Binəqədidə sahibkardan 30 min rüşvət istədilər - Prezidentə şikayət olundu
Tarix: 9-01-2016, 12:47 | Çap et
Son dövrlər bəzi icra hakimiyyətinin başçılarının və yaxın ətrafının iş adamlarına qarşı qeyri-qanuni tələblər irəli sürməsi halları çoxalıb. Bu məsələdə ən çox adı hallanan Binəqədi rayonudur. Dünən daha bir sahibkar yerli icra hakimiyyəti orqanlarının təzyiqi ilə üzləşməsi ilə bağlı «Unikal”a şikayət edib. Binəqədi qəsəbəsi 2-ci mədən, korpus 100 ünvanda yerləşən obyktin sahibi Mürsəlov Rövşən Novruz oğlu Binəqədi rayon icra hakimiyyətinin və bələdiyyə rəsmiləri tərəfindən təzyiqə məruz qaldığını deyir: «Mən bu ərazidə on ildən çoxdur ki, fəaliyyət göstərirəm. Min-bir əziyyətlə obyekt tikmişəm, indi də gəlib heç bir əsas olmadan sökürlər. Məsələnin təfərrüatını nəzərə çatdırmaq üçün deyim ki, bir neçə gün öncə bələdiyyənin nümayəndəsi Pərviz gəlib öz ərazimdə həyata keçirdiyim tikintini dayandırmağı tələb etdi. Səbəbini soruşanda isə heç bir arqument gətirmədən dedi ki, Binəqədi icra hakimiyyətinin təsərrüfat şöbəsinin rəsmisi Mirpaşanın istəyidir. Onun sözlərinə görə, ya tikintini davam etdirmək üçün 30 min verməliyəm, ya da tikinti dayanacaq, üstəlik ətrafdakı könhnə obyektlərim də söküləcək. Mən onlara bildirdim ki, tələbləri qanunsuzdur və işimi davam elədim. İki gün keçmədi ki, Binəqədi rayon icra hakimiyyətinin, bələdiyyənin nümayəndələri və polis əməkdaşları ilə birgə əraziyə daxil olub yeni tikililərin hamısını dağıtdılar. Halbuki mən ora nə qədər pul tökmüşdüm. İndi də deyirlər ki, 2006-cı ildən fəaliyyət göstərən obyekti də sökəcəyik”. Sahibkar onu da qeyd edib ki, bütün sənədləri qaydasındadır. Onun sözlərinə görə, yerli icra orqanlarının hər hansı bir iddia irəli sürmək ixtiyarı yoxdur: «Hər bir ödənişi zamanında eləmişəm, vergi və rüsumları vermişəm. Binəqədidəki bütün tikinti işi görənlərə qarşı bu cür münasibət var. Hərədən 5-10 min pul yığırlar. Kim vermədisə, mənim günümə salırlar. Bilmirəm, dərdimizi kimə deyək. Sabah yenə gəlib gözümüzün dikildiyi obyekti sökəcəklərini deyiblər. Qeyri-qanuni söküntü işinin videosunu çəkirdim, ona da imkan vermədilər. Bütün yuxarı instansiyalardan kömək istəyirəm”. Şikayətçi onu da bildirib ki, məsələylə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Dixili işlər naziri Ramil Usubova, Baş prokuror Zakir Qaralova və digər aidiyyatı orqanların rəhbərlərinə müraciət edib. Qeyd edək ki, İlham Əliyev hyər zaman sahibkarlara mane olmağa cəhd edənlərə qarşı çıxıb. Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” verilən qanun layihəsini təsdiqləyib. Bildirib ki, biznesin inkişafına mane olanlar öz cəzasını alacaqlar. Prezident sahibkarların işinə mane olanlara bütün çıxışlarında xəbərdarlıq edib. Bir müddət öncə dövlət başçısı vurğulayıb ki, bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər edilir, onların işinə müdaxilələr, qanunsuz ödəmələr tələb olunur. Bütün bu hallara son qoyulması üçün həm inzibati, həm cəza tədbirləri davam etdiriləcək. “Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Bunu həm ictimaiyyət, həm sahibkarlar görürlər ki, biz artıq konkret addımlar atmağa başlamışıq. Kim ki, söz başa düşmür, öz cəzasını alacaq”, - deyə İlham Əliyev bildirib. Prezident söyləyib ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq. İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq. Artıq ictimaiyyət bunu görür və görəcək. Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Dövlət başçısı deyib ki, sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür. Xatırladaq ki, prezidentin sərəncamı ilə sahibkarların yoxlanılması 1 noyabr tarixindən iki il müddətinə dayandırılır. Yalnız vergi və korrupsiya yoxlamaları aparıla bilər və həyati əhəmiyyət daşıyan sahələr yoxlanıla bilər. Bu qanunu Milli Məclis ratifikasiya edib. Amma bütün bunlara baxmayaraq, bəzi məmurlar hələ də öz qanunsuz əməllərini davam etdirirlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|