stansiyasında 150 tonluq elektron tərəzi quraşdırılaraq QSC-nin Yük Daşımaları Departamentinin balansına verilib. Bütün yüklərin isə bu tərəzidən keçirilməsi məcburi göstərişdir və yığımlar da bu əmr üzrə tutulmalıdır. Yeri gəlmişkən, QSC-nin Yük Daşımaları Departamenti də yüklərin tərəzidə çəkilməsini «hərəkətin təhlükəsizliyinin təmin edilməsi» ilə izah edərək, əlavə pul yığılmasını təsdiqləyir. Sahibkarlar isə bu tələblərlə razılaşmır və daxil olan yüklərin tərəzidə çəkilməsinə görə əlavə yığım tutulmasının qanunsuz olduğunu bildirirlər. Bəs, əslində yük daşınmasında tariflər, yığımlar necə olmalıdır və bu, qanunvericilikdə necə tənzimlənməlidir? Sahibkarların üzləşdiyi vəziyyətlə bağlı müraciət etdiyimiz hüquqşünas Natiq Abdullayev Analitik.az-a bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli, 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı” nın 12-ci bəndinə əsasən bütün növ nəqliyyat xidmətlərinin, o cümlədən, respublika ərazisində yük daşıma xidmətlərinin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanıdır. Yəni, dövlət tənzimlənməsinə aid edilmiş qiymətlərin tənzimlənməsinin həyata keçirilməsi yalnız Şuranın səlahiyyətindədir. Müvafiq icra hakimiyyəti orqanının ayrı-ayrı subyektlərlə münasibətləri, məcburi davranış qaydaları və s. bu kimi səlahiyyətləri normativ-hüquqi aktlarla tənzimlənir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun tələbinə görə, dövlət orqanlarının struktur bölmələri normativ hüquqi aktlar qəbul etmək hüququna malik deyillər (Qanunun 10.7-ci maddəsi). Bu mənada «Azərbaycan Dəmir Yolları» QSC-nin hər hansı strukturunun dəmiryolu daşınmalarında Tarif (Qiymət) Şurasının müəyyən etdiyi tariflərdən, yığımlardan əlavə hər hansı yığım müəyyən etməyə səlahiyyəti yoxdur. Bu baxımdan dövlət tərəfindən tənzimlənməsinə aid olan qiymətlərin (tariflərin, yığımların) müəyyənləşdirilməsinə dair qanunvericiliyin ziddinə olaraq, hər hansı qurum tərəfindən hansısa yığımlara dair əmrlər, qərarlar verilməsi vətəndaşların və sahibkarlıq subyektlərinin mənafeyinin pozulması ilə nəticələnə bilər: «Nəzərə almaq lazımdır ki, Azərbacyan Respublikasının Prezidenti cənab İlham Əliyevin iradəsi də respublikamızda sahibkarlığın inkişafı ilə bağlı müvafiq dövlət proqramlarının qəbul edilməsinə, sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin aradan qaldırılmasında konkret addımların atılmasına yönəlib. Ölkə başçısı süründürməçiliyə, qeyri-obyektiv qərarların qəbul olunması hallarına qarşı həmişə barışmaz mövqedə olub və bu gün də belə mövqe dövlət siyasətinin prioritet istiqamətidir. Ayrı-ayrı icra strukturları tərəfindən qanunun tələblərinə zidd olaraq sahibkarların haqlı narazılığna səbəb olan addımların atılması hüquqi dövlət siyasəti ilə uzlaşmır» - deyə, N.Abdullayev bildirib. Hüquqşünas hesab edir ki, hazırda qüvvədə olan qanunvericilik aktlarına əsasən bütün növ yük daşıma xidmətlərinin (tariflər, xidmət haqları, yığımlar və s.) qiymətlərinin müəyyən edilməsi dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər kateqoriyasına aid olduğundan, stansiyaya daxil olmuş yüklü vaqonların «hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə» stansiyada quraşdırılmış vaqon tərəzidə nəzarət çəkidən keçirilməsinə görə hər hansı yığım məbləğin hesablanması, tələb olunması qanunsuzdur: «Uzun müddət Azərbaycan parlamentində qanun yaradıcılığı ilə məşğul olan Cavid Qurbanovun «Azərbaycan Dəmir Yolları» QSC-yə rəhbər təyin olunması ümid etməyə əsas verir ki, bu qurumun tabeliyində olan strukturların qanuna zidd əmrləri, qərar və göstərişləri ləğv ediləcək. Bu, respublikamızda sahibkarlığın inkişafına dövlət tərəfindən yaradılmış münbit şəraitin daha da təkmilləşməsinə töhfə olar» - N.Abdullayev vurğulayıb. Sahibkarların qanunsuzluqla üzləşdiyini nəzərə alaraq mövzunu diqqətdə saxlayacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
|