İsrail İran ordusunu iflic etdi .....                     "Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" .....                     Nurəddin Məmmədli AXCP-dən getdi .....                     İsrail-İran müharibəsi olacaq? .....                     Ziya Məmmədov bağ evini satışa çıxardı: .....                     Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir .....                     "Qərb və müttəfiqləri Ermənistan vasitəsilə .....                     Avropa Parlamentinin “erməni sevgisi”: .....                     Yekun sülhdən danışmaq çətindir .....                     Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir .....                     İsrailin növbəti hədəfi Xameneyidir .....                     Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi .....                     İrana NÖVBƏTİ HÜCUM: .....                     Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? .....                     Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir .....                     Zaur Mikayılovdan yeni təyinat .....                     Aİ İsraillə bağlı məsləhətləşmələr aparır .....                     "Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam" .....                     Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" .....                     Qapını açmadı, əlil sərnişini döydü .....                     Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... .....                     “Müxalifətin qalib gələcəyi halda .....                     “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib .....                     94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... .....                     Qərb Gürcüstan hökumətinə xəbər göndərib: .....                     Azərbaycanla bağlı kritik təmas: .....                     Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ .....                     Paşinyan hakimiyyəti üçün ciddi risk .....                     Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... .....                     Tanınmış aparıcı ailə həyatı qurdu: .....                     Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır .....                     Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir .....                     Əliyevlə görüşdən sonra toplandılar .....                     Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” .....                     Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: .....                     Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib .....                     Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: .....                     Paşinyandan geri addım: .....                     “İçi çürük adamlar mənəm-mənəm deyir” .....                     “NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” .....                 

“Heç olmasa serial çəkim, kartof satmayım...” - Cavid Təvəkkül
Tarix: 19-05-2015, 09:08 | Çap et
“Heç olmasa serial çəkim, kartof satmayım...”
DİA.AZ Kulis-ə istinadən yenicə təqdim olunmuş “Dərs” filminin rejissorlarından biri Cavid Təvəkkülə müsahibəni təqdim edir.

- Cavid bəy, bir qədər çəkilişlərdən danışın. Necə idi?

-Filmi ötən yay çəkmişik. İsti idi, uşaqlar tez yorulurdular. Bəxtimizdən kastinqdə biz yaxşı uşaqlar seçə bildik. Uşaqlar hamısı sözəbaxan və ağıllı idi.

- Ən çətin nə idi?

- İsti. İyulun ortasında məktəb geyimində olan uşaqlar sinif otağında qurulmuş işıqların altında istiyə dözə bilmirdilər. Aynanın (Filmdə Solmaz obrazı) - o, həm də Rafiq müəllimin nəvəsi-ürəyi getmişdi. Orada biz Rafiq müəllimlə mübahisə etdik. Uşağı qızdırmalı-qızdırmalı çəkilişə gəlməyə məcbur edirdi. Nə olsun, sizin nəvənizdi, deyirdim. Uşağı xəstə-xəstə incitmək olmaz. O, isə deyirdi ki, o aktrisadır, burada oturmalıdır. Amma Ayna da qızdırmalı halda fədakarca çəkildi. Ayna çox istedadlıdır. Siz onun qapıdan baxışını görmüşdünüz? Asif gəlib ondan xahiş edir ki, Çinarəni özü ilə gəzməyə gətirsin? Orada Solmazın baxışları heyrətamizdir. Kinoda gözlər çox vacibdir axı. Məncə, o qız aktrisa olmalıdır. Xalid rolunu oynayan uşaq da tapıntıdır. Əvvəllər o, böyüyəndə vəkil olmaq istədiyini deyirmiş, filmin montaj dövründə məlum oldu ki, aktyor olmaq istəyir. İndi o çəkilən uşaqların hamısı kinoaktyor olmaq istəyir.

- Cavid, filmdə iki rejissor - Rafiq Əliyev və siz birgə işləmisiz. İki rejissorun birgə işləməsi necədir? Çəkiliş meydanında “böyük-kiçik” kompleksi var idimi?

- Mən natura etibarilə sakit adamam. Təbii, çılğınlıq da olur arada, amma o qədər də deyil. İlk görüşdə bizi təqdim edib deyəndə ki, birgə işləyəcəksiz, dedim Rafiq müəllim etiraz etmirsə, olar. Niyə də yox? Hardasa bu da özünü sübut etmək kimi bir şeydir. Razılaşdıq. İlk söhbətimiz də o oldu ki, - həm də bunu Rafiq müəllim deyib, məni qabaqladı - nə olursa olsun, bir-birimizə hörmət etməliyik. Kino da, yaradıcılıq da elə şeydir ki, əsəblər ola bilər. Amma Rafiq müəllim çox alicənab adamdır və mən onu tanıdığıma şad oldum. Əlbəttə, “Böyüklərə hörmət etmək lazımdır”, tərbiyəsini almışam, amma, hər şeyin yeri var.

- Aranızda hansısa bölgü var idimi?

- Əvvəlcədən hansısa bölgü yox idi. Çəkiliş meydanında hər şey bəlli oldu. bizim bir məqsədimiz var idi: uşaqlar üçün əla sonluqlu, tərbiyəvi, pozitiv bir film alınsın. Uşaqların necə sevdiyini, necə dost olduğunu, necə küsdüyünü, necə barışdığını işıqlı formada göstərmək.

- Filmdən sonra baş qəhrəman Xalidin lider hesab etdiyi dostu Asifə yaxın olmaq arzusunu güclüyə yaxın olmaq, onun yanında olmaq istəyini pis örnək kimi yozanlar oldu.

- Orada dost olmaq istəyi var, liderdən asılılıq yoxdur. Xalid elə xarakterlidir ki, bütün siniflə dost olmaq istəyirdi... Məndə də belə bir problem olub. İstəmişəm dostum olsun. Amma məndə fərqli olub hər şey. Aktyor ailəsində böyümüşəm, teatra gedib gəlirdim və ora mənim üçün hər şeyi öldürmüşdü. Amma hər şey olub. Dost problemi də olub, qonşu məktəblə qız üstündə dava da olub.... Bu film ömrümüzdən bir nağıl kimi gəldi getdi... Uşaqlar özləri olanda, başları özlərinə qarışırdı, onların öz dünyaları var idi. Mən kənardan baxırdım, düşünürdüm ki, kameranı götürüb bunların bu dünyasını-gerçəkdən danışdıqlarını çəkəsən. Çünki proses gedə-gedə içəridə konfliktlər də oldu, küsüb bağışlamalar da oldu. Bir oğlan var idi, çəkilişi saxlayıb, yoldaşından üzr də istədi. Kişilik göstərdi yəni.

- Deməli film içində bir film çəkmək də olardı.

- Olardı, olardı...

- Təqdimatda siz çox narahat görünürdünüz...

- Çox həyəcanlı idim. Mən çox qorxurdum ki, film təqdim olunsun, amma heç kim heç nə yazmasın. Tənqid etsinlər, amma yazsınlar təki.

- Nəticədən razı qalmısınız?

- Bir az da müasirləşdirmək olardı. Filmə başlayanda 13-14 yaşlarımda nə ilə məşğul olduğumu yadıma salmağa çalışırdım. Pioner düşərgələri var idi, fotoaparatım var idi, velosipedim var idi... Maraq dairəm bunlar idi. İndi filmə çəkilən uşaqlar bəzən mənə dostluq atırlar, istəmirəm qəbul edəm, bəllidir niyə istəmirəm. Amma onları da qırmaq istəmirəm. İndiki uşaqlarda sosial şəbəkələr, planşetlər var...

- “Qarabağnamə” layihəni var idi. O, yarımçıq qaldı?

- “Qarabağnamə” mənim yaralı yerimdir. Mən o layihəyə bəlkə 20 ilimi vermişdim. Filmi İctimai Televiziya istehsal edirdi. Bir gün dedilər ki, çəkilişlər saxlanılsın. Bu günə qədər mənə heç bir səbəb deyilməyib. Nə mənə, nə də filmin ikinci rejissoru Bəhram Osmanova. Pavilyon səhnələri çəkilmişdi, qalmışdı, interyer və naturadan çəkilişlər. Hələ nə vaxtadək saxlandığı məlum deyil...

- Bayaq melodrama çəkmək istədiyinizi dediniz.

- Yay mövsümü ərzində bağda çəkmək istəyirik, minimum xərclər olsun deyə. Üç-dörd iştirakçı ilə, mövzusu xəyanətdir. Hələ ki, çox az büdcə tapmışam, qalanı görək, Allah kərimdi... Ola bilsin filmi Almadovara həsr edim. Düşünürəm mənim filmimdə qəhrəmanlarım Almadovarın “Onunla danış” filminə baxsınlar. O film mənə çox təsir edib. Yeri gəlmişkən, o filmdəki hadisəni Almadovar qəzetdən oxuyub.

- Bizdə bəzən olan hadisələrin xəbərini paylaşanda yazırlar: Rejissor olsa, əsl filmlik əhvalatdı. Bəs belə hadisələrdən nəsə təsirləndirən olub sizi?

- Mənim bir papka elə əhvalatlarım var. Özüm də belə xəbərləri oxuyub məhz bu nöqteyi-nəzərdən paylaşıram. Elə əhvalatlar çoxdu, “Hamı rejissorlar?” iradı bir az düz deyil. Rejissorlar var axı. Bax, “Axınla aşağı”, “Nabat”... nüfuzlu festivallarda mükafat da alırlar. Az deyil ki...

- Bu sektorda daha çox ssenari qıtlığından şikayətlənirlər...

- Məncə, daha çox pul yoxdur. Skorsezanın, ya Spilberqin belə sözü var: Kino nədir?- Ssenari, ssenari, ssenari. Yaxşı, tutalım mənim ssenari-ssenari-ssenarim var, bəs mən filmi hansı paraya çəkim? Mən əvvəl dostlara da deyirdim ki, filmi telefonla da çəkmək olar, hətta, festivala da göndərmək olar. Amma axı, bu, ciddi deyil. Ciddi film üçün ciddi büdcə lazımdır.

- Düzdür, burada rəqəm demək olmur, amma təxminən nə qədər olmalıdır büdcə? İndi kommersiya layihələri çəkilir. Onların büdcəsi elə də çox deyil. Yüz min, yüz əlli min manat zad.

- Ola bilər. Amma birinə çatır, birinə çatmır. Rejissor da istəyir ki, rahat-rahat işləsin. Tarixi film çəkirsənsə, büdcə barədə evin yıxılıb.

- Bizim kinoya pul ayırmağa başlayan və yeni-yeni yetişən kontingent hansı filmlərə pul ayırır?

- Deyəsən komediyalara. Kommersiya filmlərinə təbii ki. Qoyun mən də sizdən bir şey soruşum, siz tamaşaçı olaraq kommersiya layihələri kimi necə filmlər istəyirsiniz?

- Madam ki, kütləvidir, onun təsir imkanlarını nəzərə almaq lazımdır. İronik, maarifləndirici cəhətləri ola bilər. Hansısa klişelərdən çıxmaq üçün və s.

- Ara-sıra elə şeylər görürəm ki... Bəzən yenicə yaradıcılıq barədə düşünən uşaqlarla bir yerdə oturmalı olursan. Necə ki, dəb dəyişir, bizdə də düşüncələr dəyişir. Zarafatlar çox bayatdır, “Günün ekranı” səviyyəsindədirlər. Tək zarafat deyil, düşüncədir. Filmini danışırlar, baxırsan ki, belə əhvalat nə olmayıb, nə də olmayacaq indən belə. O gün biri mənə deyir ki, öz filminin rimeykini çək. Mən niyə öz filmimin rimeykini çəkməliyəm?

- Amma siz deyəsən, rimeyk çəkmək istəyirdiniz...

- “Gün keçdi...”nin. Amma öz filmimin yox da.

- Gənclərlə görüşürsünüz, nə düşünürlər?

- Özümü lap qoca hiss etdim belə deyəndə... (gülür) Uşaqlarda dəhşət kino istəyi də var, savadlı olanlar da var. Elələri də var ki, dediyini eşitmək istəmir, bu da təhlükəlidir. Elələri var, ümumiyyətlə, dinləmək mədəniyyəti yoxdur. Amma dəhşət çox çəkmək istəkləri olan da var. Onları qınamıram, mən də o yaşda olanda kimlərisə tənqid edirdik ki, kino belə olar... Amma indi əlinə versən çəkə bilməyəcək. Bu tənqidilik də yaxşıdır. Olmalıdır bu gənclikdə...

- İndi imkanlar əvvəlki deyil amma.

- Düzdür, telefonla fotoaparatla filmlər çəkə bilərlər...

- Hə, heç olmasa mövzu, problematikanı görə bilərsən. Bu gənclər nə düşünür?...

- Əksəriyyəti nakam sevgi barədə düşünür. Mənə 6 ssenari göndərmişdilər ki, baxın. Baxdım ki, altı ssenarinin altısında da qızla oğlan sevgilidir, qız xərçəngdir. Amma bir yaxşı ssenari də olub. Xoşuma gəldi. Macəra filmi ssenarisi idi. Bakını, Qız Qalasını salmışdı ssenariyə. İki tarixçi tələbə xəzinə axtarır... Çox yaxşı ssenari idi. Düzdür Hollivud modelini götürmüşdü, amma bunun nəyi pisdir? Kommersiya layihələri üçün vacibdir...

Müəllif filmi üçün bu keçərli olmaya bilər. İndi ağıllı rejissorlar var ki, kommersiya layihəsindən pul götürüb, öz filmini çəkməyə çalışır. Bir ara mən İctimaidən (İTV-ni nəzərdə tutur) də işdən çıxmışdım, işsiz idim. Serial çəkib pul qazanmaq istəyirdim. Heç olmasa serial çəkim, deyirdim, kartof satmayım... “İtkin gəlin” flminin rimeykini çəkmək istədim. Bir hissəsini öz hesabımıza çəkdik, banka borca girdik. Amma çoxu layihəni bəyəndi, amma büdcəni o qədər az təyin etdilər ki, mən baxdım ki, aktyora pul verə bilməyəcəyəm. İmtina etdim...

- Qarşılaşdığınız ən böyük maneə nədir?

- İki film var ki, onları çəkmək istəyirəm. “Kamernıy” filmlərdir. Amma onlara büdcə tapa bilmirəm, tapa bilməyəcəyəm də...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İran ordusunu iflic etdi - Onlara 2 il vaxt lazımdır ki...
Bu gün, 00:18
"Türklərlə kürdlərin bir-birini sevməsi fərzdir" - Baxçalı o açıqlamasından sonra ilk dəfə danışdı
Bu gün, 00:15
Nurəddin Məmmədli AXCP-dən getdi - SƏBƏB
Bu gün, 00:12
İsrail-İran müharibəsi olacaq? - Netanyahu fürsətdən istifadə edir
Dünən, 23:31
Ziya Məmmədov bağ evini satışa çıxardı: - qiyməti…
Dünən, 23:26
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Dünən, 23:24
"Qərb və müttəfiqləri Ermənistan vasitəsilə Azərbaycanı təzyiq altında saxlamaq məqsədi güdür"
Dünən, 19:10
Avropa Parlamentinin “erməni sevgisi”: - “Siyasi riyəkarlığın platforması”
Dünən, 19:02
Yekun sülhdən danışmaq çətindir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azad Qaraqoyunlu kəndi ərazisində ağacəkmə aksiyası davam etdirilir - FOTO
Dünən, 18:56
İsrailin növbəti hədəfi Xameneyidir - Şok iddia
Dünən, 16:28
Bakının üç şərti, İrəvanın iki istəyi var: Proses sürətləndi - AKTUAL
Dünən, 16:17
İrana NÖVBƏTİ HÜCUM: - Bu dəfə terrorçular...
Dünən, 16:12
Cəbhədə yeni oyunçular: Çin Ukraynaya qoşun yeridir? - GƏLİŞMƏ
Dünən, 16:09
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir - DİQQƏT
Dünən, 16:05
Zaur Mikayılovdan yeni təyinat - ƏMR
Dünən, 15:55
Aİ İsraillə bağlı məsləhətləşmələr aparır - TASS
Dünən, 15:41
"Verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam"
Dünən, 15:21
Bidzina İvanişvili: "Xarici agentura qalib gəlsə, müharibə olacaq" - "Keçmə, namərd körpüsündən"...
Dünən, 15:18
Qapını açmadı, əlil sərnişini döydü - Bakıda avtobus sürücüsü cəzalandırıldı
Dünən, 15:09
Feyziyev indi də Naxçıvanın TENDERXANASINDA... - Talıbovun dövründə oralarda görünməmişdi...
Dünən, 15:07
“Müxalifətin qalib gələcəyi halda Rusiya Gürcüstanı Ukraynaya çevirə bilməyəcək...”
Dünən, 14:59
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Ağacəkmə aksiyası” keçirilib - FOTO
Dünən, 14:50
94 yaşlı ahıl qadını qapı-qapı gəzdirdilər... - NARAZILIQ VAR...
Dünən, 14:48
Qərb Gürcüstan hökumətinə xəbər göndərib: - “Seçkidən sonra…”
Dünən, 14:32
Azərbaycanla bağlı kritik təmas: - Hakan Fidan açıq danışdı
Dünən, 14:30
Azərbaycanın qarşısında HİNDİSTAN MANEƏSİ - AÇIQLAMA
Dünən, 14:11
Paşinyan hakimiyyəti üçün ciddi risk - İNCƏLƏMƏ
Dünən, 14:02
Avropa Parlamentinin qəbul etdiyi son qətnamə də... bu məqsədə xidmət edir
Dünən, 14:00
Tanınmış aparıcı ailə həyatı qurdu: - “Çox xoşbəxtəm, çünki...”
Dünən, 13:59
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır - MƏQALƏ
Dünən, 13:50
Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir
Dünən, 13:43
Əliyevlə görüşdən sonra toplandılar - “Joqovurd”
Dünən, 13:39
Xoşqədəmin çağırışı Gürcüstanı qarışdırdı: “Üzr istəsin” - DETALLAR
Dünən, 13:34
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: - "Səhər durdum gördüm ölüb..."
Dünən, 13:23
Tərtərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ümumrayon ağacəkmə aksiyası keçirilib - FOTO
Dünən, 13:15
Əminə Yusifqızı haqqına yayılan xəbərləri YALANLADI: - “Ölsəm qəfil öləcəm, xəstə olmayacam”
Dünən, 13:09
Paşinyandan geri addım: - “Referendum olmayacaq”
Dünən, 13:00
“İçi çürük adamlar mənəm-mənəm deyir” - Əməkdar artist
Dünən, 12:53
“NATO ölkələri BRİCS-in “qapılarını döyür”, amma...” - Hərbi analitik
Dünən, 12:47
Əməkdar artist özünə BAHALI MAŞIN aldı - VİDEO
Dünən, 12:45
Bakıda genişmiqyaslı iməcilik keçirilib - FOTO
Dünən, 12:38
Təmiz kərə yağı istehsal etsək, 30 manata olacaq - BÖHRAN VAR...
Dünən, 12:35
Qiyamətə qədər sürəcək SAVAŞ... - ŞƏRH
Dünən, 12:25
Cəbrayılda yük maşını qaçıran șəxslər saxlanılıblar
Dünən, 12:23
Gülənin dəfnindəki sirli adamlar – Onları mərasimə kim göndərib?
Dünən, 12:20
“Apo hazırda heç bir dəyəri olmayan zavallı bir adamdır” - REAKSİYA
Dünən, 12:19
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:16
Fransa terrorçulara və ekstremistlərə belə "hami"lik edir - TƏFƏRRÜAT
Dünən, 12:15
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq - Sülh sazişi imzalanmasa...
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru