Beyləqanda 25 köçkün ailəsinin məskunlaşdığı ərazi kimə satılıb? - "Aptek Elburus"un macəraları...
Tarix: 24-07-2019, 08:45 | Çap et
Beyləqanda Yağ - Pendir Zavodu ərazisində 1992-93 - cü ildən bu günə qədər işğala məruz qalmış Füzuli, Cəbrayıl, Ağdam, Laçın rayonlarından məcburi köçkünlər məskunlaşıblar. Artıq 25 ildən çoxdur ki, həmin ərazidə 25 köçkün ailəsi özləri üçün öz hesablarına şərait yaradıb, dolanışıqlarını orda tapıblar. Haqqında bəhs etdiyimiz Yağ - Pendir Zavodu 1982 - ci ildə inşa olunarkən hələ o vaxtlar Jdanov (indiki Beyləqan) rayonu "Sov.İKP-nin XXI qurultayı adına" kolxozun ərazisində meşə təsərrüfatından 82 sot yer ayrılmaqla ərsəyə gətirilmişdir. Bu fakt, 12.08.1991-ci il tarixində "Azərbaycan SSR Jdanov (indiki Beyləqan) rayonunun mexaniki istifadəsində olan yerquruluşu planı"nda da öz əksini tapmışdır. Əlimizdə olan həmin plandan görünür ki, ümumiyyətlə, həmin ərazi nə ƏMDK-nin balansına, nə də ki, bələdiyyə mülkiyyətinə aid deyil. Düzdür, hazırda zavoddan heç bir əsər - əlamət qalmayıb. Bütün avadanlıqlar, dəmir borular, çənlər müxtəlif dələduz şəxslər tərəfindən talanmaqla satılıb. Bu gün də Beyləqanda daha çox "Aptek Elburus" kimi tanınan şəxs, vaxtilə rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini işləmiş, rayonda müavinlikdən daha çox "Tenderlər Kralı" kimi ad çıxaran Məhəmməd Qələndərovla birlikdə Yağ - Pendir Zavodunu aldıqlarını dilə gətirərək məcburi köçkünlərə təsir edir, sıxışdırırlar. Güya köçkünlərin 25 il bundan əvvəl məskunlaşıb yaşadıqları ərazi demə zavodun ərazisi imiş. Ancaq Yağ - Pendir Zavodu dövlət müəssisəsi olduğu üçün təbii ki, ƏMDK-nin balansında olmalıdır. Hələ bir müddət əvvəl Elburus Əliyev zavodun ərazisində məskunlaşan bir neçə köçkünün həyətinə daxil olaraq tor çəpərlərini, əl damlarını sökərək onları məcburən çıxarmağa çalışmışdı. Həmin vaxt E. Əliyevin bu qanunsuz hərəkətləri RealMedia-az.life saytı tərəfindən içtimailəşdirildikdən, eləcə də ölkə prezidentinə və hüquq - mühafizə orqanlarına müraciət edildikdən sonra bu şəxs geri çəkilməyə məcbur oldu. Eləcə də köçkünlərin sökdürdüyü hasarlarını yenidən hördürməli oldu. Elburus Əliyev və onun Məhəmməd Qələndərov kimi işbaz həmfikirləri bir müddət dinc dayandıqdan sonra indilərdə yenə də qanunsuz hərəkətlərini davam etdirirlər. Xatırlatmağa dəyər ki, bu cütlük əvvəllər də maklerlik fəaliyyəti həyata keçirərək sovetdənqalma müəssisələrin ərazilərinə əl qoymuş, hissələrə bölərək, üstündə fərdi yaşayış evlərinin inşasına yarayacaq yurd yerləri kimi ayrı-ayrı vətəndaşlara satmışdılar. Yeri gəlmişkən, Elburus Əliyev Yağ - Pendir Zavodunu aldığı barədə söz yaysa da, araşdırmışıq ki, əslində bu, yalandır. Sadəcə olaraq, öz adına təşkilati-hüquqi forması MMC (məhdud məsuliyyətli cəmiyyət) olan bir müəssisə açmış və həmin müəssisənin hüquqi ünvanı kimi məhz keçmiş Yağ-Pendir Zavodunu göstərmişdir. Halbuki, zavod hələ də ƏMDK-nın balansındadır, hətta heç hərraca da çıxarılmayıb. Məlum olduğu kimi, Azərbaycanda Prezident sərəncamına əsasən, qaçqın və məcburi köçkünlər məskunlaşdıqları yerlərdən çıxarıla bilməzlər. Ta ki, özləri evlə təmin olunmayana qədər. Doğrudur, istisna hallarda mülkiyyətçilər, ələlxüsus da fərdi mənzil sahibləri məhkəmələrə müraciət edirlər, lakin məhkəmələr icraatı dayandırırlar. Köçkünlər yaşaya-yaşaya həmin ərazini kiməsə satmağa hansı mülkiyyətçi qol qoysa da, ƏMDK bir dövlət qurumu olaraq buna getməz. İki il öncə Prezident məcburi köçkünlərin yaşadığı sözügedən ərazidə infrastrukturun yaxşılaşdırılması məqsədilə maliyyə vəsaiti ayırmış, ərazinin bələdiyyə mülkiyyətinə verilməsi, köçkünlərin öz vəsaiti hesabına tikilmiş evlərin sənədləşdirilməsi qərar alınmışdır. Əgər Elburus Əliyev, yaxud, həmin zavodu hərracda satın almış kimsə varsa, elə isə qoy köçkünləri ərazidən çıxarmaq üçün məhkəməyə müraciət etsin. Məlumata görə, Xocavənd qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş və ayın sonunadək istifadəyə verilməsi gözlənilən 146 ailəlik yeni binanın inşasının gedişində Elburus Əliyev RİH başçısı Asif Ağayevin qəbuluna gedərək, Yağ - Pendir Zavodunun ərazisində məskunlaşmış 25 köçkün ailəsinin oradan çıxarılmasını və onlara yeni tikilən evdən mənzillər verilməsi üçün köməklik göstərməsini xahiş etmişdir. Başçı isə ona: "Sən bəs kor idin, görmürdün ki, orda köçkünlər yaşayır?.." - deyərək kabinetindən qovmuşdur. Başqa bir məlumata görə Elburus Əliyev söz çıxarıb ki, bu işin baş tutması üçün kiməsə, kimlərəsə 10 min manat xərc çəkib. Əgər həmin şəxs Elburusu qovan icra başçısı deyilsə, iki komitədən birinin, ya da hər ikisinin mənsubudur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
|