Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                 

Bu rayonda təhsilin halına doğrudan da gülmək lazımdır... - Artıq iş ağlamaqdan da o yana keçib...
Tarix: 18-11-2015, 13:09 | Çap et
Bu rayonda təhsilin halına doğrudan da gülmək lazımdır...
Redaksiyamıza yeni daxil olmuş məlumatlarda Kəlbəcər rayon 84 saylı orta məktəbin fəaliyyətində müşahidə olunan çoxsaylı neqativ hallar barədə açıqlamalar təqdim edilir. İlk növbədə qeyd edək ki, bu orta təhsil müəssisəsi hazırda Bakının Zabrat I qəsəbəsində, Zəngilan rayon 36 saylı orta məktəblə eyni binada fəaliyyət göstərir. Həm də bu məqamın özünün də müəyyən diqqətəlayiq cəhətləri mövcuddur. Bundan başqa isə, məlumatı təqdim edən mənbə eyni binada yerləşən bu iki məktəbin fəaliyyətlərində də, daha dəqiq desək, onların fəaliyyətlərində müşahidə olunan nöqsanlarda da bir çox oxşarlıqların olduğunu iddia edir.Lakin bizim bugünkü söhbətimiz yalnız Kəlbəcər rayon 84 saylı orta məktəbin fəaliyyəti xüsusunda olacaq. Beləliklə, əldə etdiyimiz məlumatda ilk növbədə vurğulanan məqam bu təhsil müəssisəsində dərslərə davamiyyətin son dərəcə aşağı səviyyədə olması ilə bağlıdır. Artıq dəfələrlə qeyd olunduğu kimi, bu gün bir çox orta məktəblərdə yaşanan bu problemin kökündə əsasən yuxarı sinif şagirdlərinin ali məktəbə hazırlıq kurslarına, repetitor məşğələlərinə getmələri durur. Məlumdur ki, paralel olaraq həm məktəb dərslərində, həm də hazırlıq kurslarında şagirdin iştirakı bir çox hallarda qeyri-mümkün olur. Məhz elə bu məsələnin həlli üçün də, bu gün bir çox məktəb direktorları tərəfindən müxtəlif variantlar təklif edilir. Məsələn, bəzi məktəb direktorları hazırlıq kurslarının birbaşa öz məktəblərində təşkil edilməsi üçün müəllimlərə müvafiq göstəriş verirlər. Bu zaman, şagirdlər məşğələlərdə iştirak edirlərsə də, onların adları qarşısında sinif jurnallarında qaib qeyd olunmur. Təbii ki, bu halda şagirdlərin fənn qiymətləndirilmələrində də onların əlavə hazırlıq məşğələləri üçün ödədikləri məbləğ nəzərə alınır. Həm də bu variantda məktəb direktoru bilavasitə şagirdlərlə (və ya onların valideynlərilə) deyil, müəllimlərlə təmasda olur. Yəni direktor öz “haqqını” müəllimlərdən alır. Lakin belə bir şəraitin yaradılması heç də bütün məktəblərdə mümkün deyil. Deməli, repetitor yanına gedən şagird məktəb dərslərindən qalmalı olacaq. Bu isə, qaiblər və sonradan bu əsasda yaranacaq problemlər deməkdir. Bunun baş verməməsi üçün də bəzi məktəb direktorları valideynlərə ikinci bir variantı təklif edirlər.

Aldığımız məlumata görə, məhz Kəlbəcər rayon 84 saylı orta məktəbin direktoru Zülfüqar Səlimovun da üstünlük verdiyi bu üsul bir qədər primitiv olsa da, daha əlçatandır. Belə ki, bu variantda məktəbin şagirdləri sadəcə olaraq müəyyən məbləğdə ödəmələr müqabilində “aylığa” buraxılırlar. Artıq bundan sonra onların ali məktəbə harada və necə hazırlaşacaqları isə, valideynlərin öz problemləridir. Bu xüsusda mənbə bildirir ki, Zülfüqar Səlimovun rəhbərlik etdiyi məktəbdə bir aylıq “şagird məzuniyyəti”nin qiyməti 100 manatdır. Əlbəttə, bu üsulun bir çox mənfi cəhətləri, hətta riskləri də yox deyil. Ən azından, “aylığa” buraxılan şagirdlərdən kimsə sinif jurnalındakı qeydə görə “dərsdə olduğu zaman” hər hansı bir hadisə törətmiş olarsa, yaxud da həmin bu şagirdin özü ilə bağlı xoşagəlməz bir durum yaşanarsa, bu zaman təbii ki, onun oxuduğu məktəbin rəhbərliyinin də ciddi problemləri ola bilər. Məkz buna görə də, heç də bütün məktəb direktorları “aylıq” məsələsini birmənalı qəbul etmirlər. Amma görünür, Zülfüqar Səlimovun bu məqama münasibəti tam fərqlidir. Məhz elə bu səbəbdən də, bu gün hazırlıq kurslarlna getmək qərarını vermiş yuxarı sinif şagirdləri bir çox digər məktəblərdən məhz 84 saylı orta məktəbə “transfer” olunurlar. Təbii ki, bu halın yaşanmasında Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürovanın da xüsusi rolu olmamış deyil. Xatırladaq ki, bu gün Kəlbəcər RTŞ Gəncə şəhərində yerləşməklə öz fəaliyyətini davam etdirir. Mənbə iddia edir ki, məhz RTŞ müdiri Zülfüqar Səlimov kimi məktəb direktorlarını himayə etməklə, rayonun bir çox orta təhsil müəssisələrində müxtəlif özbaşınalıqların törədilməsinə şərait yaradır. Elə 84 saylı məktəbdə baş verən qanunsuzluqlar da təkcə dərslərə davamiyyət məsələsilə bitmir. Məsələn, aldığımız məlumatda vurğulanır ki, bu gün rəsmi sənədlərə görə bu məktəbdə guya ki, bir neçə dərnək fəaliyyət göstərir. Təbii ki, həmin dərnəklərin fəaliyyəti üçün də dövlət tərəfindən müəyyən maliyyə vəsaitləri ayrılır. Amma məsələ bundadır ki, 84 saylı məktəbin məhz Zəngilan rayon 36 saylı orta məktəblə eyni binada yerləşməsi səbəbindən, bu dərnəklərin fəaliyyət göstərmələri sadəcə olaraq zaman və məkan məhdudiyyətləri nədənilə mümkün deyil. Buna baxmayaraq, həmin dərnəklərin fəaliyyətləri barədə mütəmadi olaraq saxta hesabatlar tərtib olunur və bu əsasla ayrılan dövlət vəsaitləri də Zülfüqar Səlimov tərəfindən mənimsənilir. Təbii ki, Elmira Şükürova ilə bölüşmək şərtilə...

Materialda adı keçən bütün tərəflərin mövqeyini işıqlandıra bilərik.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru