Onu bitirirlər, yoxsa o, bitirir? - TQDK sədri barədə iddialar
Tarix: 1-02-2016, 11:13 | Çap et
Bu günlərdə ölkə mətbuatında yaımlanan məlumatlarda Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) eyni qurumda birləşdiriləcəyi bildirilmişdi. Məlumata görə, bu iki qurumun bazasında Elm və Təhsil Nazirliyi yaradılacaq. Təbii ki, bu islahatın həyata keçiriləcəyi təqdirdə ictimaiyyəti ən çox maraqlandıran suallardan biri də, yeni yaradılacaq quruma kimin rəhbərlik edəcəyi ilə bağlıdır. Yaymlanan məlumatda qeyd olunur ki, yeni qurumun rəhbərinin kim olacağı barədə hələlik qərar qəbul olunmayıb. Digər tərəfdən isə, KİV-lərdə yuxarılarda bu layihənin əleyhdarlarının da olduğu xəbər verilir. Bildirilir ki, Təhsil Nazirliyi ilə TQDK-nın birləşməsinin əleyhinə olanlar öz mövqeylərini belə əsaslandırırlar ki, guya bu layihənin rallaşması təhsil sahəsində korrupsiyanın miqyasını artmasına səbəb ola bilər. Layihənin əleyhdarlarının rəyinə görə, bu qurumlar arasındakı rəqabət onların bir-birlərinin fəaliyyətini diqqətlə izləməklərini şərtləndirirdi. Qurumlar birləşdiriləndən sonra isə, ortadakı rəqabət və bundan doğan nəzarət funksiyası da təbii olaraq aradan qalxacaq ki, bu da təhsil sahəsinə ciddi mənfi təsir göstərə bilər. Etiraf edək ki, məsələnin bu cür təqdim olunması heç də məntiqi əsaslardan məhrum deyil. Lakin bu şərtlə ki, bu qurumlardan hər biri ilk növbədə öz vəzifələrinin icrasında qanun pozuntularına yol verməkdən çəkinə. Digər tərəfdən isə, məxsusi olaraq TQDK-nın fəaliyyətindən danışarkən ümumilikdə ölkənin təhsil sistemini deyil, daha çox sırf ali məktəblərə qəbul məsələlərini müzakirəyə çəkmək daha məqsədəuyğun olardı. Məhz bu sahədə korrupsiyanın miqyasından danışanda isə, heç şübhəsiz TQDK, bir müddət əvvəl baş vermiş və qurumun mətbuat xidmətinin keçmiş rəhbəri Elnur Nağızadənin işdən qovulması ilə nəticələnmiş qalmaqallı olayların fonunda öz mövqeylərini sürətlə iirmiş olur. Xatırladaq ki, Elnur Nağızadə artıq bir neçə ildir ki, TQDK-da ali məktəblərə qeyri-qanuni tələbə qəbulu ilə məşğul olan əsas fiqur kimi çıxış edirdi. Belə ki, qəbul imtahanlarından sonra, ali məktəblərin bir çoxunda qalan “boş yerlərə” Elnur Nağızadə müəyyən vətəndaşlardan aldığı pulların müqabilində onların övladlarını yerləşdirirdi. Həm də 2015-ci ilə qədər, bu prosedur hər dəfə problemsiz ötüşürdü. Lakin ötən il vəziyyət qəflətən dəyişdi. Məlum olduğu kimi, Təhsil naziri Mikayıl Cabbarov 2015-ci ildə universitetlərdə boş qalan yerlərə qəbul üçün keçid balını aşağı salmamaq barədə qəbul etdi. Nəticədə isə, Elnur Nağızadə 298 nəfər qarşısında boynuna götürdüyü “öhdəlikləri” yerinə yetirə bilmədi. Təbii ki, hər bir öhdəlik müəyyən məbləğdə, həm də kifayət qədər böyük məbləğdə pul müqabilində götürülmüşdü. Düzdür, yığılan pulların böyük bir hissəsi artıq sahiblərinə qaytarılıb. Amma Elnur Nağızadə, yığıdığı pulların özünə çatacaq hissəsini hələ qərar çıxmazdan əvvəl “xərcləməyə” macal tapıb. Bundan sonra öz pullarını geri tələb edən vətəndaşlar isə, TQDK-ya kütləvi şəkildə üz tutblar. Beləliklə də, məsələ “böyüyərək” artıq yuxarı insyansiyaların diqqətini cəlb etməyə başlayıb. Məhz bu məqamda, TQDK sədri Məleykə Abbaszadə mətbuat xidmətinin rəhbəri ilə vidalaşmaq məcburiyyətində qalıb. Dünən aldığımız yeni məlumatda Elnur Nağızadənin borclu qaldığı şəxslərdən hələlik yalnız birinə, ondan aldığı 40000 (qırx min) manatı bu ayın sonunadək qaytaracağı barədə söz verdiyi bldirilir. Vurğulanır ki, Elnur Nağızadə həmin məbləği Məleykə Abbaszadədən almalı olduğunu söyləyib. Ola bilsin ki, TQDK-nın keçmiş mətbuat rəhbəri Bakı Biznes və Kooperasiya Kollecinə imtahanlardan kəsilmiş abituriyentin yerləşdirilməsi (2015-ci ilin qəbulu) əməliyyatından əldə olunan gəlirdən öz payını almayıb. Bu xüsusda ötən sayımızda dərc etdiyimiz materialda biz göstərmişdik ki, Məleykə Abbaszadə məhz Elnur Nağızadənin vasitəçiliyi ilə ötən ilin iyun-iyul aylarında Kooperasiya Universitetinin rektoru Eldar Quliyevlə danışıqlar apararaq, müəyyən razılaşmaya nail ola bilmişdi. Bu razılaşmaya görə, Eldar Quliyevin qardaşı qızı Fatimə Quliyevanın direktoru olduğu Bakı Biznes və Kooperasiya Kollecinə 100 nəfərdən artıq “uğursuz” abituriyent yerləşdirilib. Bu qəbula görə isə onların hər birindən 3000 manat məbləğində pul alınıb. Təbii ki, bütün bu maxinasiyaların həyata keçirildiyi TQDK-nı hələ bir Təhsil Nazirliyinin fəaliyyətinə də nəzarət edən qurum kimi təsəvvür etmək çox çətindir. Elm və Təhsil Nazirliyinin yaradılacağı halda, bu quruma kimin rəhbərlik edə biləcəyi məsələsinə gəlincə isə, düşünürük ki, bu sualın cavabı açıq-aşkar göz önündədir. Ən azından, əgər yeni yaradılan quruma rəhbərlik edəcək şəxsin məhz hazırkı Komissiya sədri ilə Təhsil naziri arasında aparılan seçimdə müəyyənləşəcəyi şərtdirsə, bu zaman Mikayıl Cabbarovun bütün göstəricilərə görə aşkar üstünlüyə malik olması heç bir şübhə yaratmır. Hətta bunu da qeyd etmək olar ki, yeni nazir vəzifəsinə hansısa digər namizədliklərin nəzərdən keçiriləcəyi təqdirdə belə, məhz Mikayıl Cabbarovun bu posta təyinatı daha inandırıcı görünür. Məsələ bundadır ki, son iki ildə ölkənin təhsil sahəsində həyata keçirilən islahatlar, əldə olunmuş uğurlu nəticələr və hazırda müşahidə olunan mütərəqqi proseslər bu təyinatın son dərəcə məqsədəuyğunluğunu təsdiqləyən ən əhəmiyyətli dəlillər kimi çıxış edir. P.S. Bütün bunlara rəğmən, redaksiyamıza bəzi mənbələr tərəfindən təqdim olunan açıqlamalarda, Məleykə Abbaszadənin də yeni təyinata iddialı olduğu bildirilir. Vurğulanır ki, hətta TQDK rəhbəri yaxın çevrəsinin əhatəsində, bu məsələnin artıq “həll olunduğunu” da bəyan etmişdir. Bu kimi absurd iddiaların hansı motivlərə əsaslandığı isə, bizim özümüz üçün də son dərəcə maraqlıdır...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Bu gün, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Bu gün, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Bu gün, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Bu gün, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
|