“Yol İnşaatçısı” MMC-nin baş direktoru ittiham olunur... - Fəhlə ölümünə görə...
Tarix: 22-12-2015, 13:20 | Çap et
Bu gün ölkə ərazisində mövcud yolların təmir və bərpası, yeni yolların, körpü və tunellərin salınması bir tərəfdən Azərbaycanın iqtisadi inkişafının göstəricisi kimi çıxış edir, eyni zamanda da bu inkişafın hərəkətverici amillərindən biri kimi böyük əhəmiyyət kəsb edir. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsi respublikamızın bütün şəhər və rayonlarında quruculuq və abadlaşdırma işlərinin böyük vüsətlə həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Digər tərəfdən də, ölkə ərazisində yolların əsaslı təmirinə, yeni magistral yolların və yol qovşağlarının salınmasına cəlb olunan şirkətlərin heç də hamısı öhdələrinə düşən vəzifələrin icrasına eyni dərəcədə məsuliyyətlə yanaşmırlar. Biz dərc etdiyimiz materiallarda hər zaman qeyd etmişik ki, bu işlərin həyata keçirilməsində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin məhsuldar fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Lakin ASC-nin sifarişləri əsasında fəaliyyət göstərən şirkələrdən heç də hamısı üçün bu sözləri demək olmur. Bəzi şirkət rəhbərlərinin ümumi nailiyyətlər fonunda öz yarıtmaz fəaliyyətlərini pərdələmək taktikasına daha çox meyilli olmaları diqqəti cəlb edir. Bu idarə rəhbərlərinin işlərində yol verdikləri ciddi nöqsanlar, bəzi hallarda isə hətta kobud qanun pozuntuları isə, əmək kollektivinin haqlı narazılıqlarına səbəb olur. Bu xüsusda bizimdovr.az-a yeni daxil olmuş məlumatlarda “Yol İnşaatçısı” MMC-nin fəaliyyəti də bir çox məqamlarda qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Məlumat üçün bildirək ki, “Yol İnşaatçısı” MMC 04.10.2002-ci ildə yaradılmış və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs kimi fəaliyyət göstərir, xüsusi mülkiyyətdir. “Yol İnşaatçısı” MMC keçmiş Bakı şəhəri baş yol təmir-tikinti trestinin tərkibindəki 3 saylı yol təmir-tikinti idarəsinin bazasında yaradılmışdır. Həmin vaxt 3 saylı YTTİ-nin müdiri vəzifəsində çalışmış Zahid Nuriyev bu gün də MMC-yə rəhbərlik edir. Aldığımız məlumatlarda bildirilir ki, əslində “Yol İnşaatçısı” MMC-nin keyfiyyətli yol çəkmək üçün bütün imkanları var. Belə ki, MMC tələb olunan maşın-mexanizmlərə, qurğu və avadanlıqlara malikdir. Həm də bu maşın və mexanizmlərin böyük əksəriyyəti Almaniya Federativ Respublikasının son illərdəki istehsalıdır. Eyni zamanda da MMC müasir avadanlıqlarla tam təchiz olunmuş laboratoriyaya malikdir. Lakin bu avadanlıqlar vasitəsi ilə müxtəlif növ asfalt-beton qarışıqlarının hazırlanmasında istifadə olunan tərkib materialların və istehsal olunmuş asfaltın keyfiyyəti daimi yoxlanılmalı olsa da, əslində bu analizlər həyata keçirilmir. Və yaxud da əldə olunan nəticələr təhrif olunur. Bunda isə məqsəd müəyyən “qənaətlər” etməklə əlavə gəlir əldə etmək olur. İkinci bir tərəfdən də əldə etdiyimiz məlumatlarda “Yol İnşaatçısı” MMC-nin rəhbəri Zahid Nuriyev tərəfindən şirkətin fəaliyyətində təhlükəsizlik qaydalarına əməl olunması işində ciddi boşluqlara yol verildiyi vurğulanır. Bildirilir ki, bu cəhətdən işçi və fəhlələrin mütəmadi olaraq təlimatlandırılması, iş prosesində təhlükəsizlik tədbirlərinin görülməsi həyata keçirilmir. Bu isə, öz növbəsində müxtəlif bədbəxt hadisələrin, hətta faciələrin yaşanmasına yol açır. Aldığımız məlumata görə, elə bu günlərdə növbəti belə bir hadisə “Yol İnşaatçısı” MMC-nin Nardaran qəsəbəsində apardığı yol çəkilişi işlərinin gedişində baş vermişdir. Məsuliyyətsizlik səbəbindən baş vermiş hadisə nəticəsində fəhlələrdən bir nəfəri dünyasını dəyişmişdir. Mənbə xəbər verir ki, hadisənin baş verməməsi üçün ən elementar təhlükəsizlik tədbirlərinin görülməsi yetərli ola bilərdi. Lakin təəssüflər olsun ki, rəhbərliyin sadəcə qazanc barədə düşündüyü müəssisələrdə bir çox hallarda bu kimi tədbirlərə işi kecikdirən amil kimi baxılır. Bu səhv baxışın nəticəsi isə, göründüyü kimi, çox ağır olur.
Qarşı tərəfi də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
|